Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə161/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   157   158   159   160   161   162   163   164   ...   232
AĞADADAŞ MÜNİRİ – 150
XIX-XX əsrlər Bakı ədəbi mühitində yetişən, “Məcməüşşüəra ədəbi mclisinin fəal üzvlərtindən olan Aadadaş Cəfərov (Müniri) 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuş, yeddi yaşında atasını itirmiş və anasının himayəsində böyümüşdür.

Münirinin şeirlərini ilk dəfə “Deyilən söz yadigardır”, “Poetik məc­lislər” və “Azərbaycan qəzəlləri” toplularında oxumuşuq. “Deyilən söz yadigardır” kitabındakı məlumatdan aydın olur ki, şairin “Dirilik”də, “Ədə­bi parçalar”da və “Türkcə qəzəllər”də şeirləri çap olunmuşdur. Onun yazdığı tərcümeyi-hal şeirindən həyatı haqqında maraqlı məlumat alırıq.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-1791 şifrəli qovluqda 22,5x14,5, 21x8, 21x13, 35x11 sm ölçülü və­rəqlərdə Ağadadaş Münirinin şeirləri vardır ki, bunlar göy, yaşıl, qara, bənövşəyi mürəkkəblə və karandaşla yazılmışdır. Arxası şəkilli vərəq­lərdəki yazılar Ə.Müznibindir. Bəzi yazıların Münirinin avtoqrafı olma­sı ehtimalı var. 51 vərəq həcmində olan bu əlyazma badımcanı rəngli cildə tutulmuşdur. Burada şairin qəzəlləri, şair dostları Əbdülhəmid Mi­na­ya məktubu, Əbdülxalıq Yusifə 1343 tarixli mərsiyəsi, Seyid Zər­gərə, Mikayıl Seydiyə, Mirzə Səməndər Dərbəndiyə, Tahirəyə yazılmış şeirləri vardır. Həmin əlyazmanı transfoliterasiya edirik.

Ağadadaş Münirinin yaradıcılığında da qəzəl üstünlük təşkil edir. Burada həm lirik aşiqanə qəzəllərə, həm də şair dostlarına yazılmış şeir­lərə rast gəlirik. Dövrə münasib olaraq Müniri yaradıcılığında da yeni­ləş­mə getmiş, yeni ruhlu şeirlər də qələmə alınmışdır. Amma şairin öz hissini, duyğusunu əks etdirən əvvəlki şeirləri ədəbi cəhətdən daha də­yərlidir.

Gələcəkdə şairin dövri mətbuat orqanlarında və toplularda çap olun­muş şeirlərini də toplayıb şeirlər kitabını nəşrə hazırlayacağıq.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin