1
Xanək Eşqi yazır: "...Zaqafqaziyanın Rusiyaya bir-
ləşdirilməsinin ciddi tərəfdarları olan erməni ruha-
niləri, mülkədarları, kapitalistləri Rusiyanın diqqətini
öz tərəflərinə çəkmək üçün müxtəlif vasitələr fikir-
ləşirdilər”.
XIX əsrin ikinci yarısında Yosef Amin, Movses
Banqramyan, Şahembryan və digər şəxslər erməniləri
Rusiyaya yaxınlaşdırmaq üçün ciddi səy göstərirdilər.
Miladi tarixi ilə 1896-cı ildə, Rusiya ilə Osmanlı
arasında müharibə getdiyi bir vaxtda fəal ermənilərdən
ibarət "Xarici İşlər üzrə Təhqiqat Cəmiyyəti" adlı cə-
miyyət təşkil olundu. Həmin cəmiyyətin keçirdiyi
1
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.135
83
iclaslarda ermənilərin Rusiyanın himayəsinə
keçməsinin zəruriliyi vurğulanırdı.
1885-ci ildən başlayaraq başda mitropolit Yosef
Arqunti olmaqla, Eçmiədzinin yuxarı dairələri, söz və
iş adamları, həmçinin böyük mülkədarlar yuxarıda
qeyd edilən proqramın icrası istiqamətində Rusiyada
ciddi fəaliyyət göstərirdilər. Hələ 1782-ci ilin dekab-
rında erməni ruhaniləri, böyük mülkədarlar və həm-
çinin tanınmış şəxslər rus imperatriçası II Yekaterinaya
göndərdikləri məktublarda xahiş edirdilər ki, erməni
millətini özlərinin sədaqətli dostlarından hesab etsin və
onları öz himayəsinə qəbul eləsin.
1
Ruslar XIX əsrin əvvəllərində və İranla müharibə
başlanan vaxt erməni Nersis İskova çar Rusiyasının
sərhədləri çərçivəsində erməni muxtar vilayətini yarat-
mağı söz vermişdilər. Bu vəd təkcə İran-rus mühari-
bəsində erməni silahlı qüvvələrini ruslara xidmət işinə
səfərbər etmədi, həm də bir çox ölkələrdə, o cümlədən
Hindistanda ticarətlə məşğul olan erməni varlılarının
maliyyəsinin “səfərbərliyə alınması” ilə nəticələndi.
...1804-cü ildə Zaqafqaziyada şah ordusu rus
qoşunları ilə ilk dəfə üz-üzə dayanarkən Qarabağ
erməniləri onlarla birləşərək Qarabağı və Şuşanı rusla-
ra təslim etdilər. Ancaq bu zaman müsəlmanlar İrəvan-
da və Bakıda ruslara ciddi müqavimət göstərir, hətta
rus ordusunun komandanı Sisyanov Bakı qalasının
ətəyində öldürülmüşdü. İkinci İran-Rusiya müharibə-
sində, daha dəqiq desək, 1826-cı ildə də erməni silahlı
qüvvələri ruslara əsaslı şəkildə kömək etməyə
başladılar. Qarabağlı general Mədətyanın və katolikos
İskov Nersisin komandanlığı altında ruslar Abbas
1
Bax: Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər İran (1790-
1810-cu illər), səh.23
84
Mirzəni məğlub edib, İrəvanı, Naxçıvanı və Zaqaf-
qaziyanın digər şəhərlərini işğal etməyə nail oldular.
1
Bu xəyanətlərə baxmayaraq, İrəvan şəhərinin kəfən
geyinmiş müsəlman alimlərinin və adi insanlarının
müqaviməti nəticəsində ruslar dəfələrlə məğlubiyyətə
uğradılar. Məhəmməd Həsən xan bir məktubunda
İrəvanın üləma və ağsaqqalarını bu cür təsvir edir:
"...Sizə məlum olduğu kimi, rus kafirləri Gəncə
şəhərinin əhalisinə qalib gəlmiş, onları qətlə yetirmiş,
əsir almış və həmin şəhərdə möhkəmlənmişlər. Rusların
qoşun hissələri Car və Tələyə gecə hücum edib, həmin
yerlərə ciddi ziyan vurmuşlar. Onlar orada ordu
saxlamış və sərkərdə Şahbazur İrəvan şəhərinə qarşı
döyüşə getmişdir. Aləmin və xalqın pənahı, düşmənləri
məğlub edən... Fətəli şah... onları cəzalandırmağa gəldi.
O, düşmənləri tələyə salıb, mühasirəyə alaraq ildırım
kimi çaxan qılınclarla ehtiraslı kafirləri yuxudan
oyatdı... Eşitmişəm ki, çeçen, kabardin və hüri xalqı
məğlub olmuş əsgərlərə yardım aparan kafirlərin yolunu
Mazdokda kəsmişlər. Onlarla üzbəüz döyüşə girmiş və
heç kim tərəfindən göstəriş almadan Allahın fərmanı və
peyğəmbərin buyruğu ilə islamın və müsəlman
dövlətinin qeyrətini çəkmişlər (Xudavəndi-təala onların
üzlərini ağ etsin və onlardan razı olsun!). İndi onların
qarşılarında Dərbənd yolundan başqa bir yol yoxdur.
Onları xüsusi diqqətlə izləyin, əgər gəlsələr yollarına
sədd çəkin. Necə olursa-olsun, onların Dərbənddən
keçmələrinə yol verməyin. Elə ki, Dərbənd istiqamətdən
yolu bağladınız, bizdən yardım üçün əsgər istəyin və
xudavəndi-təalanın köməyi ilə göndərəcəyik. Biz
Dağıstan əmirlərinə də məktub yazmışıq, onlarla da
1
Bax: Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye mərkəzi və Qəfqaz, səh.60-61
85
məşvərət keçirə bilərsiniz. Bu xeyirli əmrlə razılaşsanız,
Allah-təala da sizdən razı qalacaq. Bu, sizə, başqa
əmirlərə, bütün qeyrətli və islam təəssübü çəkən
müsəlmanlara vacibdir. Müsəlmana kafirlərlə dostluq
etmək və onlardan ənam almaq caiz deyil. Onların
müsəlmanlara yaxşılığı müsəlmanlar üzərində qələbə
çalmaq üçündür. Qələbə qazanan kimi dostluqlarına
əncam çəkmək və islamı məhv etmək, nadanlığı və
azğınlığı yaymaq istəyəcəklər. Bu fani dünyadan bir şey
əldə etmək olmaz, çünki dünya gedəri, axirət əbədidir.
Müsəlman mütləq Allahın və onun rəsulunun xoşuna
gələn işlər görməlidir. Müsəlman Allahın əmrinə,
peyğəmbərin buyruğuna əməl etmək üçün cihad
etməlidir. Sizin üləmalarınız da sizə bunu demişlər".
1
Hüseyn xan Sərdar öz ixtiyarında olan kiçik qüvvə
ilə qələbəyə imkan yarandığını hiss etdi. İrəvan
şəhərinin üləmalarını və ruhanilərini dəvət edərək on-
lardan şəhərin müsəlman əhalisini cihada, döyüşçü-
lərin və müdafiəçilərin sıralarına qoşulmağa vadar
etməyi xahiş etdi. İrəvan komandanının xahişi ilə ülə-
malar və ruhanilər şəhərin müsəlman əhalisini düşmən
əleyhinə qaldırmaq, döyüşə təşviq etmək və kəfən
geyinib ələ silah götürmək üçün hərəkətə gəlib, xalqın
arasına girdilər. Onlar şəhərin küçə və xiyabanlarını
dolaşır, camaatı məscidə toplayaraq gurultulu xütbə-
lərlə onları cihada səsləyirdilər.
İrəvan üləmalarının dəvəti nəticəsində qeyrətli
müsəlmanların əksəriyyəti ələ silah götürüb, Hüseyn
xan Sərdarın rəhbərliyi altında İrəvanın müdafiəsinə
qalxırlar. O da döyüşçüləri qarşıdakı istehkamlara
doğru apardı. Rusların hücumu güclü top atəşləri ilə
1
Əsnadi əz rəvabet-e İran ba mənateğ-e Qəfqaz, səh.189
86
müşayiət olunurdu. Qarşı tərəf də bir neçə ədəd topla
düşmənə cavab verirdi. Gərgin döyüş gedirdi. Bu qanlı
davada rusların həmlələrinin qarşısı xüsusi əzm və
şücaətlə döyüşən insanların igidlik və mərdliyi hesabı-
na alındı. Müsəlmanlar tərəfindən belə bir mətanət
gözləməyən düşmən qüvvələrinin komandanı qorxuya
düşüb geri çəkilməyə məcbur oldu və Hüseyn xan
Sərdarın fərmanı ilə çevik süvarilər onları təqib etməyə
başladılar. Fərarilərin böyük bir hissəsi geri çəkilərkən
məhv edildi. Bu qanlı döyüş meydanında 40 nəfərdən
artıq müsəlman döyüşçüsü şəhid oldu, düşmən
qüvvələrindən isə 400 nəfər məhv edildi.
1
Ruslarla üz-üzə dayanan İrəvan müsəlmanları Os-
manlılarla əməkdaşlıq etməyə başlasalar da, bu əmək-
daşlıq uzun müddət davam etmir. Xanək Eşqi yazır:
"İrəvan sərdarı Hüseynqulu xan özü şəxsən çox istəyirdi
ki, Ərzurumun qoşun başçısı Əmin paşa ilə görüşsün.
Uzun müzakirələrdən sonra iki sərkərdənin Arpaçayın
sağ sahilindəki Magizborda qalasında görüşməsi qərara
alındı. 1811-ci ilin 30 avqustunda Ərzurumun qoşun
başçısı ilə İrəvan sərdarı adı çəkilən yerdə görüşdülər.
Onları müşayiət edən pəhləvanlar qədim şərq adətinə
uyğun olaraq rəngarəng paltar geyinib, nizamla bir-
birlərinin ardınca gedirdilər. Onların ayaqlarının səsi və
onları müşayiət edən musiqinin ahəngi Arpaçay
boyunca əks-səda verirdi. 150 nəfərlik hərbi süvarinin
silahı, geyindikləri paltarlar və bəzəkli atlar bu görüşü
xüsusi təmtəraqlı edirdi. Bu zaman at üstündə olan
kürdlərdən biri çaparaq qoşun böyüyünün yanına gəlib,
əlindəki tapança ilə sərdara tərəf atəş açdı və güllə onun
başına dəydi. Əmin paşa atdan yerə yıxıldı. Oradakı
1
Bax: Nasir Nəcmi. İran dər miyan-e tufan ya şərh-e zendegi,
səh.157
87
adamlar onu götürüb dərhal Qarsa, sərkərdənin öz qoşu-
nunun qərargahına apardılar. Əmin paşa çox keçmədən
ağır yaradan canını tapşırdı. Onun cansız cəsədini
Ərzuruma apardılar. Bu hadisədən sonra İrəvan sərdarı
Hüseynqulu xan da öz adamları ilə İrəvana qayıtdı.
Magizborda məhəlləsinin nüfuzlu adamlarından olan
Qarabəy tərəfindən bu işə təhrik edilmiş qatil kürd
çoxdan Əmin paşanı aradan götürmək üçün münasib
fürsət gəzirmiş... Əmin paşanın qətli təkcə Qacarların və
Osmanlıların Rusiya əleyhinə birgə mübarizə aparma-
sına mane olmadı, həm də iki dövlət arasında münasi-
bətlərin gərginləşməsinə səbəb oldu".
1
İrəvan camaatının bütün bu rəşadət və vətənpər-
vərliyinə baxmayaraq, bır sıra səbəblərə görə İran-Ru-
siya müharibələri İran ordusunun məğlubiyyəti ilə başa
çatdı. Nəticədə İran üçün biabırçı Türkmənçay mü-
qaviləsi bağlandı və 17 vilayət rusların əlinə keçdi. La-
kin İrəvan müsəlmanlarının cəsarətli, qeyrətli hücum-
ları, Hüseyn xanın və onun qardaşı Həsən xan Sarı As-
lanın göstərdiyi şücaətlər bu müharibənin şanlı səhi-
fələrindən sayılır. İrəvan rusların əlinə keçəndən sonra,
demək olar ki, şəhər başdan-başa xarabalığa çevrildi,
küçə və meydanlar əsgər meyidləri ilə doldu. Pas-
keviçin şəhər məscidlərindən birinin kilsəyə çevrilməsi
barədə verdiyi fərman bu işğalın ən təhqiramiz
faktlarından biri idi. Abbasabad, Sərdarabad, İrəvan
qalalarının işğalı üç ay çəkdi və bu üç qaladakı yüz
ədəd top, azuqə, xeyli döyuş sursatı və çoxlu qənimət
rusların əlinə keçdi.
1
Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər İran (1790-1810-cu
illər), səh.150
88
1828 - Rusiya ilə İran arasında ikinci müharibənin
(1826-1828) yekunlarına əsasən, Türkmənçay
sülh müqaviləsi bağlanıb
İrəvan şəhərinin işğalı Paskeviç üçün parlaq qələbə
idi. Müharibəni başa çatdırmaq üçün daha onun
qarşısında ciddi bir maneə qalmamışdı. Buna görə çar
sarayı ona ən yüksək hərbi imtiyazı verdi və o, bu
dövrün ən məşhur sərkərdəsinə çevrildi. Üstəlik, çar
Rusiyasının hərbi ənənəsinə görə, sərkərdə işğal etdiyi
şəhərin adını daşımalı idi. Həmin ənənəyə uyğun ola-
raq Paskeviç də İrəvanski, yəni İrəvani titulunu aldı.
1
Rus çarı Hüseyn xan və qardaşı Həsən xan Sarı
Aslana qarşı öz qəzəb və hiddətini, hətta Türkmənçay
müqaviləsinin mətnində belə əks etdirib. Həmin müqa-
vilənin XII maddəsində deyilir: "Müqavilə bağlamış
tərəflər öz təəbələrinin xeyrinə olaraq Arazın bu tayında
daşınmaz əmlakları olan şəxslərə həmin əmlakı satmaq
və ya əvəz etmək üçün üç il müddətində möhlət veril-
məsinə razılıq verir və bunu bir şərt kimi qəbul edirlər.
Bununla bərabər, bütün Rusiyanın əlahəzrət impe-
ratoru onu da bildirir ki, İrəvanın sabiq sərdarı Hüseyn
1
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.141
89
xan, qardaşı Həsən xan və Naxçıvanın sabiq hakimi
Kərim xan bu müqavilədən sonra tutduqları vəzifədən
uzaqlaşdırılır".
1
İran-rus müharibəsi başa çatanda 88 yaşı olan Hü-
seyn xan Sərdar iki il sonra, hicri-qəməri tarixi ilə
1245-ci ildə vəfat etdi. Onun hakimliyi dövründə İrə-
vanda və onun ətrafında xeyli abadlıq işləri görülmüş-
dü. O dövrün şairləri onun öz xalqının mənafeyi üçün
gördüyü işləri, o cümlədən Araz çayından İrəvan şəhə-
rinə və əkin yerlərinə arx çəkməsini, qalalar, əzəmətli
imarətlər tikməsini vəsf edən çoxlu şeirlər yazmışlar.
Məsələn, Mirzə Həsən Təbəsi bu tarixi faktları ehtiva
edən məsnəvisində onun ucaltdığı binanı tərənnüm
etməyə çalışmışdır:
Cəmşidə bənzəyən o xaqanın dövründə
(Allah ondan razı olsun!)
Ucaldılan bu bina
Bizim sərdarımızdan yadigar qalacaq.
Hüseyn xan Sərdar tərəfindən inşa edilmiş İrə-
vandakı Sərdarabad binasının tarixi barədə Təbəsi belə
deyir:
Özü asiman məqamında olan Sərdar
Hər mərtəbəni ölçüb-biçib tikdi.
Onun zəhməti ilə Sərdarabad yarandı.
Elə ki, tikildi, oxumağa başladı
Mənim ağıllı ağsaqqalım dedi ki, dünyada
Sərdar təzə bir qalanın binasını qoydu
Fətəli şah dövründə yaşamış İrəvan şairlərindən
birinin Hüseyn xan Sərdar tərəfindən tikilmiş İrəvan
məscidinin və mədrəsəsinin tarixi barədəki qəsidəsinin
də bir neçə beytini də xatırlamaq yerinə düşər:
1
Yenə orada, II cild, səh.183
90
Cəmşid cəlallı xaqanın hakimiyyəti dövründə
Mülk alan və mülk bağışlayan hökmdar
Gördüyü hər bir işlə tarixə bir naxış vurdu.
O xeyirxahlıqlardan biri də məscidin tikilməsi oldu.
İrəvan Türkmənçay müqaviləsindən sonra
Gülüstan müqaviləsi imzalandıqdan sonra Qacarlar
dövlətinin təsir dairəsində qalmış İrəvan hicri-qəməri
tarixi ilə 1243-cü ildə (miladi tarixi ilə 1828-ci ildə)
göstərilən ciddi müqavimətə baxmayaraq, Azərbayca-
nın Quzeyi Türkmənçay müqaviləsinə əsasən Rusiya
imperiyasının müstəmləkəsinə çevrildi və həmin tarix-
dən başlayaraq, bu müsəlman sakinli diyarın erməni-
ləşdirilməsinə başlanıldı. Ruslar İrəvan əhalisinin tər-
kibinin ermənilərin xeyrinə dəyişdirilməsi məqsədilə
bütün işləri gördülər. Ermənilər çar hökumətinin kö-
məyi ilə Rusiyanın iqtisadi, mədəni, siyasi və hərbi sa-
hələrinə nüfuz etdilər.
Miladi tarixi ilə 1985-ci ildə Ermənistan Respub-
likasında nəşr edilmiş "Ermənistan tarixi" adlı kitabda
1828-ci ildəki İrəvan şəhərinin əhalisinin tərkibi aşağı-
dakı kimi verilmişdir: “Azərbaycanlılar 1805 ailə, yəni
7331 nəfər; ermənilər isə 567 ailə, yəni 2369 nəfər”.
1
Yazılı mənbələr miladi tarixi ilə 1827-ci ildə İrə-
vanda 2400 ailənin, cəmi 12 min nəfər insanın yaşadı-
ğını göstərdiyi halda, bildirməliyik ki, Rusiya tərəfin-
dən işğaldan sonra onların bir hissəsi İrana və Türki-
yəyə köçmək məcburiyyətində qaldılar. Mühacirətə
gedənlərin evləri və əmlakları həmin ölkələrdən
gələnlər tərəfindən zəbt olundu. Nəticədə İrəvandakı
1
"Sirdaş" qəzeti. Bakı çapı, 1992, noyabr, səh.4
91
azərbaycanlıların sayı 1807 ailə, 7331 nəfər azaldığı
halda, ermənilərin sayı 567 ailə, 2379 nəfər artdı.
Bütün bunlara baxmayaraq, hələ də dörd xan ailəsi, 41
bəy və sultan müqabilində, cəmi 8 erməni məliki və
ağası orada yaşayırdı. 50 ruhani müqabilində isə, 19
nəfər keşiş var idi.
1
Türkmənçay müqaviləsindən sonra, yəni 1829-cu
ildə ruslar İvan Şopenin başçılığı ilə sonuncu işğal
olunmuş yerlərin, yəni İrəvan və Naxçıvan xanlıq-
larının iqtisadi, coğrafi vəziyyəti, sosial təbəqələri və
əhalinin tərkibi barədə məlumat əldə etmək üçün bir
heyət təşkil etdilər. Hesabatın hazırlanması üçün 4 il
vaxt lazım gəldi. Rusca "Kameralnoe opisanie"
adlanan bu sənəd işğal ərəfəsində və ruslar tərəfindən
işğaldan sonra iki xanlıqdakı vəziyyəti əks etdirən ən
dəqiq mənbələrdən biridir. Həmin sənədə görə, 1826-cı
ildə bu iki xanlıqda 143 min insan yaşamış və həmin
əhalinin 117.849 nəfəri müsəlman, 15.151 nəfəri isə
erməni olmuşdur. Yəni müsəlmanlar cəmiyyətin 80
faizindən çoxunu təşkil etdiyi halda, ermənilər 20
faizdən də az idi. Müsəlman əhalinin isə əksəriyyəti
azərbaycanlılar idilər. Yerdə qalan müsəlmanlar Qacar
dövlətinin məmurları (kargüzar və qoşun üzvləri),
onların ailələri və kürd əyalətindən gələnlər idi.
Adı çəkilən sənəddə göstərildiyi kimi, 1828-ci il
müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanhli
türk-müsəlman (Qacar dövlətinin məmurları da daxil
olmaqla) bu iki xanlığı tərk etmək zorunda qaldı və
İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhali-
nin sayı 93 min nəfər azaldı. Dörd il sonra, yəni 1832-
ci ildə müsəlmanların sayı yenə də azaldı. Adı çəkilən
1
Bax: Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan, səh.186
92
sənəddə göstərildiyi kimi, mühacirət nəticəsində mü-
səlman əhalinin sayı 82373 nəfər azaldı. Lakin həmin 4
il müddətində, yəni 1828-ci ildən 1832-ci ilə qədərki
dövrdə ermənilərin sayı 82377 nəfər artdı. Daha doğ-
rusu, erməni əhalinin sayı 25151 nəfərdən 82377 nə-
fərə qalxdı. Yəni 4 il müddətində erməni əhalisinin
sayı 3 dəfə artdı. Bu xərçəngvari yayılmanın səbəbi
nədir?
1
Bu xərçəngvari yayılmanın səbəbi ermənilərin
İrandan, Osmanlıdan və digər yerlərdən bu bölgəyə
köçmələri olmuşdur. Müxtəlif tarixi mənbələrdə dəfə-
lərlə toxunulan bu məsələ "Ermənistan tarixi" kitabın-
da da öz əksini tapıb. Osmanlı torpağından bu ölkəyə
mühacirətin əsas səbəblərindən biri barədə danışmaq
yerinə düşər. Pasdar Maciyan yazır: "1829-cu ildəki
rus-Osmanlı müharibələrində ruslar tərəfindən işğal
olunmuş ərazilərin erməni sakinlərinin bir hissəsi (ən
başlıcası, Ərzurum, Alaşgerd (Eleşkirt), Bayəzid, Qars
və Van) Osmanlını tərk edib, rusların ardınca getdi.
Beləliklə, yüz min nəfərə qədər erməni müharibə nəti-
cəsində Ermənistana [İrəvana] gəldi və Axalkalakidə
(40 min nəfər), Şirakda (12 min nəfər), İrəvan və
Sevanda [Göyçə gölü] (25 min nəfər) məskunlaşdılar.
Bu mühacirətlər Rusiyanın hakim dairələrinin səyi
nəticəsində baş tuturdu. Ruslar erməni məsələsinin
idarə olunmasını erməni polkovniki Lazarevə tapşır-
mışdılar. Mühacirlərə torpaq, kənd təsərrüfatı ilə məş-
ğul olanlara lazımi vəsait verirdilər və onlar beş il
müddətində vergilərdən azad edilmişdilər".
2
1
Bax: Fərhad Pərdedar. Siyasət-e toseetələban-e Rusiye-ye tezari.
“Varlıq” jurnalı, 74, səh.84
2
Pasdar Maciyan.Tarix-e Ermənestan. Tərcümə edən:
Məhəmməd Qazi, səh.367
93
Arazın o tayındakı vilayətlərin Rusiya imperiyasına
ilhaq edilməsinin ilk illərində xanlıqlar ləğv olundu.
Xanların əksəriyyəti yenidən öz hakimiyyətlərini bərpa
etmək ümidi ilə İrana qaçdılar. Çar hökuməti bu
situasiyadan istifadə edərək onların torpaqlarını, əm-
laklarını müsadirə etdi. Çarizm xanlıq quruluşunu si-
lah gücünə hərbi-inzibati idarəçiliklə əvəz etdi. Xan-
lıqlar əyalət və dairələrə çevrildi. Dairələrin çoxu "mü-
səlmanların əyalət rəisi" adlandırdığı hərbi şəxsə tabe
idi və onun rezidensiyası Şuşada yerləşirdi. Digər əya-
lətlər də Dərbənd əyalətinin hərbi idarə rəisinə tabe idi.
Bu yerlərdə çarizm qanunlarının həyata keçirilməsi
ordu komandirlərinə tapşırıldığından, həmin idarəçilik
sistemi "komendantlıq" adlanırdı. Əyalət keçmişdəki
kimi məntəqələrə bölünürdü və bu məntəqələri naiblər
(bu vəzifələrə əsasən bəylər seçilirdi) idarə edirdi.
Şəkidə və Qarabağda əyalət məhkəmələri yaradılmışdı.
Onların da sədri komandantlar olurdu.
Qafqazın Rusiya əsarətinə düşdüyü ilk günlərdə çar
hökumətinin gözü bu ölkənin təbii sərvətlərinə dikil-
mişdi və həmin sərvətlərdən öz məqsədləri üçün istifa-
də etmək istəyirdi. Ancaq mübaşir idarəçilik metodu
çarizmin ümidlərini doğrultmadı. Mübaşirlər daha çox
öz şəxsi mənafelərini güdürdülər. Buna görə də 1830-
cu illərin axırlarında yeni hərbi idarəçilik sistemi
layihəsi təsdiqləndi. Çar məmurları elə düşünürdülər
ki, mübaşir idarə üsulunun ləğvi o vaxta qədər bir neçə
dəfə qiyama qalxmış narazı xalqı sakitləşdirəcək.
Bu islahatda məqsəd Qafqazda çarizmin mövqeyini
möhkəmləndirmək idi. 1840-cı ildə çar hökuməti
Qafqazla bağlı bir sıra qanunlar verdi. Həmin
qanunlara əsasən, mübaşir idarəçilik üsulu ləğv edildi.
Qafqaz iki məntəqəyə - Gürcüstan və mərkəzi Şamaxı
94
şəhəri olmaqla Xəzərsahili əyalətlərə bölünürdü. Sabiq
məmurlar yerlərini rus məmurlarına verdilər.
1
Türkmənçay müqaviləsindən 10 il sonra çar
Qafqaz vilayətini yoxlamaq üçün İrəvana gəldi. Əli
Əkbər Bina yazır: "Hicri-qəməri tarixi ilə 1253-cü ildə
Məhəmməd şahın başı Xorasanda Herat döyüşlərinə
qarışmışdı. Bu vaxt şaha xəbər çatdı ki, I Nikolay
Gülüstan və Türkmənçay müqavilələri əsasında Rusi-
yanın müstəmləkəsinə çevrilmiş Cənubi Qafqaz
şəhərlərini görmək üçün ora gəlir.
Həmin vaxt Tehranda idarəçilik məsələlərini Mə-
həmməd şah tərəfindən dövlətin səlahiyyətli şəxsi təyin
edilmiş (mötəmeddövlə) Fərhad Mirzə həyata keçirirdi.
Şah Məşhəddən mötəmeddövlənin (yəni Fərhad Mir-
zənin) yanına bir nəfər göndərərək ona belə bir tapşırıq
verdi: “Təbriz əmiri-nizamı Məhəmməd xan Zəngənəyə
töhfələr və hədiyyələr göndərib, ona tapşır ki, vəliəhd
Nəsrəddin Mirzənin başçılığı ilə bir heyət düzəldib
imperatoru qarşılamaq üçün İrəvana yola düşsün və
orada mənim adımdan imperatoru salamlasın”.
Bu zaman vəliəhd Nəsrəddinin 8 yaşı vardı.
Təbriz əmir-nizamı töhfə və hədiyyələri aldıqdan
sonra Məhəmməd şahın göstərişinə uyğun olaraq,
1253-cü ilin rəcəb ayında vəliəhdlə birgə İrəvana gəlib
çıxdı. Bu səfərdə əmiri-nizam Məhəmməd xanın yol
yoldaşları aşağıdakı şəxslər olmuşdur: Nizam-ül-üləma
Hacı Molla Məhəmməd, Məhd Əliyanın qardaşı
Etizadüddövlə Dullu, Məhəmməd şahın məktubunu,
töhfə və hədiyyələri aparan Məhəmməd Tahir Qəzvini,
Mirzə Məhəmməd Tağı Fərahani (sonralar baş əmir və
1
Bax: “Tarix-e Azərbaycan”. Tərcümə edən: İ.A.Əfşar, səh.177
95
baş nazir oldu), həkimbaşı Mirzə Məhəmməd və
tərcüməçilik edən Mirzə Əli Əkbər Təbrizi.
Dostları ilə paylaş: |