Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə55/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   51   52   53   54   55   56   57   58   ...   232
Nəzakət Qazıyeva

(Dilçilik İnstitutu)
BƏZİ GEYİM ADLARININ TARİXİ-DİALEKTOLOJİ TƏHLİLİ
Dilin lüğət tərkibi fonetik və qrammatik normalara nisbətən daha sürətlə inkişaf edir və təkmilləşir. Insanların – dil daşı­yı­cı­larının həya­tın­da baş verən yeniliklər, dəyişikliklər dilin lü­ğət tərkibində əks olu­nur. Dialekt leksikası və ədəbi leksika ey­ni dilə aid olmalarına baxma­yaraq, bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Ədəbi dil müasir dövrdə əha­linin ünsiyyət eh­tiyaci ilə bağlı bütün tələblərə cavab verməli, hə­yatın müasir in­kişaf tempindən geri qalmamalı olduğu üçün, müəyyən “qəlib” və “çərçivə”lərə uyğunlaşmalı olduğundan onda sanki gə­ləcəyə hesablanmış yönəlmə hiss olunur. Bu baxımdan dia­lekt leksikası daha konservativ xarakter daşıyır ki, bu da dilin tarixi inkişaf xüsusiy­yət­lə­rinin araşdırılması və inkişaf meyili­nin müəyyənləşdirilməsi üçün çox əhəmiyyətlidir. Dialekt lek­si­kasının digər fərqli və üstün xüsusiyyəti burada anlayışların ədəbi dildə olduğundan daha çeşidli və şaxələnmiş ifadə va­riant­larına təsadüf olunmasıdır. Dilin qədim leksik qatına aid sözlər şivələrin lüğət tərkibində daha çox qorunub saxlanır. K.Musa­ye­vin qeyd etdiyi kimi, türk dillərinin öz arasında və müxtəlif dillərə mü­nasibətdə oxşar və fərqli cəhətlərin üzə çı­xa­rıl­ması məhz dialektlərin lek­sikasının diqqətli tədqiqi nəti­cə­sində mümkündür .

Dialekt leksikasının digər türk dilləri və dialektləri ilə mü­qa­yisədə tədqiqi mühüm əhəmiyyət kəsb edir. Dialekt leksi­ka­sının yalnız ədəbi dillə müqayisədə tədqiqi türk dilləri və dialekt­lərinin fopmalaşma döv­rü­nə xas olan mürəkkəb inkişaf prosesini anlamağa imkan vermir. Dilin leksik xüsusiyyət­lə­rinin tarixi inkişaf xüsusiyyətlərinin araşdırılmasında dialekt fakt­larının tədqiqata cəlb olunmasının başqa bir üstünlüyü dialekt­lərin ədəbi dillə müqayisədə daha konservativ xarakterə malik olmasıdır. Burada digər faktı da diqqət mərkəzində sax­la­maq lazımdır: ünsiyyət vasitəsi kimi dialektlər ədəbi dilə nis­bətən daha böyük kütləni əhatə edir və burada dil vahidlərinin variantlılığı və zənginliyi faktını da inkar etmək olmaz. A.Bas­kakov bununla bağlı olaraq qeyd edir ki, “Türk dillərində ədə­bi dil daşıyıcılarının sayı 10-12%-dən artıq olmadı­ğı halda, əha­linin böyük hissəsi dilin dialekt formasından istifadə edir” [1.5-7].

Araşdırmalar göstərir ki, bəzi hallarda qədim elementlər şivələrdə qorunduğu halda, ədəbi dildə saxlanmamışdır. Odur ki, dialekt leksika­sının diqqətli tədqiqi dil tarixi ilə bağlı araş­dırma üçün daha çox mate­rial verə bilər. Məsələn, xakas dilin­də ənənəvi geyim adlarının tədqiqi bir sıra ümumtürk səciyyəli sözlərin xakas dilinin dialektlərində ilkin mə­nada işləndiyini göstərir: kip – paltar, kbqenek – don, niin/ts – paltarın qolu, ça­qa saq – vorotnik (yaxalıq), port – papaq, ux – corab (чу­­лок), teer – dəri, ton – şuba, paltar, don[2]. Bu baxımdan diq­qə­ti­mizi cəlb edən bəzi sözləri nəzərdən keçirək:


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin