(Onk Nizamettin, 8690)
Rasim Denizin məqaləsində şeir yuxarıdakı ilə eynidir. Ensar Aslanın nəşr etdiyi (səh. 25-26) şeirdəki fərqli misralar aşağıdakılardır:
Min dərdim var, bir dərmana gəlmişəm.
Çevir Şərif, Məhəmmədin başına.
Mənim dərdim pünhan tutma tez eldən,
Alışıban yana-yana gəlmişəm.
Ensar Aslan şeirdəki “Çevir Şərif, Məhəmmədin başına” misrasınındakı Şərif və Məhəmmədin paşanın oğlanlarının adı olduğunu yazır.
Yunus Zeyrəkin məqaləsində şeir aşağıdakı kimidir:
Dahi pünhan doğmuş bilməm dərdimi,
Dərman üçün bir loğmana gəlmişəm.
Çevir Şərif, Muhammədin başına,
Duacıyam qədd-imana gəlmişəm.
İrfani məhrumdur binəva quldur,
Eşqin qadimidir, ariz deyildir,
Ya lutuf qıl, ya çıraq et, ya öldür,
Mihr sahibi Süleymana gəlmişəm.
GƏTİRDİM
Şükür yaradana, çox şükür,
Min dərdimə bir dərmanı gətirdim.
İllər ilə intizarın çəkdiyim,
Pəri-peykər növcavanı gətirdim.
Tifilkən sevmişdim pəri-peykəri,
Ol səbəbdən olmuşam mən sərsəri,
Bir mina gərdanlı qədd-i ararı,
Təzə zülfü pərişanı gətirdim.
Bizi ihrak edən hicran gözüdür,
Mərifətdə Züleyxanın özüdür,
Sakın demə bir Türkmənin qızıdır,
Bir əhl-i dil, gövhər kanı gətirdim.
Keçmək olmaz ol dilbərin nazından,
Bülbül sada eylər xub-avazından,
Xeyli gündür uçurmuşum bazımdan,
Toru saldım o tərlanı gətirdim.
Kimsə bilməz İrfaninin dərdini,
Bülbül kimi bəslər idi gülünü.
Viran etdim Harmandarın elini,
Alagözlü bir Türkməni gətirdim.
Dostları ilə paylaş: |