جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء مَن تَزَكَّى
“Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların (təmizlənənlərin) mükafatıdır” (Taha: 76).
Quranda Musa ilə Xızırın tanışlığı barədəki məşhur qissədə deyilir:
فَوَجَدَا عَبْداً مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْما
(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar (Kəhf:65).
Bu deyilənlər nəticə etibarı ilə Musa ilə Xızırın “Məcməul-Bəhreyn”də görüşməsinə dəlalət edir (7.s.199)..
Aşıq Qərib dastanında Əhməd Bəzirgan bu məqama belə işarə edir:
Haqq sənə göndərsin Xıdır İlyası,
Ağlar, sızlar gördüm nazlı Sənəmi.
Vardı sənə Şahsənəmin duası,
Ağlar, sızlar gördüm nazlı Sənəmi. (8..s.110)
Adətən Xızır mifologiyada və ədəbiyyatda daha çox dirilik suyuna yol tapan rəmzi bir əsatir qəhrəmanı kimi tanınır. Ona görə də istər şifahi xalq yaradıcılığında, istərsə də ədəbiyyatda dirilik anlamı önəmli yer tutur (7, 199).
Dastanın birinci misrasındakı “Haqq sənə göndərsin Xıdır İlyası” ifadəsi ilə sevgilisinin dərdindən diri ikən özünü ölmüş bilən Qəribə Musa peyğmbərin kömək etməsi arzulanır.
Açıq Qərib dastanının bu məqamında Güloğlanın Aşıq Qəribin sualına cavab verə bilmədiyini görən məclis əhli, aşıq, cavabını özün de – söylədilər. Aldı Qərib, görək nə dedi:
Dinləyin Qəribdən siz bu nidanı,
Kafe nundan Xuda qurdu binanı,
On iki qapıdı, sorma dünyanı,
Ömrümüz keçməkdə haman demişlər (8.s.85)
Beytin ikinci misrasında “kun, fəyəkun” ifadəsinə, yəni dünyanın yaranışının Xalıqın iki sözünə bənd olduğuna işarə edilir. Quranda:
Dostları ilə paylaş: |