ƏSRLƏRDƏN GƏLƏN SƏSLƏR:
BAKI
ƏLYAZMALAR İNSTİTUTU
Mənbə: Azerbaijan International jurnalı - AI 8.2 (Yay 2000)
© Azerbaijan International
zərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutunda
orta əsrlər Şərq əlyazmaları yığılır, sistemləşdirilir, saxla-
nılır və dərc olunur. Hal hazırda burada Azərbaycan, türk,
özbək, fars və ərəb dilində 40000-ə yaxın sənəd, o cümlədən 11
mindən çox qədim əlyazma kitabı var. Bu
mətnlər bizə orta əsrlərdə
azərbaycanlıların tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə,
hüquq, tarix və coğrafiya haqda hansı fikirdə olduqları haqda
məlumat verir.
A
Institutun əsası 1924-cü ildə Bakıda Ümum
Azərbaycan
Regional konqresi keçirilən zaman qoyulmuşdu. Konqres qədim
əlyazmalara və nadir kitablara həsr olunan şöbəyə malik elmi
kitabxana yaratmağı qərara aldı. Əvvəl bu kitabxana Azərbaycanın
elmi tədqiqat
cəmiyyətinin bir hissəsi idi; sonra isə o, Nizami
Ədəbiyyat Institutuna birləşdirildi. 1950-ci ildə Əlyazmalar
şöbəsi Müstəqil Elmi Tədqiqat Mərkəzinə çevrildi. 1986-cı ildə ona
Əlyazmalar Institutu adı və statusu verilmişdir.
Institutda olan qədim əlyazmaların çoxu Abbasqulu ağa
Bakıxanov, Mirzə Fətəli Axundov, Əbdülqani Əfəndi Xalisaqari-
zadə,
Hüseyn Əfəndi Qaibov, Bəhmən Mirzə Qacar və Mir Möhsün
Nəvvab daxil olmaqla 19-cu əsr və 20-ci əsrin əvvələrində yaşamış
görkəmli düşüncə sahiblərinin xüsusi toplusundan alınıb. Institut
hələ də bütün Azərbaycan ərazisindən əlyazmalar, nadir kitablar və
tarixi sənədlər toplamaqla məşğuldur.
Institut Hacı Zeynalabdin Tağıyev tərəfindən 1898-1901-ci
illər ərzində tikilən köhnə Rus Müsəlman Qadın pansionunun
binasında yerləşir. Bu, müsəlman Şərqində ilk qız məktəbi idi. Bu
bina Polşa memarı Iosif Qoslavski (1865-1904) tərəfindən layi-
hələşdirilib. O, həm də Bakı Şəhər Bələdiyyəsini və hal-hazırda
45
Milli Tarix muzeyinin yerləşdiyi Tağıyevin şəxsi evini də
layihələşdirib.
1918-ci ildə Azərbaycan müstəqil olandan sonra Tağıyev
binanı nazirlər kabineti kimi istifadə etmək
üçün Azərbaycan
hökümətinə verdi. 1920-ci ildə Qırmızı Ordu Azərbaycanı işğal
etdikdən sonra Bolşeviklər binanı Fəhlə, Kəndli və Əsgər
Deputatları qərargahına çevirdilər. Bir müddət orada Hüseyn Cavid
adına orta Sovet məktəbi yerləşdi. Bundan sonra o, Azərbaycan
Respublikasının Ali Sovet Prezidiumunun binası oldu (Parlamentin
hakimiyyət orqanı). 1950-ci illərdən isə bu binada indiki Əlyaz-
malar Institutu yerləşir.
ORTA ƏSR MİNİATÜRLƏRİ. Institutun ən dəyərli xəzi-
nələrindən biri də adətən Nizami adlandırılan 12-ci əsr Azərbaycan
şairi Nizami Gəncəvi tərəfindən yazılmış şerlər toplusu olan
“Xəmsə”nin tam əlyazmasıdır. Əlyazmanın üzü 1636-cı ildə Dust
Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürül-
müşdü. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazma
ilə öz işini qurtardıqdan sonra əldə etmək mümkün olan ən qədim
“Xəmsə”ni aldı və özünün üzünü
köçürdüyü əlyazmada qeydlər
etdi. Mətn 15-ci əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə
yazılıb.
Əlyazmanı oxuya bilməsəniz belə, ona baxmaq adama ləz-
zət verir, çünki, o çox gözəldir. Hər bir şerin başlığı parlaq rənglərlə
və qəşəng qızılı naxışlarla bəzədilib. Burada Isfahan miniatür mək-
təbinə aid 11 miniatür var.
Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci
əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və Heratdan olan
rəssamlar tərəfindən bəzədilmişdi. 15-16-cı əsrlərdə Azərbaycanlı
miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoydular. Bu
rəssamların sırasında
Sultan Məhəmməd Təbrizi, Ağa Mirək, Mirzə
Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi.
Əlyazmalar Institutu Sənainin “Həqiqət Bağı” (1625-ci ildə
çəkilmişdir), Əmir Xosrov Dehləvinin “Səkkiz Behişt” (1579),
Nizami Gəncəvinin “Yeddi Gözəl” (1636), Urfinin “Divan” (17-ci
əsr), Hafiz Şirazinin “Divan” (1584), Məktəbinin “Leyli və Məc-
nun” (17-ci əsr), Əmir Şahinin “Nuşafərin və Gövhərtac” (1829),
“Divan” (1573), Məhəmməd Füzulinin “Divan” (17-ci əsr) əsərləri
də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitablara malikdir.
46
Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə,
rəqs, yemək, bağçılıq,
savaş və məhəbbət səhnələri, eləcə də təbii
mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz ək-
sini tapmışdır. Nizaminin “Xəmsə”sində olan ən məşhur miniatür-
lərdə Leyli və Məcnun, Xosrov və Şirinin məhəbbət hekayələri təs-
vir olunur.
(
Dostları ilə paylaş: