Güntəkin Bİnnətova
(Dilşilik İnstitutu)
Bəzİ əkİnçİlİk termİnlərİnİn etnolinqvistİk təhlİlİ
(dialekt və şivə materialları əsasında)
Hər hansı bir dilin leksik tərkibi o dilin tarixi inkişaf prosesini izləmək baxımından cox əhəmiyyətlidir. Hər bir leksik vahid ayrı-ayrılıqda cox qiymətlidir. Bunlar mənsub olduğu xalqın kimliyinin göstəricisi olan, tarixi, iqtisadi, mənəvi dəyərləri özündə qoruyub saxlayan incilərdir.
Əkinçiliklə bağlı sözlər dilin ən qədim leksik qatını təşkil edir. Dilimizdə daş dövrünün izləri olan belə sözlər ən qədim kök dil xüsusiyyətlərini özündə daha çox mühafizə etmişdir. Bu terminlərin məhz dilin qədim xüsusiyyətlərini özündə qoruyub saxlayan Azərbaycan dilinin dialekt və şivə materialları içərisindən toplanıb öyrənilməsi xalqımızın həyat və məişəti, yaşayış tərzi, adət-ənənələri ilə bağlı maraqlı məlumatlar əldə etməyə, etnolinqvistik təhlilə cəlb olunması isə leksik vahidlərin ayri-ayrı türk dillərində yayılma areallarını və xüsusiyyətlərini müəyyənləşdirməyə, dillərin əlaqələri ilə bağlı dəyərli nəticələrə gətirib çıxarmağa imkan verir.
Əkin. Türk mənşəli sözdür, ək (-mək) feli əsasında formalaşmışdır. Müxtəlif türk dillərində ek//eg//ək şəklində müşahidə olunur. Taxıldan hazırlanan çörək, əppək,əkmək, özbək dili dialektlərində işlənən buğdək (buğda) sözləri ilə eyni mənşəyə malik olduğunu söyləmək olar. Qədim monqolcada ekin (hal-hazırda eh) başlanğıc deməkdir(11, s.222).
Dostları ilə paylaş: |