Azərbaycan miLLİ elmlər akademiyasi


(Ensar Aslan, səh. 32-33)



Yüklə 0,78 Mb.
səhifə35/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   ...   31   32   33   34   35   36   37   38   ...   64
(Ensar Aslan, səh. 32-33)

GETDİ
Bir növrəstə, növcivanın ucundan,

Olanca axlımız havaya getdi.

Leyl-ü-nahar ədasından-nazından,

Ömrüm sərmayəsi yağmaya getdi.


Atəşimdən bahrə daldı səməklər,

Hanı bunca mədhin qəzəl deməklər?

Ta əzəldən çəkdicəyim əməklər,

Bulmadım vəfasın, hər zaya getdi.


Canım müştaq məhəbbətin meyinə,

Hər dəm qonar, yavru, zülfün muyunə,

İrfani, əzm etsəm dostun köyünə,

Derlər ki Məcnundur Leylaya getdi.



(Vasif Mahir Kocatürk, 272)
Ensar Aslan (səh. 29-30) və Nüsret Kopuzlunun “Bizim Ahıs­ka” dergisi, 2015-ci il, sonbahar, sayı 40, səhifə 49 nəşr et­dir­diyi “Getdi” rədifli qoşmaların yuxarıdakı ilə fərqi çox azdır.

GƏLDİN
Nəzakətli yarım, sər bərabərim,

Ey mənim cananım, sən səfa gəldin.

Gözləri xumarım, lala rüxsarım,

Dərdlərə dərmanım, sən səfa gəldin.


Ey mina gərdanlım, qədd-i ararım

Buxağı billurum, sədr-i mərmərim,

İqbalım, dövlətim, şahım, sərdarım,

Əfəndim, sultanım, sən səfa gəldin.


Tuti, qumru dillim, tovuz-u nəzim,

Ufacıq cilvəlim, ördəyi- qazım,

Şahım və şahbazım, bağ-i Şirazım,

Üsküfi tərlanım, sən səfa gəldin.


Qolları salıncaq, qədd-i surahım,

Qəmzəsi cəlladım, çeşm-i siyahım,

Mehrab-i minbərim, həm qıbləgahım,

Həm əbr-kamanım, sən səfa gəldin.


Der ki bu İrfani: Səm mənim canım,

Gülməzsən, gələli dildə dəhanım,

Guşunda küpəli, təzə gülşanım,

Sərv-i xuramanım sən səfa gəldin.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin