Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə60/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   56   57   58   59   60   61   62   63   ...   232
Zəkiyyə Əbİlova

(Əlyazmalar İnstitutu)
Tövhİd” İslamın əsas prİnsİpİ kİmİ
İslam dinində tövhid əsas etiqad prinsipi olaraq geniş mə­na­da iş­lən­miş, ilahi dinin tarixindəki bütün mərhələlərində is­rar­la vurğulanmışdır.

Tövhid Allahı tək varlıq olaraq qəbul etməkdir. Bir qədər də açıq­la­saq, tövhid Allahı varlıq etibarıyla Vacibəl-vücud ola­raq qəbul edib, hər şeyin yaradıcısı və idarəedicisi kimi gör­mək, yalnız Ona etiqad etməyin vacib olduğu deməkdir. Bad­kubi yazır:” Tövhid” ərəb kəlməsi olub, “vəh­dət”, yəni “tək­­lik” deməkdir.Bu mənada bütün mövcudat, yəni var­lıqlar yox­luq aləmindən vücuda gəlmişlər və onları vücuda gətirən bir şey vardır.Göylər və onlarda olan cısımlər, Ay, Günəş, ul­duz­lar və sair uluviyyətin, ağıl, nəfs və sair ruhaniyyətin, həm­çi­nin yer üzündə olan cəmadat, heyvanat, nəbatat və insanların bir yaradanı vardır. O yaradan, O varlıq təkdir. Onun misli və nə­ziri yoxdur. O yaradana Allah de­yir­lər.” (10.12.)

Qurani-Kərimdə Allahın varlığından çox, Onun vahdaniy­yə­ti­nə, bir­liyinə aid ayələr vardır. Allahın varlığının isbatı Qur­an­da ən çox dün­ya­nın sonradan yaradılması və nizamlı irə­liləyişi çərçivəsində anlaşılır. Hər bir varlığın nizamlı və ölçü­lü olaraq məhz Allah-Təala tərəfindən yaradıldığı bir çox ayə­lərdə təkidlə verilmişdir (1,13/8; 1,54/49 ).

Allahın vahdaniyyətini əqli və nəqli dəlillərlə araşdıran Əb­dülkərim Ağa Badkubi bir daha Onun icəbi və səlbi sifətlərinə mü­raciət edir. Əqliyə gəlincə, bu barədə yazır:” Bu məlumdur ki, görənlə görünən (mər`i) gərək bir- biri ilə qarşı-qarşıya ol­sun­lar. Bu vaxt lazım gəlir ki, görünən bir məkanda qərar tut­sun. Onda Allah-Təalanın cisim olmağı lazım gəlir. Çünki, mə­kana malik olmaq cisimlərə xasdır. Allah-Təala cisim de­yildir. Deməli, belə bir fikir də batildir. Bundan başqa, gözün dərk etdiyi rənglər və şəkillər ərəzdir. Allah-Təala mər`i olsa, ya gərək cisim ola, ya da ərəz. Bu da məhaldır”(11.92). Nəqli də­lillərə gəlincə, Badkubi bütün peyğəmbərlərin vahdaniyyəti qə­bul etməklərini, səmavi kitabların verdiyi xəbərləri, o cüm­lə­dən, Qurani-Şərifdə vahdaniyyətə dəlalət edən ayələri nə­zər­də tutur.(11.84).

Tövhid-Allahı vahid bilmək deməkdir. Bu islamın prinsip­lə­rin­dən ən birincisidir. İslam dininə etiqad edən şəxs Allahı tək, yeganə bir vücud bilməli, ona şərik qoşmamalıdır. Əb­dül­kə­rim Ağanın təbirincə desək, “ xaçpərəstlər kimi “Allahın oğ­lu,” “Allahın anası” məfhumunu ağlına da gətirməməlidir. Axı Al­lah bəşər deyil ki, onun ailəsi, oğlu da olsun. (11.172). Bad­kubi bu fikriylə Allah-Təalaya yabançı olan ünsür­ləri rədd, uluhiyyətə aid olan özəllikləri isə yalnız Ona isnad edir. Möh­sin Demirçi də öz tədqiqatında bu qənaətə gələrək, tövhidi etiqadi və əməli olaraq iki qismə bölmüşdür. Etiqadi tövhid bö­lümündə bütün batil tanrılar rədd edilərək, Allah-Təalanın ölüm­süzlüyü və etiqadın yal­nız Ona olunması qəbul edilir. Əməli tövhid dedikdə isə, Bütün əməl­lərin Allaha doğru yö­nəldilməsi və hər bir işi Onun rizası üçün edilməsi vurğulanır (6. 52).

Vahdaniyyət Allah-Təalanın zat, sifət və işlərində bir olma­sı, Onun şəriki və nəziri (bənzəri) olmaması deməkdir (3.280). Vəhdəti-vücud tə­limi və əsil həqiqi və vacibi olan bir varlığın, yəni, Allahın birliyini təsdiq etməkdir. Kainatda yalnız tək bir həqiqi vücud vardır ki, o da mütləq və vacib varlıq olan Al­lah­dır. Allah-Təala kainatda zatı etibarilə deyil, sifət və felləri eti­barilə təcəlli (təzahür) edir. Kainat bütövlükdə Haqqın vü­cu­du ilə mövcuddur (8.7). Bizim gördüyümüz digər şeylər Al­­la­hın vü­cudunu tanımaq üçündür.

Tövhidin mənasi Allah-Təalanı tək və şəriksiz bilməkdir. (9.14) Töv­hid əslində bütün kamal sifərləri ilə Allah-Təalanın təkliyini bildir­məklə hər şeyi Allah –Təaladan bilməkdir.

Müsəlmanların hamısı əhli-tövhiddir. Əhli- tövhid xeyri də, şəri də ancaq Allah-Təaladan bilir. Qəzali tövhid barədə ya­zır:”Tövhid iç-içə iki pərdəsi olan qiymətli bir gövhərdir. Birincisi, yəni, üst qabıq, və ya­xud, pərdə dil ilə “La ilahə illəllah” deməkdir. İkinci pərdə, dilin söy­lədiyini qəlbin inkar etməməsi, buna inanıb təsdiq etməsidir”.(4.38)

Deməli, tövhid odur ki, Haqqu-sübhanə və Təala bir­dir (14.1).

Əbdüssəlam Axundzadə tövhidi belə səciyyələndirir: ”Tövhid Al­lah­dan başqa yaradıcı və mə’bud qəbul etməmək əsa­sına dayanır. Al­lah-Təala bizi öz vahdaniyyətinə qayil ol­ma­ğa hökm edir və bir şeyi ona şərik verməkdən nəhy bu­yu­rur. Yəni bir kəsi və ya bir heykəl və su­rəti Allah-Təalanın şə­riki, timsalı bilib ibadət etmək batil və küfr­dür.Yalnız Onun rəh­minə ümid bağlamaq, qəzəbindən qorxmaq, ver­diyi nemət­lərə görə şükr etmək lazımdır”(18.29).

Başqa bir mənbədə deyilir:” Qullarına saysız ne’mətlər ve­rən, onları hər yerdə və hər zaman eşidib qoruyan, varlığının başlanğıcı, sonu ol­ma­yan, tək, bənzərsiz Allahımızın varlığın­da kimsəyə ehtiyacı yoxdur. Əksinə, hər şey var olmaqda ona möh­tacdır.

بر خداى خالق و پروردگار کین جهانرا ا. عدم کرد آشکار

از کمال صنع رب العالمین کشت پیدا آسمانها وزمین

(12. 2)


Tərcüməsi: Xəlq edən və pərvəriş verən Allah ,

Bu dunyanı yoxdan aşkar etdi.

Aləmlərin Rəbbinin kamil yaradıcılığından,

Göylər və Yer peyda oldu.

Tövhid ilk öncə bir fəlsəfi nəzəriyyə deyil, bir etiqad­dır. Lakin onun təşkil etdiyi məsələ fəlsəfənin mühüm bir mövzu­sudur (17.210). Qurani-Kərim hər bir insanın kainatı yaradan və yüksəldən bir uca varlığın mövcudiyyətini qəbul edəcəyini önə çəkir. İnsan məhz belə bir təbii fitrətdə yaradılmışdır. Bu hökm bir çox ayələrdə olduğu kimi, “İx­las” surəsinin məzmu­nu­nda da bəyan edilir. Allahın vahdaniyyəti vur­ğu­lanan surə­nin məzmunu belədir: ” İqrar və etiqad edərik ki, Xüda­vən­di-aləm bir və şəriksizdir. Zati-iqtidası daim və baqidir. Yəni, hər vaxt möv­cud olub və olacaqdır. Bütün möhtacların pənahı və ağasıdır. Bir kəs Ondan və O bir kəsdən doğulub vücuda gəl­mə­yibdir. Eləcə də nə bir kəs Ondan ayrilıb, nə də O bir kəsə birləşməyibdir.”(15.12a)

Tövhid təkcə xilqət baximindan deyil, ibadət baxımından da diqqət mərkəzində dayanır. Hər bir işi başlayanda Allahın adı ilə başlamaq, bitirəndə Ona şükür etmək lazımdır. Allah­dan başqa heç kəsə ibadət olunmaz. İslamda Allah haqqında təsəvvürün mükəmməl nümunəsini Nizaminin öz məsnəvi­ləri­nin başlanğıcında yazdığı münacatlarda izlə­mək olar:

Bu qara torpağa sükunət verən,

O sonsuz fələyə hərəkət verən,

Dilimdə hər şeydən uca bir ad var,

Bu ada bağlıdır bütün varlıqlar.

Yaranmışlar ona səcdə edərək

Hər an varlığına şahiddir, gerçək.

Təkdir, misilsizdir,- kim deyil agah?

Tanrılar da ona deyirlər Allah. (7. 196)

Kəlmeyi-tayyibə kəlmeyi-tövhiddir.Yəni, “la İlahə illəlllah “demək­dir. Əhli-təfsirin rəyincə, şəcəri- tayyibədən murad xur­ma ağacıdır. Al­lah-Təalanı, yəni, kəlmeyi-tövhidi xurma ağa­cına bənzətməkdə məqsəd budur ki, xurma ağacı hər vi­la­yətdə olmadığı kimi, Kəlmeyı-tayyibə də hər kafirin, münafi­qin qəlbində əylənməz və qərar tutmaz. (13. 72 a).

Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs bir ərəbin (yolçu­nun səfər yeməyini hazırlasa, onun təqva ehtiyatına mən zami­nəm”. Bunu eşidən Salman soruşmuşdur: “Ya Rəsulullah, təq­va ehtiyatı nədir?”. Buyur­muş­dur: “Ölüm zamanı “La ilahə il­ləl­lah” demək. Əgər bunu desən, (axirətdə) bizi görərsən, de­məsən, bizi görməyəcəksən”. İnsan dünya­sını dəyişərkən töv­hid kəlməsini (la ilahə illəlllah) dilinə gətirərsə, onun ölümü imanlı və etiqadlı ölüm olar.Əgər canvermə halında zəiflikdən dil danışmasa da, qəlbin imanını, təlqini ürəkdən keçirmək kifayətdir. (2.130.).

Qeyd edək ki, təsəvvüf düşüncəsində də tövhid önəmli yer tutur. “Bir elm kimi tövhid batini elmdir ki, ona elmül-yəqin deyirlər. Bu o deməkdir ki, bəndeyi-tariq (yolçu; Allaha doğru gedən sufi) təsəvvüfün başlanğıcında elə bir vücudu yəqin bilir ki, o həqiqi mövcuddur, mütləq müəssir deyildir” (5.52). Tə­səv­vüfün ilk şərti qəlbi Allahın zatından başqa hər şeydən tə­mizləmək, öz ruhanı varlığını Allahın varlığında əritmək, yox etməkdir ki, bu da tövhid məqamına yetişməklə müyəssər olar.

“Müsəlmanların hamısı əhli-tövhiddir. Allahı bir və tək, hər şeydən başqa bir zat, vacibəl-vücud bilib, sifati-vahdaniyyət ilə müttəsif edər­lər” (16.11). Müəllif davam edərək yazır: “Bunlar Allahdan başqa Al­lah yoxdur, Məhəmməd onun pey­ğəm­bəridir deyib tək, qadir, alim olan Allaha itaət edərlər. Onun şəriki, nəsibi, oxşarı yoxdur. Ğəni və ehti­yac­sızdır. Ci­sim və rəng deyil. Bir məkanı və zamanı yoxdur. Bir kəs­dən do­ğulmayıb və bir kəsi doğmayıbdır. Həmişə olub və olacaq­dır. Bu xəlayiqi yoxluqdan xəlq edib. Öldürən və qiyamət gü­nündə dirildən və müjdə verəndir”(16.18).

Sonsuz qüdrət və qüvvətə malik olan varlığı gözlə görmək, nəyəsə bənzətmək mümkün olmadığını təsdiqləyən Badikubi yazır: “Onun nə olduğu heç kəsə məlum deyildir. Onun zatını özündən başqa heç kəs bilmir və bilmək mümkün də deyil” (10.12).

Etiqad - Allah-Təalanın zatı və sifətləri ilə bağlı olub, Onun vahda­niy­yətinə etiqad etməkdir. Vahid Allah tək, şəriksiz, bütün naqis sifət­lərdən xali, cəlal sahibidır. Hər bir müsəlman Allahın mürəkkəb olma­ma­sına etiqad etməlidir. Badkubi Alla­hın mürəkkəb olmamasını sadə və məntiqi bir şəkildə izah erir:”Mürəkkəb olan şeyin mövcud olması üçün öz əczasına (hissələrinə) möhtacdır. Möhtac olan şey mümkünəl-vücud olacaqdır. Allah-Təala isə Vacibəl vücuddur. Artıq qeyd etdik ki, mürəkkəb iki və daha artıq cüzdən əmələ gələndir. Allah nə xəyali, nə əqli, nə də xarici hissələrdən ibarət deyildir. Allah-Təalanın əl, ayaq, baş, göz və qulağı yoxdur.Ona etiqad etmək vacibdir ki, O nə bəsit mü­cərrədlərdən, nə də qeyri-mücər­rəd­lərdən birləşib mürəkkəb olmamış­dır” (11.77.).



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin