Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə209/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   205   206   207   208   209   210   211   212   ...   232
ədəbİyyat:


  1. A.Əsədov ” Qazi Bürhannəddin və folklor” 2006

  2. V.A.Musalı “XV_XVll əsrlər Türk Təzkirələrinin Struktur və Spe­sifikası (əlyazma qaynaqları əsəasında)” 2006

  3. L.Süleymanova “Süleyman Çələbi Bursalı ”Vəsilətün-Nicat” əsə­rinin tekstoloji tədqiqi və elmi-tənqidi mətni” 2007

  4. Rasim Salman oğlu Hüseynov “Mahmud Baqi “Divan” ının mü­qayisəli tekstoloji-filoloji tədqiqi” 2010


Lamiyə Rəhİmova

(Əlyazmalar İnstitutu)
Nacİ təxəllüslü şaİrlər
Ədəbiyyat tarixinidə eyni təxəllüslü müxtəlif əsrlərdə yaşamış şair­lər mövcuddur. Belə təxəlüslərdən biri də “Naci”dir. Naci sözünün lü­ğət­lərdə “qurtulan, nicat tapan” mənaları vardır. Pənahi Makuli “Ədəbi Mə­lumat Cədvəli”ndə yeddi “Naci” təxəllüslü şairin adını qeyd etmiş­dir (5). Müəllifin istifadə etdiyi qaynaqlar haqqında məlumat verməklə onun istifadə etdiyi mənbələrin dəqiqliyinə açıqlıq gətirmək istəyirik.

Pənahi Makuli məşhur ədəbiyyatşünas Əmir Dövlətşah ibn-Əlaüd-dövlə Bəxtişah qazı Səmərqəndinin h.892 (1486)-cı ildə fars dilində yaz­dığı “Təzkirətüş-şüəra” əsərini birinci mənbə olaraq götürmüşdür. Bu mənbədə Pənahiyə görə X əsrdən öz dövrünə qədər 138 ən məşhur şairi 7 yerə bölərək əlifba sırasına riayət etmədən öz zövqünə görə qrup­laşdırmışdır. (5, 3-4) Əmin Əhməd Razinin (رازى امين احمد) h.1002 (1593)-cü ildə fars dilində yazdığı “Təzkireyi-həft iqlim” (اقليم تﺫكره هفت) əsəri ikinci mənbə olaraq verilmişdir. Təzkirə əlifba sıra­sı ilə deyil. İqlimlər (coğrafi əraziyə) görə tərtib edilmişdir. (5,4)

Şair və ədəbiyyatşünas Lütfəli bəy Azər Bəkdilinin (لطفعلى بك اﺫر بيكدلى) fars dilində yazdığı “Təzkireyi-Atəşgədə” (اتشكده تﺫكره) XVII əsrin sonunda yazılmışdır.Pənahiyə görə bu təzkirə Dövlətşah Səmərqəndinin təzkirəsindən daha mükəmməldir. Burada sayca daha çox şair haqqın­da məlumat verilir. (5,4) Butəzkirə də əlifba sırasına görə deyil coğrafi ərazilərə görə tərtib edilmişdir. Əmir Qu­la­mə­li xan Azad Hüseyn Bel­qi­ra­minin (حسين بلكرامى خان ازاد امير غلامعلى ) fars dilində h.1176 (1762)-ci il­də yazdığı “Təzkireti-Xəzaneyi Amirə” ((خزانهء عامره تﻨكرهء əsərində ve­ri­lən məlumatlar əsasən hind ədəbi mək­təbinə aitdir. (5,4) Lələbaşı adı ilə şöhrət tapan Əmir üş-şüəra Rza­qulu xan Hidayətin (هدايت اميرالشعر ا رضاقلى خان) h.1284 (1867)-cü ildə fars dilində iki cilddə yazdığı “Məcməül-Füsəha ( (مجمع الفسحاtəzkirəsi də Pənahinin qaynaq olaraq söykəndiyi əsərlər­dən­dir. (5, 4)

Məşhur türk alimi Şəmsəddin bəy Saminin (شمس الدئن بك سامى) 6 cild­də h.1306 (1888-1898)-ci illərdə nəşr olunan “Qamusül-Əlam” (قاموس اعلام ) əsərində də Yaxın Şərq ölkələri xalqlarının şairləri haqqın­da qısa məlumat vardır. (5, 4) Mir Nöhsün İbn Hacı Mir Əhməd Qara­bağinin (مير محسن ابن حاجى ميراحمد قره باغى) fars dilində yazdığı “Təz­kireyi-Nəvvab” (تﻧكرهء نؤاب) əsərində Qarabağ şairləri haqqında məlu­mat vermişdir. (5, 6)

Qarabağlı Məhəmmədağa Müctəhidzadənin (مجتهدزاده محمد اغا قره باغى) Azər­baycan dilində yazdığı “Riyazül-Aşiqin” (رياض العاشقين ) əsərində XX əsrin əvvəllərinə qədər yazıb yaratmış Qarabağ şairləri haqqında mə­lumat vardır. (5, 5) Firudinbəy Köçərlinin (فريدون بك كوﭼرلى) Azər­bay­can ədəbiyyatı tarixi materialları (اﻧربايجان ادبياتى تاريخى ماترياللارى) 4 cilddən ibarətdir. Burada azərbaycanlı bütün məşhur şairlər haqqında məlumat verilir. (5,5)

Məhəmmədəli Tərbiyyətin (على تربيت محمد) 100-dən artıq təzkirə və mənbə gözdən keçirdikdən sonra azərbaycanlı şair, alim və ədiblər haqqında məlumatı əlifba sırası ilə verdiyi “Danışməndane-Azərbay­can” (دانشمندان اﻧربايجان) əsəri Azərbaycan şairləri haqqında məlumat mənbəyi olaraq olduqca dəyərlidir.

Pənahi Makuli təqdim etdiyi ədəbi məlumat cədvəlində ilk öncə Kə­şan şəhərində anadan olan və fars dilində yazıb yaratmış Nacidən bəhs etmişdir. Şəmsəddin Saminin Qamusül- Əlam əsərində üç Naci təxəl­lüs­lü şair haqqında məlumat verilir. Bəhs olunan ilk iki şair farsça yaz­dığı üçün İran şairi olaraq qeyd olunmuşdur. İlk öncə Kəşanlı Naci haq­qında bilgi verən Şəmsəddin Sami şair Molla Həsənin oğlu olduğunu qeyd edir. Hüsnü əxlaqının məşhur olduğunu qeyd edərək şairin bir bey­tini də nümunə olaraq vermişdir:

سر اﻨ خاك لحد از شرم عصيان بر نميدارم

كه ترسم ازوجودم تنك ايد اهل محشردا(7,V1c.,404)

Şəmsəddin Sami ikinci Naci təxəllüslü şairin adının Şahqasım ol­duğunu qeyd etmişdir. Eyni Naci haqqında Makuli cədvəlində də məlu­mat vardır. Məşhəddə dünyaya göz açan Naci Şahqasım Fars dilində yaz­mışdır. Doğulduğu - vəfat etdiyi tarix və yer bilinmir. Şəmsəddin Sami Şahqasım Nacinin Hindistana səyahət etdikdən sonra Cəhənəba­da köçərək orada Məlik Seyid Səadət Xan Bahadır Canbəndanın hi­ma­yəsini əldə etmiş nəhayət Əkbərəbada gedərək orada vəfat etmişdir. Şəm­səddin Saminin bəhs etdiyi digər Naci təxəllüslü şair isə Osmanlı şairi Müəllim Nacidir. Osmanlı ədəbiyyatı nümayəndələrindən olan Mü­əl­lim Nacinin əsl adı Ömərdir.1857-ci ildə İstanbulda anadan olan şair atası rəhmətə gedəndən sonra anası ilə birgə Varnoya dayısının ya­nına köçmüşdür. Burada müəllimlik fəaliyyətinə başlayan ədib Naci təxəllüsü ilə şeirlər yazmışdır. Daha sonra Anadolunun müxtəlif yerlə­rin­də məmurluq edən şair İstanbula geri döndükdən sonra müxtəlif mət­buat orqanlarında həm jurnalist kimi fəaliyyət göstərmiş paralel olaraq müəllimlik də etmişdir. Müəllim Naci 13 Aprel 1893-cü ildə 43 yaşın­da vəfat etmişdir. Atəşparə, Şerarə, Füruzan, Sünbülə, Yadigarı-Naci və s. əsərləri vardır. Şairin ümumən 40 yaxın kitabının olduğu bilinir. Müəllim Nacinin məzar daşında nəstəliq xətti ilə aşağıdakı beyti veril­mişdir:

Hak perestim arzı-ixlas ettiyim dərgah bir,

Bir nəfəs tovhiddən ayrılmadım Allah bir. (7,VI c.,1404)

Naci Xanqar deyə bilinən, fars dilində yazan, doğulduğu tarix ola­raq h.515 göstərilən bir başqa şair də Pənahi Makulinin cədvəlində yer almışdır (5).

Anadan olduğu yer Ordubad vəfat etdiyi yer isə Hindistan olaraq gös­tərilən anadan olduğu və vəfat etdiyi tarix bilinməyən Ordubadlı Naci də fars və azərbaycan dillərində əsərlər vermişdir. Məhəmmədəli Tər­bityyət Danışməndani-Azərbaycan əsərində Naci Ordubadidən bəhs edə­rək onu görkəmli söz ustadı olaraq adlandırmışdır. Naci, Katibinin “Şütür-hücrə” qəsidəsinin cavabında bir qəsidə demiş və onun sözlərinə “pəşşə” (milçək) sözü artıraraq maraqlı bir qəsidə yazmışdır. Bu işin öh­dəsindən bacarıqla gələn Ordubadlı Nacinin bu qəsidəsinin ilk beyti aşa­ğıdakı kimidir:

Bəsdir bədən hücrəmdə fikir milçəyi dəvə olsun,

Mənim hücrəmdə belə milçək dəvə işini görsün. (məcməül-xəvas)

(9,243)

Makuli cədvəlində adı keçən bir diyər şair isə Naci Təbrizidir (5). Onun Təbrizdə dünyaya göz açdığı bilinsə də hansı ildə və harada vəfat etdiyi bilinmir. Eyni zamanda doğulduğu tarix də məlum deyildir. Mə­həm­mədəli Tərbiyyət “Danışməndamı –Azərbaycan” əsərində Təbrizli Na­cinin ömür boyu yoxsul yaşadığı, təvazükar və dinc adam olduğu qeyd etmişdir. Onun bir beytində rəngarəng misralar yazmasına da şa­hid oluruq:

Naci, söz meydanında, əlində şairin

Hikmətli misra qanlı qılıncdandır kəskin. (9,244)

Nəhayət Mirzə Mehdi Nacidən bəhs edən Makuli onun doğulduğu və vəfat etdiyi tarixlər haqqında heç bir məlumat olmadığını qeyd edir. Ancaq bu görkəmli şairin XIX əsrdə Gəncədə anadan olduğunu, h.1300 (1882)-ci ildə vəfat etdiyini bildirir. Şair azərbaycan və fars dillərində yazmışdır. (5, 270) Qulam Məmmədəli də Təzkirəsində Naci Mirzə Meh­di və Naci Molla Qədir haqqında məlumat vermişdir. Əsli Şama­xı­dan olan Molla Qədir Nacinin anadan olma və vəfat tarixi barədə mən­bələrdə məlumat tapa bilmədik. Ancaq 1825-ci illərdə həyatda olduğu yenə Qulam Məmmədəli təzkirəsində qeyd edilmişdir.

Eyb eyləmə ey Nacini meyxarə gərən kəs,

Yenicə kişi rahi-müsəlmana düşübdür. (4,416)

Makuli də h.1210 (1824)-cü ildə Şirvanda doğulduğunu qeyd etdi­yi Naci Şirvani adlı bir şəxsdən bəhs etmişdir. Ədəbi Məlumat Cədvəlində şairin Azərbaycan dilində yazdığı da qeyd olunmuşdur (5).

XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Mirzə Mehdi Naci haqqında qaynaqlarda çox az məlumat ol­ma­sına baxmayaraq bu mütərəqqi şairin Gəncədə anadan olduğunu, do­ğulduğu tarixin dəqiq olmadığını, sadəcə şairliyi ilə deyil xəttatlığı ilə də Gəncə, Qarabağ, Şirvan və Şəkidə istedadlı bir şəxs olaraq şöhrət qa­zandığını da həmçinin qaynaqlardan öyrənirik. Mirzə Mehdi Naci haq­qında Seyid Əzim Şirvani “Əsərləri”nin III cildində (8), Firudin bəy Kö­çərlinin “Azərbaycan Ədəbiyyatı” kitabında (2), Nəsrəddin Qaraye­vin tərtib etdiyi “Poetik məclislər”monoqrafyasında (3), M.Neməto­va­nın “İki Gəncəli həkkak-xəttatın işi haqqında” (6) adlı məqaləsində, Ma­kuli Pənahinin “Ədəbi məlumat cədvəlində” (5), “Türk əlyazmalar kataloqunda” (10) və s. qaynaq və məxəzlərdə məlumata rast gəlmək olar.

Firudin bəy Köçərli “Azərbaycan Ədəbiyyatı” kitabında bir sıra azərbaycanlı şair haqqında məlumat verərkən Nacini də unutmamışdır. Mirzə Mehdi Naci haqqında ilk dəfə nisbətən geniş məlumat verən Firudin bəy “Gəncə şairlərinin ən müqtədiri və rəvantəblisi mərhum Mir­zə Mehdi kimi onu tanıtmışdır. (2,180) Eyni zamanda tədqiqatçı Na­cinin tam tərcümeyi-halına dair lazımı məlumat toplaya bilmədiyi üçün təssüfləndiyini də bildirmişdir. Qaynaqlara istinadən şairin təqri­bən h.1300-cü ilin 20-ci ilində vəfat etdiyini qeyd edən tədqiqatçı Naci­nin nəqqaşlıqda, təbiblikdə və şairlikdə çox məharətli olduğunu bil­dir­mişdir. Mirzə Mehdinin qarabağlı Abdulla bəy Asi, Xarrat Qulu Yusi­fin, Şamaxı şairi Hacı Seyid Əzimin və Qazax şairləri Mustafa ağa Na­sirin və İskəndər ağanın (“şair”təxəllüslü) müasiri olduğundan onlarla sıx əlaqəsi olmuşdur. Firudin bəyin bildirdiyinə görə Abdulla bəy Asi­nin Mehdiqulu xanın qızı Xurşudbanu həzrətlərinə yazdığı həcvə nəzm ilə cavab verənlərdən biri də məhz Mirzə Mehdi Naci olmuşdur. Hətta Fi­rudin bəy onun bəziləri tərəfindən məzhəbsiz, sufi diyə ittiham edil­diyini də qeyd etmişdir. Firudin bəy onun “şeiriyyatını rəvan, zərif, gü­şadə” (2,180) olduğunu da bildirmişdir. Daha sonra tədqiqatçı Mirzə Mehdinin qəzəllərindən bir neçə nümunə vermişdir. Hətta onun qəzəl­lə­rindən birinin Qasım bəy Zakirin təsiri ilə yazıldığını, “fəsahət və ləta­fətdə dəxi Zakirin kəlamından əksik”olmadığını vurğulamışdır. (2, 181) Nacinin qəzəllərini Qasım bəy Zakirin, Həsən Qarabağinin, Seyid Şir­va­ninin qəzəlləri ilə eyni səviyyədə tutan Firudin bəy onun farsça yaz­dığı “Bahariyyatı-Naci” əsərini tərifləyərək göylərə qaldırmışdır. (2, 180-184)

M.Nemətova,iki Gəncə həkkak-xəttatının işi haqqında olan mə­qalə­sində Nacinin həkkaklık sənətini tədqiq etmişdir. M. Nemətova onun AMEA Əlyazmalar İnstitutunda saxlanılan “Divan”ı ilə yaxından tanış ol­muş, əlyazmada mövcud olan maraqlı məqamları məqaləsində isti­fa­də etmişdir. (5, 29) Şairin həyatı ilə bağlı maraqlı məqamlardan birini də elə M.Nemətova üzə çıxarmışdır. Qeyd etdiyimiz kimi Fifudin bəy Köçərli qəbir daşındakı yazıya əsaslanaraq Mirzə Mehdinin 1882-ci ildə yetmiş yaşında vəfat etdiyini bildirmişdir. M.Nemətova məqa­lə­sin­də, şairin hələ sağ ikən özü üçün hazırladığı qəbir daşında 1880-ci ilin iyun ayında yetmiş beş yaşında öldüyünü yazmışdır. M.Nemətovanın yazdığına görə, şair yetmiş səkkiz yaşında vəfat etmiş, İmamzadə qəbirstanında özü üçün hazırladığı türbədə dəfn edilmişdir. (5, 29) M.Ne­mətova Nacinin həkkak-xəttatlığını ilk dəfə tədqiq etmişdir. Hətda tədqiqatçı şairin hazırladığı qəbir daşlarından bir neçəsinin fo­tosu­rətini də vermişdi. M.Nemətova Nacinin özünə, Gəncəli Ələk­bərə və Əli bəyə hazırladığı qəbir daşları üzərində işlənmiş maraqlı orna­ment və gözəl xətt nümunələrinin olduğunu da qeyd etmişdir. (5,33)

Məqalədən eyni zamanda “Qarabağnamə” əsərinin müəllifi və Mir­zə Mehdinin yaxın dostu Mirzə Adıgözəl bəy və onun oğlu Məmo ağa­nın da qəbir daşlarının şair tərəfindən zövqlə işləndiyini öyrənirik.

Ümumiyyətlə şairlərin eyni təxəllüsləri istifadə etmələri tarix boyu müxtəlif problemlərə səbəb olmuşdur.. Bu məsələlərdə ən böyük mə­suliyyət təzkirələrin üzərinə düşmüşdür. Təxəllüs məsələsi özü özlü­yün­də müstəqil mövzu kimi araşdırılmamışdır. Fikrimizcə bu mövzu­nun tədqiqi Azərbaycan və ümumilikdə türk filologiyası üçün olduqca maraqlı olardı.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin