(Rasim Deniz, 1, səh. 9)
DERLƏR
Aşiq ta məşuqa verirsə bada,
Bu eşqin tasını al iç, qan derlər.
Bu eşq, bu sevda indi qanımda,
Onun üçün məhşərədək yan derlər.
Yar sənin yolunda olmuşam dindar,
Eşq ataşı sərdi cana bir mindər,
Yusuf-i Züleyxa, Dara-İskəndər,
Çəkdi bu sevdayı Süleyman derler.
Çox ağlarsın İrfaniyi gülməzsən,
Sevda nə hal olduğunu bilməzsən,
Yüz möcüzat görsən islam olmazsan,
Sizə Türkmən deyil, türk iman derler.
(Ensar Aslan, səh. 30)
Nüsret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən şeiri Ensar Arslanın nəşr etdirdiyi ilə eynidir.
DOLANAYIM
Şahin əldən uçdu, yenə qəm gəldi,
Çıxdı asimana, nə dolanayım.
Səndən oxlanmışam, kimə qılam dad,
Nə sultana-xana, nə dolanayım.
Xoyrat girdi dost bağından bar aldı,
Qırmızı gül, çevrə-yanın xar aldı,
Əvvəlcə ağlımı başdan yar aldı,
Olmuşam divanə, nə dolanayım.
İrfani der: Haqdan olsun imdadım,
Asimana çıxdı dadi-fəryadım,
Yandım, tütdüm məleyiklər şahadım,
Ya şama pərvanə, nə dolanayım.
Dostları ilə paylaş: |