(Ensar Aslan, səh. 27-28)
ÇILDIRIN1
Bu qışın da qışlasında qışladıq,
Görüm mamur olsun eli Çıldırın.
Hoçuvandan bəri gəlir dərəsi,
Əsər, əksik olmaz yeli Çıldırın.
Yaz olanda gəlir qələm qaşlılar,
Güz olanda gedər siyah saçlılar,
Zərdən zərgüşlular, yaşıl başlılar,
Dolmuş sona ilə gölü Çıldırın.
İrfani yalvarır Qanı Xudaya,
Qaracaoğlanı gəlsin qadaya2,
Türkmən qızın alıp keçəm adaya,
Daha uğramasın yolu Çıldırın.
(Ensar Aslan, səh. 28-29)
CİLVƏLƏNİRSƏN
Nədir cürmün, söylə ey şux-i bəyaz,
Niçin məndən böylə şüphələnirsən.
Bizlərə gələndə, naz üstünə naz,
Gedər, yad əliylə cilvələnirsən.
Bu dil-i məhzunum, bir dəm şad olmaz,
Hər şahin olduğu yerdə sar olmaz,
Əgər ki naz isə, böylə naz olmaz,
Hər gün də dirilir, öfkələnirsən.
İrfani, nafilə gəl savaş etmə,
Fələyə qəhr edib belini bükmə,
Vəfasız dilbərin cevrini çəkmə,
Yazıq könül sana örsələnirsən.
Dostları ilə paylaş: |