Şüca Cavanpərəst
(Əlyazmalar İnstitutu)
Quranda tədəbbür və təfəkkür
Tədbirlilik öz iki qanadı ilə, yəni mərifət və əməl vasitəsilə insanı həqiqətə yönəldir. İnsan bütün hallarda məqsədsiz yaşamır, hadisə və prosesləri müşahidə edərkən onların sonunu və aqibətini Allahın nəzərdə tutduğu aqibətlə uzlaşdırmaqla hidayət tapır. Aqibət barədə müxtəlif şəkillərdə düşünmək üçün insan öz təfəkkürünü işə salmalıdır.
Müəyyən ehtiyac və stimul əsasında formalaşan hər bir təfəkkürdə müəyyən dərəcədə aqibəti düşünmək nişanəsi vardır. Doğrudur, aqibət düşüncəsi düzgün və yanlış meyarlarla gerçəkləşə bilər, onun bir qismi dərin və uzaq üfüqləri, bir qismi isə səthi və yaxın cəhətləri əhatə edəir.
Eyni zamanda aqibət və gələcək düşüncəsi təfəkkür prosesinin predmeti olaraq elm və mərifətin səviyyəsini yüksəltmək və praktiki sahədə daha çox uğur qazanmaq məqsədi daşıyır. Başqa sözlə desək, insan təfəkkürü əsasən aqibət və gələcək üçün tədbir görmək deməkdir. Deməli, aqibət və gələcəyi düşünmək təfəkkürün əsas predmeti olaraq qəbul edilə bilər. Bununla təfəkkürün islah edilməsi və onun faydasının çoxaldılması məsələsi gündəmə gəlir.
Beləliklə, təfəkkürün bütün mərhələ və dərəcələri aqibət və gələcək məfhumları ilə bağlıdır. Təfəkkür prosesində qazanılan məharətlər də bir növ aqibət və gələcək düşüncəsi ilə əlaqədardır.
Ümumi şəkildə tədbirlilik anlamı (tədəbbor) təfəkkürün gələcəyə yönələn bir düşüncə prosesi olduğunu göstərir. Bu mənada əldə olan çoxlu dəlillərlə sübut olunur ki, tədbirlilik təfəkkürün ən yaxşı növüdür. Onun mühüm xüsusiyyətlərindən biri budur ki, insan həyatında geniş şəkildə tətbiq edilir, elm ilə əməli bir araya gətirərək düşüncə sisteminin əməldə gerçəkləşməsini təmin edir. Aqibət və gələcək düşüncəsini diqqətə çatdıran ayələrin bariz nümunəsi Ali-İmran surəsində öz əksini tapmışdır:
“Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!;
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır”;
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”; (Ali-İmran: 189-191).
Bu ayələrdə əsas mövzu “ulul-əhbab” – yəni düşüncə sahibləridir ki, vəhy baxımından diqqəti cəlb edirlər. Ağıl və düşüncə sahibləri tədbirli və gələcəyi fikirləşən şəxslərdir (2.c.12.s.324). Ayələrin əvvəlində Yerin və Göylərin Allahın hökmranlığında olduğu, Onun qüdrətinin hər şeyi əhatə etməsi diqqətə çatdırılır, Yerin və Göylərin xilqəti isə düşüncə sahibləri üçün Allahın ayələri kimi təqdim edilir. Bunların ardınca həmin ayələr üzərində təfəkkürə dəvət olunur. Göründüyü kimi, təfəkkür ardıcıl bir proses kimi nəzərdən keçirilir.
Burada qeyd ediləsi mühüm məqam ondan ibarətdir ki, ağıl sahibləri bütün hallarda uca Allahı yad edirlər və onların diqqət və düşüncəsi həmişə fəaldır. Yuxarıdakı ayələr ardıcıl olaraq ağıl sahiblərinin əməldən öncə, əməl zamanı və əməldən sonrakı mərhələlərini təsvir edir. Təbii olaraq bu üç mərhələ bir-birindən ayrı deyildir və onlar arasındakı əlaqəni daha konkret şəkildə müəyyənləşdirmək üçün hər bir mərhələnin xüsusiyyətlərini ayırd etmək lazım gəlir:
Birinci mərhələ: əməldən öncə ağıl sahiblərinin vəhy baxımından təqdim edilməsi.
1. Onlar üçün Yer və Göylərin xilqətinin ayə olması;
2. Onlar hər bir vəziyyətə Allahı yad edir və diqqətləri fəaldır;
3. Yer və Göylərin yaranışı, gecə və gündüzün dəyişməsi barədə fəal düşünürlər.
İkinci mərhələ: Əməldən öncə ağıl sahiblərinin öz sözləri ilə təqdim edilməsi. Onların təfəkkürü dualardan aşkar olur. Sanki bu fikir dua qəlibində aydın şəkildə ifadə olunur. Həmin fikir xilqətin təzahürü ilə aşkarlanır.
Üçüncü mərhələ: Düşüncə sahiblərinin vəhy tərəfdən təqdim edilməsi (əməlin gerçəkləşməsi və ondan sonrakı dövr). Allah onların duasını yerinə yetirdi, çünki heç kəsin əməlini cavabsız qoymur. Pis əməllərin örtülməsi;
Dostları ilə paylaş: |