(Ensar Aslan səh. 28)
DURNAM
Sabah namazında Zarşat düzündən,
En Qaraçayırı bulasan durnam.
Aş Lavaş gədiyin, bağla qatarın,
Məkan-ı Daşbaşı görəsən durnam.
İrişdi, Külverən qalır sağ yana,
Çıx Qızılverana, en Kamervana,
Albız ıssızlıqdır, Cala virana,
Orda da bir zaman qalasan, durnam.
Səfil Ağçaqala döndümü yaza,
Uğrama Kakaça, bəlkə yol aza,
Oralar susuzdur, keç get Cambaza,
Qarasuda qərar qılasan durnam.
Zinzallar çəkildi ucadan-uca,
Xəbər al Çamdırı, gör halı necə?
Suxara mamurdur barın bir gecə,
Dosd köyündə mehman olasan durnam.
Köyhas süvaridir, Purut piyada,
Urtayla, Meredis qalmasın yada,
Qırx Çataxbaşıdır, keç Zurzunada,
Künduzhev öz köyüm, biləsən durnam.
Yolun düşər Otağvanın sağına,
Uğra Ardahana öylə çağına,
İkindi namazı çıx Cin dağına,
Qarış Qamərəyə, bina sal durnam.
Yeri durnam, yeri dönmə izindən,
Aləmi mat etdin xoş avazından,
Əsli türkmən qızı, Xırmandalıdan,
Yarımdan bir xəbər alasan durnam.
Tez pərvaz eyləyin, tez qanad çalın,
O nazlı yarımdan bir xəbər alın,
İrfani xocada bekliyor yolun,
Bəlkə bu günlərdə gələsən durnam.
Dostları ilə paylaş: |