(Deniz Rasim, 1, səh. 8)
QƏBAHƏTMİDİR
Kitabım, Kərbəlam, Məkkəm, Mədinəm,
Bugün dost köyündə ziyarətimdir.
Qibləgah daşına boyun əyməyim,
Gündüz zikrim, gecə ibadətimdir.
Gün savanda, gözəl ədalaşanda,
Bülbül gülşənində sədalaşanda,
Bir heca üzündən cüdalaşanda,
Rəqib-i möhnətdə məlamətmidir?!
Qərib İrfaniyi saldın naraya,
Məlhəm olmaz ürəkdəki yaraya,
Sənin kimi cahil, qəlbi qaraya,
Cana könül verdim qəbahətmidir.
(Ensar Aslan, səh. 31)
Nusret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən şeirin Ensar Arslanın nəşr etdirdiyindən fərqi bunlardıır: 3-cü misra Kıble-i kaşına boyun eğime, 5-ci misra Göz süzəndə güzəl ədalaşanda, 7-ci misra Bir ləhçə yüzündən cüdalaşanda kimidir.
Rasim Denizin məqaləsində şeir aşağıdakı kimidir:
Kitabım Kərbəlam, Məkkəm, Mədinəm,
Hələ dostun köyü ziyarətimdir.
Qiblə-vəs qaşlarına baş əydiyim,
Gece zikrim, gündüz ibadətimdir.
Bülbül gül dalında sədalaşanda,
Aşiq məşuqula vidalaşanda,
Bir ləhzə didəmdən cüdalaşanda,
Fəraq-i möhnətdə məlamətimdir?!
Qərib İrfaniyi yaxdın naraya,
Mərhəmətin yox sinəmdəki yaraya,
Sən kimi vəfasız, qəlbi qaraya,
Meyil vermək mənim qəbahətimdir.
QƏDƏR
Ay ağalar, bu dərd məni öldürür,
Arayıb dərmanın bulana qədər.
Könül vaz keçəmir əski yarından,
Çəkərəm həsrətin ölənə qədər.
Çeşm-i yaşdan namə yazdım, gəlündi,
Əgər loğmanısan, dərdim bil indi,
Dəmür çarux geydim, o da dəlindi,
Könül sevduyunu bulana qədər.
İrfani der: bu bağımız talansun,
Xəstə konlum yar boynuna tolansun,
Sən aşıxsın, yar qədrüni bilənsün,
Yarı canım getdi gülənə qədər.
Dostları ilə paylaş: |