وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاء وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ
“Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!” (Zumər: 69).
يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ
“O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!” (Qiyamə: 13)
İnsan həyatın keşməkeşli yollarında öz mənəvi-ruhi sakitliyini, təmkinlik və səbrliliyini Quran ayələrində tapır. Bizim ən böyük sirdaşımız, amaldaşımız mərhəmətli və qüdrətli Allahımızdır (7.s. 4).
İnsan ən dözülməz, ağır anlarda əllərini göyə uzadıb o gözə görünməz qadir Allahdan imdad dilər. Axı Quran insanlar üçün bəsirət gözü (axirətə) tam yəqinliklə inanan bir qövm üçün hidayət (doğru) yolu göstərən rəhbər və mərhəmətdir: Casiyə: 20)
Hər birimiz, şübhəsiz ki, Ona dualar edirik. Duaların əhəmiyyətini Süleyman peyğəmbərlə bağlı üç ayə yetərincə aşkar edə bildiyindən onları qeyd etməyi lazımlı hesab etdik:
Dostları ilə paylaş: |