Azərbaycan miLLİ elmlər akademiyasi


«EġġƏK NƏ BĠLĠR ZƏFƏRAN   NƏDĠR?!»



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə108/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   104   105   106   107   108   109   110   111   ...   143
«EġġƏK NƏ BĠLĠR ZƏFƏRAN   NƏDĠR?!» 
 
Zəfəran  süsənçiçəklilər  fəsiləsinə  aiddir.  Latınca  «Crocus»  (mənası  «sap» 
deməkdir),  rusca  «Шафран»  adlanır.  Zəfəranın  qurudulmuş  dişicik  tellərinin 
dəmlənməsi, balla qarışığı, təzə çiçək açarkən dişicik tellərinin dilin altına qoyulması, 
almanın  içinin  ovulub  onun  içərisinə  qoyulması  və  s.  beyin  hüceyrələrinə  və 
damarlarına yaxşı təsir  göstərməklə, onların kirəcləşməsinin qarşısını alır. Gözün torlu 
qişası  xəstəliklərinin,  mirvari  suyunun,  sarılıq,  qaraciyər,  öd  kisəsi,  mədə-bağırsaq 
xəstəliklərinin müalicəsinə çox kömək edir. Zəfəranın erkəkcik telləri sonsuzluğa qarşı 
əvəzsiz  müalicədir.  Qurudulmuş  çiçək  ləçəkləri  isə  sinənin  yumuşaldılmasına  tez 
kömək edir (İbadlı, Zərgərli, 2009; İbadlı,1999).     
 
Zəfəran xoş rənginə, dadına, gözəl ətrinə görə Azərbaycan mətbəxində ədviyyat 
kimi  çox  məşhurdur.  Bir  çox  yeməklərimizi,  xüsusən  yeməklərimizin  şahı  sayılan 
plovu  zəfəransız  təsəvvür  etmək  mümkün  deyil.  Həmçinin  yağ,  pendir    istehsalında, 
şirniyyat  növlərinin  və  spirtsiz  içkilərin  hazırlanmasında  da  geniş  istifadə  olunur. 
Xalqın arasında çox məşhur olan «Eşşək nə bilir zəfəran nədir?» deyimində az da olsa 
həqiqət var. Çünki, eşşək qaba otla yemlənir, heç kim onu zəfəranlığa buraxmaz. Odur 
ki,  cəmiyyətdə  kimsə  yüksək  keyfiyyətli  məhsulun,  ərzağın,  əşyanın,  tədbirin,  hətta 
sözün  qədrini  bilməyəndə,  bu  deyim  onun    ünvanına  yönəldilir  (Mustafayev, 
Məmmədov, 2008).      
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin