Mətin Rasim Denizin “Çıldırlı İrfani Hoca” yazısından (“Erciyes” dergisi, 1983-cü il, Eylul (sentiyabr), sayı 69, səh. 12-15) alınmışdır.
İRFANİ XОСА İLƏ TÜRKMƏN QIZI
Əvət, sevgili dinləyicilər!
İrfani xocanın əsil adı Süleymandır. Bir babanın tək evladı. Baba pir, oğlu bir. Çıldırın əski adı Gündüzhev (Kunduzhev), yeni adı Sazlısu köyündə doğar. Allah, heç kimsəyi babasız, anasız etməsin. Süleyman, beş-altı yaşlarında babasını qeyb etmiş, anası tərəfindən böyüdülmüşdü. О zamankı Kars qala paşalarından, Hasan paşanın qardaşının oğluydu.
Hasan paşa, Süleymanı Karsa gətirtmiş, mədrəsədə, din okullarında oxutmuştu. Hasan paşa, ağlısalim, ağlıhalim bir insandı. Süleyman, amcasının yardımıyla oxuyup ağıllı, olgun, sözü-söhbəti yerində, irfan ruhlu bir insan olaraq yetişdiyi üçün böyüklər ona; “Sənin adın bundan sonra İrfani olsun” demişlər. Dini eğitim, dini kültür aldığı üçün də “İrfani xоса” deyə xitab etməyə başlamışlar.
İrfanı, həm köyündə həm də Karsda amcası Hasan paşanın yanında qalmaqda. Hasan paşanın da bir qızı var. Ocağın batmasın qız! Şöylə, uzun boylu, incə belli, ceyran baxışlı bir qız. Yusufu Züleyxanın yirmi dörd gözəlliyini, Cənabı Allah sanki bunda xalq etmiş, yaratmış. Ağıllı, kamallı. On dörd yasemin [yasəmən] zülfünü örüp, şöylə, arxaya atdığı zaman, sanki bunun arxasında şahmar (şahmeran) yılanları asılmış kimi görünürdü. Hasan paşanın qayəsi, qızı Ayşə xanımı, qardaşının oğlu İrfaniyə verməkdi. Ama, könlün heç bir zaman şəhəri, hududu olmaz. Hasan paşa, bu qayədə dura dursun, mən sizə nerden xəbər verəyim? İrfanidən.
Zaman, doğunun, Karsın, Çıldırın temmuz ayı. Bu ay, çayır biçim ayıdır. Çayır biçməyə, şöylə, temmuzun yirmisində filan başlarlar, Ağustosun sonuna qədər davam edərlər. Əski təbirlə temmuz ayının ismi “Oraq ayı”dır [Rəhmətlik anam, heç qəti surətdə günümüzün ayların bilməzdi. Ayları, şöylə, sayardı: Kara kış, Zemheri, Gücük, Mart, Abril, Mayıs, Kiraz ayı, Oraq ayı, İlk ay, Axır ay, Böğrüm ayı, Şərab ayı, Qoç ayı. Böylə sayar, keçərdi.}. “Oraq ayı”, çayır biçmə ayı olduğu üçün köydə hərkəs çayır biçməkdə. İrfani xоса da çayır biçiyor. Təbii köklü bir ailədən gəldiyi üçün çox geniş əraziləri var [Gördüyüm üçün biliyorum. Onların əraziləri Çıldır gölünün kənarındadır}. Məlum, çayır biçildiyi zaman otlar yığılır. Kiçik ot yığınlarına “pulul” denir. Pululların büyüklərinə isə “yığın" denir. О arada yağmur başlamış. Yağmur yağdığı zaman toplanmamış otlar nə olur? Yanar. Böylə kəndi-kəndinə yanar. Kiflənər. İrfani xоса, yağmur başlayınca, bir pululun altına girdi. Uykusu gəldi, uyumaya başladı [Mən о hayatı yaşadıgım üçün bilirim. Böylə yağmur damlaları otun üzərinə vurduğu zaman bir səs çıxarırsa, bir də yorğunsan dünyanin ən dadlı uykusunu uyur, ən dadlı röyasını görürsün].
İrfani xоса, şöylə, bir az yatmışdı, bir de baxdı ki röyasında iki dərviş? Yanında, yaşıl bir alanda, bir yamaçda duruyorlar:
– Salamünaleyküm yavrum!
– Və aleykümsəlam dərviş babalar!
– Yavrum, sənin adın Süleymanmı?
– Evət!
– İrfanimi?
– Evət!
– Eee yavrum! Biz çox uzaq yoldan gəldik. Sən, çox əsil, çox təmiz bir ailənin, halal süd əmmiş bir insansın. Yavrum, sənə bir hədiyəmiz var. Bu hədiyəyi əcaba qabul edərmisin?
– Dərviş Baba! Mən çox oxudum. Hədiyəniz, əgər Kuran isə, əgər kitapsa mən onu alıp qəbul ediyorum. Ama içində yanlış bir şey varsa onu qəbul etməm mümkün deyildir.
– Yox yavrum! Biz sənə, şöylə, bir töhveyi, ərmağanı gətirmişiz. Bu, qüdrət camıdır. Bunun içərsindəki badədən, böylə birkaç yudum iç!
İrfanı Носа, qibləyə döndü. Əlini köksünə qoydu:
– Ya Allah, ya bismillah! - deyip badədən böylə bir kaç yudum içdiyi zaman, vücudunda bir eşq ataşı yanmaya başladı.
Dərvişlər sordular:
– Yavrum, nə oldu?
– Aman Dərviş baba, yandım!-dedi.
– Yanmazsın yavrum! Bax, şu iki barmağımızın arasından nə görüyorsun? – dedilər.
İrfani Носа dedi ki:
– Dərviş baba, uzun incə bir yol görüyorum. Hər tərəfı yamyaşıl! Ağaçlar var, yamaçlar var, çayırlar var, yaylalar var!
– Hah! О yaylanın içərsinə iyicə, diqqətli bax!
İrfani xоса, şöylə, bir baxdı ki, peh ocağın batmasm! Bir nazənin sultan! Yanındakı qızlarla bərabər, çiçəklərin arasından qoyun sağmaqdan gəliyor.
Dərviş dedi ki:
– Yavrum, iştə bu qız sənin sevgilin olacaqdır! Ama qovuşurmusun, qovuşmazmısın, о sənin alın yazındır! Haydi əlini uzad, bəlkə tutacaqsan!
İrfani xоса, qızı tutmaq üçün, şöylə, əlini uzadıp geri döndüyü zaman baxdi ki nə dərvişlər var, nə qız var, nə badə var! Üzərində bir ot yığını. Başına da yağmur yağıуоr! Bu xəyal içərisində nə qədər uyumuşdu, nə qədər yatmışdı, Mövla bilir.
Axşam oldu. Hərkəs evinə döndü. İrfani yox! О zavallı anası, о qara saçlarını bəyaz edən anası, körpə çocuq ikən böyüdən anası, ağlaya-ağlaya yavrusunu aramaya düşdü. Çayırları bəlli. Nəticədə çayıra gəldilər, pululun altından İrfaniyi çıxardılar. Baxdılar ki, ağzından qanlı köpüklər daşlanmada, boşalmada. Alıp evə gətirdilər [Əfəndim, əski insanlar arifdi, əski insanlar irfan sahibiydi.]. Toplandı köyün irəli gələnləri, xocası, alimi, üləması.
Kimisi dedi ki:
– Bunu yılan zəhərləmiş!
Kimisi dedi ki:
– Cin çarpmış!
Birisi də dedi ki:
– Yox, yox! Bunun heç bir şeyi yox. Ancaq eşqə düşmüş. Eşq badəsi sunmuşlar buna!
О zaman, bunun halından kim anlar?
Dedilər ki, bunun dərdini anlamaq üçün, böylə əhlidil, iyi saz çalan, bir aşıq varsa onu gətirin! Başından bir şeylər söyləsin.
О köydə, şöylə, kəndinə görə çalıp söyləyən bir aşıq vardı. Onu bulup gətirdilər İrfaninin başına. Aşıq, şöylə, sazının tellərinə vurduğu zaman, baxalım İrfani xabı qəflətdən uyanıp, gözlərini açar, açmaz nə söylər? Mən deyəyim sizlərə. Allah həpinizi var etsin! Sağ olun! Var olun!
Dəli könlüm fəryat edər, bulbul-ü gül eşqinə,
Məcnunun Leylası vardır, dolanır çöl eşqinə.
Əzəlindən ilqar verən, sözündən dönərmi heç,
Düşleyerek bağlı oldum əlif-ü, dal eşqinə.
Aldı bir daha:
Bir Leylanın Məcnunuyum, düşmüşəm ah-u-zara,
Həkim, Loğman gəlsə belə dərdimə olmaz çara,
Şeyda bülbülü çəksələr gül baxçasında dara,
Genə о fığan eyliyor öptüyü gül eşqinə.
İrfaniyəm başa gələn Haqqın qədərindəndir,
Könlümün fəryad-figanı, ah- ü kədərindəndir,
Ah edərsəm ey əfəndim sevdası dərindəndir,
Gecə-gündüz qan ağlaram, о mahcamal eşqinə.
– deyincə kim, İrfaninin gözü yaşlı anası, aşığın üzərini kəsdi. İrfaniyə dedi ki:
– Eee yavrum, Allaha şükürlər olsun! Demək ki, sənin də könlündən keçən, mənim də könlümdən keçər!
Onun könlündən keçən nəydi? Hasan paşanın qızı Ayşə xanımı oğluna almaq. Ama namümkün? Könlün bu! Eşqə düşən bilir bunu! Əfəndim, İrfani gündən-günə saralıp-solarkən mən sizə nerdən xəbər verəyim? İrfaninin sevdiyi qızdan.
İrfaninin pirlər vasıtasıyla aşiq olduğu qız; Acara bölgəsində, bugünkü Şavşat Qarışkamara dağlarının yaxınında, Batum tərəflərində bir yerdəki bəyin qızıydı. Ocağın batmasın gözəl! Gözəl, nasıl bir gözəl? Bu gözəl qız da İrfaniyə aşiq olmuşdu. Çünkü, İrfaninin röyasına girən о dərvişlər, pirlər, həm İrfaniyə, həm də türkmən qızına badə vermişlərdi. Türkmən qızına arkadaşları sordular:
– Səni bəylər istər, səni paşalar ister! Cənabı Allahın səni nasıl bir dəliqanlıya yazmasını istərsən?-deyincə başladı sevdiyini tərif etməyə:
Mənim sevdiyimin, iştə boyu budur, yapısı budur, qaşı budur, alnı budur, gülüşü budur!
Eynən İrfani xocayı tərif etdi. İrfaniyə də sordular bir gün:
– Ey İrfani! Eşqə düşmüşsün diyorlar. Sənin bir sevgilin varmış. Pəki, sənin sevdiyin kimdir, nasıldır? Bizə bir tərif edərmisən?
İrfani də sevdiyi qızı tərif etdi:
– Sevdiyim qaşı budur, saçı budur, yapısı budur, gəzişi budur, qiyafəti budur!
Eynən sizə tərif etdiyim türkmən qızını tərif ediyordu. İrfani xоса, köyündə saralıp-solmaqda, türkmən qızı məmləkətində saralıp-solmaqda [Cənabi Allah yaratdığı zaman erkəkləri qadınlardan bir az daha güçlü yaratmış. Onun üçün erkəklər hər zorluğa dayanır, qadınlar dayanmaz]. İçindəki eşq hər nə qədər İrfani xocayı saraldıp-solduruyorsa da yatağa düşməmişdi, fəqət türkmən qızını yatağa düşürmüşdü. Türkmən qızının anası, şöylə, bir gün gəldi baxdı ki, о gözəl qızı yatağa düşmüş, saralmış-solmuş.
Qızına:
– Yavrum, sənin dərdin nədir? - deyincə о gözəllər gözəli, türkmən qızı, baxalım anasına nə söylər?
Mən də sizə söyləyəyim:
Canım ana, gözüm ana, can ana,
Ana məni sevdiyimə yollayın.
Sevdanın ataşı qəsd etmiş саnа,
Ana məni sevdiyimə yollayın.
Sağlıq olsa gedər, geri gələrəm,
Zənn etməyin о diyarda qalaram,
Köndərməzsən mən bu dərtdən ölərəm,
Ana məni sevdiyimə yollayın.
Baxın fəryadıma, baxın halıma,
Uzaq qaldım sevdiyimə, gülümə,
Adım Mələk, köndərməyin ölümə,
Ana məni sevdiyimə yollayın.
– deyincə, anası Zöhrə xanım kimin yanına getdi? Təbii ki, Türkmən bəyinin yanına. Türkmən bəyinin ocağı batmasın! Dağlar kimi bir insandı, ama dünya bir yana, qızı, türkmən qızı, Mələk sultan bir yanaydı.
Zöhrə xanım dedi ki:
– Ey bəyzadəm! Duydunmu nələr olmuş?
Xanım sultan! Nə zamandan bəridir, Mələk qızımız şöylə, nə dağa, nə yaylaya, nə gəzməyə nə də qoyun sağmaya çıxıyor?
Anası, qızı Mələk xanımın halını, başından keçəni bəyə anlatdı. Bəy, çox arif bir adamdı. Həm güçlü, həm də təcrübəli bir insandı. Zöhrə xanıma dedi ki:
– Xanım sultan!
– Nə var?
Məiyyətimdən qırx yigit toplayın [İsimlərini verdi.]. Huzuruma göndərin! Qırx dənə də dəvə hazırlayın! [Qırx dənə də dəvə hazırladılar.] Dəvələrin üzərini lazımı əşyalarla, yiyəcəklərlə donatın! Ən güçlü bir pəhlivanım var: Yaqup pəhlivan! Onu da çağırın! [Yaqup pəhlivanı da hüzura çağırdılar.]. Haa, Yaqup pəhlivandan beşqə bir önəmli adamım daha var: Münəccimbaşım Əhməd, rəmlcidir. Rəml atar. Yola çıxıldığı zaman rəml ata-ata gedər. Önünə nə çıxacağını bilir. Onu da çağırın! [Münəccimbaşı Əhmədi də çağırdılar.} Gəl buraya Münəccimbaşı!
– Buyur bəyim!
Qırx dəvə hazır! Yaqup pəhlivan hazır! Qızım Mələk sultana da еrkək qiyafəti geydirəcəksiniz! Doğru Çıldırda İrfani xocanın köyünə!
Əfəndim, iki dəvəyi yan-yana gətirdilər. Üzərlərinə çardaq kimi bir şey yapdılar [Kecabə derlər ona.]. Kecabəyi bəzədilər. Mələk xanımı erkək qıyafətində mindirdilər onun içərisinə. Düşdülər yola. Münəccimbaşı Əhməd öndə, rəml ata-ata günlərin birində gəldilər nerəyə? İrfani xocanın köyünə. Gündüzhev köyünün evlərinin önündəki çayırlıq alana gəldilər. Kim? İrfanı xоса genə evdə yox. Nerdə? Bu səfər də tarlaya, əkin biçməyə getmiş. Qədər bu ya! Havada genə bulut, yağmur. Xоса, zatən eşq atəşinə düşmüş. Yatmış, uyumuş.
İrfani xocanın köyündə Mələk xanım, Münəccim Əhmədə səsləndi:
– Rəmçi, rəml at!
Münəccim Əhməd rəml atdı. İrfani xоса ölü çıxdı. Türkmən qızı genə səsləndi:
– Rəml at, bir daha!
İrfani xоса, uykuda olduğu üçün falda genə ölü çıxtı.
– Rəml at bir daha!
İrfani xоса, genə ölü çıxdı. Mələk xanım, evə baxdı. Ev, aynı ev. Röyasında gördüyü ev. Yaqup pəhlivana dedi ki:
– Get bu evin sahibini bul! Ona sor ki, bu evin erkəyi yoxmudur? Nerdədir?
Yaqup pəhlivan gəldi, İrfaninin anasını bulup İrfaniyi sorunca, anası anladı ki, ‘‘Haa, bu qız, oğlumun tərif etdiyi türkmən gözəlidir, türkmən qızıdır. Əğər bunlara, İrfani xоса filan yerdədir dersəm, gedər bu güçlə, bu pəhlivanlarla köyümüzün altını-üstünə çevirərlər. Basqın basanındır. Bizi öldürər, İrfaniyi də alıp götürürlər. Ən iyisi, mən bunlara İrfani öldü, deyəyim.”
İrfaninin anası onlara dedi ki:
– Valla, onu məndən niyə sorarsınız? İrfani mənim oğlumdur. Öldü.
Təsadüfə baxın. İrfani, uyumaqda olduğu üçün münəccim Əhməd də demişti ki, İrfani, falda ölü çıxıyor!
İrfaninin öldüyünə inanan Mələk Sultan, ağlaya-ağlaya, alır baxalım burda nələr söylər? Mən deyəyim sizlərə. Allah həpinizi var etsin!
Nə qərarlı bəxtim vardır,
Yigit yarı qeyip etdim.
Mən gəldim ki yarım ölmüş,
Vefakarı qeyip etdim.
Zalımların qəlbi daşdır.
İçimdə yanan ataşdır,
Dünyayı versələr boşdur,
Dövlət-varı qeyip etdim.
Söz verdim, dönməm sözümdən,
Ayrılmam kəndi izimdən,
Qanlı yaş axsın gözümdən,
Şivəkarı qeyip etdim.
Mələyəm ömrüm yarımdır,
Bu gün mənim əfkarımdır,
İrfani sadiq yarımdır,
Yadigarı qeyip etdim.
Münəccimbaşı Əhməd, əmir verdi:
– Yükləyin dəvələri!
Axşam üzəri, türkmən qızının karvanı yola çıxarkən, bu sırada İrfani röyasında nə gördü? İrfani röyasında gördü ki, sevdiyi qızla birlikdə Çıldır gölünün kənarına gəlmiş. Tam əl-ələ tutduqları sırada, bir tipi, fırtına, boran qopmuş. Qızın əlləri, İrfaninin əllərindən qurtulmuş, gölə düşmüş və boğulmuş. Bu kötü röya qarşısında İrfani sıçrayaraq uyandı. Qalxdı, evinə gəldi. Anasına yanaşdı:
– Ana!
– Can yavrum!
– Ana, bizə kim gəldi?
Anası, hər nə qədər:
– Yavrum, kimsə gəlmədi! – Şu, bu, dediysə də İrfani inanmadı.
– Ana! Səni məni yaradan Allahı sevərsən kim gəldi? – deyə israr etdi.
Anası, çarəsiz türkmən qızı Mələk Sultanın gəldiyini oğluna anlatdığı zaman, İrfani düşdü, bayıldı. Yüzünə sular sərpdilər. Ayılmadı. Axşam oldu. Hər kəs İrfaninin başına toplandı. Şöylə, gözlərini açdığı zaman, köyün irəli gələnlərindən bir kaçı dedilər ki:
İrfani xəstədir! Bunu bir həkimə götürməmiz lazım!
О dövrün də həkimləri, cərrahları vardı. İrfani, anasına döndü dedi ki:
Ana, öncə mənim diləyim, mənim istəyim nəyse onu dinləyin. Ondan sonra məni götürün həkimə!
Аһı, alır baxalım burda İrfani nə der?
Та əzəldən bu sevdayı bilməzdim
Bir gözəldən yadigardır bu sevda.
Çəkən bilir eşq ataşı nədəndir,
Çəkməyən nə bilsin nədir bu sevda.
Sağımda, solumda duran mələkdir,
Haq yolunda qəbul olan diləkdir,
Sevda dedikləri oddan göynəkdir,
Geyən bilir nasıl nardır, bu sevda.
İrfani der, cana eylədim nəzər,
Çox zamandır ah-u- zarından gəzər,
Sevdaya düşənlər yolundan azar,
Mənə sərmayasız kardır, bu sevda.
Sözü bitirmişdi, bir həkim gəldi. İrfaninin dərdinin nə olduğunu sordu. Bu duyan İrfani aldı baxalım nə söylədi:
Əl çək təbip, əl çək dərdli sinəmdən,
Sən mənim dərdimə çara bilməzsən
Sən nasıl təbibsən yoxdur ilacın,
Yaram içərdəndir sara bilməzsən.
Yara məndə,
Dərd məndə, yara məndə.
Yuvasız quşlar kimi,
Qalmışam pərakəndə.
Aldı bir daha:
Yıxılsın fələyin taç ilə taxtı,
Öylə bir ox vurdu, hicranım axdı,
О yar da vermişdi ikrarı-əhdi,
О ki ikrarında dura bilməzsən.
Bağda dara,
Yar zülfun bağda dara.
Bülbülü gül eşqiylə,
Çəkərlər bağda dara.
İrfaniyəm, başa gəlməz sözlərim,
Qələm alır, kağız üstə izlərim,
Nə durursan, ağlasana gözlərim,
Bir daha о yarı görə bilməzsən.
Gördüyünü,
Ay doğdu, gördüyünü.
Namərdə siir eylənməz,
Mərd deməz gördüyünü.
İrfani xоса, qərarını vermişdi. Anasına döndü:
– Ana, sən məni bir evlad olaraq sevərmisin?
– Nə demək yavrum?-ana pir, evlad bir.
Atımı hazırlayın! Sevdiyimin peşindən gidəceyim! – dedi.
İrfaninin gözəl bir atı vardı. Atını hazırladılar. Axşamın qaranlığında atının üzərinə minərkən anasına sordu:
– Ana, gələn karvan hansi tərəfə getdi?
– Yavrum, şu dağlara doğru, yuxarıya doğru getdilər!
Türkmən qızının karvanı hansı saatda getmiş? Hansı yoldan getmiş? Bəlli deyil.
İrfani:
– Ya Allah, ya bismillah! – dedi.
Atını karvanın peşinə sürdü. İrfani, türkmən qızının peşində atını sürüp getməktə olsun, mən sizə nerdən xəbər verəyim? Türkmən qızı - Mələk Sultandan.
Mələk Sultanla adamları yağmura tutuldular, dağların arasında. Orda iki yayla vardır. Birisi “Şahın yurdu”, birisi “Qızılbaş çuxuru” [Osmanlı padişahlarından Qanunu Sultan Süleymanın Rəvana getdiyi zaman otaq qurduğu уеrə, əsgərlərinə qərargah qurduğu уеrə “Şahın yurdu” diyorlar. Bir də Qızılbaş çuxuru deyə bir yer var. İran ordularının gəlip qərargah qurduqları yer]. Burası böylə iki dağın arasıdır. Türkmən qızının karvanı bir qayanın sipərində toplandı [Qayaların kölgəsində qoyunların toplandığı yerə bizdə “arxaç” derlər. Qoyunları yazın qayanın gölgesinə toplarlar]. Çalı-çırpı toplayıp kəndilərinə görə bir atəş yakdılar. “Gecəyi burda keçirəlim” – dedilər. Türkmən qızı Mələk Sultan, gözləri yaşlı, sabahı burda etdi. Sabahın hansı saatında yola düşdülər, Allah bilir? Bunlar yollarına davam etsinlər, mən sizə nerdən xəbər verəyim? İrfani xocadan.
İrfani xоса, altında аt, düştü yollara. О dağa, о daşa, о təpəyə:
Sevgilim Mələk Sultan! Nerdəsin? – deyə səslənir.
Sabahın erkən saatlarında, səsləndiyi zaman dağlardan, qayalardan səsinə yankı halında cavap gəlir. “Mələk” dediği zaman, dağlar da “Mələk” dedi.
Gəzə gəzə bir yerə gəldi ki; "Eyvah, burası sevdiyimin bir gecə atəş yakıp gecələdiği yer!” О sırada baxdı ki, dağın yamacından bir çoban sürüsüylə keçiyor. İrfaninin ciyərinə bir atəş düşdü. 366 damar, 144 parça kəmiyi od tutup yanaraq baxalım ki, burda yaylalara nə söyləyəcək? Mən də sizlərə söyləyəyim. Allah həpinizi var etsin! Sag olun!
Məcnun oldum hər bir yanı dolandım,
Yarım köçüp, viran qalan yaylalar.
Çaylar kimi axdım-axdım bulandım,
Yarım köçüp viran qalan yaylalar.
Bahar gəlir bizim dağlar otlanır,
Küheylanlar topuğundan ətlənir,
Qoç yigitlər mənzilinə atlanır,
Yarım köçüp, viran qalan yaylalar.
Yaylada yayılır qoyunla- qoçu,
Örmüşdü dalına qırx örük saçı,
Yüklənip karvanı, getmişdir köçü.
Yarım köçüp, viran qalan yaylalar.
Yaz olanda yaylalarda gəzməli,
Qələm alıp kağız üstə yazmalı,
Topuğu selyanlı, burnu hızmalı,
Yarım köçüp, viran qalan yaylalar.
İrfani, sözlərin söylər əzəli,
Güz olanda dağlar tökər xəzəli,
Səndə qonaq qaldı türkmən gözəli,
Yarım köçüp, viran qalan yaylalar.
İrfani xоса, о yana döndü, bu yana döndü. Ona sordu, buna sordu. Hərkəsdən sordu, çobandan sordu. Kimi dedi: “Bu tərəf getdi”, kimi dedi: “Şu tərəfa getdi”. Qalxdı, yorğun-arğın atını yedəklədi. Bir çeşmənin başında şöylə, atını suladı, bir az uyuduqdan sonra mindi atının üzərinə: “Türkmən qızı!”- dedi, getdi, gedərmisən?
Ardahanın Alagöz deyə bir köyü var. Günlərin birində gəldi Alagöz köyünə. Şöylə, bir çeşmənin başında durdu. Çeşmə başındakı qızlara bir baxdı ki, “Allah Allah! Sahimi bu? Mələk Sultan qarşımdakı!”
Başladı gözlərini silməyə: “Əcaba mənmi yanıldım? Yoxsa, uykusuzluqdan gözlərimin ferimi kəsildi? Bu, röyamda gördüğüm türkmən qızı!”
Halbuki türkmən qızı karvanıyla gəlmiş, getmiş! [Əfəndim, derlər ki, Cənabı Allah insanları yaratdığı zaman bir almanın iki yarısı kimi çift yaratırmış.] İrfanı xоса, bu gözələ, şöylə, könlündən-könlünə aşiq oldu. Uzatmayalım, о zaman ayınan-yılınan, şimdi müxtəsəri dilinən. Derlər ki, “İrfani xоса bu gözələ aşiq olup onu qaçırmış.” Qaçırmış, amma qız qaçırdığı xəbəri kimə ulaşmış? Karsda amcası Hasan paşaya! [Hekayəmizin başında da söyləmişdim.} Hasan paşanın gayəsi, qızı Ayşə Sultanı İrfaniyə verməkdi.
– Vaay, sən mənim əmrimi dinləməyip nasıl gedər bir yabancı qızı qaçırırsan? – deyə qızdı.
О zaman, Çıldırın yakınında Gürcistan topraklarının içərisində Axırkələk deyilən bir уеr varmış. Axırkələk о zaman ilçə, Kars da paşalık [Yəni birisi tüm general, birisi tuğgeneral.]. Paşa, Axırkələk paşasına əmir verdi:
Qardaşım oğlu İrfaninin qaçırıp oraya gətirdiyi qızı, əlindən alıp babasına təslim edəcəksən!
Əfəndim, Axırkələk paşası Süleyman paşa, ocağın batmasın, adı kimi ədalətli bir paşaydı. İrfani xocayla qaçırdığı qızı huzuruna gətirtdi. Böylə bir baxdı ki:
“Ulan, böylə bir yigidin sevdiyi əlindən alınırmı!”
Ama əmir fəriman yüksək yerdən gəlmişdi. İrfaninin əlindən sevdiyini aldı, babasına təslim etdi. İrfani getdi, qızı bir daha gətirdi. Süleyman Paşa, qızı genə aldı, babasına təslim etdi. İrfani, bir daha qaçırdı qızı. Süleyman paşa, qızı genə babasına təslim etmək üçün törən hazırlamışdı. Hərkəs olayı duymuşdu artıq:
– Allah, Allah! Bu İrfani denilən adam, bir qızla evlənmiş. Həp babasına geri veriyorlar. Əcaba nədən? – deyə maraq ediyorlardı.
Bu arada, Süleyman paşanın bir qarısı vardı. İsminə Xürrəmzay derlərdi. Xürrəmzay, ocağın batmasın! Dünya gözəli! Başında, böylə altından dingəsi [Əskidən dingə derlərdi, ondan]. Başında yaşmağı, üzərində qolçağı, döşlüyü, aynalı peştamalı, ayağında kundurası. Ceyran kimi yürüyə-yürüyə gəldi paşanın qonağının altına. Pəncərədən "Acaba bu İrfani üçün nələr yapılıyor?” – deyə dinliyor. Bu dinlərkən, bu sırada Süleyman paşa İrfaniyə sordu:
İrfani, sevdiyini əlindən alıp təkrar babasına geri verəceyim! Gələn əmir budur! Nə diyorsun? Son sözün nə?
İrfani, böylə yan dönüp baxdı ki, Süleyman paşanın xanımı Xürrəmzay cariyələriylə bərabər içəriyi seyr ediyor! Süleyman paşaya dedi ki:
-Paşa, Paşa! Bir adamı öldürmədən öncə, son ifadəsini almazsan, o biri dünyada onun əli sənin yaxandadır! Mənim bu sözlərimi dinlə! Ondan sonra yapacağını yap!
Baxalım İrfani burda nə söylər? Mən söyləyəyim sizlərə. Həpiniz var olun! Sağ olun! Allah vətənimizi, milletimizi var etsin!
Yeni başdan dərdə düşdüm oxlandım,
Dəli könlüm bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.
Süleyman paşa, baxdı ki, İrfani bu səfər başqa türlü söylüyor:
Yahu İrfani, şimdiyə qədər, söylədiyin zaman həp acıqlı, dərdli söylərdin. İçində gizli bir sirrin var qaliba. Söylə İrfani, ikinci qitəyi da söylə!
İrfani, aldı bir daha:
Şirin söylər, şirin gülər, naz eylər,
Hər kəmiyi yüz min türlü saz eylər,
Çarqatıı çevirip, tel pərvaz eylər,
Sanırsın bulutdur, aya bağlandı.
Xürrəmzay, İrfani xocanın qaçırıp Axırkələkə gətirdiyi qızı alıp kəndi evinə götürmüş. Kəndi evladı kimi qorumuşdu. Pəncərənin yanına qızı da gətirmişdi. Xürrəmzay, pəncərədən içəriyə baxarkən, qız da Çarqatıını [Yəni baş örtüsünü, Çarqatıın karşılığı bizdə başörtü]. şöylə, biraz açmışdı. Bunu görən İrfani:
Çarqatıı çevirip tel pərvaz eylər,
Sanırsın bulutdur, aya bağlandı. –
diyor. Şöylə, ayın buluda girişinə bənzədiyor.
Bu arada, Süleyman paşa dedi ki:
İrfani! Hasan paşanın əmri üzərinə fərimanını yazıyorum. Qızı, təkrar sənin əlindən alacağam. Son sözünü söylə!
İrfani içindən dedi ki: “Dur! Buna öylə bir şey deyəyim ki, ciyəri yansın! Zatən, oldu olacaq, qırıldı nacaq!”
İrfani, yenidən buldu bir dövlət,
Daha hərcaiyə eyləmez ülfət,
Əski bivəfadan qalxdı məhəbbət,
Şimdi könlüm Xürrəmzaya bağlandı. –
deyincə, paşa əlini dizinə vurdu:
– İrfanı! Əgər Kars paşası Hasan paşanın yeğəni olmasaydın qafanı uçururdum! Kəlləni kəsdirərdim. Demək ki, könlün şimdi də mənim xanıma düşdü, öyləmi?
İrfani geri döndü. Dedi ki:
– Paşa, Paşa! О mənim anamdır! О mənim sevgilimə, mənim qaçırıp gətirdiyim qıza kəndi qızı kimi baxır. Onun üçün nasıl kötü düşünürüm? Bax, sən iynənin batışına dayanamıyorsun, ya mənim yürəyim eşqin çuvaldızına nasıl dayansın?
Süleyman paşa:
– Vay, sənmisin mənim ailəmə, xanımıma söz edən? – dedi.
Əmir verdi cəlladlara:
– Atın bunu zindana!
İrfaniyi atdılar zindana. Qız, qaldı Xürrəmzayın yanında. Süleyman paşanın bir zindançıbaşısı vardı ki! Ocağın batmasın Zindançıbaşı! Cənabi Allah mərhəmət yağmuru yağdırdığı zaman buna bir damla bilə düşməmişdi. İrfaninin gecə yarısına qədər vücudunu suyun içərsində tutar, gecə yarısından sonra da dəmir daraqla darardı. İrfani xоса acı, iztirap içərsində zindanda dursun, mən sizə nerdən xəbər verəyim? Süleyman paşanın oğullarından.
Paşanın iki oğlu vardı. Birinin adı Şərif, birinin adı Muhammed [Məhəmməd deriz biz]. Hər Cuma, Süleyman paşa, qapıqulu və xidmətçiləriylə bərabər oğullarını gəzməyə göndərirmiş. [Ustalarımızdan öyrəndiyimizə gorə, əskidən tətil, cuma günüymüş]. Bir Cuma günü, xidmətçi paşanın çocuqlarıyla bərabər zindanın önündən keçərkən, İrfani xоса da böylə zindanın pəncərəsindən dışarıya baxiyordu. Sordu birisindən:
– Bunlar kimdir?
Dedilər ki:
– Bunlar Süleyman paşanm çocuqlarıdır. Bu da, onların xidmətçisidir!
İrfani, dedi ki:
– Qardaş! Allahim sevərsən, səni-məni yaradan Mövlayı sevərsən, bu xidmətçiyə söyləyin, bir dəqiqə buraya gəlsin! Ondan bir diləyim var!
Adam getdi, xidmətçiyi zindanın pəncərəsinin önünə çağırdı. İrfani içərdən səsləndi:
– Qardaş!
– Buyur!
– Sənin oxuman yazman varmı? Hal əhlimisin? Haldan bilirmisən?
– Vaaay baba! Nə diyorsun? Hər şeyi hatmetmişim! Sən yetər ki söylə!
– Pəki, öylə isə bir kağız, qələm çıxar! Bir ifadəm var. Bunu yazar, götürür Süleyman paşanın önünə qoyarsan.
Əvət. Çox acı, çox dərd çəkən insan bilir bunu. İrfani xоса, vücudundakı hərarətlə, vücudundakı eşq atəşiylə baxalım Süleyman paşaya nasıl bir arzu-hal yazar? Mən də vəkalətən söyləyəyim. Həpiniz var olun! Sağ olun!
Daha pünhan tutma mənim dərdimi,
Min dərdim var, bir loğmana gəlmişəm.
Çevir Şərif, Məhəmmədin başına,
Duacıyam qədd-imana.
Yarasızdır,
Doldur ver, yara sızdır.
El gülər, mən ağlarım,
Е1 sanar yarasızdır.
– Yazdınmı qardaş?
– Yazdım!
– Aha, bu ikincisini də yaz!
Dedim yüz min qafiyədən, qəzəldən,
Mənim dərdim, pünhan tutma tez eldən,
Bir sevdanın cununuyam əzəldən,
Alışıban yana-yana.
Ay qabağı,
Bulutdur ay qabağı.
Yetimin yüzü gülməz,
Açılmaz ay, qabağı.
Alır İrfani son qitəyi. Süleyman paşaya baxalım nə söylər?
İrfani mahrumdur, binəva quldur,
Eşqim qədimidir, arizdə güldür.
Ya çırağ et, ya bağışla, ya öldür,
Möhür dəsti Süleymana.
Dağ itdi,
Duman bastı, dağ itdi.
Biz də bir oymak idik,
Fələk vurdu dağıtdı.
Əfəndim, xidmətçi yazdı bu sözləri. Qoydu о zamanın zərfinin içərsinə. Kimə götürdü ilk-öncə? Sultana, Xürrəmzaya. Xürrəmzay məktubu oxuduğu zaman axşam olmuşdu. Doğrudan-doğruya paşa qonağına gəldi:
– Paşa həzrətləri!
– Buyur, xanım Sultan!
– Paşa həzrətləri! Yarın şəhərin kadısını, müftüsünü, alimini, üləmasını topla! Mən səndən ayrılıyorum!
– Allah Allah! Xanım Sultan sən dəlimi oldun? Biz bir-birimizi sevərək evləndik. Yurdumuz var, yuvamız var! Mən Suleyman paşa oldum, sən Xürrəmzaysin!
– Yoox, paşa! Sənin beyin mərkəzlərin boşdur. Sənin ağlın kəsməz bu işə! Sən eşqin, meşkin, sevdanın nə olduğunu bilseydin, İrfaniyi sevdiyindən ayırmazdın. Ya İrfaniyə sevgilisini verəcəksən, muradına erdirəcəksən, ya da mən səndən ayrılacağam!
Paşa, böylə bir düşündü:
– Əvət, məntikli!– dedi.
Sabahleyin divan quruldu. Süleyman paşa, əmir verdi cəlladlara. İrfaniyi qolları bağlı olaraq gətirdilər huzura. Paşa dedi ki:
– İrfani! Mənim üzərimdə bir əmir vardır. Üzərimdəki, sənin amcan Kars paşasıdır. Ondan gələn fəriman üzərinə sevdiyini əlindən alip babasina verəcəkdim. Bunu yapmayacağım. Ama, canımı qurtardım üçün səni buradan sürgün edəcəyəm!
– Nerəyə?
– Dəmircilik köyü vardır, Arpaçay sınırları içərsində. Orasının tapusunu sənə veriyorum. Sevdiyini də yanına verəcəyəm! Səni oraya sürgün ediyorum!
İrfani, buna məmnun oldu, sevindi. Xürrəmzay dedi ki:
– Paşa, bu olmadı!
– Ya nasıl olacaq xanım?
E… olurmu canım? Bu qız, mənim qızım kimi! Paşanın qızı, böyləmi evlənir? Düyünü böyləmi olur?
Süleyman paşa, əmir verdi. Yeddi qat davul, zurna ilə, dəm-ü devran ilə, İrfaninin düyününü tutdular. Düyündən sonra İrfaniylə xanımını sürgün olaraq göndərdilər. Nerəyə? Dəmircilik köyünə. Hasan paşaya da bir fəriman göndərip durumu bildirdilər.
[Dəmircilik xarabasını, mən gördüm. Orası mənim məmləkətim.] İrfaniyi paşa sevdiyiylə bərabər Dəmircilik xarabasına sürdülər, ama oraya gedincə İrfaninin} xəyalına türkmən qızı düşdü. Ocağın batmasın Mələk Sultan! Hər duvara baxdığında, hər daşa baxdığında, hər axarsuya baxdığında onun yüzünü görüyordu.
Bir sabah erkəndən sabah namazını qılmaq üçün qalxdı. Təbii bu alim adam, hafız adam, dindar adam! Evdən dışarıya çıxdı. İlkbahar mövsümüydü. Nə zaman? İştə nisan ayları filan. Bu mövsümdə bizim oralarda durnalar keçər, qatar qatar... [Hətta derlər ki, yerdə bir saltaşını tərsinə döndərirlərsə durnaların qatarı pozulur. Böylə bir inanış da var.] İncədən bir rüzgar əsiyor. Quşlar yavaş-yavaş ötüşməyə başlamış. İrfani xоса, böylə bir gökyüzünə baxdı ki, bir qatar durna keçiуоr. О durnaların, gözəl səsləri duyuluyor.
Əlindəki abdəst güyümünü qoydu bir kənara. Oturdu bir daşın üzərinə:
Durnalar! Nerəyə gedəceyinizi bir də yeryüzündən, İrfanidən dinleyin! – dedi.
[Şimdiyə qədər bir çox durna dastanı söylənmişdir, ama İrfaninin durna dastanı, bir sanat, bir coğrafya əsəridir. Bir atlasdır, bir xəritədir. Yaşadığı bölgədə durnaların gedəcəyi yerləri təkər -təkər sayaraq durnaları, sevdiyi türkmən qızının köyünə ulaştırır.]
Orda İrfani, burda da vəkalətən mən söyləyəyim, siz dinləyin! Allah həpinizi var etsin! Sağ olun!
Sabah namazını Zarşat düzündən,
En Qaraçayıra yolasan durnam.
Aş Lavaş gölünü, bağla qatarı,
Məkanın Daşbaşı, görəsən durnam.
[Zarşat, Arpaçayın əski adı. Tarixdəki adı. Onun üzərində bir düzlük var. “Sabah namazında Zarşat düzündən”. О civarda Qaraçayır vardır. “Qaraçayıra enin. Yolasan durnam”. "Aş Lavaş gölünü”. Derlər ki, Koroğlu, Yaxnı təpəsinə gəlmiş. Keleşlərinə yaxni yedirmiş. Bir də bizim köyün ilərsində, Çıldır gölünün kənarında kiçik bir göl vardır. “Lavaş gölü” deriz biz oraya. Koroğlu, orda keleşlərinə lavaşın arasına ət qoyup ziyafət vermiş. “Aş Lavaş gölünü, bağla qatarı/ Məkanın Daşbaşı”. Daşbaşı, Çıldır gölünün ilk köyüdür].
Durnalar gökyüzündə dadlı-dadlı ötərkən, yeryüzündə də İrfani alır ikinci yol göstərməyi:
İrişdi, Külverən qalır sağ yana,
Çıx Qızılverana, en Kamervana,
Albız ıssızlıqdır, Cala virana,
Orda da bir zaman qalasan durnam.
[“İrişti, Külverən”. Külveren köyü, virana, xarabadır şimdi. “Qalır sağ yana / çıx Qızılverana”. Qızılverana yüksəktə bir köy. “En Kamervana”. Aşağıda, düzlükte bir köy. “Albız ıssızlıqtır”. Albız, çox tarixi bir xarabadır. Albız və Qalaça.
Bir hekayədə adları keçəcək. О Albız əskidən yeşillikmiş. Kışı uzun sürdüyündən xalqı köç etmiş diyorlar. Orda bir quyu gördüm mən. Bir adam üzərinə əski yazıyla yazmış: “Mən burayı zəyrəklə” (yəni kətan toxumuyla) doldurdum. Məndən sonra аfауlа doldurana eşq olsun!" İçərisi kim bilir kaç ton zəyrək alır? О zaman Cala köyü viranaymiş. Şimdi orası Doğruyol nahiyəsi. Büyükçə bir köy.}
Durnalar, iyi dinləyin!
Alır İrfanı bir daha:
Səfil Ağcaqala döndümü yaza,
Uğrama Kakaça bəlkə yol aza,
Oralar susuzdur, keç get Cambaza,
Qarasuda məskən salasan durnam.
[Ağcaqala tarixi bir adadır. Səlçuqlu Sultam Alparslanın Malazgirtdən öncə 1064-də Anadoluya ilk girdiyi yerdir. Mancanaqlarla, yağlı paçavralar atarak о qalayı fəth etmiş. О qalanın, о Ağcaqala adasının dörd yerdən yeraltı girişi var dır. Bəlkə saraydır, bəlkə kral məzarıdır, bəlkə də xəzinədir. “Yaz gəldiyi zaman, günəş ilk öncə Ağcaqala adası’na vurur”. Onun üçün İrfani diyor ki: “Səfil Ağçaqala döndümü yaza? uğrama Kakaça”. Kakaç da bir köydür. Tam Çıldırın sınırındadır. “Sakın Kakaça uğrama. Yoluna ağlarsın. Yəni mənim köyümə gedəməzsən.” “Oralar susuzdur, keç get Cambaza.” İki köy var: Aşağı Cambaz, Yuxarı Cambaz. Orda bir su axar. Kışın donmaz: Qarasu. “Qarasuda məskan salasan durnam.”]
Durnalar uçarkan alir İrfani bir daha:
Zinzallar çəkilmiş yücədən yücə,
Xəbər al Çamdırı, gör halı necə,
Suxara mamurdur, varin bir gecə,
Dost köyünə salam salasan durnam.
[Zinzal köyünün yeni adı Güvenocak. Bu köyün bir parçası yox. Xarabası var. Bir parçası isə duruyor. Çox dadlı bir köy. Biri aşağıda, biri yuxarıda. “Xəbər al Çamdırı”. О köyün adı şimdi Daşdəyirman. “Gör halı necə”. Müsafırpərvər bir köydür. “Suxara mamurdur.” Aşıq Şenlikin köyüdür. Şimdiki adı Yaxınsu. Çıldırın en büyük köyüdür. Bələdiyəsi vardır. Suxara, bugün olduğu kimi о zaman da şenlikmiş. “Varın bir gecə / Dost köyünə selam salasan durnam”. Orda çox yaxınlarım, dosdlarım var diyor, İrfani xоса.]
Durnalar, İrfaninin kəndi köyünə yaklaşırkən gökyüzündə həzin-həzin uçuyorlardı:
Aldı bir daha:
Purut süvaridir, Köyhas piyadə,
Urtayla, Meredis qalmasın yada,
Qırx Çataxbaşını, keç Zurzunadan,
Gündüzhev öz köyüm, biləsən durnam.
[“Purut süvaridir, Köyhas piyadə.” Purutlular çox iyi ata minərlər, köyhaslılаr yavaş. Köyhas- Köğasın yeni ismi Saymalı. Çıldır qaza mərkezinin əski adı Zurzunadır. Çataxbaşını Meredis obir tərəfdə, Çıldıra yaxın iki köy. “Gündüzhev öz köyüm biləsən durnam”.]
Kəndi köyünə gəldiyi zaman alır-alır İrfani bir daha:
Yolun düşər Otağvanın sağına,
Uğra Ardahana, öylə çağına,
İkindi namazı çıx Cin dağına
Qarışkamaraya minəsən durnam.
Gündüzhev yaxınında Otağva deyə bir yer var. Yolu böylə ziqzaqlıdır. “Yolun düşər Otağvanın sağına / Uğra Ardahana öylə çağına”. Öylə üzəri ancaq Ardahana varırsınız, diyor. “İkindi namazı çıx Cin dağına”. Sevdiyinin, türkmən qızının məmləkəti orası. Acara bölgesi. “Qarışkamaraya minəsən durnam”. Şavşat dağları civarı.]
Durnalara sevdiyinin köyünü tərif edən İrfani, baxalım burda sevdiyinə nə söylər?
Yürü durnam, yürü dönmə izindən,
Aləmi mat etdin, xoş avazından,
Əsli Xırmandalı, türkmən qızından,
Yarımdan bir xəbər alasan durnam.
Tez pərvaz eyləyin, tez qanad çalın,
О nazlı yarımdan bir xəbər alın,
İrfani xоса da bekliyor yolun,
Bəlkə bugünlərdə gələsən durnam.
Yaralar,
Söz var can yaralar.
Əzrail canim alma,
Gələcək bir yar alar.
Yar diyarı,
Sel basdi yardı, yarı.
Alçalsın yücə dağlar,
Görülsün yar diyarı.
Gökyüzündə durnalar həzin-həzin, incə-incə ötərək keçip getdikdən sonra təbii İrfani xоса da dönüp evinə gəldi. Eşq, sevgi, hayat, dünya bu.
[Bir gün Məcnuna sormuşlar:
Leyla, bu qədər qara-quru, bu qədər çirkin bir qızdır! Sən bunun üçün niye çöllərə düşdün?
Məcnun demiş ki:
Siz Leylayı kəndi gözünüzlə görüyorsunuz. Bir də mənim gözümlə görsəniz?]
İştə İrfaninin sevgilisini də İrfaninin gözüylə görmək lazım. İrfani, burda Dəmircilik köyündə sevdiyi qızla, ancaq türkmən qızını da unutmayarak yaşar və vaxdı gəlincə Haqqa ruhunu təslim edər. Arpaçayın Kümbət köyündən Hacı Yunusun söylədiyinə görə, məzarında hər zaman bir qarip quş ötər, əsil sevdiyi türkmən qızını çağırırmış.
İrfani ilə türkmən qızı hekayəsi burada sona erdi. İrfani xocanın ağlına doğduğu yer, Çıldır gəldi. Aldı son sözünü. Vəkələtən mən söyləyəyim. Sağ olun! Var olun!
Yıllar boyu qışlasında qışladıq,
Görən mamur olsun eli Çıldırın.
Hoçuvandan bəri gəlir dərəsi,
Əsər, əksik olmaz yeli Çıldırın.
Yaz olanda gəlir qələm qaşlılar,
Güz olanda gedər siyah saçlılar,
Zərdən- zərgüşlular, yaşıl başlılar,
Dolmuş sona ilə gölü Çıldırın.
İrfani yalvarır Qanı Xudaya,
Səni sevməyənlər gəlsin qadaya,
Türkmən qızın alıp keçəm adaya,
Daha uğramasın yolu Çddırın.
Allah dövlətimizə, millətimizə zaval verməsin! Allah sizləri var etsin! Sağ olun, var olun! Ömrünüz uzun olsun! İçimdən gələn bir müxəmməslə sözlərimi bağlıyorum. Ondan sonrası da Allah kərim!
Eşqə düşən dərdli Aşıq Kərəm kimi külə bənzər.
Məcnunun çəkdiyi fıqan Leyla üçün çölə bənzər.
Aşığın olmaz məkanı, qurbət eldə çürür canı,
Sorarsan qərip insanı, eşqi bülbül, gülə bənzər.
Bulunmaz eşqin ilacı, qənaət başımın tacı,
Bəzi söz zəhərdən acı, bəzi söz də bala bənzər.
Şərəf der ki, keçən zaman qəriplərə yoxdur məkan,
Aşığa bulunmaz məskən, hər yer qürbət elə bənzər.
Mətin Türk Dil Kurumunun 2008-ci ildə Ankarada nəşr etdiyi “Aşiq Şeref Taşlıovadan derlenen halq hikayeleri” kitabının 185-206 səhifəsindən alınmışdır. Mətni yazıya alan və çap üçün hazırlayanlar: Prof. Dr. Fikret Türkmən, Nail Tan, Dr. M.Mete Taşlıovadır. Toplayıcılar mətnin sonunda belə bir qeyd vemişlər: “Hikayenin kaynağı: Aşık Şeref Taçlıovanın derleyip tasnif ettiği, türkülerini söylediği, bu türkülerin konularına uyğun makam ve ezgilerini belirlediği bir hikayedir. Çıldır’ın eski adı Gündüzhev/Kunduzhev: yeni adı Sazlısu köyünde, bundan 150-170 yıl önce yaşamış bir olayın hikayesidir. Taşlıova İrfani Hoca’nın sülalesinden Kerim Ağa’dan dinlemiş. İrfani Hoca Aşık Şenlikden önce yaşamış: arif, şair, bir kişidir”.
Dostları ilə paylaş: |