بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ
“Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” – deyər, o da (fövrən) olar” (Bəqərə: 117).
Beytin üçüncü misrasında isə on iki qapı ifadəsi ilə on iki ulduz, on iki İmam Rəsuli – Əkrəm (s.a.s) əhli-beytindən, Peyğəmbər salavatullah və qızı hz.Fatimədən (ə) başqa olan məsumlara işarə edilir (6, 237-238).
Hədislərin birində Peyğəmbər belə buyurdu: “İnsanların işi o vaxta qədər davam edəcəkdir ki, onlar üçün on iki xəlifə olsun və onların hamısı Qureyşdəndir”.
“Qəza qələm alıb yazı yazanda” – misrası ilə ustad aşıq Quranı-Kərimin Məkkədə nazil olmuş “Nun və Qələm” surəsinə – mələklərin lövhi-məhfuzda insanların qəzavü-qədərinin məhz qələmlə yazılmasına işarə edir, təşxis sənəti ilə cansız qələmi canlandıraraq onun xilqətin həyatındakı rolunu vurğulayır (6, 236). Dilsuz və Xəzangül dastanından bir nümunə:
Gözəllər köksündə sərxoş gəzəndə,
Gül nərgizi dəstdə tutub üzəndə.
Qəza qələm alıb yazı yazanda
Bəxtin qara yazan verdi güllü bağ.(5.s.42)
Yalnız ərəb-İslam mədəniyyətində deyil, bütün dünyada öz bənzərsiz bəlağəti ilə seçilən Quranın mövzu, motiv və islahatları ədəbiyyatda işlədilərək onun məna dəyərini artırmış, hikmət, ibrət və nəsihətin insanlığa çatdırılmasında önəmli rol oynamışdır.
Qəzavü-qədər bu sayaq istilahlardandır. Istər xalq yaradıcılığında, istərsə də klassik irsdə bu mövzuya geniş yer verilmişdir. “Məhəmməd və Güləndam” dastanının ustadnamə hissəsində də bu məsələ ürəyə yatımlı, sadə xalq dilində öz əksini tapmışıdır:
Qazav-qədər başa salsa qaranı,
Döylətə dost olan etməz çaranı.
Kasatlığa düşsə kəsər aranı,
Tikə dostu dövlət, malı gözdiyər (8.s.7)
İnsan qədərini hansı amillərin həll etdiyini Qurani-Kərimin ayələrindən aydın şəkildə anlaya bilərik (Bir-birinizin malını haqqınız olmadığı halda yeməyin – Bəqərə: 188); (Allaha tam bir itaətlə boyun əyməyincə - Nisə: 65); (İnsanlar arasında ədalətli hökm olmazsa,onlara zülm edilərsə - Yunus: 54); Məryəm: 61, əz-Zumər: 69, əl-Qiyamə: 13
Bütün bunlardan belə nəticə çıxır ki, bəşər övladının yaranışından tutmuş keçdiyi ömür yolu Allah-Təalanın nəzəri altındadır.
Allaha sığınan Onun mərhəməti, rəhmi nəticəsində haqq yoluna gələr, digər bir qismi isə haqdan qaçaraq zəlalətə düçar olar.
Dostları ilə paylaş: |