Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 0,78 Mb.
səhifə24/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   ...   20   21   22   23   24   25   26   27   ...   64
KİTABIN TƏRTİBİ HAQQINDA
Çıldırlı Aşıq İrfani (Süleyman) haqqında kitab nəşrə ha­zır­layarkən təkrarçılığa yol verməmək, qarışıqlıqdan qaçmaq və is­tə­ni­lən şeiri asan tapmaq üçün oxucunu bilgiləndirməyi də nə­zərdə tutduq. Günümüzdə işlənməyən, arxaikləşən və məhəlli söz­lərin əlifba sırası ilə lüğətini hazırladıq.

Aşığın şeirlərinin ilk dəfə nə vaxt yazıya alındığını müəy­yən­ləşdirə bilmədik. Dövrü mətbuatda yazılanlar haqqında fikir­lə­rimizi ön sözdə verdik.

Kitab geniş oxucu kütləsi üçün deyil, araşdırıcılar üçün hazırlandıqdan əsas aldığımız bir şeiri tam verdik. Həmin şeirin fərqli variant və versiyaları haqqında bilgini səhifənin altına əlavə etdik. Eyni olan bəndlərin birini saxlayıb o birilərini atdıq. Nəюrə hazırladığımız mətnlərin alındэрэ qaynaрэ göstərmək üçün M. Halit Bayrının “Türk Dili” dergisinin 1 Şubat 1955-ci ildə çap olunan 41-ci sayındakı “Aşık İrfani” məqaləsindən alınmış şeirlər (M. Halit Bayrı), Vasfi Mahir Kocatürkün 1963-cü ildə nəşr etdirdiyi “Saz şairləri antolojisi” kitabından alınmış şeirlər (Vasfi Mahir Kocatürk), Ensar Aslanın 1980-ci ildə “Köz” dergisinin avqust ayında, çap olunmuş 5-ci sayındakı “Aşıq İrfani” məqaləsindən alınmış şeirlərin altından (Ensar Aslan), Rasim Denizin 1983-cü ildə, iyun ayında çap olunan 66-cı sayındakı “İrfaniler” məqaləsindən alımış şeirlərin altından (Deniz Rasim, 1), həmin müəllifin 1983-cü ildə, sentyabr ayında çap olunan 69-cu sayındakı “Çıldırlı İrfani hoca“ məqaləsindən alınmış şeirlərin altından (Deniz Rasim, 2), Yunus Zeyrəkin 2005-ci ildə, “Bizim Ahıska” dergisinin 6-cı sayındakı “Ahıska aşıkları. İrfani“ məqaləsindən alınmış şeirlərin altından (Yunus Zeyrək), Asif Hacılının 1992-ci ildə nəşr etdirdiyi “Qəribəm bu vətəndə” kitabından aldığımız şeirlərin (Asif Hacılı), Asif Hacılı və Aydın Poladoğlunun toplayıb tərtib edərək 1998-ci ildə nəşr etdirdikləri “Axısqa türk folklor” kitabından aldığımız şeirlərin altından (Asif Hacılı və Aydın Poladoğlu), Atəş Əhmədli və Qədim Qubadlının 2008-ci ildə nəşr etdirdikləri “Axısqa türk folklor” kitabından aldığımız şeirlərin altından (Atəş Əhmədli və Qədim Qubadlının), Doğan Kayanın 2004-cü ildə nəşr etdirdiyi “Yaşnameler” kitabından alınan şeirlərin altından (Doğan Kaya), Əli Şamilin 2012-ci ildə nəşr etdirdiyiAxısqalı Xəstə Hasan” kitabından alınan şeirlərin altından (Əli Şamil) yazdıq. Şeiri ki­min məqaləsindən almışıqsa yer-yurd, insan adları ilə bağlı olan izahları həmin araşdırıcıdan aldıq və izahlara lazım gəldikdə mü­nasibətimizi bildirdik.

Kitaba Çıldırlı Aşıq İrfani haqqında məclislərdə aşıqların söy­lədikləri dastan-rəvayətlərin mətnlərini variantları ilə birgə daxil etdik. Türkiyədə günümüzdə işlədilən əlifbada ə, x və q işa­rə­­ləri yoxdur. Lakin bu işarələr Azərbaycanda əlifbasında var. Tür­­kiyənin Anadolu bölgəsində, xüsusən də Ərzurum, Kars, Van və b. bölgələrdə həmin işarələrin ifa etdiyi səslərdən da­nı­şıqda geniş istifadə edilir. Aşıq İrfani ilə bağlı şeirlər də əsa­sən ə, x, q səsləri geniş yayılmış bölgələrdən toplandığından biz kitabı ha­zır­­layarkən mətinləri Azərbaycan türkcəsinin yazı qaydalarına uyğunlaşdırdıq.

Kitabı hazırlayarkən Doğan Kaya, Sabri Koz, İlqar İmam­ver­diyev, Kamilə Dadaşzadə, Afiz(Hafiz) Kərimov, Aynur Qə­zən­fər qızı, Məhsəti Vaqifqızı mənə olduqca böyük köməklik gös­tərdilər. Onlara və kitabın nəşrində əməyi keçənlərə tə­şəkkü­rü­mü bildirirəm.

Arzu edərdik ki, gənc araşdırıcılar mövzuya yenidən giriş­sin­lər, nəinki kitabdakı nöqsanları aradan qaldırsınlar, Çıldırlı Aşıq İrfaninin daha təkmil nəşrlərini ortaya qoysunlar.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin