Müalicəvi, Ərzaq və Texniki Əhəmiyyətli
Bəzi Bitkilər Haqqında Atalar Sözləri
və Deyimlərin Açıqlanması
A.T.Məmmədov
1
, O.V.Ġbadlı
1
Bakı Dövlət Universiteti
Təqdim olunan məqalədə müalicəvi, ərzaq və texniki əhəmiyyətli bitkilər
haqqında Azərbaycanda formalaĢan bir neçə atalar sözlərindən və onların
məzmunca açiqlanmasından bəhs olunur.
Müasir dövrdə Yer planetinin həyatını bitkilərsiz təsəvvür etmək mümkün
deyil. Bitkilərin insan həyatında ən böyük rolu, onları həyat üçün vacib olan oksigenlə
təmin etməkdir. Bundan başqa, insanlar bitkilərdən qida, meyvə, yağ məhsulları, lif,
oduncaq, rəng, efirli yağı almaq və başqa bir çox məqsədlər üçün istifadə edirlər.
İnsanın qidasında mühüm yerlərdən birisini də meyvə və vitaminli bitkilər təşkil
edir. Meyvə və vitamin insan orqanizmi üçün vacib məhsul hesab edildiyindən,
onlardan insanlar daim istifadə edirlər.
İnsanların istifadə etdiyi bitkilər sırasında müalicəvi əhəmiyyətli dərman
bitkiləri də xüsusi əhəmiyyətə malikdirlər. İstifadə tarixi çox-çox qədimlərə gedib
çıxan dərman bitkiləri min bir dərdə şəfa verir.
Bütün düşüncəli ömrünü atalar sözlərini toplamağa həsr etmiş mərhum
Əbülqasım Hüseynzadə (1949) müəyyən etmişdir ki, Azərbaycan atalar sözləri 50
000-dən çoxdur, lakin hələ də yeniləri əmələ gəlir. Ona görə bu barədə dəqiq rəqəm
göstərmək çətindir. Bizim məqsədimiz atalar sözlərini toplamaq olmayıb
(Mustafayev, Məmmədov, 2008). İndiyə qədər toplanmış olan atalar sözlərinə
(Abasqulu Marağai, 1992, 1996; Atalar sözü, 1949,1956; 1981, 1986; Atalar sözü,
2004; Atalar sözü və deyimlər, 2007; Atalar sözü və məsəllər 2010; Oğuznamə, 1987)
müasir bilik və metodologiya baxımından yanaşmaq, onların məzmununa elmi
baxımdan aydınlıq gətirmək və qiymət vermək istəmişik. Bizi heyran edən budur ki,
ata-babalarımız, soy-kökümüz bir sıra elmləri əsrlərlə qabaqlayıblar (zoologiya,
botanika, morfologiya, fiziologiya, genetika, psixologiya, sosiologiya, fəlsəfə,
ekologiya, etologiya, pedaqogika və s.) (Mustafayev, Məmmədov, 2008).
Qeyd edək ki, həmin atalar sözləri arasında müalicəvi, ərzaq və texniki
əhəmiyyətli bitkilərə dair deyimlərə xeyli təsadüf edilir (Abasqulu Marağai, 1992,
1996; Atalar sözü, 1949,1956; 1981, 1986; Atalar sözü, 2004; Atalar sözü və deyimlər,
2007; Atalar sözü və məsəllər 2010; Oğuznamə, 1987; Mustafayev, Məmmədov,
2008). Bu məqalədə onlardan bir neçəsi təqdim olunur:
|