1
Müştərək məzhəbin, adət-ənənənin, dini etiqadın
mühüm amil sayıldığı bu dövrdə ermənilərlə ruslar ara-
sında əlaqələrin sıxlaşması cənub istiqamətində sərhəd-
lərini genişləndirmək arzusunda olan çar Rusiyasının
isti sulara çatmaq ehtirasını daha da artırır və bu
1
Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye Mərkəzi və Qəfqaz, səh. 69
125
məqsədi həyata keçirməsinə əlverişli şərait yaradırdı.
Bu məqsəd həmin dövrdə erməniləri Rusiyanın təbii
müttəfiqinə çevirə bildi. Digər tərəfdən, bu əlverişli
siyasi şərait onları ifrat millətçiliyə və bəzən bundan da
artığına sövq edirdi...
Bununla yanaşı, Rusiyanın nisbətən yeniləşməsi də
Zaqafqaziyanın rusların hakimiyyəti altında bu bölgə-
sində yaşayan və getdikcə millətçiliyə daha çox meyl
edən ermənilərin mənafeyinə uyğun idi. Dövlət və
ordu işlərinə qəbulda onlara daha çox üstünlük verilir
və rus cəmiyyətinə inteqrasiya olunmalarına şərait
yaradılırdı. Bölgənin iqtisadi inkişafı ilə əlaqədar
ermənilər ticarətdə, sənayedə, xüsusilə, Bakı neftinin
ixracı sahəsində yaxşı mövqe tuta bildilər.
Şəhər mədəniyyəti, peşə növlərinin artması, Qərblə
əlaqələrin inkişafı güclü ictimai təbəqələşməyə səbəb
oldu və cəmiyyət iki yerə parçalandı. Bu zaman
Daşnak partiyasının ifrat millətçilik fəaliyyəti bu
təfriqəni daha da gücləndirdi.
1
Daşnak partiyasının ifrat millətçiliyi onları Rusiya
hökuməti ilə də üz-üzə qoydu. Aliyə Orfeinin fikrincə,
XIX əsrin son illərində və XX əsrin əvvəllərində
inqilabçı ermənilərlə çar hökuməti arasında baş verən
siyasi çarpışmalar ermənilərin millətçilik düşüncə-
lərinin güclənməsindən yaranmışdı.
2
1905-ci il erməni-müsəlman davasını çar Rusiyası
özü törətsə də, ancaq daşnakların çılğınlığı və onların
“Böyük Ermənistan” yaratmağa tələsməsi sonrakı qanlı
1
Bax: Aliyə Orfei.
"
Motaleat-e Asiya-ye Mərkəzi və Qəfqaz
"
jurnalı, 1371-ci il, payız, səh. 153
2
Bax: yenə orada, səh. 153
126
və faciəli çarpışmaların meydana gəlməsində ümdə rol
oynadı.
Məmməd Səid Ordubadi "Qanlı sənələr" adlı kita-
bında həmin qırğınların başlaması barədə yazır: "Ermə-
nilər hər fikirdən, hər sözdən müsəlmanlar əleyhinə
qiyam fikrinə düşərək müxtəlif hiylələrə əl atırdılar.
Onlar hər yerdə müsəlmanları sıxışdırır, acı sözlərlə on-
ları təhqir edir, əlaqələrini kəsir, lazımsız mübahisələr
başlayırdılar. Müsəlmanlar da bu işin sonunu böyük bir
uzaqgörənliklə duyaraq, özlərini müdafiə etmək üçün
hazır olmağa çalışırdılar. Yerli hökumət xırda cinayət-
ləri nəzarət altında saxlasa da, böyük hadisələrin qarşı-
sını almaq fikrində deyildi. Bu hadisələr onu göstərirdi
ki, hər iki millət bir-birindən təcrid edilərək qarşıdurma-
lara sövq edilir. Bu zaman ermənilər müsəlmanlar əley-
hinə daha çox məhdudiyyətlər yaratmağa başlamışdılar.
Doğrudur, bəzi ermənilər iğtişaş yaratmaqdan boyun
qaçırsalar da, nüfuzlu və imkanlı şəxslər davanın tez
başlamasını istəyirdilər. Araqarışdıranlar partiya komi-
tələrindən olduqlarından onların sözləri təsirsiz
ötüşmürdü və nəticə onların istədikləri kimi oldu.
Fevralın 2-də müsəlmanlar arasında xüsusi nüfuza
malik olan Ağarza adlı şəxs Quba meydanında erməni
komitəsinin tapşırığı ilə qətlə yetirildi. Bu faciəvi hadi-
səni müsəlmanlar öz milli heysiyyatlarının təhqir
olunması kimi qəbul etdilər. Bundan sonra onların his-
slərini cilovlamaq mümkün olardımı? Bu hadisə mü-
səlmanları nəhayətsiz dərəcədə həyacanlandırdığı hal-
da, onlara yuxarıdan intiqam almamaq barədə göstəriş
gəldi. Lakin bir azərbaycanlı məhbusun istintaq araş-
dırması üçün aparılarkən yolda erməni əsgəri tərəfin-
dən günahsız yerə güllələnməsi müsəlmanları daha çox
qəzəbləndirdi.
127
Həmin gün fevralın altısı idi. Hadisələrin gedişi bi-
zi qan dəryasına doğru aparırdı. Həmin gün ermənilər
həqiqətən qırğın törətmək istəyirdilər, azərbaycanlılar
isə heyrət və təəccüb içində donub qalmışdılar. Əvvəl-
lər bir-biri ilə mehriban olan qonşular indi əlaqələrini
kəsmiş, bir-birlərini qətlə yetirməyə hazır idilər. Nəha-
yət, xeyli öncə hər iki millətin vücudunda yerləşdiril-
miş bomba partladı və bütün Qafqaz həmin partlayış-
dan od tutdu. Görək, bu partlayıcı maddə həqiqətən
bomba idimi? Bəli, bu bomba ayın altısında partlamaq-
la Bakının faciəsinə çevrildi və onun atəşi buradan
başlayaraq bütün Qafqazı bürüdü...".
Polis qüvvələri qarşıdurmalara müdaxilə etmirdilər.
Bu qeyri-sabitlik İrəvana, Naxçıvana, Şuşaya doğru
uzanmaqda idi. Nəhayət, Gəncə və Tiflisə də sirayət
etdi. Bu qarşıdurmalarda 128 erməni, 158 azərbaycanlı
kəndi qarət və talanlara məruz qaldı. Qətlə yetirilən
azərbaycanlıların sayı ermənilərinkindən çox idi. Bakı-
da, Naxçıvanda azərbaycanlılar qalib gəlmişdilər,
İrəvanda, Üçkilsədə isə ermənilər qələbə qazandılar.
Rusların bitərəfliliyi bir o qədər də uzun çəkmədi.
Vorontsov Daşkov vali vəzifəsinə gələn kimi azərilərin
əleyhinə hücum fərmanı verildi və erməni-müsəlman
davasının birinci mərhələsi bir-iki ildən sonra başa
çatdı.
1
Arazın o biri sahilindəki əksər şəhərlərdə çoxsaylı
insan itkilərinə səbəb olmuş erməni-müsəlman davala-
rında İrəvan şəhəri də qana bələndi. Görkəmli yazıçı
Məmməd Səid Ordubadi "Qanlı sənələr" kitabında
həmin faciələri belə təsvir edir: "1905-ci ildə gözlənil-
mədən Bakıda baş verən qırğınlar birdən-birə sakitləş-
1
Bax: Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye Mərkəzi və Qəfqaz , səh. 70
128
mədi. May ayının əvvəllərində bu hadisələr Naxçıvan
və İrəvan şəhərlərinə sirayət etdi. Bu dövrdə Naxçıvan-
da müsəlmanlar say baxımından ermənilərdən çox
idilər. Əvvəldən dava arzulayan ermənilər Naxçıvan
qarşıdurmalarında ağır məğlubiyyətə düçar oldular.
Onların bu uğursuzluğu İrəvan ermənilərinin bərk
qəzəblənməsinə səbəb oldu.
Onlar bu hadisədən sonra azərbaycanlılar əleyhinə
daha çox ləyaqətsiz hərəkətlər etməyə başladılar: qon-
şuluq əlaqələrini kəsir, müsəlmanlara nifrət və qəzəb-
lərini açıq-aydın büruzə verirdilər. Hadisələrin gedişi
tezliklə İrəvanda da iğtişaşların baş verəcəyini güman
etməyə şərait yaradırdı. Ayrı-ayrı yerlərdən gələn qor-
xunc xəbərlər şəhər sakinlərini məyus edir, tacirlərin
əlini işdən soyudur, ticarəti böhrana sürükləyirdi.
Müsəlmanlar qayğı və narahatçılıq içində idi. Xüsusilə
də, düşmənin güclü olması, azərbaycanlıların isə dava-
ya hazır olmaması ziyalı və gözüaçıq azərbaycanlıları
həyəcanlandırırdı. Məzlumlar pəjmürdə və iztirablı
görünürdülər. Hamının üzündə əzab və iztirab var idi.
Bir sözlə, müsəlmanlar özlərini son dərəcə itirmişdilər.
Ermənilər Naxçıvandakı məğlubiyyətin intiqamını
almaq üçün tələsirdilər. Onlar qisas hissi ilə yanıb-
qovrulur, müsəlmanlara zərbə vurmaq, onları pərişan et-
mək üçün hər cür hiyləyə əl atırdılar. Buna görə Nax-
çıvana gedən yolları nəzarətə götürmüş, şəhərə gedib-
gələnləri pusur, müxtəlif vasitələrlə onlara mane olmağa
çalışırdılar. Özləri isə gizlincə Naxçıvan ermənilərinə
silah-sursat yardımı edirdilər. İrəvan müsəlmanları isə
bu mürəkkəb və ziddiyyətli dövrdə nəinki qırğına
hazırlaşmır, üstəlik qonşuluq haqqı kimi xam xəyallara
qapılmışdılar. Şəhərin sakinlərindən hər biri yalnız
özünü müdafiə etmək haqqında düşünür, vəziyyətdən
129
çıxmaq üçün davadankənar yollar gəzirdi. Nəhayət,
Naxçıvan odunu söndürmək üçün general Əlixanov-
Avarski Tiflisdən Naxçıvana ezam oldu. Digər tərəfdən
də, Voronsov Daşkovun göstərişi ilə şeyxülislam
Uluxanlı İrəvan qazisi ilə birgə Naxçıvana yola düşdü.
İrəvan erməniləri barışıq xəbərini eşidən kimi öz
“ziyalı”larını Naxçıvana göndərib oradakı erməni ca-
maatının vəziyyətindən xəbər tutmağa tələsdi. Onlar
buradakı məğlubiyyəti pərdələmək, ermənilərin ba-
carıqsızlıqlarını gizləmək üçün müsəlmanlar haqqında
ləyaqətsiz şayiələr yaymağa başladılar. Buna baxmaya-
raq, İrəvan və onun ətraflarında yaşayan müsəlmanlar
Naxçıvanda ermənilərin məğlub olmasına sevinir, bu
qələbəni öz qələbələri hesab edərək, qürurla gəzib-
dolanırdılar. Onlar bu zaman ermənilərin bütün qüvvə-
lərini səfərbərliyə alıb, azərbaycanlıları soyqırıma mə-
ruz qoymaq üçün yeni planlar hazırlamaqda olduqla-
rını başa düşmürdülər. Nəhayət, mayın 23-də baş verən
hadisə ermənilərə bu planı gerçəkləşdirməyə şərait
yaratdı.
1905-ci il mayın 23-də "Qarsaçay" erməni çay bağ-
çasına gedən üç nəfər müsəlman sərxoş vəziyyətdə
polis idarəsinin qarşısına gəlir. Onlar burada məsuliy-
yətsiz hərəkətlər etməyə başlayırlar. Ermənilər fürsət-
dən istifadə edib, onları möhkəmcə döyür. Sonda
həmin üç nəfər xəncərini çıxarıb, özlərini müdafiə edə-
edə və qışqıra-qışqıra bazar meydanına tərəf qaçırlar.
İçkili müsəlmanların səsi hər tərəfə yayılır.
Bu qışqırıqları eşidən erməni və müsəlmanlar üz-
üzə gəlir və onların arasında şiddətli dava başlayır.
Ermənilərin hiylə və fırıldağından xəbərsiz olan bəzi
müsəlmanlar humanistlik nümayiş etdirir, öz dükanla-
rını buraxıb, onların yiyəsiz qalmış mağazalarına
130
güdükçü olurlar. Bəziləri isə erməniləri qorumaq üçün
onları öz dükanlarında gizlədirlər. Lakin ermənilərin
hiddət və qəzəbini görən bəzi müsəlmanlar, nəhayət
vəziyyəti başa düşüb müqavimət göstərməyə başla-
yırlar. Bir-birinin ardınca cinayətlər baş verir. Əgər
həmin gün müsəlmanlar “hümanizm bəlasından” xilas
olub, ermənilərlə həqiqi döyüşə girsəydilər, bu təca-
vüzkarların aqibətinin necə olacağını indi də təsəvvür
etmək mümkün deyil. Fəqət müsəlmanların erməni-
lərin məkrli niyyətindən xəbərləri yox idi. Onlar za-
man-zaman qoruyub saxladıqları qonşuluq haqqını
qabardaraq əhalini birtəhər sakitləşdirdilər. Gecə sakit
və aram keçdi.
24 may 1905-ci il səhər saat 9-a yaxın ermənilər öz
mağazalarını açmaq üçün bazara gedən müsəlmanlara
atəş açdılar. Lakin müsəlmanlardan xəsarət alan
olmadı, bir neçə erməni isə yaralandı. Elə bu zaman
gəlib çıxan əsgərlər bir neçə dəfə havaya atəş açaraq,
erməniləri sakitləşdirdilər. Bir neçə dəqiqədən sonra
şəhərdə gediş-gəliş tamamilə kəsildi və hər kəs öz
yerində donub qaldı. İrəvanı dəhşətli bir sükut bürüdü.
Lakin saat iki radələrində ermənilər yenidən
müsəlmanları şiddətli gülləbarana tutdular. Erməni mə-
həllələrindən açılan atəşlər ara vermədən davam edirdi.
Onlar binaların, hasarların üstündən, pəncərələrdən
müsəlmanları hədəfə götürürdülər. Asimandan güllə
dolu kimi yağırdı. Müsəlmanlar isə bu atəşlərə cavab
vermir, öz təmkinlərini qoruyub saxlamağa çalışırdılar.
Əslində bu, təmkin də deyildi, sadəcə olaraq hazırlıq-
sız və müharibə görməyən, ermənilərin məkrli planın-
dan xəbərsiz olan müsəlmanlar özlərini itirmişdilər.
Belə bir vaxtda İrəvan şəhərində cəmi iyirmi tüfəng,
təxminən bir qədər də fişəng var idi. Tüfənglərin
131
əksəriyyəti köhnə və paslanmış ov tüfəngləri idi.
Tarixçilərdən biri haqlı olaraq, həmin silahları Nuhdan
qalmış əşya adlandırmışdı.
Belə bir şəraitdə hökumət də ermənilərin silahla-
masının qarşısını almır, iğtişaşlara qarşı heç bir tədbir
görmürdü. Buna görə də ermənilər istədiklərini edir,
atəş açır, müsəlman məhəllələrinə hücum edirdilər. Bir
sözlə, müharibə mələyi şəhərin başı üstündə idi. Günün
ikinci yarısında atəş yenidən şiddətləndi. Qadınların,
azyaşlı uşaqların fəryadı şəhəri başına götürdü. Ora-
bura vurnuxan müsəlman kişiləri nə edəcəklərini
bilmir, qadınların, qocaların, uşaqların nalələri onları
əsəbləşdirirdi. Əslində, hamı - qadın, uşaq, qoca,
cavan, əyan, xan, rəiyyət öz canının hayındaydı. Belə
bir vəziyyətdə millət, xalq, mədəniyyət, var-dövlət
hamının yadından çıxmışdı. Müsəlmanların ermənilərə
cavab vermək imkanı yox idi. Erməni məhəlləsində
yaşayan müsəlmanların imdad səsi hər an asimana
yüksəlirdi. Lakin onlara imdad edə, fəlakətdən qurtara
biləsi qüvvə yox idi. Xülasə, güllələrin ildırım
çaxmasına bənzəyən işığı, bombaların qaldırdığı toz-
duman şəhəri cəhənnəmə döndərdi. Nəhayət, müsəl-
manların fəryadına dözməyən bir zabit əsgərləri ilə
birgə hadisələrə müdaxilə etdi. O, erməni məhəllələrin-
də yaşayan və güllələrə tuş gəlmiş qadınları, uşaqları
oradan çıxarıb, müsəlman məhəllələrinə gətirməyə
başladı. Bu döyüşdə erməni məhəlləsində yaşayan 11
nəfər qətlə yetirildi: Onların dördü qadın, ikisi uşaq və
beşi kişi idi. Öz evlərinin içində cəhənnəm əzabı
yaşamış və yuxarıda qeyd etdiyimiz zabitin köməyi ilə
xilas olmuş müsəlmanların göz yaşları yağış kimi axır,
hıçqırıqdan bir kəlmə söz belə deyə bilmirdilər. Bu
vəziyyəti görən müsəlmanların qeyrət və qürur hissi
132
oyanmağa başladı. Onlar artıq bu şəkildə yaşamağın
mənasız olduğunu düşünməyə, çarə axtarmaq barədə
fikirləşməyə başlamışdılar. Necə deyərlər, müvəqqəti
də olsa milli şüurları oyanmışdı.
İrəvan müsəlmanları özlərində güc taparaq bir yerə
toplaşdılar. Şəhərdə könüllülər dəstəsi yarandı. İs-
lamiyyət adı ilə bir yerə yığışan müxtəlif millətlərin
nümayəndələri silaha sarıldılar. Onlar gecə ikən ermə-
nilərə qarşı yürüşə çıxmaq qərarına gəldilər. Ancaq
müsəlman ağsaqqalları bu məsələdən xəbər tutan kimi
onları nəsihət və məsləhət yolu ilə hücumdan çəkindir-
məyə çalışdılar. Bu zaman hələ də erməni məhəlləsin-
də 30-40 müsəlman ailəsi qalmışdı. Döyüşlərin beşinci
günü onlar hökumətin və məmurların mühafizəsi altın-
da şəhərin müsəlman hissəsinə köçürüldülər. Ancaq
yenə də tərəflər arabir bir-birlərinə atəş açırdılar.
Bəzi yerlərdə ermənilər səngərlərdə gizlənib mü-
səlmanları güdür, müsəlmanlar da erməniləri izləyərək
hədəfə alırdılar. Səngər döyüşlərində ermənilər daha
öndə idilər. Çünki onların əksəriyyəti hərbi xidmət
keçmiş, silahla düzgün rəftar etməyi öyrənmişdilər.
Daşnak döyüşçüləri ən müasir silahlara malik idilər.
Müsəlman könüllülərinin bəzilərinin, ümumiyyətlə, si-
lahı yox idi. Silahların isə əksəriyyəti işləmirdi... An-
caq onların arasında ətraf kəndlərdən gəlmiş bir neçə
mahir atıcı da var idi. Bu döyüşlərdə ermənilər daha
çox itki verdi. Onlar mumdan düzəldilmiş oyuncaq
kimi bir zərbə ilə yerə sərilirdilər. Döyüşün gedişində
məlum oldu ki, ermənilər qorxaq və cəsarətsizdirlər.
Belə ki, onların əksəriyyəti Bakıdakı, Naxçıvandakı
hadisələr zamanı canlarını götürüb İrəvana gəlmiş və
döyüşlərə təsadüfən düşmüşdülər. Ruhən sındırılmış
133
bu insanlar qorxa-qorxa döyüşə girir və məhv olurdu-
lar.
Ermənilərin itkilərinin çox olmasının başqa bir
səbəbi isə onların sərxoşluq etmələri ilə bağlı idi. Belə
ki, erməni əsgərlərinə əvvəlcədən istənilən qədər araq,
çaxır və s. alkoqollu içkilər verilmişdi. Hər öldürülən
müsəlmana görə erməni əsgəri alkoqollu içki ilə "mü-
kafatlandırılırdı". Buna görə də onlar hərdənbir bayıra
çıxaraq havaya bir atəş açır və yalandan "bir müsəlman
vurdum" deyib, içki tələb edirdilər. Beləliklə, onların
bütün güllələri havayı gedir, məzhəkə qəhrəmanına
çevrilirdilər. Bu gün də ermənilərin İrəvan
davasındakı “qəhrəmanlığı” xalq lətifəsi kimi səslənir.
Xülasə, səngər davaları başa çatdı. Naxçıvanda
sülh və barışıq elan olunması xəbəri İrəvan erməni-
lərinə və müsəlmanlara çatdı. Hökumət də yuxudan
oyandı, tərəflərin yorulduğunu və onların ovqatını gö-
rüb, İrəvan şeyxülislamına və yepiskopa teleqraf
göndərərək hər ikisini eyni vaxtda şəhərə dəvət etdi.
May ayının 31-də onlar şəhərə gəldilər.
1905-ci il 31 may tarixində çap olunan bir qəzetdə
deyilir: "May ayının 31-də erməni və müsəlmanların
ali qonaqlarından ibarət barışıq heyətinin gəlişi
münasibətilə şəhər bəzədildi. Yüksək rütbəli şəxslər və
yerli böyüklər tərəfindən qarşılanan qonaqlar Abbas-
qulu ağa İrəvanskinin evinə yollandılar. Bu məhəllədə
müsəlmanlar az idi, onların əksəriyyəti şəhərin digər
hissələrinə köçmüşdü. Bazarın böyük hissəsi erməni
məhəlləsində yerləşdiyindən, burada alış-veriş dayan-
mış və müsəlmanlar bir nəfər kimi həmin bazardan üz
döndərmişdilər.
1905-ci ilin iyun ayının əvvəllində şeyxülislam və
yepiskop bulvara çıxaraq camaatın qarşısında moizə
134
oxuyub nəsihət verməyə başladı. Yalnız bundan sonra,
daha doğrusu, müvəqqəti sülh bağlanandan sonra əhali
bazara çıxıb alış-veriş etməyə başladı. Bağda qalan bir
neçə bağban da şəhərə qayıtdı.
Amma bu barışıq uzun çəkmədi. Bir neçə gündən
sonra yenidən bazar və dükanlar bağlandı, gediş-gəliş
kəsildi. Sanki bütün şəhər donmuşdu. Hamı qorxu və
həyəcan içində idi. Müsəlmanların məhəlləsində ermə-
nilərin bir neçə anbarı çapılmış, erməni məhəlləsində
isə müsəlmanların evləri yağmalanmışdı. Üstəlik, er-
məni komitəsi tərəfindən azərbaycanlıların yaşadıqları
kəndlərə hücum etmək əmri verilmişdi.
Son xəbərlər - İrəvan ətrafında iğtişaş yaratmaq
üçün ermənilər Baş Qərargah yaratdı. İğtişaş planı
hazırlandı. Bölük komandirləri təyin olundu və hansı
dəstənin hansı məntəqəyə hücum edəcəyi müəy-
yənləşdi. İrəvan müsəlmanları yenə qorxu və vahimə
içindəydi. Qırğının baş verəcəyi anı gözləyirdilər.
Arabir şəhərin ayrı-ayrı nöqtələrindən güllə səsi eşidi-
lirdi (İrəvandan gələn xəbərlərdən və İrəvan əyan-
larının hərbi bilgilərindən məlum olur ki, ermənilər
müsəlmanları aldadıblar. Onlar müsəlmanların başını
qatıb, nəzərdə tutulmuş hücuma keçmək üçün müxtəlif
nöqtələrdən tüfənglərlə atəş açıblar ki, müsəlmanlar
çaşbaş düşsünlər. Bu, müharibələrdə sınaqdan keçmiş
üsuldur; əgər komandir düşmənin bir cinahından
hücuma keçmək istəyirsə, düşmənin digər cinahından
seyrək atəşlərə başlayır ki, onu başqa tədbirlərə əl
atmaqdan çəkindirsin).
Buna görə də müsəlmanlar həmin atəşlərə fikir
vermədən öz işləri ilə məşğul idilər. Digər tərəfdən,
müsəlmanlar bir-biri ilə dil tapa bilmir və onların
arasında ciddi ixtilaflar hökm sürürdü. Bu zaman
135
İrəvan əyan-əşrəfi də xalqı firqələrə parçalayır, hər kəs
özü başçı olmaq istəyirdi. Onların arasında gedən
şiddətli mübarizə hadisələri proqnozlaşdırmaq imkanı
vermir, camaatı işindən-gücündən ayırırdı. Buna görə
də şeyxülislam xanlara və əyanlara xitabla oxuduğu
moizəsini lənətlə tamamlamalı olmuşdu: "Cəmaat, biz
bu şəhərə gəldik ki, bir-birinə kin bəsləyən iki milləti
barışdıraq, lakin əyanlar rəhbərlik və firqəbazlıq
xatirinə münaqişənin qarşısını almağa imkan vermirlər.
Lənət olsun İrəvan əyanlarına! Lənət!" (Tarixi məlu-
matlardan aydın olur ki, öz ata-babalarından təkəbbür
xəstəliyini miras almış İrəvan əyanları indi də o
cürdürlər. Ermənilər onları aradan götürmək fikrində
idilər, onlar isə bəylik, xanlıq iddiası ilə baş qatırdılar.
Ar olsun, o şəxslərə ki, atalarının səhvlərini təkrar-
layır və qurumuş ağacları göyərtmək istəyirlər).
Həmin günlərdə milli məsələləri həll etmək
məqsədi ilə fərmandarın yanına getmək üçün rəhbər
seçilirdi... Məclisdə iştirak edənlərin hər biri öz
namizədliyini irəli sürür və xalqın rəhbəri olmağa
çalışırdı. Layiqli bir iş görməyənlər dəridən-qabıqdan
çıxır, ağzı köpüklənə-köpüklənə millətdən, xalqdan
danışırdı. Xalqa ağalıq etmək kimi xam xəyala düşən
bu insanlar əməl paltarı geyinmək istəyirdilər. Onların
hər biri özünü tayfasının böyüyü kimi tanıdaraq, layiq
olmadığı surətdə, xalqın da böyüyü olmaq fikrindəydi
(Əziz müxbirim! İrəvanda hər kəsin özünü rəhbər
gördüyü üçün xalqa rəhbər olmaq fikrinə düşməsindən
darılma. Çünki islam dünyasının harasına baxsan, bu
cür insanları görəcəksən. Bu da bəzi müsəlmanlarda
hümmət, insanpərvərlik olmamasından irəli gəlir.
Bizim bu xüsusiyyətlərimiz XI əsrdə baş verən
136
pisliklərin oxşarıdır. Bunlardan darılma. Bizim kiçik
şəhərimiz Ordubad da bu dərdə mübtəladır).
Bir tərəfdən, vətən və millətin mühafizəsi fikri, di-
gər tərəfdən xalqın əyanların ətəyindən yapışması və
onların oyunbazlığı, mənasız işlərə görə ədavət toxumu
səpmələri ziyalıları çox ciddi şəkildə narahat edirdi.
Həmin günlərdə İrəvana xəbər çatdı ki, ermənilər mü-
səlmanları mühasirəyə alıb və onları qırırlar. Müsəl-
manlar bu xəbəri eşidən kimi bərk həyəcana düşüb, mə-
yusluq və ümidsizliyə qapıldılar. Onlar özlərini düşmən
mühasirəsində hiss edirdilər. Ətraf erməni kəndləri ilə
əhatə olunduğundan təklənmək qorxusu var idi.
Bu zaman İrəvana təkcə cənub yolu ilə gediş-gəliş
davam edirdi. Ancaq qırğın başlayan kimi o da kəsildi.
Müsəlman kəndlilərinin vəziyyəti son dərəcə ağırlaşdı.
Kəndlər təkcə İrəvandan deyil, həm də bir-birlərindən
təcrid olundular. Müharibə görmüş və savadlı on
minlərlə erməninin müqabilində, müharibə görməmiş
və savadsız müsəlman kəndlisinin bircə yumruğu var
idi (Ermənilər şəhərdə hər gün kiçik çaplı tüfənglərlə
müsəlmanların evlərini dağıdırdılar. Silahsız-sursatsız
müsəlmanlar isə öz ölüm saatlarını gözləyirdilər. Buna
görə də hamının sifətində əcəl kölgəsi vardı. Onlar
bunu Allahdan gəlmiş bəla hesab edir və əksər halda
nəzir-niyaz verməklə canlarını xilas edəcəklərinə ümid
edirdilər (Doğrudur, nəzir-niyaz bəlanı dəf edir, ancaq
bu məsələdə onun bir faydası ola bilməzdi. Fikrimcə,
yersiz təvəkkül və vaxtsız ümid axmaqlıqdır). İmkanı
olan şəxslər istəyirdilər ki, bacardıqca tez başqa bir
yerə köçsünlər. Onlar canlarını və mallarını
vətənlərindən çox istəyirdilər. Bu şəxslər təkcə öz
arvad, uşaqlarını təhlükədən xilas etmək barədə
düşünürdülər. İmkanı olmayanların düşmən əlində əsir
137
qalıb-qalmaması onları maraqlandırmırdı. Üstəlik, bu
biqeyrətlər özlərinə insan və müsəlman deməkdən
çəkinmirdilər. Bəli! İrəvanda rəhbərlər arasında bu
intriqalar gedəndə bölgədə qan su yerinə axır, günahsız
başlar kəsilir, müsəlmanlar qan gölündə üzürdülər.
İrəvanda müqəddəs kitablar yandırılanda özünü
Quran əhli kimi təqdim edənlər təfriqəçiliklə məşğul
idilər. İslam arxivlərinə od vurulanda onlar rəhbərlik
davası döyürdülər. Köməksiz, kimsəsiz insanların
fəryadı şəhəri bürüyəndə İrəvanın əyan-əşrəfi iclas
keçirib, tayfabazlıq edirdilər. Xülasə, İrəvan şəhəri bir
atəş ocağına çevrilmiş, nəcib müsəlman milləti od və
tüstü içində yanıb külə dönürdü. İrəvanın şərq
tərəfindəki Qırxbulaq adlanan yerdə yaşayan əhalinin
dörddə üçünü ermənilər, dörddə birini isə yazıq və
məzlum müsəlmanlar təşkil edirdilər.
İyun ayının ilk günündə 20 evdən ibatət olan
Kuzəcik kəndində baş verən faciə ilə yeni fırtına və
qırğınlar başladı. Tirjabat adlı qonşu erməni kəndində
hazırlanan və həyata keçirilən həmin hücumu ardıcıl-
lıqla sizə təqdim edirik:
Məşum Güzəcik faciəsi - 1905-ci il iyunun 1-də
günortadan sonra ermənilər Güzəcik kəndini mühasirə-
yə alaraq onu şiddətli atəşə tutdular. Kənd əhli silahsız
olduğundan, hər kəs öz əhli-əyalını götürüb yarım
verstlikdə yerləşən Mənkus müsəlman kəndinə doğru
qaçmağa başladı. Onları təqib edən ermənilərin Mən-
kus kəndinə də hücum etmək planı var idi. Kəndin ağ-
saqqalı Hümmət bəy Hüseynzadə şəhərə köçdüyündən,
əlli yaşlı bir kişi ağsaqqallıq vəzifəsini öz üzərinə
götürdü. Onun adı Novruz idi. Mənbələr onu Novruz
Kazım oğlu kimi təqdim edir. Novruz KİŞİ azərbay-
canlıların ermənilərin qabağında qaçdığını görüb, hün-
138
dür bir yerə çıxaraq qışqıra-qışqıra onlara müraciə edir:
"Ey oğullar, hara qaçırsınız? Siz öz fərariliyinizlə biz
Qafqaz müsəlmanlarını başqa millətlərin yanında başı-
aşağı eləmək istəyirsiniz? Məgər qaçmaqla ermənilərin
əlindən qurtara biləcəksiniz? Onlar sizdən əl çəkəcək?
Yox! Yox! Əgər ermənilərin qabağından qaçsanız, on-
lar daha da cəsarətlənəcək, bizi və ailəmizi görün-
məmiş təhqirlərə məruz qoyacaqlar.
Məgər onlar həmin ermənilər deyillərmi ki, bir il
əvvəl mən bir barmağımı tərpədən kimi az qalırdılar
Qırxbulağ mahalından baş götürüb qaçsınlar. Bəs indi
sizə nə olub? Niyə qadınlara qoşulub onların qarşısın-
dan qoyun sürüsü kimi qaçırsınız? Qaçırsınızsa, qaçın,
amma mən tək-tənha qalsam da, onların qarşısında təs-
lim olmayacağam, ölənəcən öz kəndimi, elimi, evimi
qoruyacağam.
Ey müsəlmanlar! Hər bir millət gərək öz şəxsiyyəti-
nə və heysiyyətinə hörmət etsin. İslam şəriətinə,
peyğəmbəri əkrəm həzrəti Məhəmmədin (s) buyruğuna
və Allah təalanın hökmünə görə, düşmən qarşısında
fərarilik edərək ölmək pis əməl və günah işdir. Bilirsi-
nizmi, bu qəbiristanda yatan əcdadlarımızın sümükləri
qəbirlərdən çıxarılandan və qonşu kəndə od vurulandan
sonra bu məzarların yerində Ermənistan yaradılacaq.
Mən axirət məsuliyyətini gözümün önünə alaraq son
nəfəsədək cihad edəcəyəm. Sizi də cihada çağırıram".
O, nitqini başa çatdırır, əhali bu qeyrətli və vətən-
pərvər insanın – Novruz Kişinin dediklərinə əhəmiyyət
vermədən qaçmağına davam edir (Müəllifin qeydi:
Bağışla məni, ey ustad! Sənin sözlərinin qarşısında
özümü saxlaya bilmirəm. Əgər o günlərdə ağalarımız
ağa, bəylərimiz bəy olsaydılar, özlərini satmasaydılar,
xalqı başçısız qoymasaydılar, bir çox məsələlər elə o
139
zaman həll olunar və bu günə qalmazdı. Xalq yaxşı
deyib: "Mərd, namuslu ağanın həyətinə daş atmazlar,
bağ-bostanına inək və qoyun buraxmazlar". Buna görə
mən bilə-bilə Kazımı Novruz ağa əvəzinə Novruz kişi
yazıram. Həm də "KİŞİ" kəlməsini böyük hərflərlə
yazıram.
Ey xalqımızın comərd oğlu, sən torpağının və vətə-
ninin yolunda şəhidlik camını başına çəkdin. Allah
sənə qəni-qəni rəhmət etsin! Qoy sənin itkin düşən
məzarın nurla dolsun! Amin!).
Novruz Kişi sonadək kəndi tərk etmir və sonra er-
mənilərin mühasirəsinə düşür. Qohumları onu azad et-
mək üçün səy göstərsələr də, düşmən sayca qat-qat
çox olduğundan, bu, mümkün olmur. Novruz Kişi öz
qoşalülə tüfəngi ilə evinə yaxınlaşan ermənilərdən biri-
ni vurur, digərləri qorxub geri çəkilirlər...
Bütün bu rəvayətləri bir erməni danışıb. Bir az ke-
çəndən sonra ermənilər yenidən evin üzərinə hücuma
keçiblər. Novruz Kişi yenə də onlardan birini öldürüb,
digərləri qaçmağa məcbur olub. Həyəcanlı Novruz Ki-
şinin gülləsi qurtarandan sonra o, tüfəngini seçmə ilə
dolduraraq düşmən tərəfə yüyürüb. Düşmənlər çətin-
liklə də olsa onu əsir götürə biliblər. Onlar kəndin
bütün evlərinə, o cümlədən məscidə, minbərə, müqəd-
dəs kitablara od vuraraq, Novruz Kişini qolubağlı
Tirjabat kəndinə gətiriblər. Burada ona uzun müddət
işgəncələr verdikdən sonra başını kəsiblər. Həmin er-
məninin dediyinə görə, Novruz Kişinin başını Ayrapet
adlı kənd keşişi kəsib. Çünki Kuzəcikdə Novruz
Kişinin evinə hücum edənlərdən biri həmin keşişin
oğlu olub. Novruz Kişi bir güllə ilə onu qanına qəltan
eləmişdi. Beləliklə, Novruz Kişinin başı "1500 müsəl-
140
manın sərkədəsi" adı ilə əvvəlcə Aleksandropola, sonra
isə Bakıya göndərilib.
İyunun 2-nə aid məlumatlar - İyunun ikisində
ermənilər həmin günə qədər müsəlmanların pənahgahı
olan Məkus kəndinə hücum edirlər. Bu dəfə erməni
dəstələrindəki silahlıların sayı 10 min nəfərə qədər
olub. Hər dəfə də kəndin üzərinə beş min tüfəngdən
atəş açılırdı. Kəndin müsəlmanlarının çoxunun silahı
olmadığından, onlar fürsət tapan kimi arvad-uşağını
götürüb aradan çıxırdılar. Bütün kənd boşalandan
sonra hərəkət etməyə taqəti olmayan səksən yaşlı
şikəst bir qoca ermənilərin əlinə keçir. Deyilənə görə,
ermənilər onun gözlərinə, qarnına təndir şişi soxmaqla
qətlə yetiriblər.
Kuzəcik qırğını zamanı müsəlmanlar ətrafdan kö-
mək diləyəndə, həmin kəndin 15 fərsəngində yerləşən
Qaladibi kəndinin ağsaqqalı Cahanbaxş bəy iki atlı ilə
birgə Xunqus kəndində idi. Onlar bu fəryadı eşidən
kimi, tüfənglərini götürüb, kəndin şimali-şərqində
yerləşən dağın zirvəsinə qalxaraq qadınları təqib edən
erməniləri atəşə tutublar. Nəticədə iki ermənini məhv
ediblər. Beləliklə də qadınlar və uşaqlar qaçaraq 15
fərsəngdə yerləşən Təzəkənd kəndinə gəlib çıxa
biliblər. Həmin vaxt yaxınlıqdakı 12 kəndin didərgin
düşmüş müsəlman əhalisi bu kəndə yığışmışdı.
1905-ci ilin 3 iyunu - İyunun üçündə ermənilər
mərkəzdə yerləşən və 150 evi olan Güllücə kəndinə
hücuma başlayırlar...
Qırğının başlanması - İyunun 3-də sübh vaxtı
Güllücə kəndinin şimalında yerləşən və hər birində
dörd yüz ailə olan 12 kəndə 10 min erməni könüllüsü
toplaşır. Onlar cənub tərəfdə – dağın arxasında yerlə-
şən və beş yüz ailəsi olan Başkən erməni kəndindən
141
Güllücəni atəşə tuturlar. Ermənilərin məqsədi müsəl-
manları ya öz hakimiyyətləri altına almaq, ya da onları
məhv etmək idi. İstəyirdilər ki, bu yolla uzun müd-
dətdən bəri beyinlərində dolaşdırdıqları ideyanı ger-
çəkləşdirsinlər. Buna görə də bütün ermənilər silah-
lanıb, müsəlmanlar əleyhinə müharibəyə başlamışdılar.
Beləliklə, camaat qaçandan sonra 15 nəfər nüfuzlu
şəxs, o cümlədən Məşədi Qəmbər, Mahmud, Hacı Hü-
seyn və başqaları öz var-dövlətlərini qorumaq üçün
kənddə qaldılar. Onlar silaha sarılaraq ermənilərə
müqavimət göstərməyə başladılar. İlk qarşılaşmadaca
8 ermənini məhv etdilər. Ancaq ardı-arası kəsilməyən
erməni hücumları nəticəsində Mahmud öldürüldü.
Onun kənddə sahibsiz qalmış arvadını bir erməni
əsgəri 8 güllə ilə qətlə yetirdi. Qalan müsəlman silah-
lıları birtəhər aradan çıxıb, 1,5 fərsəngdə yerləşən
Tutiya, Damagirməz və Kamal kəndlərinə sığındılar.
Bu qırğında hamıdan sonra kəndi tərk edən Seyid
Mustafanın oğlu Mirsüleymanın atını ermənilər güllə
ilə vurub öldürdülər. Ancaq o, bir ermənini öldürərək
canını qurtara bildi.
1905-ci il 4 iyun - Düz ortada yerləşən 150 evlik
Kamal kəndinin sakinləri yaşadıqları yerin təhlükəli
olduğunu görüb, arvad-uşaqlarını götürərək, hücumdan
qabaq cənub səmtdə yerləşən Damagirməz kəndinə
qaçdılar. Sonra bu kəndin də adamları onlara qoşulub,
yuxarıda adı çəkilən iyirmi verstlikdə yerləşən
Təzəkənd kəndinə üz tutdular.
Bu hadisələrdən 18 gün sonra İrəvanda sülh
bağlandı. Hökumət ətraf kəndlərə qoşun göndərdi. Bir
qrup əsgər də Güllücədə yerləşdirildi. Bundan sonra
müsəlmanlar öz yerlərinə qayıtdılar.
|