Tonat - / geyür -: D. 117: Beyrəgə dayalar qaftan geyürüb tonatdılar - V.49: Tayalar Beryəgüñ arqasına qaftanlar geyürdilər.
Dişlə - / ısır -: D.80: Beyrək üç öpdi, bir dişlədi - V.27: Beyrək üç öpdi, bir ısırdı.
Get- / var-: D.111: Nerəyə gedər isə getsün / V.45: Nerəyə varursa varsun.
Adaqlu / nişanlı ; apar - / elt - : D. 94: Biz bunı tanımazuz, adaqlusına aparuñ görsün, ol yaxşı bilür - V.35: Biz bu kömləgi tanımazuz. Nişanlusına eltüñ, ol yaxşı bilür, zira ol dikübdür.
Tuş ol - / bulış -: D. 45: Sudan keçdi, bu kəz bir qurda tuş oldı - V. 58: Keçdi getdi, yolda qurda bulışdı və s.
2. “Kitabi- Dədə Qorqud”un Vatikan nüsxəsindəki leksik fərqlərin bir qismini Drezden nüsxəsində işlənmiş sözlərə yaxın mənalı sözlər təşkil edir. Bu sözlər Drezden nüsxəsindəki leksik vahidlərlə məna cəhətdən tam eyni olmasa da, mətnin semantik strukturunda elə bir ciddi fərq və anlaşılmazlıq yaratmır. Məs.: Qısıl - / sığın -: D.83: Gen ətəgüñə, tar qoltuğuña qısılmağa gəlmişəm - V.29: Gen ətəgüñə, tar qoltuğuña sığınmağa gəlmişəm.
Çalın - / öt -: D.63: Borılar çalındı - V.66: Borılar ötdi.
Dostları ilə paylaş: |