Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə105/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   101   102   103   104   105   106   107   108   ...   143
«NAR KÖKÜN SAXLAR» 
 
Real deyimdır. Nar kolu şaxtaya davamsızdır, amma şaxta vuranda, ya qocalıb 
quruyanda kökü  torpaqda qalır, sonra göyərir. Ona görə deyirlər ki, «narın yeri itməz» 
və ya «nar kökünü saxlar» (Mustafayev, Məmmədov, 2008). 
 
«HƏR SATAN GETDĠ, ĠTBURNU SATAN GƏLDĠ» 
 
İtburnu,  gülçiçəklilər  fəsiləsinə  aiddir.  Latınca  «Rosa»,  rusca  «Роза», 
«Шиповник»  adlanır.  Meyvəsi  vitamin,  şəkər,  pektin,  pentazon,  efir  yağı,  aşı  və 
rəngləyici  maddə  ilə  zəngindir.  Aşı  maddəsi  kök,  gövdə  və  yarpağında  da  var 
(Qurbanov,  2009;  Qasimov  və.b.,  2010).  Ondan  hazırlanan  dərmanlar  mədə,  böyrək, 
dəri  xəstəliklərinin  və  yaraların  müalicəsində,  eləcə  də  qan  dövranının 
yaxşılaşdırılmasında istifadə edilir (İbadlı, Zərgərli, 2009). İtburnudan mürəbbə, cem, 
vitaminli içkilər və s. də hazırlanır. Dərilib qurudulması adətən gec çəkdiyindən bütün 
məhsullar satılıb qurtardıqdan sonra (qışda) itburnusatan, dərdlərə dərman olan malını 
gətirir (Mustafayev, Məmmədov, 2008). 
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin