(Yunus Zeyrək, 36)
DÜŞƏSƏN
Başıma gətirdin olmaz qovğayı,
Barı könül sən de, qana düşəsən,
Maya səndən oldu, kimdən biləyim,
Bir vəfasız mehribana düşəsən.
Ağlamaqdan getdi gözüm qarası,
Sağalırmı böylə oxun yarası,
Min təbib cəm olsa yoxdur çarası,
Yara göyü yaradana düşəsən,
El içində məcnun oldu İrfani,
Bir şux Türkmənə qul etdin məni,
Bağrı yanıq, giryan olasan səni,
Olmaz dərdə, qəm- hicrana düşəsən.
(Ensar Aslan, səh. 32)
Nüsret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən şeirin Ensar Arslanın nəşr etdirdiyindən fərqi bunlardır: 2-ci misra “Yürü könül seni kana düşesin”, 3-cü misra “Mayasından oldu, kimden bileyim”, 5-ci misra “Göz süzende güzel edalaşanda”, 10-cu misra “Bir şuh-i Türkman’a kul etti beni” kimidir
EDƏRLƏR
Aşiqi məşuqdan cüda qılanlar,
Bilməm onlar nə cəsarət edərlər.
Könül də Xüdanın nəzərgahıdır,
Onu yaxmasına qeyrət edərlər.
Varam, düşəm sultanlara, xanlara,
Bu xüsusda çıxdım çox divanlara,
Mənim bu işimə ket vuranlara,
Ruz-i məhşərədək ta׳at edərlər.
Hər təbib saramaz bu yaramızı,
Qəm-hicran kəsdi muradımızı,
İrfani der: bizim macəramızı,
Bizdən sonra bir hekayət edərlər.
Dostları ilə paylaş: |