Azərbaycan miLLİ elmlər akademiyasi


Sona XƏYAL (Əlyazmalar İnstitutu)



Yüklə 6,47 Mb.
səhifə160/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   156   157   158   159   160   161   162   163   ...   232
Sona XƏYAL

(Əlyazmalar İnstitutu)
BAKILI ŞAİRLƏR
MİRZƏ HƏSİB QÜDSİ – 185
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri də Mirzə Həsib Əliqulu oğlu (Qüdsi) olmuşdur. 1828-ci ildə Ba­kı­da ana­dan olmuş şair burada mollaxana təhsili almış, sonralar Teh­ran darül­fü­nu­nunda təhsilini davam etdirmiş, Bakıya qayıtmış və ömrünün sonuna kimi müəllimlik etmişdir.

Mirzə Həsib Qüdsinin yaradıcılıq nümunələri ilə ilk əvvəl Cə­fər Rəm­zinin tərtyib etdiyi “Deyilən söz yadigardır”, Məmməd Nu­ru oğ­lu­nun tərtib etdiyi “Azərbaycan qəzəlləri” kimi toplularda ta­nış olmuşuq. Eyni zamanda Qulam Məmmədlinin təzkirəsində də şair haqqında qısa məlumat və şeir nümunəsi verilmişdir. Qüdsi haq­qında məlumat çox az olsa da, mənbələrdən aydın olur ki, 80 il ömür sürən şairin müxtəlif mövzuda şeirləri “Şərqi-rus”, “Dəbis­tan”, “Məktəb”, “Həyat”, “İrşad”, “Fyuzat” və s. mətbu orqanla­rın­da nəşr edilmişdir. Həm farsca, həm azər­baycanca yazan şairin di­vanı iki dəfə Təbrizdə (1883; 1887), bir dəfə Bakıda (1901) çap olun­muşdur.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda adı çəkilən mətbuat orqanlarının bəzi nüsxələri və şairin çap di­van­ları ilə yanaşı böyük bir əlyazması da saxlanılır. Şairin azər­bay­canca və farsca şeirləri toplanmış D-707/28733 şifrəli, 35x21 öl­çülü, 435 vərəq həc­min­də olan əlyazma kitabı qəhvəyi cildə tu­tul­muşdur. Şeirlər qara mü­rəkkəblə yazılmışdır.

Daşbasma kitablardan XVI-162/4487 şifrəsində sax­lanılan qara cild­li kitab 24x18, XIV-136/4205 şifrəsində sax­la­nı­lan sarı cildli ki­tab 26x16,5, farsca çap edilmiş, V-79/ 1688 şifrəli 192 vərəq həc­­min­də, açıq qəhvəyi cildə tutulmuş daşbasma kitab 35x21 öl­çü­­də­dir.

Mirzə Həsib Qüdsinin yaradıcılığında əsas yeri qəzəllər tutur. Onun çox sayda mövludnamələri də diqqəti çəkir. Şeirlərin ta­ri­xi­nə nəzər sal­dıqda düşünmək olar ki, Qüdsinin açdığı və müdür ol­du­ğu məktəbdə hər il mövlud günləri keçirilirmiş. Şairin mi­na­cat­la­rı, növhələri, sürud­ları, ümumiyyətlə, dini mövzuda yazdığı əsərləri siqləti etibarilə seçilir.

Qüdsinin şeirlərinin mövzu rəngarəngliyi də maraq doğurur. Onun elmə, təhsilə, mədəniyyətə, dostluğa həsr olunmuş xeyli şei­ri vardır. Hiss olunur ki, hər bir tərəqqi, hər bir yenilik şair üçün möv­zu ola bi­lirmiş.

Şairin təzminləri, xüsusən təx­misləri, eyni zamanda, hörmətli adam­lara həsr etdiyi şeirləri də bə­dii cəhətdən samballıdır. Ümumilikdə, Mir­zə Həsib Qüdsinin bütün əsərlərini üzə çıxarmaq, bu dəyərli yaradıcılıq nümunələrini oxu­cuların ixtiyarına vermək vaxtı çoxdan çatmışdır. Yə­qin ki, gə­lə­cəkdə şairin külliyyatı nəşrə hazırlanıb çap olunacaqdır.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin