Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə63/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   59   60   61   62   63   64   65   66   ...   232
Səbinə Nemətzadə

(Əlyazmalar İnstitutu)
Orta əsr əlyazmaları - İslam kİtab mədənİyyətİnİn və İncəsənətİnİn

mücəssəməsİ kİmİ
Orta əsr əlyazmaları - Azərbaycanın maddi-mədəni irsində çox önəm­li yeri tutan yazılı abidələridir. Bu əsərlər təkcə mətn, mövzu ba­xımından deyil, sənət baxımından da olduqca dəyərlidir. Onlar eyni za­manda estetik zövqlə işlənmiş, həm təvazökar, həm fəlsəfi anlam daşı­yan onamentlərlə bəzədilmış, təzhiblənmiş və nəfis formada, peşəkar­casına cildlənmislər.

Qeyd etmək lazımdır ki, əlyazma əsər yalniz mətn deyil. Eyni za­man­da Orta əsr müsəlman şərqinin intibahını özündə əks etdirən incə­sənət əsəridir. Əlyazmanın ərsəyə gəlməsində müəllifdən başqa, bir qrup kitab sənəti ilə bağlı sənətkarların - xəttat, müzəhhib, nəqqaş, mü­cəl­lid və s. sənət adamlarının əmə­yi vardır. Və hər bir sənətkar əsərə es­tetik cəhətdən dəyər qatmışdır. Əlyazmanın estetik məziyyətlərindən ön­də gələni, daha tez görünəni xəttat işidir. Əli Hərəviyə görə xəttat ol­maq üçün beş şey gərəkdir: Birincisi diqqəti tab', ikincisi yazıdan an­la­maq, üçüncüsü əldə qüvvət, dördüncüsü əmək sərf etmək, beşincisi yazı üçün lazım gələn kağız, qələm və mürəkkəbin ən yaxşılarının tapıl­ması.

Əlyazmalar üçün - Dəməşki, Dövlətabadi, Hatayi Adil­şahi, Həriri-Sə­­mərqəndi, Sultanı Səmərqəndi, Hindi, Nizam­şa­hı, Kasım Beygi, Hariri-Hindi, Güni-i Təbrizi (Lui Təbrizi) Mu­­hayyər, Alikurna, və s. kimi kağızlardan istifadə olunurdu. Ən gözəl keyfiyyətlilərindən biri də Abadi kağızı idi. Buna eyni zamanda Hind abadisi də deyilir. Hindis­tanda Döv­lə­ta­bad şəhərində istehsal edildiyi üçün bu adı almışdır. Sa­rımtıl rəng­li, gözəl və parlaq bir kağızdır. Qurani-Kərim nüsxələrinin və mu­rəqqələrin istinsaxında istifadə olunurdu. Xam ipəkdən, həm­çinin tut ağacı əlyafından hazırlanan bu kağızların bir za­manlar Avropa təq­lid­ləri də görülmüşdür (Firəng abadisi). Xət­tatlarımızın istifadə etdiklə­ri qamış qələmlər isə adətən İraq və İrandan gəlirdi. Bu qamışlar qa­ralmaları üçün gübrəyə yatırılır və nəticədə tünd qəhvəyi rəngi alırdılar. Mürəkkəbə gəldikdə isə daha çox istifadəsinə ehtiyac duyulan Bəzir (kə­tan) hisi mürəkkəbi idi. Bu kətantoxumu yağının yandırılması surə­tiy­lə meydana gələn hisdən əmələ gələn mürəkkəb idi. İçi şirli qabdakı bəziryağı, üzərinə fitil qoyulmaq surətiylə yan­dı­rılır; üstünə də his yığ­maq üçün içi şirli bir qapaq asılırdı. Yağ bitənə qədər yandıqdan sonra qapaqda yığılan his, toyuq tükü ilə başqa bir qaba götürülür, daha sonra içinə müəyyən ölçüdə zəmklı su doldurulmuş mərmərdən olan böyük bir həvəngə bo­şaldılırdı. Burada həvəngəliylə vurularaq qarışdırılır, bu iş iki üç ay sürərdi. Yaxşı mürəkkəb ancaq üç ayda emal edilə bilərdi. Tünd qara, axıcı, solmayan bir mürəkkəbdir. Bu mü­rək­kəbə xəttatlar bir az mazı atardılar, beləcə mürəkkəb sol­maz və rütubətdən zərər görməz­di.

Mükəmməl ləvazimatlardan istifadə edilərək ərsəyə gələn əlyazma kitablarındakı miniatürlər, təzhib və bəzəmələr, or­namentlər və nəha­yə­tində şərq üslubunda cildlənmələr əsər­lə­rin nəfisliyini daha da artırırdı. Bu gün həmin əsərlər nəinki mövzu baxımından tədqiq olunur, eyni zamanda muzey eks­po­natı, həmçinin bəşəriyyətin maddi-mədəni mirası olaraq dəyər­ləndirilir. Cahangir Qəhramanov, Əlyazmalar Fondunu Azər­­bay­canın kitab mədəniyyəti tarixinin zəngin müzeyi olduğunu söyləmiş və qeyd etmişdir: “Orta əsr kitab rəssamlığı, kitab mədəniy­yə­ti ilə bağlı olan tətbiqi-dekorativ yaradıcılıq növləri əvəzsiz bədii sərvət kimi qiymətləndirilməlidir.

Əlyazmada olan miniatürlər və ilyustrasiyalar onu göstərir ki, azər­baycanlı ustalar bədii tərtibatlı əlyazmaları hazırla­yar­kən Yaxın və Orta Şərq miniatüristlərinin nailiyyətlərindən is­ti­fadə etməklə Şərq xalqla­rı­nın incəsənətinin inkişafına yara­dıcı surətdə təkan vermiş, müstəqil ənənə­lər yaratmış, beləliklə də onlar dünya bədii mədəniyyət xəzinə­sin­də şərəfli yer tut­muş­lar.

Miniatür sənəti, Azərbaycan əlyazma kitabının bədii tərti­ba­tının öy­rə­nilməsi, kalliqraflar, nəqqaşlar, ornamentalistlər və cildçilərin yaradı­cı­lığının tədqiqi təxirəsalınmaz vəzifədir, Azər­baycan kitab mədəniy­yəti tarixi də elmi və aktual əhə­miy­yət daşımaqla öz həllini gözləyir ”.

Azərbaycan ərazisində yazilan istər müəllifin özü tərə­fin­dən, istərsə də müstənsixlər tərəfində üzü köçürülən əlyazma əsərlərində miniatür­lərlə yanaşı, təzhibə tez-tez rast gəlinir. Bu da onu göstərir ki, Azər­bay­canda bu sənət geniş yayılmış, Azərbaycan əlyazma tarixində mühim rol oynamışdır. Əl­yaz­ma əsərində təzhibin olması onun təkcə məzmun baxımından deyil, sənət əsəri baxımından da dəyərini artırır. Təzhib sə­nə­­tində bir sıra ornamentlər, süsləmə motivləri vardır ki, əsərin tədqiq olunmasında, öyrənilməsində tədqiqatçı üçün əhə­miy­yətlidir.

İslamın doğuşuyla başlayan təzhib sənəti, bütün İslam döv­lət­lərində xətt sənətiylə birlikdə tətbiq olunmuş və inkişaf et­mişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, ilk inki­şafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, Karaman, Amasya, Harput, Sivas və s. davam et­dir­mişdir. Bölgələrə görə fərqliliklər görülsə də ümu­miy­yət­lə bir üs­lub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kəri­min təz­hib­­lənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhiblədən Hz. Əlidir olmuşdur. İslamın ilk üç əsrində Quranın surə sonlarına həndəsi şəkildə bəzəmələr, ornamentlər vardır. Quran və elmi kitabların hər növündə bəzəmə nümunələrinə rast gəlinir.

Əlyazma əsərlərində ən zəngin təzhip, kitabların zahiriyə hissəsində, mətnlərin kənar başlıqlarında, surə əvvəlində və mövzu hissələrinin ara­larında, kitabın son səhifəsində xəttimə və ya kətəbə hissəsində yerləşir.

Təzhibin “zəmini boyalı klassik təzhib”, “Zərəndərzər”, “Halkari”, “Ciftətəhrir”, “Zərəfşan” çeşidləri vardır. Və bu çe­şid­lərin hər birinin İslam incəsənətində, Şərq mədəniyyəti ta­ri­xində, kitab sənətində önəmli ye­ri danılmazdır. Əlyazma ki­tab­larda, mürəqqələrdə, boya və qızıl tozu ilə işlənən hər cür süsləmə, bəzəmə, dekor işinə təzhib deyilir. Belə əsərlərə mü­zəhhəb, "təzhib işini ğörən sənətkarlara isə müzəhhib deyilir. Ərəbcədə «altınlama» mənasını verirsə də təzhib sözü yalnız al­tınla işlənən süsləmə üçün deyil, boyalarla dekor edilən kitap təzyi­natı üçün də istifadə edililr. Hətta bəzi müzəhhiblər boyalı dekor etmiş, hətta miniatür də işləmişlər. Bütün bunlara rəğ­mən, yalnız qızılla edilən bəzəmə olan “halkar” təzhıb sənə­tində daha geniş yayılmızdır. Bu bəzə­məyə halkari (hallikari «yaldızlama işi» yəni zərləmə) də deyilir. Halka­rın hazır­lan­ma­sında, əvvəl qızıl vərəq, yuvarlaq dibli çini qabda 3-5 dam­la ərəb zəmki və ya süzmə bal ilə əzilir. Əzilmiş qızıldan kiçik bir zərrə qədər ovuc içində barmaqla yayıldığında gözlə gö­rül­məyəcək qədər ovxalanmışsa və ya əzilmiş qızıl üzərinə bir dam­la təmiz su dam­latıldığında qızıl zərrələri bu damlanın üzə­rinə çıxırsa əməliyyat ta­mam­dır. Əzilmiş qızılı ərəb zəm­kin­dən təmizləmək üçün qaba bol su qo­yulub fırça ilə qızılın suya qarışması təmin edilir. Bir müddət sonra zərrələr qabın dibinə çökməyə başlayır. Əzilmədən qalan və dərhal çö­kən qızıl parçalarına müşair deyilir və bunlar yenidən əzilməlidir. Qızıl tamamilə dibə çökdüyündə zəmkli su, qaba qab tərpə­dil­mədən, ehtiyat­la tökülür. Əzilmiş qızıl, jelatinli su ilə qarış­dı­rılaraq, fırça ilə zəmin üzərinə sürülmək surətiylə istifadə edi­lir. İşlənəcək halkar naxışı həkk ediləcəyi yer böyüklüyündə incə bir kağıza qaralama halında çəkilər. Naxışların ortası sulu qızılla, kölgələndirilir və kənarlarına tünd qızılla təhrir çəkilir. Açıq və ya tünd kölgələrin alınması üçün müxtəlif qalın­lıq­da fırçalardan istifadə edilir. Daha sonra zərmührə ilə parladılır. Hal­kar­da, xüsusilə donuq bir parlaqlıq istənildiyində, zər mü­hrələnirkən araya saman kağızı deyilən incə, yarı şəffaf və parlaq kağız qoyulur. Ahərli və ya açıq rəngli kağızların üzə­rində halkar daha gözəl görünər. Halkar tərzindəki bəzəmədə, süsləmədə stilizə ya da gerçək formasıyla hər növ çiçək və ya naxış çəkilə bilər. Bəzən, bəzi kitabların hər səhi­fə­sin­də ayrı motivli halkari bəzəmə görülür. Açıq rəngli kağızlara edi­lən halkarlarda naxışların bayır kənarına, uyğun rəngdə təhrir çə­kilir ki, bu­na da təhrirli halkar deyilir. Bəzən də naxışların içə­risi və bayırı yüngül rəngləndirilərək boyalı halkar əldə edi­lir, buna da zər-şikaf adı verilər. Zərli bəzəmə şəkillərində gö­rünən kölgələrə isə halkar kölgəsi deyilir .

Təzhibdə, bəzəmə sənətində naxış, motiv, fiqur, kompazi­si­ya, üslub və üslublaşdırma əsas amillərdir.

Naxış: Yalnız xəttlərlə boyasız olaraq edilən şəkildir.

Motiv: Bəzəmələrdə təkrarlanan forma-predmet.

Fiqur: Rəsm və heykəldə insan və heyvan görüntüsü.

Kompozisiya: Bir sənət əsərində qaydalara əsaslanan və estetik an­lam­lı nizam qurmaq.

Üslub: Bir dövrün ya da bir sənətçinin şəxsiyyəti, bir əsərin texniki, rəng, kompozisiya forma və izahat baxımından xüsu­siy­yətləri.

Üslublaşdırma: Gerçək şəkil və motivlərin xarakterini itir­mədən sa­dələşdirərək bəzəmək, sxemik hala salmaq.

Naxış əvvəllər boyalı şəkillərə, miniatürlərə verilən ad idi. Əlyazma kitablara rəngli olaraq çəkilən süsləyici şəkillərə mi­niatür və ya xürda naxış, naxış edənlərə də nəqqaş deyilirdi. Buna təsvir və şəbih yazmaq da deyilirdi. Naxış edənlər nəqqaşla yanaşı, musəvvir, şəbihnüvis ad­larını da alırdılar. Təz­hibdə motivə gəldikdə isə qeyd etmək lazımdır ki, burada motivlər naturalis, mücərrəd və simvolik olaraq üçə ayrılırlar ki, onların da bəziləri bir-neçə qola bölünürlər.

Əldə olan əksər qaynaqlarda qeyd edilir ki, naturalist mo­tivlər iki qru­pa - birincisi “palmet-lotus”, ikincisi çiçəklər (hatai), pənc (pənc­bərg), yarpaqlar və ağaclar motivlərinə ayrı­lırlar.

Mücərrəd motivlər isə rumi və “əyri cizilmiş” anlamı verən mün­ha­ni­lərə ayrılırlar. Rumilər də cizilişinə və kompa­zisi­ya­dakı istifadə qay­da­larına gorə ikiyə ayrılırlar:




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin