اللّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
“(Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) qalarlar” (Bəqərə: 15).
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلاَثَةِ آلاَفٍ مِّنَ الْمَلآئِكَةِ مُنزَلِينَ ؛
بَلَى إِن تَصْبِرُواْ وَتَتَّقُواْ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ آلافٍ مِّنَ الْمَلآئِكَةِ مُسَوِّمِينَ
“O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?” (Ali-İmran: 124)
“Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər” (Ali-İmran: 125)
Qurani-Kərimin bir çox ayələrində Allahın bütün sifətlərdən pak və uzaq olduğu vurğulanır. Bu isə “Səbəhə” kökündən düzələn sübhan sözü ilə ifadə olunur. Bu sözlə Allahın birliyi və şəriksizliyi bir daha öz təsdiqini tapır. Bu fikirlər bir çox ayələrdə, o cümlədən, Bəqərə 116, Ali-İmran 191, Ənam 100-də öz əksini tapıb:
Dostları ilə paylaş: |