(Deniz Rasim, 1, səh. 8)
Ensar Aslan və Nüsret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən “Gəlmədi” rədifli qoşmanın 4-cü misrası “Qəm ölkənin suyun içti gəlmədi“, Ensar Aslanda 9-cu misra “Be qazilər bu İrfaniyi öldürün“, Nüsret Kopuzluda “Hey ağalar bu İrfanı öldürün“, 10-cu misra Ensar Aslan və Nüsret Kopuzluda “Yoksa bu derdime derman bildirin“ kimidir. Ensar Aslan və Nüsret Kopuzluda şeir 3 bənddir. Nüsret Kopuzlunun nəşrindəki ikinci bənd isə belədir:
Hey ağalar haraç gör Çin Maçin’dən
Güzel, bir bûse ver ahmer vechinden
Bir kez halvet aldı gitti laçinden
Ter sunadır gölden uçtu gelmedi.
GƏLMİŞƏM
Daha pünhan tutma mənim dərdimi,
Bir dərdim var, min loğmana gəlmişəm.
And verirəm Məhəmmədin başına,
Duacıyam, qədd-imana gəlmişəm.
Dedim yüz min qafiyədən, qəzəldən,
Bu dərdimi pünhan tutma tez eldən,
Bir sevdanın cünunyum əzəldən,
Duaçıyam qədd-imana gəlmişəm.
İrfani məhrumdur, binəva quldur,
Eşqin qədimidir, arizdə güldür,
Ya çırağ et, ya bağışla, ya öldür,
Möhür dəsti Süleymana gəlmişəm.
Dostları ilə paylaş: |