Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə67/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   63   64   65   66   67   68   69   70   ...   232
Futuhati- Şahi əsəri Səfəvi dönəminin ilk illərində aid tarix­lərdən biridir. Əlyazma iki dəftərədn ibarətdir. Birinci dəftər beş fəthdən, ikin­ci dəftər Şah İsmayılın zühurundan 920 h.q. (1514m.) ilinədək hadisə­lərdən yazır. Bu ildən sonra müəllif heç bir məlumat vermədiyi üçün əl­yazmanın yarım qaldığı ehtimal olunur. (3;S.2223) Əmir Sədrəddin İb­ra­him Əmini Herəvi tərəfindən yazılan bu kitab Məhəmmədrza Nəsiri tərəfindən təshih eilmiş, 1383 h.ş.(2004m.) ilində Əncüməni-asar və məfaxiri-fərhəngi nəşriyyatında çap edilmişdir.

Digər bir əsər Budaq Münşi Qəzvininin yazdığı Cəvahir-ül-əxbar kitabıdır. Qaraqoyunlular dönəmi tarixindən 984 h.q. (1577m.) ilinədək hadisələrdən bəhs edən bu əsər daha çox öz müəllifini adı ilə tanınır. Budaq Münşi divanda yüksək məqam sahiblərindən biri olmuşdur. O, əsərini I Şah Təhmasib zamanında yazmağa başlamış və II Şah İsmayıl dönəmi sona çatdırıb, adı gedən padşaha təqdim etmişdir. Müəllif, öz əsə­rinin Səfəvilərə aid hissəsini, Qızılbaşlarla bəzi döyüşlərə qa­tıl­dığı zaman müşahidələri əsasında yazmış, eyni zamanda döv­rün iqtisadi vəziyyətindən də xəbər vermişdir.(1; S. 39) Möhsün Bəhramnejad tərə­fin­dən təshih edilən bu əsər Mirasi-məktub nəşriyyatında 1378 h.ş. (1999m.) ilində cap eilmişdir.

Daha bir dəyərli əsər Aləmarayi- Şah İsmail, Aləmarayi-Səfəvi və ya Cahangoşayi-Xaqan adılı kitabdır. Müəllifi bilin­mə­yən bu kitabın ya­zıl­dığı tarix 1086 h.q. (1675m.) ilidir. Olduqca sadə dildə, dastan və ya nağıl kimi yazılan bu kitab ən çox Şah İsmayıl haqqında məlumatlardan ibarətdir. Tarix kitabına bənzəməsə də kitabda yazılmış bəzi tarixi hadisələr əsərin çox dəyərli bir tarixi əsər olduğunu sübut edir.(7; S.12-14) Əsğər Müntəzir Sahib tərəfindən təshih olunan kitab 1384 h.ş. (2005) Elmi ve fərhəngi nəşriyyatında çap edilmişdir.

Səfəvi tarixi üçün çox dəyərli digər bir qaynaq Təzkireyi-Şah Təh­ma­sib kitabıdır. Əsər Şah Təhmasibin taxta oturduğu 930 h.q. (1524m.) ilindən Bayazidin ona pənah gətirib, yeni­dən atası Süleymana təslim edildiyi 968 h.q.(1561m.) ilinədək tarixi hadisələrdən bəhs edir. Şah Təhmasib tərəfindən sadə bəyanla yazılmış bu əsər Şah Təhmasibin öz dönəmindəki bəzi hadisələri əhatə etmişdir. Əmirullah Səfəvi tərəfin­dən təshih olunan bu kitab Şərq nəşriyyatı tərəfindən 1363 h.ş. (1984m.) ilində çap edilmişdir.



Tarixi-Şah Təhmasib adı gedən padşah haqqında yazılmış, müəllifi məlum olmayan digər bir əsərdir lakin deyil. Müəllif Şah Təhmasibin hakimiyyətinin ilk ilərindən başlayaraq, 930-963 h.q (1524-1556m.) illəri arasında yaşayan Türkistan, Orta Asiya xanları, Hind və Osmanlı soltanlarıın tarixlərindən də bəhs etmişdir. Kitab nağıl şəklində yazılsa da yazıçı ya yaz­dı­ran etibarlı qaynaqlardan istifadə etmiş, hadisələri ol­duqca düz­gün şəkildə çatdırmışdır. Əlyazma haqqında Əhməd Gül­çin Məa­ni, dil və ədəbiyyata aid Yəğma jurnalının 1343 h.ş. (1964m.) ilinin 196 sayında məlumat vermişdir.

Digər bir əsər Həsən bəy Rumlu tərəfindən yazılmış Əhsən-üt-təva­rix kitabıdır. 807-985 h.q.(1404-1577m.) illəri arasında, Şah Təhmasib, II Şah İsmayıl və Şah Soltan Məhəmməd Xudabəndənin hakimiyyətinin ilk illərindən bəhs edən bu kitab adı gedən dövür haqqında çox dəyərli məlumatlardan ibarətdir. Müəllif, Şah Təhmasib və ondan sonrakı hadi­sə­ləri öz müaşhi­dəsi əsasında yazmışdır. Çarlz Narmen Siden tərəfin­dən təshih olunmuş bu əsər Şəms kitabxanası nəşriyyatında 1931 m. ilin­də çap olunmuşdur.

Qazi Mir Əhməd Qumi İbrahimi tərəfindən yazılmış Xüla­sət-üt-tə­varix kitabı Səfəvilər sülaləsinin ilk padşahından 999 h.q. (1591 m.) ili­nə­dək olan padşahlar haqqındadır. Müəllif 984 h.q. (1576m.) ilində II Şah İsmayılın fərmanı ilə yazmağa başladığı bu kitabı 999 h.q. ilində I Şah Abbasa təqdim etmiş­dir. Əsər beş cilddən ibarət ümumi tarix kita­bı olsa da, yalnız Səfəvilər dönəminə aid olan beşinci cildi mövcuddur. Dövlət­də yüksək məqamlarda işlədiyi üçün öz müşahidələri və Lob-üt-təvarix, Həbib-us-siyər, Cahanara və Əhsən-üt-təvarix kimi etibarlı qay­naqlar əsasında yazılan bu əsərdə müəllif illəri ni­zamlı şəkildə yaz­mışdır. (5; C.1. S. 9-18)

Ehsan İşraqi tərəfindən təshih edilən bu kitab Tehran universiteti nəş­riyyatında iki cilddə 1383 h.ş. (2004m.) ilində çap edilmişdir.



Noqavətul-asar fi zikrul-əxyar, 998-1007 h.q. (1590-1598 m.) illə­rin­də baş verən hadisələrdən bəsh edən qay­naqdır. Ki­tabın müəllifi Mah­mud ibn Hidayətullah Əfuşteyi Nətənzi, Şah Təhmasibin ilk il­lə­rin­dən I Şah Abbasın hakimiy­yə­tinin on birinci ilinədək baş verən hadi­sə­lərdən yazır. Səfə­vilər dönəminə aid qayanq olsa da bu kitabda yazılan bəzi ta­rixi hadiəsələrə, bununla eyni dövürdə yazılan kitablarda rast gə­linmir. Qələmə aldığı hadisələrin böyük əksəriyyəti şahidi olduğu hadi­sələr, bir hissəsi isə digər tarixi əsərlər əsasənda ya­zılmışdır. Müəllif ol­duqca incə ədbi ifadələrdən istifadə et­mişdir.(2; S. 18-19) Ehsan İşraqi tərəfindən təshih edilən bu ki­tab Şerkəti- enteşarati-elmi və fərhəngi nəş­riyyatı tərəfindən 1350 və 1373 h.ş. (1971 və 1994 m.) ilində çap edil­mişdir.

Digər dəyərli bir əsər üç cildlik Əfzəl-üt-təvarix kitabıdır. Birinci cildi Şeyx Səfiəddin Ərdəbili dönəmindən I Şah İsma­yılın vəfatınadək, ikinci cildi Şah Təhmasib, II Şah İsmayıl və Sol­tan Məhəmməd Xuda­bəndə dönəmi, üçüncü cildi isə Şah Ab­bas dönəmi haqqındadır. Müəl­lifi Mirzə Əfzəli, kitabını yaz­maqda məqsədi Səfəvi şahı Şah Abbasın halını bəyan et­mək olduğunu yazır. Bu kitab Səfəvi dövrünün əsas qay­naq­la­rın­dan biridir.(8; C.5/3. S.1565-1566)



Nəticə

Səfəvi dövrü qaynaqları, istər özündən əvvəl istər sonrakı dövürlərlə müqaisədə sayca daha üstünlük təşkil edir.

Məqalədə yalnız Səfəvilər dövrünün ilk iki şahı haqqında yazılan kitablardan məlumat verildi.

Haqqında məlumat verilən kitabların sayca 8 addadır. Lakin bəzi kitabların birdən artıq adı, bəzilərinin isə birdən artıq cild­ləri vardır.

Müəlliflər bu əsərlərdə sadəcə dövrün tarixi hadisələri de­yil, istimai, mədəni, dini, elmi və s. vəziyyətindən də xəbər ve­rirlər.

Müəlliflər öz dövürlərindən əvvəlki qaynaqlardan yararlan­sa­lar da əsərlərini daha çox öz müşahidələri əsasında qələmə al­mışdılar.

Haqqında məlumat verilən tarixi əsərlər fars dilindədir.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin