1
Türkmənçay müqaviləsi imzalanandan sonra illər
boyu mühacirət davam etdi. Səid Nəfisi yazır: "Türk-
mənçay müqaviləsi nəticəsində ölkədə sakitlik yaran-
mış, ən azı Qacarlar dövləti intəhasız dərd-sərlərdən
azad olmuşdu. Müqavilənin icrası zamanı qarşıya çıx-
mış maneələr və ixtilaflar sonradan aradan götürüldü.
Məsələn, 17 il iki dövlət - İran və Rusiya arasında
problem yaratmış didərginlər və qaçqınlar haqqındakı
XIV maddə, nəhayət, 1844-cü ilin iyun ayının 3-də
(hicri-qəməri tarixi ilə 1260-cı ilin cəmadiülaxir ayının
28-də) İranın baş naziri Hacı Mirzə Ağasi və Rusiya-
nın səlahiyyətli nümayəndəsi A.Medem tərəfindən
Tehranda təfsir edilərək, müqavilədəki ixtilafın aradan
qaldırılması üçün aşağıdakı sənəd imzalandı: "Rusiya
və İranın qonşu vilayətlərinin sakinlərinin bir-birinə
mühacirəti zamanı baş verən intizamsızlığa və çoxüz-
lülüyə son qoymaq üçün müqavilə bağlamış iki dövlə-
tin nümayəndələri öz dövlətlərinin icazəsi və razılığı
ilə aşağıdakı müqaviləni imzaladılar:
Birinci maddə: Bundan sonra hər iki dövlətin
təbəələri öz dövlətlərinin buraxılış vərəqəsi və mötəbər
icazənaməsi olmadan bu ölkədən o biri ölkəyə keçə
bilməzlər.
İkinci maddə: Hər kəs ki, hər iki dövlətə tabe olsa
və üçüncü dövlətin ərazisinə getsə, buraxılış vərəqəsi
olsa da saxlanacaq, onun bütün geyimi, silahı (yanında
olandan başqa) daha yaxındakı sərhəd məntəqəsinin iş-
çilərinə və yaxud da səlahiyyətli nümayəndəyə, vəzi-
fəli şəxsə, öz dövlətinin konsuluna veriləcək.
1
Bax: Əli Əkbər Bina. Tarix-e siyasi və diplomasi-ye İran. II cild,
səh.153
96
Üçüncü maddə: Hər iki dövlətin təbəəsinin müha-
cirət üçün öz dövlətindən icazə almaq barədəki ərizə-
sinə başqaları tərəfindən müdaxilə olmadan baxılacaq.
Dördüncü maddə: Əgər iki dövlətin kargüzarları
aralarındakı dostluqdan istifadə edərək bir-birindən bir
neçə ailə üçün buraxılış vərəqəsi istəsələr və bu qanuna
zidd olmasa, ondan imtina etməyəcəklər”.
1
Bu müqavilədən sonra da bütün problemlər həll
olunmadı. Arazın o tayında yaşayan və rusların haki-
miyyətinə dözməyən müsəlmanların İrana mühacirəti
və ermənilərin İrandan Rusiya ərazisinə köçü davam
etdi. Qarapapaqların şimaldan cənuba köçü də bu
qəbildəndir. Hicri-qəməri tarixi ilə 1267-68-ci illərdə
Rusiyanın səlahiyyətli nümayəndəsi tərəfindən İranın
xarici işlər nazirinə göndərilmiş sənədlərdə də Qarapa-
paq camaatının İrana köçü haqqında danışılır: "Hökm-
dara yaxın olan ləyaqətli və şərafətli cənabın şəfqətli
dostluq köməyinə ümidlə İrəvanın Göyçə torpağında
məskunlaşmış Qarapapaq tayfasından bir neçə ailənin
köçməsinə icazə məsələsi ilə bağlı məlumat gəlib
çatdı. Dostsevən yüksək cəlallı cənabın o şərhinin
tərcüməsindən anlaşdı ki, şövkətli və cəlallı cənabın öz
xidmətindən göndərdiyi məktubda canişinə aid bir
sifarişnaməsi vardır. Bu barədə müəzzəmullah cənabın
dostsevənə məktubu çatarsa, əlbəttə, o cənabla
mehribanlıq izharı ilə razılaşılacaq, çünki məsələ onun
ixtiyarında olduğu üçün zəhmət tələb etmir.
Yazıldı 1267-ci ilin zilhiccə ayının 19-da.
Cəlalınıza və ləyaqətinizə dostların böyük hörmət
izharı ilə...
1
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.193
97
Qarapapaq tayfasına məxsus bir neçə ailənin
İrəvandan köçməsi barədə dövlət başçısı əlahəzrət pad-
şahın göstərişi ilə dostsevən knyaz Zanovun diqqətinə
bir xahiş çatdırıldı. Rus sərhədçilərinin məlumatla-
rından aydın oldu ki, İrana gəlmək arzusunda olan və
dövlət başçısının müəyyənləşdirdiyi bir neçə ailə qəra-
rını dəyişib. Lakin öz qərarında israr edən və adları
göndərilmiş siyahıda olan digər 17-yə yaxın ailə müəy-
yən olunaraq padişahın Rusiyaya müraciəti nəticəsində
köçmək icazəsi aldı. O cənabın bu izn və icazəsindən
rus dövlətinin müqavilənin şərtlərinə uyğun olaraq
adları çəkilən şəxslərin qayıtmasının nə zaman və necə
reallaşacağı aydın olur. Belə ki, erməni Yusif xan
mühacirət üçün xahişnaməni Rusiya məmləkətinə
çatdırmalıdır. Köçmək istəyən şəxs tələbnamə yazmalı
və çar sarayından bu barədə göstəriş gəldikdən dərhal
sonra İran dövlət başçısı iki dövlət arasında qayıdış
yerini müəyyənləşdirməlidir.
3 şaban 1268-ci il"
1
İrəvan, Aleksandropol, Naxçıvan, Hurbayəzid
bölgələrinin təşkilinə dair rus imperatorunun 1849-cu
il tarixli fərmanı ilə İrəvan vilayəti meydana gəldi. Bu
vilayət şimaldan Tiflis, şərqdən Yelizavetpol [Gəncə]
vilayəti, qərbdən Türkiyə, cənubdan İran dövləti ilə
həmsərhəd idi. Bu vilayətin ərazisi 27.830 kv.km,
əhalisi 829.550 nəfər idi. İrəvan vilayətinin əhalisi ta-
xılçılıq, heyvandarlıq, ipəkqurdu yetişdirmək, tütün-
çülük, üzümçülüklə... məşğul idi. Vilayətdə hərbi inzi-
bati işlər hərbi komandantlığın nəzarəti altında idi. O,
hərbi məsələlərdə hərbi nazirə tabe idi. Vilayət işlərin-
də isə Qafqaz canişininin göstərişlərini yerinə yetirirdi.
1
Əsnadi əz rəvabet-e İran ba məntəqe-ye Qəfqaz, səh.429-31
98
1879-cu ilin oktyabrın birində İrəvan vilayətində şəhər
şuraları təsis olundu.
1
Qafqaz ölkələrinin o zamankı bölgüsü barədə
Seyid Həsən Tağızadə yazır: "Nəhəng Rusiyanın bir
əyaləti olan Qafqazın mərkəzi hökuməti Gürcüstanın
paytaxtı Tiflis şəhəri idi. Çar sarayının səlahiyyətli nü-
mayəndəsi, rusların öz sözü ilə desək, "namestnik"
adlanan hakim və baş rus general-qubernatorunun qə-
rargahı Tiflis şəhərində yerləşirdi. Gürcüstan, Bakı,
İrəvan və digər bir neçə əyalət general-qubernatora ta-
be idi. Yuxarıda qeyd etdiyimiz əyalətlər "quberniya"
adlanırdı və onların da başında "qubernator" adlanan
vali dayanırdı. O, Osmanlı əyalətlərindəki vilayət vali-
sinə bərabər idi (İrəvan əyalət qubernatoru kimi). Hər
vilayət bir neçə nisbətən böyük vilayətə bölünürdü ki,
rusca buna "uyezd" deyilirdi. O, Osmanlı vilayətinin
bölgüsündəki "sancağ"a bənzəyirdi. Osmanlıların "mü-
təsərrof"una bənzəyən "uyezd" hakiminə "naçalnik"
deyilirdi.
Məsələn, İrəvanın əyalət vilayətlərindən biri
(uyezd) Naxçıvan idi. O, İrəvan valisinə tabe idi və
mərkəzi adı çəkilən Naxçıvan şəhəri idi. Hər vilayət və
yaxud "uyezd" də "uçastka" adlanan (Osmanlı dövlə-
tindəki qəzaya bənzər) kiçik vilayətə bölünürdü və
onun da başında "pristav" dayanırdı (osmanlıların
qaim-məqamı kimi). Naxçıvan böyük vilayətinə tabe
olan kiçik vilayətlərdən biri Araz çayının yaxınlığında,
Ələmdar və Gər-Gər nahiyəsi ilə üzbəüzdə yerləşən
Ordubad qəsəbəsi idi ki, təxminən Mərənd və yaxud
Şəbüstər boyda olardı.
1
Bax: Azərbaycan Ensiklopediyası. İrəvan quberiniyası bölməsi
99
Kiçik vilayətlər və yaxud "uçastka"lar da bölüklərə
bölünürdü ki, hər bölüyə və ya mahala da "çast" deyir-
dilər. Kəndlərin bir hissəsini əhatə edən bölük bütöv-
lükdə "uçastka"ya tabe idi. "Çast" Osmanlı vilayətinin
bölgüsündəki nahiyəyə oxşayırdı və hər "çast"ın
rəhbərliyində "qlavar" dayanırdı ki, bu da Osmanlıdakı
müdirə bərabər idi. Məsələn, erməni olan İklis (Əkvalis)
bölüyündə yüksək və aşağı təbəqə var idi və hər biri
"qlavar" adlı hakimə malik olan "dəstə"nin bölüyü
Ordubada tabe idi. Hər nahiyə də kəndləri əhatə edirdi.
Məsələn, ondan iyirmiyə qədər kəndin kəndxudasına
"katta" deyirdilər və Dəstə nahiyəsinin kəndlərindən biri
olan Vənənd kəndi atamın doğulduğu yer idi".
İrəvan Nəsrəddin şah dövründə
Hicri-qəməri tarixi ilə
1265-ci ildə, Nəsrəddin şahın
hakimiyyətinin ikinci ilində II
Aleksandr Qafqazdakı işləri
qaydaya salmaq üçün İrəvana
gəlir. Mirzə Tağıxanın məslə-
həti ilə şah baş adyutant Əziz
xana tapşırıq verir ki, İrəvana
gedib Qacarlar dövlətinin hə-
diyyələrini II Aleksandra çat-
dırsınlar. Etimadüs-səltənət
Məhəmməd Həsən xan bu-
nunla bağlı yazır: "...İlin əsas
hadisəsindən biri də rus
dövlətinin həzrət vəliəhdinin
qarşılanması üçün baş adyutant Əziz xanın İrəvana
getməsidir. O günlərdə rus dövlətinin vəliəhdi, mər-
100
hum Nikolayın oğlu və hal-hazırda imperator olan
əlahəzrət II Aleksandr Qafqazda və Gürcüstanda qay-
da-qanun yaratmaq üçün İrəvana gəlmişdi. Məlum ol-
duğu kimi, bu iki dövlət arasında bir zaman mühari-
bələr getmişdi. Ordu əmiri Səvabdid Mirzə Tağı xan
sonralar ordunun baş komandanı vəzifəsinə təyin edil-
mişdi. Baş adyutant Əziz xana şah sarayından göstəriş
gəldi ki, əbədi dostluq nümunəsi olaraq qiymətli daş-
qaşlarla və almaslarla bəzədilmiş bir portret və asiman
rəngli həmayil həzrət vəliəhdə hədiyyə aparılsın. Döv-
lət səfirinin birinci müavini, ordu xəzinədarı İsmayıl
xan ordu əmirinin Gürcüstan general-qubernatoru üçün
nəzərdə tutduğu hədiyyələri dəvələrə yüklədi. Əziz xan
şah sarayından Zəncana gəldi, bir neçə gün orada
molla Məhəmməd Əlinin dəstəsi ilə mübarizə apardı.
Sonra Araz çayının sahilinə endi və rus sərhədçiləri
tərəfindən ona yüksək qonaqpərvərlik göstərildi, onu
qəbul etmək üçün hər cür şərait yaradıldı. Oradan isə
vəliəhdin gəlməsinə səkkiz gün qalmış İrəvana yola
düşdü və gəlib həmin vilayətə çatdı. Sabahısı gün
səfirliyin birinci müavini İsmayıl xan Tiflisə yollandı.
O, ordu əmirinin hədiyyələrini Gürcüstan general-
qubernatoruna çatdırıb, altı gündən sonra geri qayıtdı.
Səkkizinci gün Əziz xan vəliəhdlə görüşdü. O, İrəvana
gəlib çatandan iki saat sonra eşik ağasını və xüsusi
adyutantını faytonla Əziz xanın yanına göndərdi. Əziz
xan səfirliyin əməkdaşları ilə birgə çarın hüzuruna
gəlib, həmayili və Humayunun portretini ona təhvil
verdi. Əlahəzrət şahənşahın səmimi dostluq, ittifaq
tərəfdarı olduğunu bildirdi. Vəliəhd hədiyyələri qəbul
edib, əvəzində Əziz xana və səfirliyin hər bir əməkda-
şına xüsusi iltifat göstərərək, onlara qiymətli hədiyyə-
101
lər verdi. Vəliəhd cavabında onun da böyük məhəbbət
və minnətdarlığının şahənşaha çatdırılmasını istədi.
1
Hicri-qəməri tarixi ilə 1291-ci ildə (miladi tarixi ilə
1875-ci ildə) vəliəhd Müzəfərəddin Mirzə də Xuda-
fərində İrəvan hakimi ilə görüşdü. Təbrizdən göndəril-
miş aşağıdakı teleqraf xəbərində də İrəvan hakiminin
öz heyəti ilə birgə Xudafərində vəliəhdlə (Müzəf-
fərəddin Mirzə) görüşündən danışılır: "Təbriz... Ordu
qəzetində cənab sahibdivanın yazdığına görə, ayın 17-
də [zilqəddə] Xudafərin körpüsündə İrəvan hakimi
Rusiyanın 8 nəfər hörmətli mənsəb sahibi ilə birgə
İranın ali dövlət nümayəndəsi - zamanın vəliəhdi ilə
görüşmüşdür... Onlar üç gün həmin yerdə qalaraq, əla-
həzrətin qonağı olublar".
2
Bu illərin diqqətçəkən hadisələrindən biri də
Nəsrəddin şahın Avropa səfəri zamanı (hicri-qəməri
1306-cı ilin şaban ayının 12-dən 1307-ci ilin səfər
ayının 24-nə qədər) İrəvandan keçməsidir. Şah öz
“Səfərnamə”sində bu vilayəti görməsini belə təsvir
edir: "Culfada aşağıdakı şəxslər şahla görüşə gəlmişdi:
İrəvan hakimi general Litvinan Şalikov, İrəvan jandar-
meriyası Burşakov, polkovnik Fon Derton və İrəvan
əyalətinin mühəndisbaşısı, digər çoxlu sayda böyük
sahibmənsəblər...
Bundan əlavə, Ordubad üləmaları da şahın hü-
zuruna gəlmişdilər: Vaiz Hacı Mirmufid, tayfa başçısı
Hacı Mirhaşım, müdərris Ağa Mir Yəhya, Ağa Mir
Yusif, nəccar Ağa Mirsadıq və digər rəhbər şəxslər...
1
Bax: Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn
Nəvainin redaktəsi ilə, I cild, səh.987
2
"İran" qəzeti. 241-ci say, seşənbə günü. 1291-ci il zilqəddə
ayının 26-sı, 1875-ci il yanvarın 5-i. Məhəmməd Hafizzadənin
"Araz tarixin keçidlərində" əsərindəki hekayətdən, səh.193
102
Ramazan ayının 12-si, bazar ertəsi günü:
Bu gün gərək İrəvana gedim, səhər yuxudan qalxıb
geyinməliyəm. Bir saat yarım keçəndən sonra atlara
minmək üçün bayıra çıxdıq...
Burada müsəlmanların vəziyyəti barədə qısaca
danışmaq lazım gəlir. Təəssübkeş və həyəcanlı üləmalar
təsəvvürəgəlməz dərəcədə İrana, şaha və İran həyatına
meyilli idilər. Bütün bunlar son dərəcə təəccüblü
görünürdü. Onlar ruslara o qədər nifrət edirdilər ki, əgər
deyilsəydi ki, bu kənddəki bütün rusları qırın, dərhal
qırardılar. Heç kəsdən qorxuları yox idi. Kazaklar onları
döyürdü, qarşısını aldıq. Onlar kötək yesələr də, başları
partlasa da, torpaq yesələr də, heç nə veclərinə deyildi.
Camaat aşurə günündəki kimi heç nəyə məhəl qoymur,
heç bir yaranın qeydinə qalmırdı. Xülasə, vəziyyətləri o
qədər əcaib idi ki, yazmaq mümkün deyil.
Nəhayət, atı sürdük, üç fərsəng gedib, Sədərək ça-
parxanasına çatdıq. Burada atları əvəz edərək təzədən
yola düşdük. Dəvəliyə çatıb, orada nahar elədik.
Dəvəli müsəlmanları da başqalarının gördükləri işləri
görürdü. Bundan əlavə, Dəvəli Ağrı dağla üzbəüzdə
yerləşir. Ağrı dağın qəribə əzəməti var. Uzaqdan onun
ətrafına qədər düzənlikdir. Bu düzənliyin ortasında
xudavəndi-aləm başı asimana çatan iki dağ xəlq edib.
Onlardan biri hündür, digəri kiçikdir. Birinin adı böyük
Ağrı dağ, o birisininki kiçik Ağrı dağdır. Bu dağların
hər ikisi Arazın o biri tayındadır. Böyük Ağrı dağ çox
uca və yüksəkdir, kiçik Ağrı dağ isə bir o qədər də
hündür deyil, amma çox xoşagələn və konusvari gör-
kəmi var. Başdan-ayağa qara bürünüb. Bu iki dağın
arasında boyundakı xala bənzəyən bir dərə var. Bu tə-
rəfdən və o biri tərəfdən yüksələn, qara bürünmüş bu
iki dağ ana və övlada bənzəyir. Böyük dağ ana, kiçik
103
dağ övladdır. Böyük və kiçik Ağrı dağ üç dövlətin -
Rusiya, İran, Osmanlının sərhədində yerləşir və hər üç
dövlətin səlahiyyətindədir. Hər üç dövlətin təbəələrinin
mal-qarası və özləri bu yerlədə gəzib-dolaşır. Kiçik
Ağrının xeyli hissəsi İrana məxsusdur. Tehranın 10
fərsəngliyində yerləşən məşhur Dəmavənd dağı böyük
Ağrıya oxşayır və biri Tehranda, biri isə burada olmaq-
la onlar iki qardaş təəssüratı yaradırlar. Çox qəribədir
ki, bu böyüklükdə iki dağın ətəyində su və çeşmə çox
azdır. Ətrafı çox qurudur, böyük Ağrının ətəyində,
qarların altında Ağa Xork adlı ruslara məxsus bir kənd
var. Ora Hacı İbrahim Xəlilin oğlu Yusifin mülküdür.
25-dən artıq evi olmaz və cəmi bir çeşməsi var. Kiçik
Ağrı dağının ətəyində məşhur Sərdar bulağı var.
Nahar yeyib Dəvəlini keçdikdən sonra böyük və
gilli bir çay qarşımıza çıxdı. Onun adı Vedi çayıdır.
Vedi çayı Vedibasar adlı böyük bir mahalı su ilə təmin
edir. Vedibasar sözü də elə bu çayın adından götürül-
müşdür. Vedi çayı sağ tərəfdə Arıca adlanan dağlardan
axıb gəlir... Bu dağlarda bol qar olur. İndi aprel ayı
olmasına baxmayaraq, qar hələ əriməyib, elə bil təzəcə
yağıb. On yuva gedəndən sonra bir kəndi keçib
Qəmərli bölüyünə çatdıq. Bu bölüklərin suyu Ağrı
dağdan gəlir. Burada Məhəmmədqulu xanın (onun ba-
bası Ağa Məhəmməd xan dövründə hakim və tanınmış
şəxs olmuş Mirməhəmməd xan Ziyadlı Qacar, atası
Hüseynqulu xan Sərdar idi) nəvəsi Məhcəli xanın oğlu,
Qəmərlidə də böyük mülk sahibi olan Abbasqulu xan
İrəvani görüşə gəlmiş adamlar arasında idi.
Bu kəndlərin əksəriyyətində erməni və müsəlman-
lar çoxluq təşkil edirdi. Karnibasardan keçdik. Orada
Karnibasar adlı bir çay axır və bu mahalı su ilə təchiz
edir. Karnibasardan keçib, Ağhəmzəliyə gəlib çıxdıq.
104
Burada atları dəyişməli idik, amma dəyişə bilmədik.
İrəvana doğru sürdük.
Qəbraqdan İrəvana qədər bütün yolboyu kəndlər
idi. Buralarda boş yer yox idi. Əkin yerləri çaylar va-
sitəsilə suvarıldığından kəndlər abad görünürdü. Gü-
nün batmasına bir saat yarım qalmış İrəvan şəhərinə
çatdıq. Bizi qarşılamağa xeyli adam gəlmişdi. Pənah
xan İrəvani adlı bəstəboy, kök, 46-47 yaşlı və İrəvanda
çox hörməti olan bir kişi İrəvan süvarilərini bizimlə
görüşə gətirmişdi, onun əlində İran bayrağı da var idi.
Xanla bir qədər söhbət edib, şəhərə daxil olduq.
İrəvan şəhəri dərənin içində yerləşir. Burada ilk dəfə
ağ akasiyanın gülünü gördük. Dünən keçdiyimiz
bölüklərdə isə iydə (lox) gülü çox idi. Həmin güllər
faytonumuzu və fəzanı ətrə bürümüşdü. Dəvəli və
Qəmərli arasında Rusiyanın rəiyyəti olan Kürdək əyaləti
yerləşir. Türnükənddə, Əzizanlıda, Gümrüdə, Buralanda
bürdqanlılar yaşayır. Onlar özləri min evdən ibarət ol-
duqlarını desələr də, başçıları 500 ev olduqlarını bildir-
di. Buralar onların qışlaqlarıdır, yaylaqları isə Akrıcada,
Saraclı yüksəkliyində Araza qovuşan Qarasu çayının
kənarında yerləşir. Bunların birinin başçısı Fətəli ağa,
digərinin başçısı Fətəli ağanın xoşagəlimli, suyuşirin
gənc oğlu idi. Rusların məhəlləsində Avropa standartla-
rına uyğun evlər, binalar tikilmişdi. Bütövlükdə 18 min
əhalisi vardır. İki gözəl plakat hazırlanmışdı və bizim
adlarımızı yazmışdılar. İrəvanın başçılardan, döyüşçü-
lərdən, vəzifə sahiblərindən ibarət bütün əhalisi, istər
müsəlman, istər rus olsun, İrəvana tam hazır vəziyyətdə
gəlmişdilər. Üç yüz-dörd yüz erməni əsgəri də (ermə-
nilərdən təzəcə əsgər yığırdılar və onların komandirləri
ruslar idi) sıraya düzülmüşdü. Bizi qarşılamağa gələnlə-
rə çatıb, atdan düşdüm. Ev sahibi, əminüs-sültan və di-
105
gərləri də gəlib çatdılar. Gəlib otağın qapısında dayan-
dıq, bütün sahibmənsəblərə və camaata minnətdarlıq
etdik. Əsgərlər də bizim qarşımızdan keçdilər və bundan
sonra hökumət binasına daxil olduq. Bina çox gözəl idi.
Bu bizim əvvəl gördüyümüz bina idi, amma çox yaxşı
təmir olunmuşdu, xeyli gözəlləşmişdi. Şam etdik və
şamdan sonra da ev sahibi və vəzifə sahibləri gəldilər.
Atəşfəşanlıq başlamışdı. Bayıra çıxdıq. Bütün pilləkən-
lərin üstündə adamlar dayanmışdı. Onlar atəşfəşanlıq
edirdilər. Camaatın əksəriyyəti fransız, erməni və digər
qadınlardan ibarət idi. Kişilər ayaq üstə idilər.
Atəşfəşanlıq və qonaqpərvərlik gəldiyimiz gündən son
gecəyədək davam etdi. Buranın bütün evlərində Təbriz
xalçası və Təbriz kilimləri var idi. Hətta otaqların pər-
dələri də xalçadan idi.
Bu iki gündə gördüyümüz bütün kəndlərdə mal-qo-
yun sürülərinin otlaması üçün heç yerdə görmədiyimiz
çoxlu çəmənlik və otlaqlar var idi. Burada müxtəlif
növ qaramal, çoxlu yük eşşəyi, madyan, camış gördük.
İnəklər, camış balası, dəvə bir yerdə otlayırdı.
Buranın mötəbər generallarından biri bizi qarşıla-
mağa gələn Kemişov idi... Bizim gəlişimizdən sonra
hava tutuldu, qısa ildırım və göy gurultusundan sonra
gur yağış yağdı. Xeyli müddət idi ki, İrəvana yağış
yağmırdı, camaat bunu bizim ayağımızın sayalı olması
ilə əlaqələndirdi.
Ramazan ayının 13-ü, çərşənbə axşamı günü:
Bu gün Dilicana getməliyik. Yolun uzunluğu 14
fərsəngdir. Sübh namazına 1 saat qalmış yuxudan
oyandıq. Hacı Heydər saqqalını təraş eləyib gəldi... Biz
də əvvəlki qayda üzrə faytonlara oturduq və yola düş-
dük. Maşallah, Əziz sultanımızın da üzü və əhvalı əla
idi. Bu yol haqqında əvvəlki səfərimizdə müfəssəl yaz-
106
mışdım. Bu səfərdə yalnız təzə bir şey görəcəyimiz
halda yazacağam. Əvvəlki səfərimizdə gördüyüm İrə-
van çox bərbad vəziyyətdə idi, amma indi çox abadlaş-
mışdı. Çox yaraşıqlı evlər, çoxsaylı məscid və mədrə-
sələr tikilmişdi. Küçələrdən çox sürətlə keçib, İrəvan
şəhərinin yaxşı göründüyü bir yüksəkliyə çatdıq və
sonuncu dəfə Ağrı dağını görüb, oradan ötüb keçdik.
1
Nəsrəddin şah Avropadan geri qayıdarkən xüsusi
həkimi fransalı Fövriyyə də onunla olub. O, yol qeyd-
lərində İrəvan şəhərini belə xatırlayıb: "Biz səfərə çı-
xanlar öz fayton yoldaşlarımızla Ararat, Nuh və onun
gəmisindən danışdığımız zaman gözlərimizin qarşısın-
dan bu quru və hündür yerlər üçün qeyri-adi görünən
gözəl vahələr keçir. Bir hissəsi böyük meyvə ağacları
və barsız ağaclar arxasında qalan, aralarından yüz
minlərlə xüsusi parıltıya malik şəffaf arxlar axan evlər
görünür. Ola bilsin ki, bu, şair Pirdəvinin təsvir etdiyi
həmin yerdir: "Bu yerdəki körpə ağaclar birbaşa ali
əcdadımız Nuhun əkdiyi lətif qönçələrdəndir".
Həzrəti Nuh bu otun şirəsindən içdi və bununla da
həmin qiymətli ot əbədiyyət qazanıb bizim günlərə qə-
dər yaşadı. Gərək onun oğlu Samın səsinə minnətdar
olaq. Bu cür fikirlərlə İrəvan şəhərinə çatdıq və ovcu-
muzun içindəki şəhər sıx bağlar içərisində olduğundan
oraya daxil olanadək onu görə bilməmişdik.
Saat yeddiyə yaxın idi, Araratın zirvəsi bütün əzə-
məti ilə görünürdü. Günəşin son şüaları dağın başında
oynadığından və dağın aşağı hissəsinə kölgə düşdü-
yündən xüsusi mənzərə yaranmışdı. Göyçəgöl dərya-
çasının yanından yol aşağı enməyə başladı. Biz min
1
Bax: Nəsrəddin şahın Avropaya üçüncü səfəri ilə bağlı xatirələri.
İran Milli Arxivinin sənədləri (I cild), səh.108
107
metrlik yüksəklikdə olsaq da, 4200 metr yüksəkliyə
malik olan Ararat yenə bizi heyran etməkdəydi.
11 sentyabr - hicri qəməri 1307-ci ilin məhərrəm
ayının 15-i.
Şah Eçmiədzinin böyük xəlifəsi ilə görüşmək istə-
yirdi. Eçmiədzin Ermənistanın 17 kilometrliyindədir.
Biz saat on tamamda hərəkət etməyə başladıq. Çünki
şah günorta vaxtı erməni keşişi ilə görüşməli idi. Yerli
könüllü əsgərlərin hamısına hərbi mühafizə məqsədi
ilə əlahəzrətlə birgə hərəkət etmək tapşırığı verilmişdi.
Briqada generalı Bekolmışov bu qrupa rəhbərlik etməli
olan Gürcüstan çarının nəvəsini mənə təqdim etdi.
Bu hərbi qrup fəxri qarovul vəzifəsini yerinə
yetirməkdən başqa, həm də bizim təhlükəsizliyimizi
qoruyurdu. Çünki yollarda qaçaq və yolkəsənlər var
idi. Tatar və qeyri-millətlərdən olan bu adamlar çox
təhlükəli idilər. Yolkəsənlərdən birinin adı Kərəm idi.
O, bu yerlərdə çox məşhurdur və rus hərbçilərinə qarşı
mübarizə aparır.
Kərəm rus hərbçiləri ilə son döyüşlərin birində ya-
ralanmış və Maku hakimi Teymur ağanın yanına qaç-
mışdır. Ruslar onu ələ keçirmək üçün Teymur ağaya nə
qədər təkid etsələr də, Teymur ağa onu təhvil vermir.
Kərəm daha çox İrəvan hakimi ilə düşmənçik edir, tez-
tez ona məktub göndərərək özünü onun yadına salır,
vəziyyəti barədə məlumat verir və bildirir ki, yaxşıla-
şan kimi onun (yəni İrəvan hakiminin) hüzuruna gəlib,
başına bir güllə sıxacaq və intiqamını alacaq.
Səhər saat 10-da biz faytona mindik, Zəngi körpü-
sündən keçib, şəhərdən çıxdıq. Körpüyə gedən yolun
üstündə İrəvan sərdarlarının qəsri ucalır, onun qonşulu-
ğundakı məhəllə hündür və boz divarlarla əhatə
olunurdu.
108
...Getdiyimiz yolla saat 4 radələrində İrəvana qayıt-
dıq, hava qaralana qədər şəhərin görməli yerlərini gəzdik.
Əvvəlcə sərdarlar qəsrinin qarşısında dayandıq. Hər
yerdə müsəlman mədəniyyətinin izləri görünürdü və indi
dağılmış qəsr həmin mədəniyyətin ən gözəl nümunələrin-
dən biri idi. Minalı və açıq mavi rəngli kaşılarla bəzədil-
miş zal, geniş qapılar, müxtəlif rəngli şüşələri olan açılan
pəncərələr, divara, sütünlara, tavana vurulmuş kiçik
aynaların ətraflarında zərgərcəsinə işlənmiş ornamentlər,
gül və buta şəkilləri bu gün İrəvanda sərdarlar qəsrinin
abadlıq dövrünün şahidi hesab oluna bilər.
Onun indiki mənzərəsi də diqqətdən kənar qala
bilməz. Tağlı şəkildə tikilmiş köhnə körpü ilə Zəngi
çayı ayağımızın altından axır. Bir qədər uzaqda şəhər
bağları, ondan o tərəfdə isə geniş çöllər görünür. Ara-
ratın zirvəsi də üfüqdən aydın nəzərə çarpır. Şəhərin
qədim tikilisi məsciddir, adı çəkilən qəsr kimi onlar da
xarabazarlığa çevrilib. Yalnız onun günbəzi nisbətən
salamat qalmışdır. Məscidin daxili və xarici parlaq
rəngli kaşılardandır. Həmin kaşılardan bəziləri qopub
və onların sınıqları hər tərəfə səpələnib.
Şəhərdə daha yaxşı qalmış başqa bir məscid də
gördük, müsəlmanlar orada namaz qılır. Onun inşaat
üslubu da əvvəlki məscidin inşaat üslubuna oxşayır.
Əvvəlki qayda üzrə burada da rəngbərəng kaşılardan
istifadə olunub. Lakin bu məsciddə tünd mavi rəng
digər rənglərdən çoxdur. Onların üzərində qızılı rənglə
Quran ayələri yazılıb.
İrəvan bazarı Tiflis bazarına oxşayır. Yəqin ki, qa-
baqda görəcəyimiz digər bazarlar da belə olacaq. Ti-
kintilərin quruluşu və satış qaydaları gördüklərimizdən
çox da fərqlənməyəcək.
Hava qaranlaşdığından gəzintini dayandırıb, bir o
qədər də çox adam olmayan meydan yolundan şəhərin
109
yeni məhəlləsindəki, yəni rus məhəlləsindəki iqamət-
gahımıza qayıtdıq. Beləliklə, çox şeylərin şahidi
olduğumuz gündüz gəzintisinə son verdik".
Dostları ilə paylaş: |