Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   2   3   4   5   6   7   8   9   ...   49
____________________ 
 
 
JİN PATTERSON (ABŞ) 
“Azerbaijan International” jurnalı. 
 
FƏRİD ƏLƏKBƏRLİ: BAKI 
TİBB ƏLYAZMALARININ TƏDQİQİ 
 
Özünün 40 yaşında (məqalə  2003 ildə yazılmışdır – red.), Dr. 
Fərid Ələkbərli artıq orta əsr tibb əlyazmaları üzrə aparıcı mütəxəssisdir...  
Ərəb əlifbası ilə yazılmış orta əsr tibb əlyazmalarına gəlincə, Fərid Ələkbər-
li çox şeyi ilk dəfə etmişdir.    O,  ilk  dəfə Bakının  Əlyazmalar  İnstitutunda 
müxafizə olunan bütün tibbi əlyazmaları araşdirmışdır. Aparılmış  tədqiqat 
əsasında, o, 365 əlyazmanın kataloqunu tərtib etmişdir. Onun kəşfləri 
arasında   indiyə qədər məlum olmayan iki Azərbaycanlı həkimin əsəridir: 
Əbülhəsən Mərağayi (XVIII əsr) və Murtuzaqulu Şamlu  (XVII əsr). 
O, birinci adamdır ki, orta əsrlər Azərbaycanında mövcud olmuş 
xəstəliklərin profilaktikası konsepsiyasını öyrənmişdir. Bu konsepsiyanın 
əsasını  həyat tərzi, qidalanma rejimi, idman, emosiyaların tənzimlənməsi, 
ətraf müxitin qorunmasi, tibb və əczaçılıq təşkil edir.  
Eləcə  də, o, orta əsr Azərbaycan  əlyazmalarında təsvir edilmiş 
dərmanları araşdırmış ilk insandır. Ondan qabaq İ.Əfəndiyev və A.Rüstə-
mov qədim Azərbaycan təbabətinin ümumi icmalını yazsalar da, Ələkbərli 
ilk dəfə olaraq, humanitar və  təbii elmləri cəlb etməklə, hərtərəfli tədqiqat 
aparmışdır.   
 
6


Biologiya üzrə namizədlik dissertasiyasını müdafiə etmək üçün 
(doktorluq dissertasiyası tarix üzrədir), Fərid Ələkbərli orta əsr Azərbaycan 
əlyazmalarında yer almış bitki, mineral və heyvan   növlərini öyrənən və on-
ları bioloji, tibbi, filoloji və tarixi nöqteyi-nəzərdən təhlil edən ilk insan ol-
muşdu. Beləliklə, o, 256 növ unudulmuş dərman bitkisini aşkarlamışdı. Zə-
ruri eksperimental və kliniki yoxlamalardan sonra, onların çoxsu müasir tə-
babətin arsenalına daxil edilə bilər.   
Bundan əlavə, Fərid Ələkbərli, 866 növ mürəkkəb tərkibli dərman-
lar (həblər, məcunlar, siroplar) müəyyən etmiş və onların təsvirini vermişdir. 
Baxmayaraq ki, bütün bu dərmanlar orta əsr qaynaqlarında təsvir olunub, 
müasir zamanda onlar heç vaxt ciddi elmi təhlilin obyekti olmamışdı.  
Ələrbərli ilk dəfə təklif etdi ki, sağlamlığın qorunmasının yeni siste-
mi  ənənəvi Azərbaycan təbabətinin müasir tibb elmi ilə sintezi əsasında -
rində nəşr olunan çoxsaylı kitab və məqalələrində öz əksini tapmışdı. Onun 
uzunmüddətli tədqiqatları nəticəsində, 1 400 termini əhatə edən ilk orta əsr 
Azərbaycan  əczaşılıq terminləri lüğəti tərtib olunmuşdur. Belə bir lüğət bi-
rinci dəfədir ki nəşr olunur.  
Sonuncu “birinciliyi” Fərid  Ələkbərli cari 2003 ildə  (məqalə 2003 
ildə yazılmışdır – red.) qazanmışdır. O, həmkari Akif Fərzəliyevlə birlikdə 
Rusiyada (Sankt-Peteburqda) ilk dəfə olaraq orta əsr Azərbaycan tibbinə 
aid ilk kitabı  nəşr etmişdir. Orta əsr traktatı “Töhvətül-möminin” artıq sa-
tışdadır. Bu, Fərid Ələkbərlinin rusca hazırladığı üçüncü kitabdır…     
Həkimlərin 600-700 il bundan öncə təcrübədə sınadığı şeylər, çox 
güman ki, bizə artıq unutduğumuz bilikləri qaytaracaqdır.  […] 
 
Patterson Jean. 2003. Farid Alakbarov: Researching Baku’s Medical 
Manuscripts. Azerbaijan International Magazine, 11.1, pp.48-53   
________________ 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin