Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,21 Mb.
səhifə29/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   25   26   27   28   29   30   31   32   ...   72
Sifətlərin çoxmənalılığı. Məlumdur ki, sözdə çoxmənalılığı yaradan əsas sə­bəblərdən biri əlamətin oxşarlığıdır və təbii olaraq, sifətlərdə bu proses daha güc­lüdür. Abidənin dilin­də belə sifətlərin çoxluğu bu prosesin qədimliyindən xə­bər verir.

Rəng bildirən «qara» sifətinin çoxmənalılığı daha maraqlıdır. Bu sözdən tö­rə­­­yən yeni mənalar əslindən uzaqlaşmış olsa da, ilkin mənanı nisbətən özündə sax­la­yan müxtəlif sözlər əmələ gəlmişdir. Məsələn: qara (rəng mənasın­da): Qara dü­zən ev bozmaz (qara geyinən ev artmaz, sevinməz) (142). 2. Ölüm, zülüm mə­na­­sında: Qara xəbər yerdə qalmaz (148). Ər də düşər qərə bəxtə, övrət də düşər qə­rə bəxtə (45). 3. Kədər, qəm mənasında: Ər qararar, könli qararmaz (20). Bu­lut­lu gündə könül qaradır (71).

Bundan başqa, aşağıdakı ifadələrdə işlənən qarasınca (ardınca), qaramaq (baxmaq) sözlərinin də əsasında, bizcə,qara sifəti durur: Güc gücə kötü qaradır (158). Çün yoldaşın simüz sevməz sən gir yüyür qarasına (140).

Qara sifətinin polisemik imkanları «Dədə Qorqud Kitabı»ndan başlayaraq bu günümüzə qədər ədəbi dilin bütün mərhələlərində izlənir və təfəkkürün təkamül nəticəsi kimi qiymətləndirilir.

Qara köklü sözləri təhlil edən H.Quliyev göstərir ki, «Kıpçaqqrupu­türk­dil­lərin­­dəbaxmaq, görmək mənalı fellərin əsasında qara feli durur. Qara kökü Azər­baycan dilindəki qaravul, qaravulçu sözlərində də izini qoruyur, Oğuz dillə­rindən türkmən və bir çox başqa türk dillərində (qazax, qaraçay, balkar, qara­qal­­paq, qırğız, uyğur, tatar və s.) qara feli baxmaq, diqqət etmək mənasında ifadə olunur». Azərbaycan dilinin şivələrində də gözünü zilləmək mənasında qaralamax sözü işlədilir. Bu sözlərdəki qara (rəng) seman­tikası ya göz bəbəyi, ya da hədəflə bağlıdır. Bizcə ikinci daha inandırıcıdır. Çünki ardınca məna­sında işlənən qarasına sözündə kölgənin tünd rəngdə olması bu fikri əsaslandırır. Hətta qədim abidələrimizdə «böyük», qüvvətli, əzəmətli məna­sında işlənən «qara» sözünün də rənglə bağlılığını ehtimal etmək olar, çünki bu sifət (qara) əsasən böyük kölgələr yarada bilən, qaraya çalan əşya­larla daha çox işlənmiş və bəzi onomastik vahidlərdə izini qorumuşdur.Məsə­lən: Qarşu yatan qar­lu qara tağlar qaru­yubdur otu bitməz (KDQ, 49). Müasir dilimizdə izincə, arxasınca mənasında işlə­nən «qarabaqara» sözünün də eyni semantik kökdən törəndiyi qənaətindəyik.

Müasir ədəbi dilimizdə «qara» – sifəti rəng bildirmə funksiyasını saxlamış, qalan məna çalarları isə nisbətən arxaikləşmişdir.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin