Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə36/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   32   33   34   35   36   37   38   39   ...   88

 

1. “Azərbaycan  nağılları”, I cild, Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005.  

2. “Azərbaycan  nağılları”, III cild, Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005.  

3. “Azsaylı xalqların folkloru”, I kitab, tərtib edən Mətanət Yaqubqızı, Bakı, “Elm və təhsil”, 

2014. 

4. Baloğlan Şəfizadə, “Zərdüşt, Avesta, Azərbaycan…(Maq sivilizasiyası)”, Bakı, “Elm”, 



1996. 

5. Georgi Keçaari, “Orayn”, udi dilində, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 2001. 

6. Georgi Keçaari, “Udilərdə ənənəvi toy  mərasimləri”, Gəncə, “Agah” nəşriyyatı, 2003. 

7. İbrahim Dağlı, “Həyat təranələri”, Bakı, Şirvannəşr, 2006. 

8. İshaq Abram, “Eşitdiklərim, gördüklərim, düşündüklərim”, Bakı, Şirvannəşr, 2010. 

9. “Koroğlu” dastanı, “Lider nəşriyyat”, Bakı, 2005. 

10. Qəmərşah Cavadov, Rauf Hüseynov, “Udilər”,  Bakı, “Elm” nəşriyyatı, 1999. 

11. Q. Voroşil, “Qafqaz Albaniyası”, Bakı, “Öyrətmən”, 1993. 

12. “Ocaq başında rəqs”, udi folkloru nümunələri, torplayanı və tərtib edəni Georgi Keçaari

Gəncə, “Agah” nəşriyyatı, 2002. 

13. Oğuz rayonunun statik göstəriciləri (məcmuə), Oğuz, 2014 

14. Rəşid Göyüşöv, “Qarabağın keçmişinə səyahət”, Azərbaycan Dövlət Nəşriyyatı,  Bakı 

1993.  

15. Simax Şeyda, “Sevdalı gözlər”, Bakı, “Araz” nəşriyyatı, 2008, 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

201

 

 



 

 

Xülasə 



Oğuz  tolerant  rayondur.  Burada  15-dən  çox  xalqın  və  etnik  qrupun  nümayəndələri  dinc, 

yanaşı,  dostluq  və  qardaşlıq  şəraitində  yaşayırlar.  Oğuzun    köklü  sakinlərindən    olan  udilərin  və 

yəhudilərin    özlərinə  məxsus  folkloru,  ədəbiyyatı  və  maddi  mədəniyyəti  var.  Azərbaycan  dili, 

Azərbaycan  ədəbi  təfəkkürü,  Azərbaycan  etnopsixologiyası  bu  xalqların  ortaq  mənəvi  dəyərlərini 

xarakterize edir.                                                    

Yusif Rzaev 

The common values and identity of the jewish and kurs living in Oguz 

Summary 


Oghuz is a tolerant region. More than fifteen peoples and ethnical groups representatives live 

here side by side in the condition of peace,  friendship and brotherhood. Oghuz rooted citizens  of 

udis,  jewish  have  their  own  folk,  literature  and  material  culture.  The  Azerbaijani  literary  and 

Azerbaijani ethnical psychology characterize these peoples partners spiritual values.  

 

 

 



 

 

 



 

 

 



Məhəbbət Paşayeva, tarix üzrə elmlər doktoru 

ADİU “Azərbaycan tarixi” kafedrasının professoru 

AMEA Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi 

pashayeva.m@gmail.com 

 

ŞAHDAĞ XALQLARININ FOLKLOR ƏNƏNƏLƏRİNDƏ ALBAN İZLƏRİ 

 

Açar sözlər: etnos, etnik tarix, əfsanə, ənənə 

Keywords: ethnos, ethnic history, tradition, legend 

 

Azərbaycanın  etnik  cəhətdən  rəngarəng  bölgələrindən  olan  Qubada  yerləşən  Buduq  Qrız, 



Hapıt,  xüsusilə  də  Şahdağının  ən  yüksək  zirvəsində  yerləşən  Xınalıq  kəndləri  Qafqaz  dağları 

arasında  həm  kəndlərin  memarlıq  quruluşu  baxımından,  həm  də  burada  məskun  olan  etnosların 

unikallığı  baxımından    tarixin  və  təbiətin  yaratdığı  özünəməxsus  bir  etnoqrafik  qoruqdur.    Bu 

kəndlərdə  kompakt  olaraq  məskun  olan  xınalıqlılar,  buduqlar,  qrızlar    müstəqil  etnik  qruplar  kimi 

öz  kəndlərinin  adı  ilə  tanınırlar.  Qrız  etnosuna  Hapıt,  Cek  və  Əlik,  Ərgüc  kəndlərində  yaşayan 

hapıt, əlik, çek etnik qrupları da aid edilir. Bu kəndlərin əhalisi qrızlarla qohum qruplar sayılır və  

onlar qrız dilinin müvafiq dialektlərində danışırlar.  

Keçmişin  unikal  mirası  olan  xınalıqlar,  qrızlar,  buduqlar  dünyanın  etnik  xəritəsində  yalnız 

Azərbaycanda qeydə alınmış nadir etnoslardandır. Şahdağ ətrafında məskunlaşdıqlarına görə  tarixi 

–etnoqrafik    ədəbiyyatda  “Şahdağ  etnik  qrupları”  və  ya  “Şahdağ  xalqları”  kimi  qruplaşdırılan 

xınalıqlar,  qrızlar,  buduqlar  əlçatmaz  dağların  arasında,  demək  olar  ki,  təcrid  olunmuş  şəkildə 

yaşadıqlarına  görə  dillərini,  özünəməxsus  yaşayış  tərzlərini,  qədim  mərasim  və  məişət,  həmçinin 

təsərrüfat ənənələrini günümüzədək mühafizə edə bilmişlər.   

Yüksək  dağ  silsilələri  əhatəsində  yaşayan,  keçilməz  yolları  olan  və  belə  coğrafi  mövqeyinə 

görə  təcrid  olunmasına  baxmayaraq  xınalıqlar,  buduqlar,  qrızlar,  həmçinin  qrız  etnik  qrupuna  aid 

edilən  hapıtlar,  çeklər,  əliklər  haqqında,  onların  etnik  mənsubiyyəti,  dili,  məişəti,  məşğuliyyəti, 

inamları haqda hələ XVIII əsrdən  bir sıra tarixi-etnoqrafik məlumatlar  dərc edilməyə başlamışdır 

(5,  .s.75-149;  6,  s.97;  2;  8,  s.238;  7,  s.122).  Qafqaz  haqda  məlumat  verən  XIX  əsr  müəllifləri 

Şahdağın zirvəsində “canlı  tarixin” yaşadığını yazırdılar(7,s.122).  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

202

 

 



 

 

XIX əsrə aid mənbələrdə bu dağlar arasında məskən salmış bu etnosların etnik xüsusiyyətləri 



barədə  məlumatlar  verilir,  xüsusilə  də,  xınalıqların  öz  etnik  xüsusiyyətləri  ilə  digər  Şahdağ 

xalqlarından daha çox fərqləndiyi  qeyd olunurdu. Qeyd etmək lazımdır ki, Şahdağ etnik qrupuna 

daxul  edilən  qrızlar,  buduqlar,  hapıtlar  müəyyən  təbii-iqtisadi  səbəblərdən  tədricən  Azərbaycanın 

digər ərazilərində də yayılaraq  bir sıra kəndlər və obalar salsalar da, xınalıq etnosu kompakt halda  

hər zaman öz kəndində  yaşamaqda davam etmişdir.  Odur ki, Azərbaycan Respublikası ölkəmizin 

zəngin mənəvi irsinin, Xınalıq etnosunun, xınalıq mədəniyyətinin unikal xüsusiyyətlərinin qorunub 

saxlanması üçün Xınalıq kəndi ərazisini Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edərək 

bununla da onu bəşəriyyətin ortaq  mirası kimi dəyərləndirilməsinə nail olmuşdur. 

XIX  əsr  rus  müəlliflərindən  Leqkobıtov  xınalıqlıların  xarici  görünüşlərindən  bəhs  edərkən 

“onların  çoxunun  hündürboylu,  gözəl  üz  cizgiləri  olan,  sarışın,  xurmayı  saçlı,  göy  və  mavi  gözlü 

olduğunu”  yazırdı(7,  s.123).  Qeyd  etmək  lazımdır  ki,  bu  gün  də    xınalıqlılar  eyni  özəlliklərə 

sahibdirlər. Strabon da albanların hündürboylu  və  gözəl  üz  cizgilərinə  sahib  olduğunu  qeyd edirdi 

(Strabon kn. XI. c. IV. s. 476).   

 Şahdağ  xalqları  Azərbaycanın  qədim  dövləti  olan  Qafqaz  Albaniyasında  Alban  tayfa 

ittifaqına daxil olan hər və qat kimi alban tayfalarının birbaşa varislərindəndirlər. Xınalıqlılar     qat 

tayfalarının,  qrızlar,  hapıtlar  isə    hər  tayfalarındandırlar.  Şahdağ  etnik  qrupuna  daxil  edilən 

etnosların  hər  birinin  etnik  özünüadlandırmasında  hər  qat  kimi  qədim  alban  etnonimləri  özünü 

büruzə verməkdədir.  Xınalıq, qrız, hapıt, buduq etnonimləri isə onlara ətraf  bölgələrin əhalisinin 

verdiyi addır.  Əslində  xınalıqlılar öz kəndlərini Ketiş, özlərini isə kəttid, cəm halda ketş xalq və ya 

kəttidur adlandırırlar. Qeyd etmək lazımdır ki, bu spesifik adları xınalıqlar ancaq öz dillərində bir-

birilə  ünsiyyət  zamanı  işlədirlər.    Xınalıqların  kəttid  etnik  özünüadlandırmasındakı  -id  şəkilçisi 

xınalıq  dilində  mənsubiyyət  bildirir(  1,  s.57).  Bizim  etnoqrafik  müşahidələrimizdən  də    məlum 

olduğu kimi, onların dilində di cəm şəkilçisidir. Belə ki, xınalıqlar Qaley-Xudat kəndinin əhalisini 



kalçid,  Cek  əhalisini  inçid,  əlikliləri  lekid,  Haput  əhalisinin    hinpid,  Qrız  kəndi  əhalisini  hottud

Buduq  kəndi  əhalisini  budoqud  vəs.  adlandırırlar.  Maraqlıdır  ki,  xınalıqlıları  buduq  və  qrızlar  da 



qetdi adlandırır.  Göründüyü kimi kəttid, ketş və ya qetdi etnik adının içində kət, qat(xınalıqlıların 

bunu khət şəklində tələffüz edirlər) etnonimi öz əksini tapmışdır.  Kət və ya qat etnoniminə  antik 

mənbələrdə  rast  gəlinməkdədir  (Favst  Buzand,  kn.III,ql.7;  Pliniy,VI,17).  Ket  tayfalarını  Qafqazda 

məskun  olduğunu  yazılır(yenə  orada).  Qat  tayfalarının  Qafqaz  Albaniyasında  yaşayan  alban 

tayfalarından biri olduğu məlumdur. Bu baxımdan xınalıqların etnik özünüadlandırmasındakı khət, 

ketş adı onları qat alban tayfası ilə əlaqələndirməyə əsas verir. 

Apardığımız  etnoqrafik  müşahidələrə  əsaslanaraq  deyə  bilərik  ki,  haputlular  özlərini  hər

qrızlıları  isə hərəd  adlandırırlar.    Maraqlıdır  ki,  30-cu  illərdə  Hapıt  kəndində  hapıtlıların  özlərinə 

hereti  dediyi  də  qeyd  olunmuşdur  (1,  s.60).  Buduqlar  da  qrızları  qerad,  qrızlar  isə  öz  kəndlərini 

qərəz adlandırırlar. Hapıtlıları Əlik kəndində horud,  Cek kəndinfə  isə  herud adlandırırlar. Bütün 

variantlarda  hapıtlıların  hər  etnik  özünü  adlandırması  özünü  büruzə  verir.  Qrızların  isə  etnik 

özünüadlandırması xərəzdir. Qrızlılar  Qrız kəndini də Qərəz adlandırır. Qərəz toponimində də hər 

etnonimi  qər  formasında  özünü  göstərir.  Vaxtilə    qrızların  bir  qrupunun  yaşadığı  Ərgüc  kəndinin 

adında  da  fonetik  dəyişikliyə  uğramış    hər  etnonimi  əks  olunmuşdur.  Buduqlar  da  qrızları  qərəd 

adlandırır. Göründüyü kimi,  haput  və qrızların  etnik  özünüadlandırmasının bütün  formalarında və 

toponimlərdə hər və ya qər komponenti iştirak edir.  Sonluqdakı əd şəkilçisi isə yer, mənsubiyyət 

ifadə  edir  və  “hərlərin  yeri”  kimi  izah  olunur.    Beləliklə  də,  qrız  və  hapıtların  etnik 

özünüadlandırması onların alban tayfalarından olan hərlərin varisləri olmasını söyləməyə əsas verir. 

Mövcud  tarixi  mənbələr,  həmçinin  etnoqrafik  materiallar  da  müasir  xınalıq,  buduq,  qrız  və 

hapıtların  əcdadlarının  qədim  alban  tayfalarından  olan  hər  və  qat  tayfaları  ilə  etnoqenetik  bağları 

olduğunu göstərir. Erkən orta əsr mənbələrində Qafqaz Albaniyasında Xeni, Bex (Bed), Qər (Hər) 

Hornabuc, Hərənta kimi vilayət və şəhərlərin adı çəkilir. Mənbələrdə Xeni, Hər və Bed və ya Bex 

kimi  alban  vilayətilərinin,  həmçinin  Hornabuc  şəhərinin  Qafqaz  Albaniyasının  şimal-qərb 

sərhədlərində bir-birinin  qonşuluğunda, Şəki, Kambisena kimi vilayətlərin yaxınlığında yerləşdiyi 

qeyd  olunur  (9,s.  41.).  Həmçinin  hər  və  qat  tayfalarının  da  məhz  bu  ərazilərdə  -Alazan  və  İori 

çayları vadisində məskun olduğu  mənbələrdə göstərilməkdədir.     Qrızların, eyni zamanda onlarla 

qohum qrupa aid edilən hapıtların etnik özünüadlandırmasında da  öz əksini tapmış Qər və ya Hər   



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

203

 

 



 

 

vilayətinin adı da V əsrə aid mənbələrdə Albaniyanın  şimal-qərb sərhədlərində çəkilir(10,s.48). XI 



əsrə  aid  mənbələrdən  Hərəntanın  da  bu  bölgədə-Alazan  və  İori  çaylarının  qovşağında    yerləşdiyi 

məlum  olur(yenə  orada).  Hapıt  kəndinin  adı  Ptolomeyin  Albaniyada  adını  çəkdiyi  Hobota 

(Ptolomey,V,XI, 6) yaşayış məskəni ilə də əlaqələndirilir (4, s.160).  

Qat  və  ya  ket  tayfaları  Qafqaz  Albaniyasının  şimal–qərbində    Qafqaz  Albaniyasının  Xeni 

mahalında    yaşayan  alban  tayfaları  olmuşlar.  Mənbələrdə  Ərəb-Xəzər  müharibələri  dövründə 

Qafqaz  Albaniyasının  dağılan  şəhər  və  kəndləri  ilə  bağlı  bir  çox  məlumatlar  var.  Mənbələrdə 

Alazan  və  İori  çaylarının  qovşağında    yerləşən(şimal-qərb)  və  VII-VIII  əsrlər  boyu  davam  edən 

ərəb-xəzər  müharibələri  zamanı  dağıdılmış  bir  çox  alban  vilayəti  sırasında  Xeni,  Bies,  Hərənta( 

Hereti)nin də  adı çəkilir. 

Yuxarıda qeyd olunan məlumatlardan aydın olur ki, Xınalıq, Qrız və  Buduq kimi toponimlər 

əslində  eyni  adlı  etnosun  deyil,  erkən  orta  əsrlərə  aid  mənbələrdə  adı  çəkilən  və  Qafqaz 

Albaniyasının  şimal-qərbində  yerləşən  hər,  qat  tayfalarının  məskun  olduğu  yuxarıda  adı  çəkilən 

mahalların adını əks etdirir. Bu məlumatı mövcud etnoqrafik və folklor materialları da təsdiq edir. 

Qeyd etmək lazımdır ki, xınalıqlılar özləri də əcdadlarının Xeni şəhərindən gəldiyini  söyləyirlər. və 

Xınalıq kəndinin adı da əslində xe(ə)nililərin yeri kimi izah olunur.  

Xınalıq kəndinin  yaranması  haqqında  yerli  əhali  arasında bizim müşahidə etdiyimiz bir çox 

rəvayətlər  mövcuddur.  Xınalıq  əhalisi  arasında  mövcud  olan  bir  rəvayətə  görə,  Nuh 

peyğəmbərin tufanı  dövründə  Ketş  əhalisi  (yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  Xınalıq  əhalisi  öz 

kəndlərini  belə  adlandırırlar)  Ketş  dağlarında  yerləşirdi.  Sonradan     zəlzələ  zamanı  orada  bütün 

evlər dağılmış,  heç  bir ev salamat  qalmamışdı.  Sağ qalan insanlar dağa qalxaraq Xınalıq kəndinin 

əsasını  qoymuşlar.  Dəniz  səviyyəsindən  2000  metrdən  də  artıq  yüksəklikdə  yerləşən  kənd 

ərazisində  rast  gəlinən balıqqulağı və  daşlaşmış balıq sümüklərini də  Xınalıq  əhalisi  burada  bir 

vaxtlar baş vermiş tufan və daşqının işarəsi və bu rəvayətin təsdiqi kimi göstərirlər. Hətta yerli əhali 

arasında müqəddəs hesab edilən Tufan gölündə Nuh gəmisindən qalma taxta parçasının üzdüyünə 

inanılır.  Yerli əhali əfsanəvi Xeni şəhərinin Tufan dağının o tayında yerləşdiyini söyləyirlər. Qeyd 

etmək lazımdır ki, Tufan dağının o tayı həm tarixi Qafqaz Albaniyasının yuxarıda adını çəkdiyimiz 

vilayətlərinin  yerləşdiyi  ərazini,  yəni  müasir  Azərbaycan  Respublikasının  şimal-qərb  bölgəsini 

əhatə edir. XIX əsrə aid mənbələrdə də Azərbaycanın şimal-qərb hissəsindən  Xınalıq, Qrız, Buduq 

ərazisinə  qarlı  dağ  aşırımlarından  keçən  yol  barədə  məlumat  verilir  (3,s.394).  Yerli  əhalinin 

söylədiklərindən  də  məlum  olur  ki,  XIX  əsrə  qədər  Şahdağı  ətrafındakı  kəndlərin  əhalisi  Tufan 

dağının  o  tayı  ilə  əlaqələrini  kəsməmişdilər  və  dağ  aşırımlarından  keçərək  Azərbaycanın  şimal-

qərbinə  qışlamağa  gedirdilər.  Görünür,  elə  bu  səbəbdən-  əcdadlarının  Tufan  dağının  o  tayından 

gəlməsi  ilə  bağlı  olaraq  Xınalıq,  Qrız,  Hapıt,  Buduq  kəndlərini  Azərbaycanın  şimal-qərbini  əhatə 

edən  Şəki-Zaqatala  bölgəsindən  ayıran  Tufan  dağı,  həm  də      eyni  adlı  Tufan  gölü  yerli  əhali 

arasında  müqəddəs  hesab  edilir.    Burada  əcdadlarının  ruhu  olduğuna  inanılır.  Bu  məlumatlar, 

xınalıq  rəvayətlərində  adı  çəkilən  Xene  şəhərinin  erkən  orta  əsr  Qafqaz  Albaniyasının  qərb 

vilayətlərindən olan Xeni ilə bağlı olmasını təsdiq edir. 

Hapıtlılar arasında da əcdadlarının indiki Hapıt kəndinə ərəblərin işğalları zamanı şimal-qərbi 

Azərbaycan  ərazisindəki  Hərnə  adli  bir  şəhərdən  gəldikləri  barədə  rəvayət  dolaşır.    VII  əsrin 

ortalarında Hərənta şəhərinin ərəblər tərəfindən dağıdılması barədə mənbələrdə məlumat verilir. Bu, 

hapıt rəvayətlərində adı çəkilən Hərna şəhərini Qafqaz Albaniyasında hərlərin yaşadığı Hərənta və 

Hornabuc  şəhərləri  ilə  lokalizə  etməyə  əsas  verir.  Görünür,  ərəblərin  hücumlarından  qorunmaq 

üçün hər tayfalarının bir qismi dağlara çəkilərək indiki Qrız, Hapıt, Ərgüc kimi kəndləri salmışlar. 

Hərna adı isə Hərənta və Hornabuc adlarının bir növ dəyişikliyə uğramış formasıdır. Şahdağ etnik 

qrupuna aid edilən buduqlar arasında da əcadadlarının müasir Şəki-Zaqatala bölgəsindən gəlməsi ilə 

bağlı  rəvayət  mövcuddur.  Bu  etnoqrafik  məlumat  onların  da  Xeni  və  Hər  vilayətlərinin 

qonşuluğunda  yerləşən    və  mənbələrdə  Bed,  Bex,  Bies  adı  ilə  bilinən  alban  vilayətindən  gəlməsi 

ehtimalını gücləndirir. Göründüyü kimi, əhali arasında Xınalıq, Hapıt kimi kəndlərin salınması ilə 

bağlı  dolaşan  rəvayətlər  də  tarixi  faktlarla  üst-üstə  düşür.  Yuxarıda  deyilənlər  müasir  qrız  və 

hapıtların əcdadlarının  hərlər olduğunu söyləməyə əsas verir. 

 Beləliklə,  tarixi  və  etnoqrafik  –folklor  materialların  paralel  təhlili  bir  daha  göstərdi  ki, 

Xınalıq, Qrız, Hapıt, Buduq toponimləri əslində burada  yaşayan etnik qrupların adını deyil, erkən 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

204

 

 



 

 

orta əsrlərdə mövcud olan Xeni, Bex (Bed), Qər (Hər) Hornabuc, Hərənta kimi  alban  əyalətlərinin 



və şəhərlərinin adını əks etdirir. Bu tarixi alban vilayətlərinin yerləşmə arealı müasir Azərbaycanın 

şimal-şərqini    əhatə  edir.  Bu  bilgilər  də  öz  növbəsində    xınalıq,  buduq,  qrızların,  hapıtların  

Azərbaycanın  şimal-qərb  bölgəsi  ilə  tarixi  və  etnoqenetik  əlaqələrinin  mövcud  olduğunu  göstərir.   

Qeyd  etmək  lazımdır  ki,  müasir  Şahdağ  kəndlərinin  bu  bölgə  ilə  ərazi  yaxınlığından  başqa,  adət-

ənənələr baxımından da oxşarlıqları mövcuddur. Xüsusilə də  şimal-qərb bölgəsində məskun olan 

udi,  saxur,  rutul,  ingiloyların  bir  sıra  spesifik  mərasim  ayinləri,  məsələn,  toy  şaxının  xoruzla 

bəzədilməsi,  toy  mərasimlərində  dayının  xüsusi  rol  oynaması,  elçilik  mərasimində  bərabər  çörək 

kəsilməsi  kimi bir çox adətlər Şahdağ xalqlarında da eynilə təkrar olunur.   

Beləliklə,    Şahdağ    xalqlarının    tarixi-etnoqrafik  və  folklor  ənənələrinin    araşdırılması  bu 

xalqların etnik tarixinin əsasını təşkil edən qədim alban izlərini üzə çıxarmağa imkan verir. Tarixi 

mənbələrin,  həmçinin  folklor  materiallarının  paralel  təhlili  Qafqaz  Albaniyasının    şimal-qərbində 

yerləşən  Xeni,  Bed,  Hereti  kimi  alban  mahallarının    öz  adını        Xınalıq,  Buduq,  Qrız,  Hapıt 

kəndlərinin  adında  qorunub  saxlandığını,  həmçinin    Qafqaz  Albaniyasının    yuxarıda  adı  çəkilən 

mahallarında məskun olan   hər və qat kimi alban tayfalarının isə xınalıq, qrız, hapıtların əcdadları 

olduğunu,  müəyyən  tarixi  hadisələrlə  bağlı  olaraq  Azərbaycanın  şimal-qərbini  tərk  edib  Qafqazın 

qarlı  dağ  aşırımlarından  keçərək  Azərbaycanin  şımal-şərqində  məskunlaşdığını  söyləməyə    əsas 

verir.   Qədim alban tayfalarının varisləri olaraq Azərbaycan xalqının etnososial birliyinə daxil olan  

Şahdağ  xalqları  Azərbaycan  xalqının  mənşəyinə  dayanan  qədim  soylardandır  və  bütövlükdə 

Azərbaycan etnomədəni mühitində formalaşaraq Azərbaycan xalqının etnik tarixində özünəməxsus 

yer tutmuşlar. 

                                                    ƏDƏBİYYAT 

1. Qubadov. Azərbaycan və Şahdağ dillərinin əlaqəsi. Dissertasiya.Bakı.1992.   

2.  Броневский  С.Б.  Новейшие  географические  и  исторические  известия  о  Кавказе. 

Общее обозрение. т.2. Типография Склевановского.М.1823 

3.Бутков  П.Г.Выдержки  из  «Проекта  отчета  о  персидской  экспедции  в  виде  писем 

1796» // ИГЕД  M:1958.    

4. Гейбуллаев Г. К этногенезу азербайджанцев. Баку.1994   

5. Зубов П. Картина Кавказского края принадлежащего Россиии сопредельных  земель: 

в 

историческом, 



статистическом, 

этнографическом, 

финансовом 

и 

торговом 



отношениях.Типография Конрада Вингебера.Москва.1835.т.4.  

6.Зейдлиц  Н.   Списки  населенных  мест  Российской  империи". Бакинская  губерния(по 

сведениям с 1859 по 1864 гг.). Т, 65. Тифлис. 1870. 

7. Легкобытов В. Кубинская провинция. ОРВЗК, ч. IV, СПб, 1836. 

8.  Ляй-стер  А.  Ф.  и  Г.  Ф.  Чурсин.  География  Закавказья.  Очерки  по  физической 

географии и этнографии ЗСФСР». Тифлис, 1929. 

9. Хоренский Моисей Армянская География VII века по Р.Х / Пер. К.П. Патканова. 

СПб., 1877.  

          M.Pashaeva 

 ALBANİAN TRACES İN FOLKLORE TRADİTİONS SHAHDAGH PEOPLE 

Summary 

Ethnically  diverse  regions  of  Azerbaijan,  Guba,  as  they  are  located    on  the  very  top  of  the 

Shahdagh’s mountain in the history-ethnography literature  classified Shahdagh’s ethnic groups or  

the  Shahdagh  people      xinaliqs,  qriz,  buduq      lived  almost  in  isolation  among  inaccessible 

mountains,  and  thanks  to  it    they  could  save    a  peculiar    lifestyle  and    there    unique  ethnic 

traditions.. Shahdagh’s people direct descendants of the peoples of the Albanian tribes. In the article 

are  researched  the  Albanian  traces  in  folklore  traditions  shahdagh’s  people,  on  the  basis  of  their  

etnogenetic relatishionsip with Caucasian Albanian's tribes, historical ethnography and folklore 

 

 

 



 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

205

 

 



 

 

Rauf Hacı, tarix üzrə fəlsəfə doktoru, dosent 



Bakı Slavyan Universiteti, Azərbaycan multikulturalizmi kafedrası 

 müəllim haci.rauf@mail.ru 

 

Abbasova Aygün 



Bakı Slavyan Universiteti“ Azərbaycan  multikulturalizmi” kafedrası, müəllim 

azerbaijanimulticulturalism@gmail.com 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA MİLLİ AZLIQLARIN MƏDƏNİ İRSİNİN 

QORUNMASI VƏ İNKİŞAFI 

 

Açar sözlər: multikulturalizmetnik-mədəni  irs, azsaylı xalqlar, sülh, əmin-amanlıq 

Key  words:  multiculturalism,  ethnic  and  cultural  heritage,  indigenous  peoples,  peace, 

tranquility 

 

Bu  gün  dünyada  2000-dən  4000-ə  qədər  xalq,  millət  və  etnik  qrup  yaşadığı  söylənilir. 



Dünyada bu qədər xalq, millət və etnik qrupun olması planetimizdə bir o qədər də həyat və davranış 

tərzinin olmasının real  göstəricisidir. Məhz bu müxtəlifliklərin öyrənilməsi,  azsaylı xalqların milli 

mədəni  dəyərlərinin  geniş  təbliği  yaşadığımız  müasir  və  demokratik  dünyada  inkişafın  başlıca 

prinsip  və  göstəricisinə  çevrilmişdir.  Hər  bir  dövlətin  demokratik  inkişafının  ölçü  və  göstəricisi 

onun ərazisində yaşayan xalqlara olan münasibətdə, onların dil, din və adət-ənənələrinə hörmət və 

inkişafında  özünü  əks  etdirir.  Məhz  bu  fikrə  əsasən  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 

Respublikası ərazisində dil daşıyıcıları baxımından: 

1. Altay ailəsinin türk qoluna məxsus - azərbaycanlılar, tatarlar, ahısqa türkləri;  

2. hind-avropa qoluna məxsus (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər);  

3.  qafqaz  qoluna  məxsus  (udilər,  ləzgilər,  avarlar,  saxurlar,  buduqlar,  ingiloylar,  qrızlar, 

xınalıqlar);  

4. slavyan qoluna məxsus (rus, malakan, ukraynalılar) dil qrupları təmsilçilərini əhatə edir.  

Azərbaycan  dünyəvi,  demokratik,  hüquqi,  unitar  dövlət  olmaqla  bərabər,  öz  mill-mənəvi 

dəyərlərinə söykənən dövlətdir. Avropa Şurasının baş katibi Teri Devis qeyd etmişdir ki, “Bakı öz 

tarixi  ilə  müxtəlif  mədəniyyətlərin  qovşağında  yerləşir  və  Şərqlə  Qərb,  Şimal  ilə  Cənub  arasında 

təbii körpüdür” [9]. 

Bu gün dünyada 2,2 milyard xristian (32%), 1,6 milyard müsəlman (23%), 1 milyard hinduist 

(15%),  500  milyon  buddist  (7%)  və  14  milyon  yəhudi  (0,2%)  yaşayır  [3].Azərbaycan 

Respublikasında  yaşayan  xalqlar  dini  sitayiş  baxımından  bu  dinlərin  böyük  bir  qisminin 

daşıyıcılarıdır.  Azərbaycanda  dövlətin  din  sahəsinə  qayğısına  dəlalət  edən  məsələlərdən  biri 

müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasıdır. 

Sovet  İttifaqının  konfessional  siyasətinin  nəticəsi  kimi  1920-ci  il  mayın  15-də  Hərbi  İnqilab 

Komitəsinin  qərarı  ilə  Dini  Etiqad  Nazirliyi,  Zaqafqaziya  Müsəlmanları  İdarəsi  və  şeyxülislamıq 

ləğv  edilmiş,  xalqın  dini  baxışlarını  azaltmaq  məqsədi  ilə  1923-cü  ildə  “Materialistlərin  klubu” 

təşkil  edilmiş,  1924-cü  ilin  yanvarın  24-ü  qərarı  ilə    “Dinə  qarşı  xüsusi  komissiya”,  “Allahsızlar 

cəmiyyəti” yaradılmış, 1929-cu ildən isə bu cəmiyyət “Mübariz allahsızlar cəmiyyəti” adlandırıldı.  

Bununla bərabər 1929-cu ildə Azərbaycan SSR rayonlarında 120 məscid, ümumən isə 1930-

cu  il  üçün  Azərbaycan  SSR-də  400  məscid  bağlanmış,  1936-cı  ildə  Bibi-Heybət  məscidi,  “Qızıl 

kilsə”  kimi  tanınan  Aleksanr-Nevski”  məbədi  partladılmış,  Qafqaz  Müsəlmanları  İdarəsi    faktiki 

olaraq, dondurulmuş bur vəziyyətdə idi. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyin bərpa edəndə 

ölkədə  18  məscid  mövcud  olmaqla  hazırda  Azərbaycan  Respublikasında  1956  məscid,  748 

ziyarətgah, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir [4, s. 10-18].  

Bu  gün  respublikamızda  dözümlülük  ideyası  heç  də  yeni  deyildir.  Noyabrın  16-sı  hər  il 

dünyada “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunur. Tolerantlıq fikirlərinin yaranması 1948-

ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin qəbulunda özünü göstərdi.  Bu ənənə 1995-ci il 

noyabrın  16-dan  başlamış  və  o,  zaman  UNESCO-nun  Baş  Konfransının  28-ci  sessiyasında 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin