Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə58/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   54   55   56   57   58   59   60   61   ...   232
Can köynəyi

Analitik yolla yaranmış bu birləşmə Neftçala rayon şivə­lə­rində ge­cə paltarını ifadə edir. Köynək sözü ümumtürk mən­şə­lidir. "Köynək", "ru­baş­ka" mənasında bir sıra türk dillərində işlənməkdədir. Müasir türk (qom­lek) və axıska türklərinin di­lində (kömlək) variantında olan bu ge­yim adı Azərbaycan di­lində köynək, kumık dilində qelek, tatar dilində kumlmek, öz­bək dilində kuylak, qırğız dilində koğynoğk, tuvin dilində xoğylenq variantlarında müşahidə olunur. Bu geyim adı qədim türk mən­bələrində də qeydə alınmışdır. Mahmud Kaşğarinin lüğətində də bu sözə təsadüf olunur: kenqleker kenqleklendi-Kişi köynəyini geydi. Öz­bək dilində geyim adlarından na­mi­zəd­lik dissertasiyası yazmış M.Asa­mut­dinovanın nöqteyi-nə­zərincə, kelek - komn "dəri, gön" mə"nasında olmuşdur (5;16). Axıska türklərinin dilində tışkömlək adı isə digər türk dil­lərində alt köynək (Azərb.), işki koğlek (qazax), iç kuylak (öz­bək), ij gomlegi (türk), tış kelek (qaraçay-balkar), tıskı koğ­ylek (noqay), tışkğı kulğdgk (başqırd) və s. formalarda işlə­dilir.



Çəvkən

Cəbrayıl şivəsində “qolsuz qadın paltarı” mənası qeydə alın­mışdır.

Qaqauz dilində geyim adlarını araşdıran G. Karanfil çupak sözünün paltarın yuxarı hissəsini ifadə etdiyini yazır. Müəllif bu sözün geniş arealda yayılmadığını, yalnız bir şivədə - Vul­kaneşt şivəsində təsadüf olunduğunu qeyd edir [3]. Müxtəlif fonetik variantlarda, demək olar ki, bütün türk dillərində iş­lənən bu sözün (“çupak” paltarın yuxarı hissəsi [qaq.], “çuba” xalata bənzər geniş paltar [alt.], “çuba” dəri korset [qa­raç.balk.], “suba// juba” şuba [qırğ.], “şıva” paltar [noq.], “şıva” nazik xalat [tuv.], “şıvıq” örtük [tuv.], “çapan” xalat [tat.], “şapan” xalat [qaz.], “sapan” xalat [başk.]) çox da geniş ya­yılmaması səbəbindən qaraçay-balkar dilinin leksikasını tədqiq edən İ.Otarov “çuba” türkiz­mi­nin etimologiyasını araş­dırar­kən onu fars dilindən alınma hesab edir. Fars dilində “cübba” geniş xalat mənasını ifadə edir. Rus dilində işlə­nən “şuba” şözünün M.Fasmer, M.Rabinoviç, Mladenov, Karloviç, Rad­lov tərəfindən ərəb mənşəli hesab olunmasına etiraz edən G.Karan­fil türk dillərində müxtəlif fonetik variantlarda, eləcə də “örtük” məna­sında monqol dilində işlənən “tsuv” sözlərini əsas gətirərək “şuba” sö­zünün türk mənşəli olduğunu əsas­lan­dırır: “ Düşünürük ki, türk mən­şəli söz sonradan ərəb, fars və slavyan dillərinə keçmişdir [3].

Gapat

Masallı rayon şivələrində “paltar” mənasında qeydə alınmış bu söz Füzuli rayon şivələrində “qapot” fonetik şəklində iş­lə­nir. Xakas dilində geyim məfhumu “kip” sözü ilə ifadə olunur-“kibem”- mənim paltarım (6; 42). Qaftan sözünün kişi geyi­mini ifadə etdiyi məlumdur. Sözün mən­şəyi mübahisəlidir. Mah­mud Kaşğarinin lüğətində kaftan "üst ge­yim, xalat, kaf­tan" mə"nasındadır. V.V.Radlov bu sözü fars mənşəli kaba (üst geyim) sözü ilə əlaqələndirir . Türk dillərində qaftan sö­zü­nün kaftan (Azərb.), kaptal (qırğ.), kaptal (alt.) kaptal (çuv.) kimi variant­la­rı­na təsadüf olunur. İ.M.Otarov bu sözün kmaptal "kaftan-beşmet" şək­lində qaraçay-balkar dilində oldu­ğunu göstərir. A.Q.Preobrajenski eti­moloji lüğətində "kaftan" sözünü rus dilindən alınma söz hesab edir. M.Fasmer isə bu­nun əksinə olaraq həmin sözü fars mənşəli sayır [7; 2]. M.Rya­sanen hesab edir ki, bu söz türk dillərinə gəlmədir və aşağıdakı dəyişmələrlə inkişaf etmişdir: kmapton - kmaptan - kaftan [8; 65].

Dilin tarixi inkişafda öyrənilməsində dialektlər əvəzsiz mən­­bədir. Bu, dilin leksik tərkibinin inkişaf xüsusiyyətlərinin mey­dana çıxarılma­sı­na da aiddir. “Şivələrin leksik vahid­ləri­nin qədim türk yazılı abidə­lə­rinin, qohum dillərin və onların şivələrinin sözləri ilə əlaqəli tədqiqi tarixi leksikologiya məsə­lə­lərinin aydınlaşdırılmasında, dildaxili qanun­lar əsasında yeni sözlərin əmələgəlmə prinsiplərinin öyrənilməsində, ədə­bi dilin ehtiyacı olan sözlərin üzə çıxarılmasında başlıca amildir” [9; 4].


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin