AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI
MƏHƏMMƏD FÜZULĠ adına ƏLYAZMALAR ĠNSTĠTUTU
VÜSALƏ MUSALI
AZƏRBAYCAN TƏZKĠRƏÇĠLĠK
TARĠXĠ
“Elm vəTəhsil”
BAKI – 2012
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
2
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu elmi şurasının 23-24 noyabr 2011-
ci il 10 saylı iclasının qərarı ilə nəşr edilir.
Elmi redaktor: Azadə MUSAYEVA
filologiya elmləri doktoru, professor
Rəyçi: Nəsib GÖYÜġOV
filologiya elmləri doktoru
Korrektor: Nübar ġÜKÜROVA
Musalı (Səmədova) Vüsalə Azər qızı. Azərbaycan təzkirəçi-
lik tarixi. – Bakı, “Elm və təhsil”, 2012, ___ s.
Monoqrafiyada Azərbaycan ədəbiyyatının ilkin və əvəzsiz qay-
naqlarından hesab olunan təzkirələr tədqiqat obyektinə çevrilmişdir.
Burada Azərbaycan təzkirələrinin təsnifatı aparılmış, təzkirələrin dili,
strukturu, əhatə etdiyi coğrafiya və zaman, tarixi əsərlərin təzkirə hissəsi,
təzkirə xarakterli əsərlər, Azərbaycan təzkirələrinin nəşri vəziyyəti və
tədqiq tarixi öyrənilmişdir.
Kitabda ilk dəfə olaraq Azərbaycan təzkirəçiliyinin XVI-XXI əsrlər
mərhələsi araşdırılmış və azərbaycanlı təzkirəçilərin qırxa yaxın əsəri
müəyyən olunaraq təhlil edilmişdir.
AMEA Əlyazmalar İnstitutu 2012
“Elm və Təhsil” 2012
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
3
MÜNDƏRĠCAT
Ön söz...........................................................................................7
I Fəsil. Azərbaycan təzkirələrinin nəĢri vəziyyəti və tədqiq
tarixi...........................................................................................15
1.1. Təzkirələrin nəĢri vəziyyəti və problemləri........................17
1.2. Təzkirələrin tədqiq tarixi.....................................................29
II Fəsil. Azərbaycan təzkirələrinin təsnifatı...........................41
2.1. Təzkirələrin nəzm və nəsr hissələrinin dili.........................43
2.2. Təzkirələrin strukturu.........................................................44
Təbəqə üsulu ilə yazılmış təzkirələr.................................................44
Əlifba prinsipi əsasında tərtiblənmiş təzkirələr................................45
Coğrafi prinsipə görə yazılmış təzkirələr.........................................46
Xronoloji prinsip əsasında tərtiblənmiş əsərlər................................47
Ədəbi nümunələrin janrlarına görə tərtib olunmuş təzkirələr..........48
Sistemsiz tərtib olunmuş təzkirələr...................................................49
2.3. Təzkirələrin əhatə etdiyi coğrafiya və dövr........................49
Ümumşərq coğrafiyasının şairlərini əhatə edən təzkirələr................49
Ümumazərbaycan təzkirələri............................................................51
Məhəlli təzkirələr..............................................................................51
Zümrə təzkirələri...............................................................................51
Dövr məhdudiyyəti qoyulmayan təzkirələr.......................................52
Müəyyən zaman dilimini əhatə edən təzkirələr................................53
2.4. Təzkirələrin yazıldığı zaman və məkan..............................54
2.5. Tarixi əsərlərin təzkirə hissəsi.............................................59
2.6. Təzkirə xarakterli əsərlər....................................................68
III Fəsil. Azərbaycan təzkirəçiliyinin spesifikası və Osmanlı
təzkirələri ilə oxĢar və fərqli xüsusiyyətləti............................71
3.1. Osmanlı təzkirəçiliyinə bir nəzər........................................73
3.2. Azərbaycan və Osmanlı təzkirələrinin fərqli və oxĢar
xüsusiyyətləri................................................................................82
Təzkirələrin yazılma dinamikası.......................................................83
Təzkirələrin strukturundakı oxşarlıqlar və fərqlər............................86
Təzkirələrin əhatə etdiyi coğrafiya və dil nöqteyi-nəzərindən
fərqlər................................................................................................88
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
4
Müəllifliklə bağlı bənzərliklər və fərqlər..........................................89
IV Fəsil. Azərbaycan təzkirəçiliyinin mərhələləri.................91
XVI əsr
Sam mirzə Səfəvi...........................................................................95
Əhdi Bağdadi...............................................................................105
İbrahim mirzə Səfəvi...................................................................117
Tövfi Təbrizi................................................................................125
XVII əsr
Sadiq bəy Sadiqi..........................................................................131
Nazim Təbrizi..............................................................................155
XVIII əsr
Əliqulu xan Valeh........................................................................165
Lütfəli bəy Azər...........................................................................169
İshaq bəy Üzri..............................................................................179
Sultan Məhəmməd mirzə Bahadır xan Səfəvi.............................183
Əbu Talib xan Təbrizi..................................................................185
XIX əsr
Əbdürrəzzaq bəy Dünbüli Azərbaycani......................................189
Məhəmməd Fazil xan Gorusi......................................................193
Mahmud mirzə Qacar..................................................................197
Seyfüddövlə Sultan Məhəmməd Tağı.........................................203
Bəhmən mirzə Qacar ..................................................................207
Məhəmməd Saleh Şamlu.............................................................213
Hülaku mirzə Qacar.....................................................................215
Xudaverdi xan Qacar...................................................................219
Məhəmməd Bağır xan Qacar.......................................................221
Marağalı Məhəmməd Həsən xan Etimadüssəltənə......................223
Heydərqulu mirzə Qacar..............................................................227
Məhəmmədqulu mirzə Qacar......................................................229
Seyid Əzim Şirvani......................................................................231
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi.....................................239
Əli Rza mirzə Qacar....................................................................243
Mirzə İsa Xəyali Ziyai Ərdəbili...................................................247
Əbülqasım Möhtəşəm Şirvani.....................................................257
Mir Möhsün Nəvvab....................................................................259
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
5
XX əsr
Məhəmməd ağa Müctəhidzadə....................................................273
İbrahim Tahir Musayev...............................................................279
Həsənəli xan Qaradaği.................................................................285
Şəmsəddin xan Həqqi Təbrizi......................................................291
Məhəmmədəli Tərbiyət................................................................295
Qulam Məmmədli........................................................................301
Seyid Əbdülhəmid Xalxali..........................................................305
Əziz Dövlətabadi.........................................................................307
Əli Nəzmi....................................................................................313
Yəhya Şeyda................................................................................315
Məhəmməd Dəyhim....................................................................325
XXI əsr
Şahin Fazil...................................................................................331
Nəticə........................................................................................335
Ədəbiyyat.................................................................................341
Göstəricilər..............................................................................361
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
6
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
7
Elmi araşdırmalarımın hər bir mər-
hələsində mənəvi dəstəyini hiss etdi-
yim, dürüstlüyü, ləyaqəti və şəxsiy-
yətinə qibtə etdiyim, çox dəyərli qa-
yınanam
Sevil Mirbədəl qızı Musayevaya
sonsuz sevgi və minnətdarlıqla...
ÖN SÖZ
Şair təzkirələri ədəbiyyat tarixinin çox dəyərli və əvəzsiz
qaynaqlarındandır. Akademik B.Nəbiyev uzaq keçmişimizə dair
poetik irsin toplanıb tədqiq edilməsində, ədəbi fakt və hadisələrin
tarixlərinin dürüstləşdirilməsində, filoloji tədqiqatların aparılma-
sında, nəhayət, ədəbiyyat tarixlərinin və ayrı-ayrı poetik simalara
həsr olunmuş monoqrafiyaların yazılmasında ilk məxəz kimi təzki-
rələrin çox böyük əhəmiyyəti olduğunu önəmlə vurğulayır
1
.
Sözün həqiqi mənasında, əgər təzkirələr qələmə alınmasaydı,
bu gün bir çox şairin adı ədəbiyyat tarixindən silinəcəkdi. Məsələn,
Sam mirzənin “Töhfeyi-Sami” və Sadiq bəy Əfşarın “Məcməül-
xəvas” təzkirələri Səfəvi dövrü Azərbaycan ədəbiyyatı tarixinin
önəmli mənbələrindəndir. Əhdi Bağdadinin “Gülşəni-şüəra”sı isə
Bağdadda yaşayıb-yaratmış azərbaycanlıların, eləcə də Osmanlı
ölkəsinə mühacirət etmiş şairlərimizin həyat və yaradıcılığını öy-
rənmək baxımından böyük əhəmiyyət kəsb edir. Yalnız azərbay-
canlı təzkirəçilərin deyil, həm də Orta Asiya və Osmanlı müəlliflə-
rinin qələmə aldığı təzkirələr Azərbaycan ədəbiyyatı tarixinin mü-
hüm mənbələrindən hesab oluna bilər. Osmanlı təzkirələri üzərin-
də apardığımız araşdırmalar bunu bir daha təsdiq edir. Belə ki, təd-
qiqatlar nəticəsində məlum olmuşdur ki, XVI-XX əsrlərdə qələmə
alınmış Osmanlı təzkirələrində təxminən 60 nəfərə yaxın Azərbay-
1
Nəbiyev B. Şahinin qanadları: (“Təzkireyi-Şahin” haqqında rəy) / «Elm» qəze-
ti. - 2002. - 19 oktyabr.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
8
can şairinin həyatı, yaradıcılığı və əsərlərindən nümunələr öz əksi-
ni tapmışdır. Bu şairlərin yarıya qədəri məhz Osmanlı təzkirələrin-
də xatırlanmış, fəqət Azərbaycanda tədqiq olunmamışdır
2
.
Azərbaycan təzkirələri dedikdə, müəlliflərin milli mənsubiy-
yətini əsas götürürük. Belə ki, yazıldığı dildən və məkandan asılı
olmayaraq, azərbaycanlı müəlliflərin qələmə aldıqları təzkirələri
Azərbaycan təzkirələri hesab edirik. Məsələyə orta əsrlər dövrü-
nün prizmasından yanaşdıqda, burada “Azərbaycan təzkirələri” və
“azərbaycanlı təzkirəçilər” ifadələri də müəyyən qədər şərti xarak-
ter daşıyır. Çünki həmin dövrə nəzər saldıqda, coğrafi vəziyyət ba-
xımından Rum və Orta Asiya, dil xüsusiyyətləri baxımından Os-
manlı və Cığatay ədəbiyyatları arasında qalmış böyük bir türk-
oğuz topluluğunun olduğunu görürük. Bu topluluq Qaraqoyunlu,
Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar səltənətlərini qurmuş və idarə
etmiş, Azərbaycan türkcəsində danışmış türk soylu ellərin məcmu-
sundan ibarətdir. Əsas etibarilə Azərbaycanda yaşamalarına rəğ-
mən, dövrün hərbi-siyasi prosesləri fonunda ölkəmizin tarixi-coğ-
rafi hüdudlarını aşaraq, Şərqi Anadoluya, İraqa, İrana yayılan bu
topluluq vahid bir etnosu (ulusu) təşkil etmiş, özlərini Osmanlı və
Orta Asiya türklərindən fərqləndirmişlər
3
. Bu ulus vahid siyasi qu-
ruluşa, mədəniyyətə, ədəbiyyata malik olmuşdur. Bu gün biz onla-
rın yaratdıqları tarixi, mədəniyyəti və ədəbiyyatı “Azərbaycan tari-
xi”, “Azərbaycan mədəniyyəti” və “Azərbaycan ədəbiyyatı” adı al-
tında ümumiləşdiririk. Gerçəklikdə isə bu məfhumların Azərbay-
can coğrafiyasının çox-çox ötəsinə varan anlayışlar olduqlarını gö-
rürük. İzzəddin Həsənoğlu Xorasanda, Qazı Bürhanəddin Orta
Anadoluda, Məhəmməd Füzuli İraqda yaşayıb-yaratmalarından
asılı olmayaraq, onların Azərbaycan ədəbiyyatı nümayəndələri ol-
duqları şübhə doğurmur. Çünki burada Azərbaycan məfhumu coğ-
2
Bax: Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri. Bakı, Nurlan,
2009, 368 s.
3
Bax: Буниятов З.М., Эфендиев О.А. От редакторов // Фазлуллах ибн Руз-
бихан Хунджи. Тарих-и алам-ара-йи Амини. Баку, 1987, с.5; Kərimov P.Ə.
XVII əsr anadilli Azərbaycan lirikası. Bakı, 2011, s.22-23.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
9
rafi deyil, etno-mədəni bir mühiti ifadə etməkdədir. Məhz bu sə-
bəbdəndir ki, bu geniş coğrafiyanın harasında yaşayıb-yaratma-
larından asılı olmayaraq, özləri və ya əcdadları Azərbaycanın müx-
təlif şəhər və bölgələrində doğulmuş, bu şəhər və bölgələrin adları-
nı özlərinə nisbə seçmiş müəlliflərlə yanaşı, Azərbaycan xalqının
tarixində və etnogenezində fəal iştirak etmiş şamlu, qacar kimi
türk-oğuz boylarının nümayəndələri də “azərbaycanlı təzkirəçilər”
sırasına daxil edilmişlər.
Azərbaycanlı təzkirəçilər tərəfindən qırxdan artıq təzkirənin
qələmə alınmasına baxmayaraq, bunların çox az qismi tədqiqata
cəlb olunmuş və nəşr edilmişdir. İndiyə kimi bəzi Azərbaycan təz-
kirələri – Sadiq bəy Əfşarın “Məcməül-xəvas”ı, Marağalı Məhəm-
mədhəsən xan Etimadüssəltənənin “Xeyrati-hesan”, Seyid Əzim
Şirvaninin “Təzkirə”si, Məhəmməd ağa Müctəhidzadənin “Riya-
zül-aşiqin”i, Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbay-
can”ı, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab”ı, Şahin Fazilin
“Təzkireyi-Şahin”i respublikamızda işıq üzü görmüşdür.
Bu qeyd olunanlardan əlavə, AMEA Əlyazmalar İnstitutunun
əməkdaşları tərəfindən Sam mirzənin “Töhfeyi-Sami”si, Əziz
Dövlətabadinin “Süxənvərani-Azərbaycan”ı və Qulam Məmmədli-
nin “Təzkirə”si nəşrə hazırlanmaqdadır. Əhdi Bağdadinin “Gül-
şəni-şüəra”sının Sankt-Peterburq nüsxəsi Ədəbiyyat İnstitutunun
əməkdaşı V.Feyzullayeva tərəfindən nəşrə hazırlanmış, ancaq çap
olunmamışdır.
Azərbaycan təzkirəşünaslığının qarşısında mühüm məsələlər
durmaqdadır və bir çox təzkirələr öz tədqiqatçılarını gözləməkdə-
dir. Belə ki, Azərbaycan təzkirəçilik tarixi sistemli şəkildə öyrənil-
məli, Azərbaycan təzkirələri nəzəri baxımdan tədqiqata cəlb olun-
malı, XVI əsrdən XXI əsrə qədər qələmə alınmış Azərbaycan təz-
kirələri Azərbaycan dilinə tərcümə və ya transfoneliterasiya olun-
duqdan sonra təzkirələr dövrün ədəbi fonunda təhlil edilməli, təz-
kirələr əsasında ədəbi tənqidin, şairlərarası münasibətin, tərcümə
sənətinin, Azərbaycan ədiblərinin digər xalqların nümayəndələri
ilə ədəbi və mədəni əlaqələrinin tarixi öyrənilməlidir. Təzkirələrin
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
10
tədqiqata cəlb olunması ilə klassik Azərbaycan ədəbiyyatını zən-
ginləşdirmək və adları sadəcə təzkirələrdə xatırlanmış şairləri üzə
çıxarmaq mümkündür.
Məhz bu səbəbdən monoqrafiyada XVI-XX əsrlər Azərbay-
can təzkirəçiliyini araşdırmaq üçün qarşıya aşağıdakı vəzifələr qo-
yulmuşdur:
Azərbaycan təzkirələrinin nəşri vəziyyəti və tədqiq tarixi-
ni araşdırmaq;
Azərbaycan təzkirələrinin təsnifatını aparmaq;
Təzkirələrin dil-üslub xüsusiyyətlərini təhlil etmək;
Təzkirələrin strukturunu müəyyənləşdirmək;
Azərbaycan təzkirələrinin əhatə etdiyi coğrafiya və dövrü
öyrənmək;
Təzkirələrin yazıldığı zaman və məkanı aydınlaşdırmaq;
Azərbaycan müəlliflərinin qələmə aldığı tarixi əsərlərin
təzkirə hissəsini tədqiqata cəlb etmək;
XX əsrdə çap olunmuş təzkirə xarakterli əsərlərə nəzər
salmaq;
Azərbaycan təzkirələrinin özünəməxsus cəhətlərini üzə
çıxarmaq və Osmanlı təzkirələrindən fərqli xüsusiyyətlə-
rini araşdırmaq;
XVI-XXI əsr Azərbaycan təzkirəçilərinin həyat və yara-
dıcılığını nəzərdən keçirmək, təzkirələrin strukturunu,
əsas cəhətlərini, özəlliklərini şərh etmək, əlyazma nüsxə-
ləri haqqında məlumat vermək.
Azərbaycanlı müəlliflər tərəfindən şairlərdən bəhs etməyən
və başqa mövzuları əhatə edən təzkirələr də qələmə alınmışdır
4
.
Bu əsərlər şair təzkirələri olmadığı üçün tədqiqat obyektimizdən
kənarda qalmışdır.
4
Xacə Nəsrəddin Tusi. Təzkirə (“Ağazü əncam”, “Məbdə və məad” – “Başlan-
ğıc və son”). Bakı: 2002, 70 s.; Şeyx Səfi təzkirəsi (“Səfvətüs-səfa”nın XVI əsr
türk tərcüməsi). Bakı: 2006, 932 s.; Şah Təhmasibin təzkirəsi. Bakı: 1996, 128
s.; Hacı Şıxəli Feyzullazadə. Təzkirətül-övliya. Bakı, 1917, 78 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
11
Monoqrafiyada Azərbaycan təzkirəçiləri haqqında məlumat
verərkən xronoloji prinsipi əsas götürmüşük. Hər bir təzkirəçidən
bəhs olunarkən onun həyatı və yaradıcılığı haqqında qısa məlumat
verilmiş, əsas diqqət isə təzkirəsinə yönəldilmişdir.
Apardığımız tədqiqatlar nəticəsində məlum olmuşdur ki,
azərbaycanlı təzkirəçilər bu janrda 46 əsər qələmə almışlar. XVI
əsrdə dörd, XVII əsrdə iki, XVIII əsrdə beş, XIX əsrdə iyirmi iki,
XX əsrdə on iki, XXI əsrdə bir təzkirə yazılmışdır.
Azərbaycan təzkirəçiliyinin tədqiq tarixinə nəzər salsaq görə-
cəyik ki, Azərbaycan təzkirəçilik tarixi kompleks şəkildə araşdırıl-
mamışdır. Belə ki, bəzi təzkirələr tədqiqatçıların diqqət mərkəzin-
də olmuşdur. Ayrı-ayrı monoqrafiya, dissertasiya və məqalələrdə
tədqiqat obyektimiz olan mövzunun müəyyən problemlərinə toxu-
nulmuşdur. Monoqrafiyada K.Talıbzadə, S.Rüstəmov, N.Qarayev,
Q.Kəndli, Ə.Xələfov, A.Muayeva, M.Muradova, M.Məmmədova,
T.Həsənzadə, M.İsen, F.Kılıç, Ö.Bayram, S.Solmaz, K.Məmmə-
dova, A.Topalova, J.Şükürova və başqa alimlərin Azərbaycan təz-
kirəçiliyi ilə bağlı tədqiqatları, fikirləri, mülahizələri nəzərə alın-
mışdır.
Azərbaycan təzkirələri üzərində araşdırmalarımıza 2001-ci il-
dən başlamışıq. On bir il ərzində türk təzkirələri üzərində sistemli
tədqiqatlar aparmağa, Azərbaycan və Osmanlı təzkirəçiliyinin
araşdırılmamış səhifələrini tədqiq etməyə səy göstərmişik. Hələ
2004-cü ildə “XX əsr Azərbaycan təzkirəçiliyi” adlı magistr dis-
sertasiyası, 2006-cı ildə isə “XV-XVII əsrlər türk təzkirələrinin
strukturu və spesifikası” mövzusunda namizədlik dissertasiyası tə-
rəfimizdən müdafiə olunmuşdur. Bunlardan əlavə, “XV-XVII əsr-
lər türk təzkirəçiliyi” və “Osmanlı təzkirələrində Azərbaycan şair-
ləri” adlı monoqrafiyalarımız işıq üzü görmüşdür. “Türk təzkirəçi-
liyi: biblioqrafiya” adlı kitabımızda isə Azərbaycan, Osmanlı və
Orta Asiya şair təzkirələrinin müxtəlif kitabxanalarda saxlanılan
əlyazma nüsxələrinin elmi-paleoqrafik xüsusiyyətləri verilmiş, təz-
kirələrə həsr olunmuş kitab, məqalə və dissertasiyaların biblioqra-
fik təsviri yer almışdır.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
12
Təzkirələrə dair tədqiqatlarımız qırxdan artıq məqalədə öz
əksini tapmış, eləcə də Azərbaycanda və xaricdə təşkil olunmuş 19
beynəlxalq elmi konfransda təzkirələrin öyrənilməsinə həsr olun-
muş məruzələrimiz dinlənilmişdir.
Təzkirələr üzərində işə başladığımız zaman ilk öncə təzkirə-
lərin biblioqrafiyası hazırlanmış, bundan sonra Azərbaycan təzki-
rələrinin dünyanın müxtəlif əlyazma xəzinələrinə səpələnmiş əl-
yazmaları, təzkirələrin elmi-tənqidi mətnlərinin nəşri, çap olunmuş
məqalələr, monoqrafiyalar, müdafiə olunmuş dissertasiyalar və s.
dəqiqləşdirilmiş və nəzərdən keçirilmişdir.
Bu kitab hazırlanarkən tərəfimizdən mövcud Şərq əlyazma
kataloqları bir-bir nəzərdən keçirilmiş, azərbaycanlı müəlliflərin
həyatı, yaradıcılığı və təzkirələri haqqında məlumat toplanılmışdır.
Azərbaycanlı müəlliflərin təzkirələrinin böyük bir qismi əldə edil-
mişdir. Bundan əlavə, Türkiyə və İranın müxtəlif kitabxanalarında
da araşdırmalar aparılmışdır. Nəticədə, adı Azərbaycan oxucusuna
tanış olmayan neçə-neçə təzkirəyə dair məlumatları əsərə daxil et-
mişik.
Son olaraq, məni təzkirələr üzərində araşdırmalara yönləndi-
rən, istiqamət verən elmi rəhbərim prof. Azadə Musayevaya dərin
minnətdarlığımı bildirirəm. Dəyərli məsləhətlərinə görə f.e.d. Nə-
sib Göyüşova xüsusi təşəkkürümü çatdırıram.
Mövzuya dair ədəbiyyatın əldə edilməsində göstərdikləri kö-
məyə görə Prof. Dr. Filiz Kılıça, Hacı Mustafa Əliyevə, Dos. Nailə
Süleymanovaya, Jalə Şükürovaya, Yrd. Doç.Dr. Ömər və Pərvanə
Bayrama, Prof. Dr. Namiq Açıqgözə, Doç. Dr. Süleyman Solmaza,
Yrd. Doç.Dr. Tuba Işınsu Durmuşa, Doç. Dr. Gencay Zavotçuya,
Doç. Dr. Aysun Eydurana sonsuz minnətdarlığımı ifadə edirəm.
Monoqrafiyanın korrektə olunmasına əmək sərf etmiş BDU-
nun Nəşriyyat işi və redaktəetmə ixtisasının III kurs tələbələrinə və
xüsusilə Nübar Şükürovaya təşəkkürümü bildirirəm.
Mənəvi dəstəyinə görə çox dəyərli ailəmə təşəkkürlərimi çat-
dırıram.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
13
Təzkirələrə həsr olunmuş çoxsaylı araşdırmaların müəllifi
olan müəllimim dos. Əşrəf Xələfovu və Əlyazmalar İnstitutunun
mərhum direktoru f.e.d. Məmməd Adilovun hörmətlə yad edir və
onlara Allahdan rəhmət diləyirəm.
Onu da qeyd edək ki, Azərbaycan təzkirəçilik tarixinin sis-
temli şəkildə araşdırılması tərəfimizdən həyata keçirilən ilk təşəb-
büsdür. Bu cəhəti diqqətə alsaq, burada gözdən qaçan məqamların
olması mümkündür. Mütəxəssislərin bu amili nəzərə almalarını xa-
hiş edir və söyləyəcəkləri irad və təkliflərə görə onlara əvvəlcədən
minnətdarlığımızı bildiririk. Kitabın ədəbiyyatşünaslığımıza və
təzkirəşünaslığımıza faydalı olması ümidi və arzusu ilə…
Dostları ilə paylaş: |