Azərbaycan miLLİ elmlər akademiyasi


Beş yaşımda dişlərimi çiynədim, Alt(ı



Yüklə 0,78 Mb.
səhifə54/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   ...   50   51   52   53   54   55   56   57   ...   64
Beş yaşımda dişlərimi çiynədim,

Alt(ı) yaşımda yaşdaşımla oynadım,

Yed(i) yaşımda bir zərrəcə qaynadım,

Səkkizində su tək coşdum hər yana.

 

On yaşımda cahillikdən ayrıldım,

Görən bilən arasında sayıldım,

Eşqə düşdüm hər tərəfə yayıldım,

Hər görən sanırdı dəli divanə.

 

On ikidə ağlım yüksəldi yarı,



On üçdə itirdim namusu-arı,

On dördündə xətm eylədim hünəri,

Könül arzuladı bir ad qazana.

 

On beşimdə bədirlənmiş ay oldum,

Anama, babama küll-i say oldum,

Belim qüvvətləndi qatı yay oldum,

Bənzər idim şir-i şəkər cavana.

 

İyrmi yaşındaydım sərimdən keçdim,

Eşqim havalandı oynadım coşdum,

Bulanıq çay kimi qaynadım daşdım,

Gurlayınca bənzərdim aslana.

 

Otuzumda hiç kimsəyi saymadım,

Mərdlik etdim, namərdliyə uymadım,

Qərəzimi heç kimsəyə qoymadım,

Hər nə yaptım isə mərd-i mərdana.

 

Qırx yaşımda nizam deyu quruldum,

Eşqimdən usandım, yardan yoruldum,

Bulanıq çay ikən axtım, duruldum,

Axar oldum dəryalara çalxana.

 

Qırx beşimdə mən də bildim ölmək var,

Eyri yoldan doğru yola gəlmek var,

Nizam qurub Sur düdüyün çalmaq var,

Etdiyim günahlar gəldi meydana.

 

Əllisində keyfim bir az pozuldu,

Damarımda qan qalmadı süzüldü,

Cəsədimdə tənim bütün üzüldü,

Məndə bildim dünya qalmaz insana.

 

Altmışımda bulamadım dadımı,

Çox çalışdım, alamadım dadımı,

Naçarlıqdan yinə sevdim yadımı,

Gücüm yetmədi dost oldum düşmana.

 

Yetmişimdə ağzım içi çürüdü,

Qala bürcü bədənlərim qurudu,

Ağrı-sızı hər yanımı bürüdü,

Bu fələk gətirdi məni amana.

 

Səksənimdə kimsə sözüm tutmadı,

Oğul-uşaq xizmətimi etmədi,

İstədiyim yerə ayaq getmədi,

Əyildi belim bu yana o yana.

 

Doxsanımda əcəl endi asıldı,

Qala bürcü bədənlərim yasıldı,



Yüz yaşımda nəfəsciyim kəsildi,

Can ayrıldı cəsət qaldı virana.

 

Hər nə ki var cəsədimdə soyuldu,



Üç beş arşın bez içinə qoyuldu,

Görən bilən qohum qardaş düzüldü,

Cəsədimi götürdülər zindana.

 

Can cəsətdən halallaştı, ayrıldı,



O yollarda çox darbəndlər var idi,

Cəng quruldu, məlaikə yürüdü,

Çox zulumat ilə keçdim o yana.

 

Haqq əmr etdi Sur düdüyün çaldılar,



Hər can kəndi cəsədini buldular,

Dirildilər cümləsi də gəldilər,

Ağır şəriətə ulu divana.

 

Haqq əmr etdi taxdı nurdan quruldu,



Çox bulanlıq izlər bunda duruldu,

Hərkəsin günahı onda soruldu,

Mürvət qaldı xeyr-i şəri yazana.

 

Xeyr-i-şər dəfdərin ələ aldılar,



Oxudular birər- birər buldular,

Əməli iyiyə cənnət verdilər,

Əməlsizi ayırdılar bir yana.

 

Ağlı olan qulluk etsin Yezdana,



Nə tac qaldı, nə taxt Nüşirəvana,

Necə min padışah gəldi cahana,

Nə Qaruna qaldı, nə Süleymana.

 

Kimsə bilməz kim yiyə kim qazana,



Dünya mülkü əmanətdir insana,

Qalmaz yalan dünya pir-i cavana,

Gələn getdi gedən gəlməz cahana.

 

Aşıq Vartan dildə qoy əzbər olsun,



Eşidən eşidsin xəbərdar olsun,

Qadir Mövlam hər quluna yar olsun,

Ondan sonra olsun Aşık Vartana.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin