Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə38/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

211

 

 



 

 

qarşısında dayanaraq qışqıra-qışqıra dedi:  «Niyə  döyüşə çıxıb düzülmüsünüz? Mən Filiştli, siz də 



Şaulun qulları deyilsinizmi? Aranızdan bir kişi tapın, qoy yanıma gəlsin. Əgər mənimlə vuruşanda 

o məni öldürərsə, onda biz sizə qul olarıq, yox əgər mən onu vurub öldürsəm, onda siz bizə qul olub 

qulluq  edəcəksiniz».  Sonra  Filiştli  sözünü  belə  davam  etdirdi:  «Bu  gün  mən  İsrail  alaylarına 

meydan oxuyuram. Mənim qarşıma təkbətək vuruşmaq üçün bir kişi çıxarın!» [2, s. I Samuel kitabı 

/ 17, s.4-7; 17, Nevi’im / I Samuel kitabı].  

Daha  sonra  Davudun  Qoliafı  öldürməsi  haqqında  yazılır:  “Davud  Filiştlini  sapandla,  daşla 

məğlub etdi və vurub yerə sərdi. Davudun əlində qılınc yox idi. O, qaçıb bu Filiştlinin üstünə çıxdı. 

Filiştlinin  qılıncını  götürdü,  qınından  çəkib  onu  öldürdü  və  sonra  başını  kəsdi.  Filiştlilər  öz 

cəngavərinin  öldürüldüyünü  görəndə  qaçdılar”  [2,  I  Samuel  kitabı  /  17,  50-51;  17,  Nevi’im  /  I 

Samuel  kitabı].  Beləliklə,  müqəddəs  kitablarda  Calut  ismi  haqqında  məlumatlar  bu  hadisələrlə 

əlaqədar çəkilir. Bizim tədqiq etdiyimiz Calut kəndinin ərazisində yerləşən ilk orta əsr yaşayış yeri 

və  alban  məbəd  kompleksi  isə  III-VIII  əsrlərdə,  o  cümlədən,  sonralar  da  alban  mənşəli  adını 

qoruyub saxlamışdır.  

İlk orta əsr Calut məbədi eyniadlı kənddən 500 metr şimalda, Calut dağının ətəyində yerləşir. 

Ərazidə ilk orta əsr yaşayış yeri, alban xristian məbədi (birnefli və üçnefli) yerləşir. Calut abidələri 

birlikdə  alban  dövrü  arxeoloji  kompleksini  təşkil  edir.  İlk  orta  əsr  alban  məbədi  olan  düzbucaqlı 

ibadətgahın uzunluğu 6 metr, eni 4,3 metrdir. Məbədin yarımdairəvi mehrab apsidası düzbucaqlının 

içərisinə  daxildir.  Onun  ölçüləri  3,65x1,75  m-dir.  Məbədin  qərb  və  şərq  divarları  2-3  metrə  qədər 

salamat qalmışdır. G.H.Məmmədovanın fikrincə, qərb divarı daha erkən dövrə aiddir. Məbədə giriş 

bu  hissədəndir.  Qapı  yerinin  yuxarısının  haşiyəsi  yarımdairəvidir.  Qərb  divarında  həm  də  xaç 

formalı  dar  pəncərə  yeri  də  var.  Digər  pəncərə  isə  mehrab  apsidasının  şərq  divarındadır.  Ehtimal 

olunur  ki,  məbəd  tağbənd  örtüyə  malik  olmuşdur.  Calut  məbədinin  inşası  zamanı  əhəngdaşı  və 

yonulmuş çay daşından istifadə olunmuşdur. 1211-ci ildə məbəddə ən son bərpa işləri aparılmışdır. 

Bunu biçmiş kərpiclər də sübut edir. Üçnefli məbəddən 14 metr şimal-şərqdə kiçik məbədin divar 

qalıqları indi də qalmaqdadır. Divarın eni 1,2 m, dağılmış hissədə 0,7 m, diametri 3,5 m, mərkəz 

hissədə  hündürlüyü  1,6  m,  uçmuş  kənar  divarda  yerdən  hündürlüyü  2,1  m-dir.  Şimal-şərq  divarı 

uçmuşdur.  Cənub-şərq  tərəfdə  yerləşən  divarının  tavana  qədər  olan  hissəsində  iki  dəfə  dairəvi 

formalı kərpiclə hörülmüş, aşağı hissə enli, yuxarıya qalxdıqca daralır. Böyük və kiçik məbədlərin 

arasında bir daş qutu qəbri, kiçik məbəddən şimalda isə daha iki daş qutu qəbir qeydə alınıb. Calut 

məbədindən  yaşayış  yerinə  doğru  alban  nekropolu  yerləşir.  Burada  qeydə  alınmış  sandıq  qəbir 

daşının ölçüləri 160x35x45 sm-dir.  

Rəvayətlərə  görə,  Calut  məbədinin  əsası  hələ  I  əsrdə  müqəddəs  Yelisey  tərəfindən 

qoyulmuşdur. G.H.Məmmədova belə bir fikir irəli sürmüşdür ki, Calut məbədi müqəddəs Yeliseylə 

əlaqədar əfsanəvi yerdə V əsrdən gec olmayaraq inşa edilmişdir, lakin eyni zamanda məbədin nəşr 

etdirdiyi  planında  I  – VI əsrlər tarixini  göstərmişdir [6, s.95; 12, 39-40;  13, 31-37;  16, 231-246]. 

Qeyd olunan ilk orta əsr alban məbədi, fikrimizcə, V əsrdə inşa edilmiş, XIII əsrə qədər istifadədə 

olmuşdur.  

Kompleksə daxil olan və XV əsrə aid alban məbədi üçnefli, dörd sütunludur. Sütunlar kvadrat 

şəkilli olsa da kənarda çıxıntılarla müşahidə olunur. Ona görə də sütunların ölçüsünü bu cür veririk: 

1,3x1,3  m  (23x83x23  sm  x  23x83x23  sm).  Məbədin  uzunluğu  18,2  m,  eni  11,4  m-dir.  Məbəd 

divarının eni 1,2 m-dir. Giriş qapısının eni 1,15 m, hündürlüyü 2 m, divarının eni 1,2 m-dir. Kənar 

neflərin  eni  135  sm,  orta  nefin  eni  370  sm-dir.  Girişdən  birinci  sütunlara  qədər  uzunluq  2  m, 

sütunlararası  uzunluq  3,5  m,  son  sütunlardan  mehraba  qədər  olan  uzunluq  4  m-dir.  Mehrabın 

uzunluğu 3,7 m, eni 4 m-dir. Mehrabda üç hissədə - sağda, solda və qarşı tərəfdə pəncərə yerinin 

ölçüləri  0,8  x  0,6  m-dir.  Mehrabın  ön  tərəf  pəncərə  yerinin  solunda  kiçik  günbəz  formalı  yerin 

ölçüsü  42x22  sm-dir.  Mehrabda  yuxarıda  yerləşən  pəncərənin  eni  1  m,  hündürlüyü  1,2  m-dir. 

Mehraba  çıxmaq  üçün  olan  pilləkən  yeri  dağıdılmışdır.  Burada  sağ  tərəfdə  sonradan  qarət 

məqsədilə quyu qazılmışdır ki, onun dərinliyi 75 sm-dir. Məbədin mehrabla sütunlar arasında qalan 

hissəsi  giriş  və  orta  hissənin  döşəməsindən  hündürdür.  Mehrabın  kənarlarında  yerləşən 

pastoforilərin  giriş  hissəsinin  eni  0,9  m,  hündürlüyü  1,8  m-dir.  Otaqların  ölçüləri  2,25x2,5  m-dir. 

Mehrabdan  solda  yerləşən  pastoforinin  içərisində  quyu  qazılmışdır  ki,  onun  dərinliyi  65  sm, 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

212

 

 



 

 

diametri  110  sm-dir.  Pastoforilərin  kənar  hissəsində  pəncərə  yerinin  ölçüləri  1x0,55  m-dir.  Qarşı 



tərəfə olan pəncərənin ölçüləri isə 1x0,75 m-dir [5; 12, 39-40].  

Calut  alban  məbədinin  giriş  qapısından  içəridə  sol  tərəfdə  alban  xaçdaşı  tərəfimizdən  qeydə 

alınmışdır. Sınmış xaçdaşın ölçüləri 57x44x12 sm-dir. Tikintidə istifadə olunmuş kərpicin ölçüləri 

25x25x40  sm-dir.  Məbədin  giriş  hissədəki  sağ  tərəfdə  yerləşən  pəncərə  dağıdılmışdır.  Burada 

aşağıda  pəncərə,  yuxarıda  isə  qapalı  pəncərə  yeri  var.  Ölçüləri  1,2x1,2x1,2  m-dir.  Orta  hissədə 

yuxarıda  pəncərə,  aşağısında  isə  qapalı  pəncərə  yeri  var.  Sütunlarla  mehrabın  arasındakı  hissədə 

aşağı  qapalı  pəncərə  yeri,  onun  üstündə  isə  pəncərə  yerləşir.  Ölçüləri  alt  hissədə  1,2x1,7  m,  üst 

hissədə 1,6x1,2 m-dir [5].  

Qeyd  olunan  bu  üçbefli  məbəd  XV-XVI  əsrlərdə,  daha  dəqiq  desək,  1411-1511-ci  illərdə 

alban  katolikosluğunun  mühüm  mərkəzlərindən  biri  olmuş  və  Şirvanşahlar  dövlətinin  tərkibində 

xristian alban icmasının ibadət yerlərindən biri kimi fəaliyyət göstərmişdir.  

Calut  məbəd  kompleksi  Azərbaycanın  digər  bölgələrində  tədqiq  edilmiş  alban  məbədləri  ilə 

eynilik  təşkil  edir  [1;  4:  6;  8;  9;  12;  16].  Bu  həm  birnefli,  həm  də  üçnefli  məbədin  quruluşunda 

özünü göstərir.  

Beləliklə,  tarixi-arxeoloji  tədqiqatlar  sübut  edir  ki,  həm  Qafqaz  Albaniyası,  həm  də 

Şirvanşahlar  dövrünə  aid  maddi  mədəni  abidərimiz  Azərbaycan  torpaqlarında  sülhsevər  və 

multikulturalist ənənələrin güclü olduğunu göstərən faktdır.  

 

İstifadə olunmuş ədəbiyyatın siyahısı:  

 

1.  Alışov  N.Ə.  Azərbaycan  Albaniyasının  xristian  abidələri  (arxeoloji  materiallar  əsasında),  tarix 



üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  dissertasiyanın  avtoreferatı,  Bakı, 

2014, 26 s.  

2. Bibliya – Müqəddəs Kitab / Azərbaycan Bibliya Cəmiyyəti, Şimali Azərbaycan tərcüməsi  

Əliyev T.V. Əlican və Türyançay hövzəsinin dağlıq və dağətəyi ərazilərinin IV – XIII əsr arxeoloji 

abidələri haqqında // AAE, Bakı, 2013, N 2, s. 52-62  

3. Əliyev T.V. Əlican və Türyançay hövzəsinin tarixi-arxeoloji tədqiqi (IV-XIII əsrlər), tarix üzrə 

fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 2014, 21 

s.  


4. Əliyev T.V., Məmmədzadə H.A. Şəki-Zaqatala arxeoloji ekspedisiyasının Oğuz dəstəsinin Oğuz 

rayonu ərazisində 2015-ci ildə apardığı arxeoloji kəşfiyyat və çöl-tədqiqat işlərinin hesabatı, 55 s.  

5. Xəlilov M.C. Albaniyanın xristian abidələri (IV – X əsrlər), Bakı, 2011, 344 s.  

6. Məmmədov A.M. Gəncəbasarın alban dövrü xristian abidələri, Bakı, Elm, 2000, 53 s.  

7. Məmmədov A.M. Qafqaz Albaniyasının xristian abidələri // Qafqaz Albaniyasının Azərbaycanın 

və Qafqazın tarixində yeri və rolu – Beynəlxalq Elmi konfransın əsərləri, Bakı, 2012, s. 204-209   

8. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, Bakı: “Nurlan”, 2005, 336 s.  

9.  Картлис  Цховреба  История  Грузии,  Под  ред.  Р.Метревели,  Тбилиси:  изд.-во  Артануджи, 

2008, 454 с.  

10. Мамедова Г.Г. Зодчество Кавказской Албании, Баку, «Чашыоглу», 2004, 224 с.  

11.  Мамедова  Г.Г.  Место  и  роль  Кавказской  Албании  в  истории  Азербайджанской 

архитектуры  //  Труды  Международной  Конференции  Место  и  роль  Кавказской  Албании  в 

истории Азербайджана и Кавказа, Баку, 2012, с. 31-37  

12. Мурадалиева Э. Города Кавказа на Великом Шелковом пути, Баку, “Кавказ”, 2011, 200 с.  

13. Якут ал-Хамави «Муджам ал-булдан», Сведения об Азербайджане (Перевод с арабского 

З.М.Буниятова и П.К.Жузе), Баку, Издательство “Элм”, 1983, 15 с.   

14.  Hajiyeva  S.  Architecture  of  the  left-side  Caucasian  Albania  //  Research  papers  of  the 

International  Scientific  conference  –  The  place  and  role  of  Caucasian  Albania  in  the  history  of 

Azerbaijan and Caucasus, Baku, 2012, pp. 231-246  

15. The Orthodox Jewish Bible, New York, 2010 (IV publish)  

 

 

 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

213

 

 



 

 

XÜLASƏ 



Oğuz rayonu ərazisində Calut dağının ətəyində yerləşən Qafqaz Albaniyasının xristian məbəd 

kompleksi - birnefli və üçnefli məbəd alban katolikosluğunun Qəbələ vilayətində  yerləşən mühüm 

dini  abidələrindəndir.  Birnefli  məbəd  V-XIII  əsrlərə,  üçnefli  məbəd  isə  XV-XVI  əsrlərə  aiddir. 

Ərazidə ilk orta əsr yaşayış yeri və alban xristian nekropolu da yerləşir.  

 

T.Aliyev  



 ABOUT JALUT TEMPLE COMPLEX  

SUMMARY  

Christian  temple  complex  of  Caucasian  Albania  –  one  nave  and  three  nave  temple  which 

situated at the foot of Jalut mountain of Oghuz region are one of the significant religious monument 

of  Albanian  catolicosate  at  Gabala  province.  One  nave  temple  belongs  to  V-XIII  centuries,  three 

nave  temple  belongs  to  XV-XVI  centuries.  Early  medieval  settlement  and  Albanian  Christian 

necropolis situated at the territory, too. 

 

 

 

 

 

 

 

 

 

Zümrüd İbrahim qızı Mənsimova, Filologiya üzrə fəlsəfə doktoru 

AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi 

zumrudibrahimqızı@gmail.com 



 

AZƏRBAYCAN MƏİŞƏT-MƏRASİM FOLKLORUNDA AZƏRBAYCANÇILIQ VƏ 

MULTİKULTURAL DƏYƏRLƏR (Zaqatala folklor materiallari əsasinda) 

 

Açar sözlər: multikulturalizm, ənənə, Zaqatala, yerli folklor, yerli xalqlar, tənbur 

Key  words:  multiculturalism,  traditions,  indigenous  peoples,  tanbur,  Haile,  Zagatala,  local 

folklore. 

Azərbaycan  xalqı  hər  zaman  öz  humanist,  ədalətli  olmağı,  ümumbəşəri  duyğuları, 

qonaqpərvərliyi,  yenilməzliyi,  sülhsevərliyi,  bağışlamaq  bacarığı  ilə  fərqli  mədəniyyətlərə  malik 

xalqlara və bütün dünya xalqlarına bir örnək olmuşdur. Bu gün Azərbaycanın dövlətçilik siyasətinin 

əsasında duran başlıca amil azərbaycançılığın, milli dəyərlərimizdən olan multikulturalizmi inkişaf 

etdirməkdir.  Bunun  göstəricisidir  ki,  ölkəmizdə  bütün  xalqlar,  toplumlar,  fərqli  dil  və  din 

mənsubları  ortaq  məxrəcə  gələ  bilirlər.  Necə  ki,  hörmətli  prezidentimiz,  cənab  İlham  Əliyev 

demişdir:  “Azərbaycan  minilliklər  boyu  müxtəlif  xalqların  azad,  sərbəst  və  heç  bir  maneə  ilə 

rastlaşmadan  yaşadığı  bir  məmləkətdir.  Bu,  tarixin  bütün  dönəmlərində,  mərhələlərində  eyni  xətt 

üzrə inkişaf etmişdir. Ölkəmizdə tarixi ənənəyə söykənən uzun əsrlik tolerantlıq mühiti formalaşıb. 

Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss 

edir ”. 

Təbii  ki,  ilk  növbədə  Azərbaycan  xalqı  qonaqpərvər,  sülhsevər  və  humanist  olduğu  üçün 

respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə bilirlər.  

Prezident  İlham  Əliyevin  sərəncamına  əsasən  multikulturalizm  və  tolerantlıq  ənənələrinin 

qorunub saxlanması, daha da inkişaf etdirilməsi  və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin 

ölkəmizdə  “Multikulturalizm  ili”  elan  edilməsi  Azərbaycanın  bu  dəyərlərin  inkişafına  və 

möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. 

Azərbaycan  tarixən    çoxmillətli    xalqların  hər  birinin  özlərinə  vətən  seçdikləri  doğma  bir 

diyardır.  Burada  yaşayan  çox  mədəniyyətli  xalqlar  azərbaycanlıların  onlara  göstərdikləri    xoş, 

səmimi  dostluq  və  qardaşlıq  münasibəti  müqabilində  yaşayır  və  bu  birgəyaşayış  tarixən  onların 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

214

 

 



 

 

həyat prinsipinə çevrilmişdir. Azərbaycanın cənubunda - Lənkəranda, Masallıda, Lerikdə, Astarada, 



şimalında – Oğuzda, Qəbələdə, Qaxda, Zaqatalada, Balakəndə və başqa ərazilərində yaşayan bütün 

xalqların folklor mədəniyyəti, adət - ənənələri, dilləri bu yerlərin tarixi sakinləri olan Azərbaycan 

türkləri  qədər  qorunur,  yaşayır,  və  təbliğ  olunur.  Fikrimizcə,  bütün  bunları  ölkəmizdə müxtəlif 

millətlərə  və  məzhəblərə  məxsus  insanların  mədəni  müxtəlifliklərinin  qorunmasına,  inkişafına  və 

azsaylı  xalqların,  dövlətlərin  milli  mədəniyyətinə  inteqrasiyasına  yönəldilmiş  bir  addım  hesab 

etmək  olar.  Ümum  mili  lider  Heydər  Əliyevin  dediyi  kimi,  “Dövlət,  ölkə  nə  qədər  çox  xalqı 

birləşdirsə,  bir  o  qədər  zəngin  olar.  Çünki  onların  hər  biri  ümumdünya  mədəniyyətinə  və 

sivilizasiyasına öz töhfəsini verir ” (8). 

Azərbaycan dövləti hər zaman ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyətinə, dillərinə, 

adətlərinə,  hörmətlə  yanaşmışdır.  Azsaylı  xalqların  hüquqları  hər  zaman  qorunub  və  onlara  ana 

dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılmışdır. Eləcə də bu fərqli mədəniyyətlərə 

məxsus  adətlərin  mükəmməl  şəkildə,  radio  və  televiziya  verilişlərində  yüksək  səviyyədə  təbliğ 

olunmasını  əsaslı  hesab  etmişdir.  Azərbaycan  Respublikasının  konstitusiyasının  «Dövlət  dili» 

adlanan 21-ci maddəsində «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan 

Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası əhalinin danışdığı 

başqa  dillərin  sərbəst  işlədilməsini  və  inkişafını  təmin  edir.  «Bərabərlik  hüququ»  adlanan  25-ci, 

«Təhsil  hüququ»  adlanan  42-ci,  “Ana  dilindən  istifadə  hüququ”  adlanan  45-ci  maddələrində 

ölkəmizdə yaşayan azsaylı xalqların dillərinin qorunmasına həsr olunmuşdur (1, s. 8, 9, 11)  

Azərbaycan  dövlətinin  ölkəmizdə  tarixən  yaşayan  müxtəlif  mədəniyyətli  xalqlara  humanist, 

ədalətli,  bərabər  hüquqlu  yanaşma  tərzi  birinci  növbədə    bütün  dünyaya  multikultural  düşüncə 

tərzinin  qorunması  baxımından  bir  örnəkdir.  Məlumdur  ki,  hər  bir  xalqın  tarixi,  adət-ənənəsi, 

ictimai-siyasi düşüncə tərzi, mənəvi-əxlaqı keyfiyyətləri, qəhrəmanlıq və vətənpərvərlik hisləri, dil 

mədəniyyəti bütöv  və  özünəməxsus  şəkildə  onun ağız  ədəbiyyatında,  folklorunda,  yaratdıqları söz 

sənətində əks olunur. Bu gün Azərbaycanın  şimal  bölgəsində  - Zaqatalada Azərbaycan türkləri ilə 

yanaşı sülhsevər, dinc bir şəraitdə  yaşayan 20 yaxın – avar, ləzgi, saxur, udin, ukraynalı, rus, tat, 

ingiloy,  lak,  mesxeti  türkləri,  və  s    azsaylı  xalqların  nümayəndələri  yaşayır.  Burada  125  minlik 

əhalinin 69% ni azərbaycanlılar təşkil edir. Fərqli mədəniyyətlərə və fərqli dillərə mənsub xalqların 

bir çox adət-ənənələri əsrlərin süzgəcindən keçərək bir-birinə daha da yaxınlaşmış və demək olar ki, 

qohumluq əlaqələri nəticəsində  bir-birinə qovuşmuşdur. Azərbaycançılıq və multikultural dəyərlər, 

(şəfqət,  mərhəmət,  nəfs,  ali  hislər,  eşq,  gözəllik  vətənpərvərlik,  həmrəylik,  ədalət,  birgəyaşayış, 

barış və. s) Zaqatalada yaşayan azsaylı xalqların nümayəndələrinin məişət  adət-ənənələrində özünü 

yüksək  şəkildə  qoruyub  saxlamışdır.  Azərbaycan  Respublikasının    Prezidentinin  Millətlərarası 

münasibətlər  və  dini  məsələlər  üzrə  Dövlət  müşaviri,  akademik  Kamal  Abdullayev  qeyd  edir  ki, 

xalqımız  onun  öncül  yaradıcı  şəxsləri  özündə  milli,  dini  təəssübkeşlik  hissləri  ilə  yanaşı,  bəşəri 

dəyərləri  də  yaşatmağı  bacarmış  və  «özününkü»  saydığını  «özgəninki»  olandan  çox  zaman 

fərqləndirməmişdir (2, s.4). Bir dövləti digər dövlətdən üstün edən də məhs elə bu xüsusiyyətdir. 

2013-cü  ildə  bu  bölgənin  folklor  paytaxtı  elan  olunması  buna  əyani  sübutdur.  Fikrimizcə, 

bütün  bunları  ölkəmizdə  müxtəlif  millətlərə  və  məzhəblərə  məxsus  insanların  mədəni 

müxtəlifliklərinin  qorunmasına,  inkişafına  və  azsaylı  xalqların,  dövlətlərin  milli  mədəniyyətinə 

inteqrasiyasına yönəldilmiş bir addım hesab etmək olar. Onu da nəzərə alsaq ki, bu gün Azərbaycan 

artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir, humanist və demokratik ideologiya 

olaraq  multikulturalizm,  tolerantlığı  əks  etdirir,  onsuz  humanizm,  insanlar  arasında  qarşılıqlı 

münasibətlər, qarşılıqlı anlaşma, dostluq, sülhsevərlik mədəniyyəti mümkün deyil.  

Azərbaycançılıq  və  multikultural  dəyərlər,  (şəfqət,  mərhəmət,  nəfs,  ali  hislər,  eşq,  gözəllik 

vətənpərvərlik,  həmrəylik,  ədalət,  birgəyaşayış,  barış  və.  s)  Zaqatalada  yaşayan  azsaylı  xalqların 

nümayəndələrinin məişət  adət-ənənələrində özünü yüksək şəkildə qoruyub saxlamışdır.  

Zaqatalada yaşayan xalqların özünə məxsus rəngarəng toy mərasim adətləri vardır ki, bu gün 

həmin adətlər mükəmməl şəkildə qorunub saxlanılır. 

Bizim bu məqalədə araşdırmaq istədiyimiz əsas məsələ bu bölgədə yaşayan xalqların maraqlı 

adətlərini  üzə  çıxarmaq,  digər  bölgələrlə  və  xalqlarla  müqayisə  etməkdir.  Bu  araşdırmanı  əsasən 

aşağıdakı prinsiplər əsasında həyata keçirməyi nəzərdə tuturuq: 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

215

 

 



 

 

1.  Bölgədən  toplanılan  folklor  materialları  əsasında  azərbaycanlılarla  müqayisədə,  müxtəlif 



xalqların - ingiloy,  avar, saxur, məişət mərasim adətlərinin araşdırılması; 

2.  Bölgədə  Azərbaycançılıq  və  multikultural  dəyərlərin  hansı  səviyyədə  yaşamasının 

araşdırılması; 

3. Bölgəyə məxsus qədim açıq toylarda höcətləmələrin önəmli yer tutmasının araşdırılması; 

4. Bölgəyə məxsus toy mərasimlərində qədim musiqi aləti olan tənbur musiqi alətinin yeri və 

rolunun araşdırılması;   

Burada  elə  adətlər  var  ki,  bu  adətlər  bölgədə  yaşayan  yerli  xalqlarla  yanaşı,  azsaylı  xalqlrın 

nümayəndələri  üçün  ortaqdır.  Təbii  ki,  bu  xalqların  əsirlər  boyu  tarixi  diyarda  azərbaycanlılarla 

qoşa  sülh  qardaşlıq,  dosrtluq  şəraitində  yaşamalarından  irəli  gəlmimişdir.  Zaman  keçdikcə 

Azərbaycanlılara  məxsus  adətlər  azsaylı  xalqlar  tərəfindən  inteqrasiya  olunmuşdur.  Bu  gün  isə 

azsaylı  xalqlar  aərbaycanlılara  məxsus  qədim  məişət  mərasimi  adətlərinin  elemenlərini  özlərində 

yaşada  bilməklə  ən  kamil  qoruyucusuna  çevrilmişlər.  Zaqatalada  istər  azərbaycanıların  istərsə  də 

avarların,  ingiloyların,  saxurların  yaşadıqları  kəndlərdə  «tənbur»  musiqi  aləti  ilə  haylalar  deyilir. 

Maraqlıdır ki, Azərbaycan türklərinə məxsus tənbur musiqi alətinə ingiloylarda panduri, yerli xalqar 

arasında,  saxurlarda,  avarlar  danbur  kimi  adlandırılır.  Ümumtürk  xalqlarının  ortaq  qədim  musiqi 

aləti  olan  bu  alət  Şərqdə,  Orta  Asiyada,  qazaxlarda  dombra,  qırğızlarda  dombura,  özbəklərdə 

dombrak,  türkmənlərdə  danbura,  Osmanlı  türklərinə  yaxın  olan  türklərdə  tanbura  kimi  tanınıb 

inkişaf etmişdir.  Türk xalqlarına məxsus qədim musiqi aləti olan tənbur bu gün Azərbaycan şimal 

bölgəsində artıq həm azərbaycanlılıraın həm də azsaylı xalqların birgə ortaq istifadə etdikləri musiqi 

alətinə  çevrilmişdir.  Bu  alətlə  vaxtı  ilə  Suvagilli  tənbur  ifaçısı  Turacın  sözlərinə  görə,  bütün  elin 

obanın iştirakı ilə danburla dastan gecələridə keçirilərmiş. Novruz xan dastanın dinləmək üçün üç 

gün camahhat meydana yığılarmış tənburculara qulaq asarmış.Tənburla bir – birindən rəngarəng və 

maraqlı haylalar da söylənilir. 

 

Danburun üş telinə, 



Yar gəlifdi elinə, 

Əziz can qurvan olsun  

Bir həyalı gəlinə.  

 

Danbur çalan beş barmax. 



Beşidə qızıl qarmax, 

Hər kəsin hünəri deyil, 

Danbur çalıf oxumax. 

 

Dərbəndin eli gözəl 



Bərəsi-bəndi gözəl. 

Vətən yada düşəndə 

Danburun bəndi gözəl. 

 

Zaqatalada demək olar bütün  kəndlərində  maraqlı adətlərdən biri  də  ağsaqqalların  ərə  gedən 



qız üçün fatihə oxumalarıdır. Bu da çox təbii ki, qıza xeyir dua vermək məqsədi ilə həyata keçirilir. 

Təbii  ki,  ağsaqqalın  xeyir-duası  ilə  ata  evini  tərk  etmək  gələcəkdə  qurulan  ailənin  sağlam,  doğru, 

düzgün olacağına yozulur. 

Burada  adətdəndir  ki,  toya  üç  gün  qalmış  nikah  mərasimi  olur.  Bu  mərasim  digər 

mərasimlərdən  fərqli  olaraq  həm  qız,  həm  də  oğlan  evində  keçirilir.  Oğlan  və  qız  vəkili  molla  ilə 

öncə qız evinə gedir, sonra isə oğlan evinə gəlif oğlanın razılığını alırlar. Qədimlərdə qız gedəcəyi 

oğlanın yalnız adını bilirdi. 

Toyun  nikah  mərasimində  molla  mərasimi  apardığı  müddətdə  hər  iki  vəkil  öz  aralarında 

çəkişirlər.  Hər  iki  vəkil  baş  barmaqlarını  qabaq-qabağa  tutur.  Adətə  görə  qız  vəkilinin  barmağı 

aşağıda,  oğlan  vəkilinin  isə  üstdə  olur.  Zaqatala  toylarında  vəkillik  funksiyasının  toyun  bütün 

mərhələlərində  önəmli  yeri  və  rolu  olur.    Nikah  mərasimində  də  güc  gəlib  bir-birlərinin  baş 

barmağını  dala  qatlıya  bilən  qalib  gəlmiş  hesab  olunur.  Adətə  görə,  çox  zaman  qız  evi  basılmış 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin