Qalq - / örü dur - : D. 113: Ərə varan qız qalqa, qol saluban oynaya... - V.46: Ərə varan qız yerindən örü dura, qol saluban oyun göstərə...
Dilə - / istə -: D.16: Dilədi ki, oğlanı həlak qılaydı - V.9: İstədi kim, oğlanı həlak edə; D. 57: Qaracuq çoban, anamı kafirdən diləyəyim - V. 64: Mərə çoban, səbr et, anamı kafirdən istəyəyim. Vatikan nüsxəsində bunun əksi, yəni istə - felinin dilə - feli ilə əvəz olunması da müşahidə edilir: D. 23: Dirsə xan istədi kim, oğlancuğınuñ üstinə gürləyüb düşəydi, ol qırq namərd qomadı. - V.13: Dirsə xan dilədi kim, oğlancuğınuñ üstinə küvləyüb düşəydi, ol qırq namərd qomadı.
Qat / yan: D.20: Bayındır xanuñ qatında saña qəzəb ola. - V.11: Bayındır xanuñ yanında saña qatı qəzəb ola.
Kərrə - / qatla : D. 28: Üç kərrə yaramı sığadı - V. 16: Üç qatla yarasını sığadı.