Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 0,78 Mb.
səhifə52/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   ...   48   49   50   51   52   53   54   55   ...   64
(Doğan Kaya)



YAŞ DASTANI

Əzəl mənim bu cahana gəlişim,


Xudadan əmr oldu düştüm ərkana.
Ana ərkanında qaynaşıp bişdim,
Bərkişibən (1) döndüm bir qətrə qana.

Üç ayımda silkünübən tərpəndim,


Dörd ayımda yatar ikən oyandım,
Altı ayda muğamməyə bağlandım,
Gövdəm hər yanına düştü nişanə.

Doqquz ay, doqquz gün, doqquz saatda,


Baş yazım yazıldı kureti xatda,
Vədəm tamam oldu sığmam bu ətdə,
Haqdan əmir oldu gəldim cahana.

Gəldi göbəyimi kəsdi bir qarı,


Ah-i fəğan ilə ağlatdı zarı,
Bir çift şamamadan (2) əmdim şəkəri,
Ata ilə ana oldu bəhana.

Ay, günün işığı çaldı gözümə,


Sevinib şad oldum özü-özümə,
Ağlamaq pərdəsi tutdum üzümə,

Gece-gündüz incitdiyimiz ana.


Bir yaşımda çiçək ilə büründüm,
Yaş yarımda(3) dörd ayaqlı yüründüm,
Ayağım tutmazkən yerdə süründüm,
Südü azırqadım3, diş bastım nana.

İki yaşımda su umdum içmədim,

Büyük- küçük birbirindən seçmədim,
Sudan, atəşdən həm daşdan qaçmadım,

Ne dar(ı)lana baxdım nə yalvarana.

Üç yaşımda mən hasırlar çiynədim,
Dörd yaşımda eşdaşımla oynadım,
Beş yaşımda bir zərrəcə qaynadım,
Könül isərdi ki orda bəzənə.

On yaşımda ağlım gəldi de bari,


On ikidə itirmədim dinarı,
On üçdə fəhm etdim hər bir hünəri,
On dördündə könül bir ad qazana.

On beşimdə bədirlənmiş ay oldum,


Atama, anama külli say(4) oldum,
Belim quvvətləndi qatı yay oldum,
Yeni döndüm şəms-i qəmər cavana.

On səkkizdə həmdəm gəzdim bulmağa,


Könül həvəs etdi bir yar almağa,
İyirmidə döndüm devrilməz dağa,
El içində adım sanım dallana.

İyirmi beşimdə sərimdən keçdim,


Könül havalandı qaynayıb coşdum,
Bahar seli kimi axıb qarıştım,
Gürlayüban dav[dava] qılardım aslana.

Otuzumda namərdliyə uymadım,


Aldım hayıfımı(5), kinim qoymadım,

(4)Say: qiymət, dəyər

(5) Hayıf: Burada öc deməkdir

Dünyada heç qəm qəsavət duymadım,

Hər nə iş tutumsa mərd-i mərdana.

Otuz beşdə yeni bildim ölmək var,


Əyri yoldan doğru yola gəlmək var,
Mizan olup, Sur düdüyü çalmaq var,
Etdiyim isyanlar gəldi gümana.

Qırx yaşımda mizan4 gibi qurtuldum,


Sevdadan usandım, yardan yoruldum,
Axdım coşqun sular kimi duruldum,
Yatdı dalğam, daha qalxmaz çalxana.

Əllisində bir az keyfim pozuldu,


Əridi ciyərim, yağım süzüldü,
Ayağımız harəkətdən üzüldü,
O vaxt bildim dünya qalmaz insana.

Altmışımda yinə tutdum tavımı(6),


Çox çalışdım ala bilməm avımı,
Naçarlıqdan bəndə sürdüm davımı (davamı),
Güç yetmədi dostluq saldıq düşmana.

Yetmişimdə ağrı məni çürütdü,


Üç üz altmış əzam fəryada getdi,
Vücut ağırlığı canıma yetdi,
İlla diş ağrısı sardı amana.

Səksənində kimsə sözüm tutmadı,


Büyük- kiçik dahi rağbət etmədi,
Könül gedən yerə ayaq getmədi,
Gedişi dolaşır o yan bu yana.
Doxsanında əcəl başa asıldı,
Qala bürcü bədənlərim basıldı,
Yüz yaşında nəfəsimiz kəsildi,
Can çəkildi, cəsəd qaldı virana.

Qohum, qardaş yığıldılar, gəldilər,


Gözyaşıyla kisvetimiz aldılar,
Bizi bir beş arşın ağa(7) sardılar,
Cismim tapşırdılar ulu zindana.

Münkir Nekir gəldi kəsti yanımı,


İlahi, yoldaş et sən imanımı,
Keşkə qaldırsaydım şək- gümanımı,
Bizi nəsib eylə Uçmaq5 cahana.

Gör ki nələr gəldi cavan başıma,


Fələk zəhər qatdı bişmiş aşıma,
Hərkəs qoyub getdi kəndi işinə,
Başladılar aləm cümlə handana.
İrfaniyəm, bu söz yadigar qalsın,

Eşidən ağalar bir ibret alsın,


Qadir Allah cümləmizə yar olsun,
Onlar sayesindən öksüz İrfana.
Yaş destanını F. Satilkanın “Türk Amacı“, dergisinin 1942-ci il 5-ci sayı, səh. 229-232-dən aldıq. F. Satilkanın () içərisində dləri də eynilə saxladıq. Bu şeiri Doğan Kaya da „Yaşnamələr“ ki­tabında çap etdirib. Sivasdakı Cümhuriyyət Universitetində iş­lə­yən Dos. Dr. Doğan Kaya qardaşımız Çıldırlı Aşıq İrfani haqqında kitab hazırladığımızı bildikdə aşığın iki vücudnaməsini gön­dərməklə kifayətlənmədi. Bu vücudnamənin birinin versiyası olan bir vücudnamə də göndərdi ki, Azərbaycanlı araşdırıcılar ta­nış olsunlar. Bu olduqca bir xeyirxah işdir. Çünki aşıq yara­dıcı­lı­ğı­nı öyrənən araşdırıcılarımızın əksəriyyəyinin də bu şeirdən xə­bəri yoxdur və onu tapmaq da asan deyil.

Dos. Dr. Doğan Kayanın Kamal Zeki Gəncosmanın 1972-ci ildə İstanbulda nəşr etdirdiyi “Türk Dastanları” kitabının 368-372 səhifələrindən aldığı “Ömür dastanı”nı aşağıda veririk. 18-ci yüzildə yaşamış Aşıq Vartana aid edilən bu şeir bəlkə də xristian türkləri öyrənən araşdırıcılarımızın gərəyi oldu.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin