Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə101/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   97   98   99   100   101   102   103   104   ...   143
 
 
«YA BAĞAYARPAĞI  YA  QUZUQULAĞI» 
 
Atalar bildirmişlər ki, bağayarpağı və quzuqulağı hər ikisi dərman bitkiləri kimi 
faydalıdır  (Abasqulu  Marağai,  1992,  1996;  Mustafayev,  Məmmədov,  2008)  Bağa-
yarpağıkimilər  fəsiləsinə  aid,  çoxillik  otlar    olan  bağayarpağı  latıncadan  «plantaqo» 
adlanır.  («Planto»-  «iz»,  «ağree»  «istiqamət»  deməkdir,  rusca  «подорожник».). 
Yarpaqlarında  plantaqulisid  adlanan  maddə  olduğundan  çiban  tipli  yaraların 
müalicəsində  dərman  kimi  istifadə  edilir.  Təzə  bitkilərindən  hazırlanmış  cövhər 
«homeopatiyada» (dərmanların kiçik dozalarla müalicə üsulu) istifadə olunur. Bir çox 
növləri  aşı  maddəsi  ilə  zəngin    vitaminli  (A  və  B  vitaminləri)  bitkiləridir.  Amma 
qırxbuğumkimilər  fəsiləsinə  aid  olan    quzuqulağı  cinsi  (turşəng,  əvəlik),  birillik, 
ikiillik  və  çoxillik  bitkidir  (latınca  «rumex    asetosella»,  rusca  «шавелек»).  Qış  vaxtı 
qurudulmuş əvəliyin  saç kimi  hörülüb hazırlanan hissələrindən əvəlikli umac, əvəlikli 
aş, əvəlikli sıyıq və s. xörəklər müalicəvi əhəmiyyətə malik dadlı ərzaqdır. Əvəlikli aş 
və ya əvəlikli sıyıq mədə-bağırsaq xəstəliklərinin müalicəsində,  uşaqlarda əmələ gələn 
qanlı ishalın qarşısını almaqda,  əvəlikli  umac isə soyuqdəymə, zökəm (qrip) və sinə 
tutulmasında  geniş  istifadə olunur. Kökləri aşı maddəsi ilə, yarpaqları isə C  vitamini 
ilə zəngindir (İbadlı, Zərgərli,2009) .  
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin