«ġAH TUT - BAL, XARTUT- QAN» Latınca «morus», rus dilində «Шелковница», «Тут» adlanan, tutkimilər
fəsiləsinə aiddir. Təzə və qurudulmuş halda istifadə olunan xartutun meyvələrindən
mürəbbə bişirilir, şirə və sirkə hazırlanır. C vitaminli yarpaqlarından həm də sarı boya
alınır. Ağtut meyvələri şəkər, üzvi turşular, aşılayıcı və azotlu maddələr, eləcə də
müxtəlif vitaminlərlə zəngindir. Təzə və qurudulmuş meyvələr ürək-damar, qanazlığı,
qaraciyər xəstəliklərinin müalicəsində çox xeyirlidir (İbadlı, Zərgərli,2009).
Tutdan hazırlanmış bəhməz (doşab) ürək zəifliyi, qaraciyər, eləcə də xroniki
mədə xəstəliklərinin müalicəsində əvəzsiz təbii müalicə vasitəsidir. Yarpaqlarından
hazırlanmış dəmləmə ürək ağrılarını götürür. Həvəngdəstədə döyülərək toz halına
salınan budaqların qabığından hazırlanan dəmləmə isə qarın ağrılarının qarşısını alır
(İbadlı, Zərgərli,2009).