C.
Tövsiyələr
Aşağıda təhsil və səhiyyə xidmətlərinə dair tövsiyələr verilir.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
1.
Təhsil
•
Kişilərin/Qadınların təhsilə cəlb edilməsi, davamiyyəti və ibtidai və orta məktəb
səviyyəsində aldıqları bilikləri müntəzəm olaraq qiymətləndirmək və ortaya
çıxan boşluqları və problemləri həll etmək üçün lazımi siyasət və proqramlar
hazırlanmalıdır.
•
Qadınların ali təhsilə az cəlb olunmalarının səbəbləri qiymətləndirilməli və bu
problemlə məşğul olmaq üçün müvafiq strategiyalar hazırlanmalıdır.
•
Azyaşlı uşaqlara qayğı müəssisələrinin, o cümlədən məktəbəqədər müəssisələrin
genişləndirilməsini təmin etmək üçün əlavə ehtiyatlar (insan və maliyyə) cəlb
edilməlidir.
•
Gender üzrə şüurluluğun artırılması məsələsi müəllim hazırlığı proqramlarının
hamısına (erkən uşaq, ibtidai, orta və ali təhsil) vacib bir komponent kimi daxil
edilməlidir.
•
Qadınlar və kişilərin rolu haqqında yaranmış stereotip fikirləri məktəb
proqramlarından və dərsliklərdən çıxarmaq məqsədi ilə onlar təftiş edilməli
və elə rəftar normaları aşılanmalıdır ki, gender bərabərsizliyi və genderlə bağlı
zorakılıq bağışlanmaz və yolverilməz bir hal kimi qəbul edilsin.
•
Peşə təhsili və digər ali təhsil proqramlarının əmək bazarındakı tələbata uyğun
gəlməsi üçün əmək cəbhəsində tələbat (o cümlədən, gender maneələri) müntəzəm
olaraq öyrənilməlidir.
•
Təhsil sektorunun idarə edilməsi üçün məsuliyyət daşıyan mərkəzi və bələdiyyə
idarələrinin bütün səviyyələrində gender baxımından ayrı-ayrı məlumatların
toplanması, təhlili və təqdim edilməsi üçün institutlaşdırma potensialı (məs.,
müntəzəm treninqlər yolu ilə) hazırlanmalıdır.
2.
Səhiyyə xidməti
•
Hamilə qadınlara, gənc analara və onların ailələrinə doğuşdan əvvəl və
sonrakı qayğı, eləcə də, döşlə əmizdirmə və pəhriz, müvafiq mikro-qidalı
əlavələr, doğuşlararası interval, immunlandırma və yeni doğulmuş körpələrə
əsas qayğı barədə məlumat verə biləcək İlkin Səhiyyə Xidməti proqramları
gücləndirilməlidir.
•
(i) ishal və kəskin respirator xəstəliklər kimi geniş yayılmış halların aradan
qaldırılması, (ii) immunlandırma və mikro-qida çatışmazlığının qarşısının
alınması və ona nəzarət kimi preventiv səhiyyə xidmətlərinin təqdim edilməsi,
(iii) körpələrin və kiçik uşaqların yedizdirilmə, o cümlədən, döşlə əmizdirilmə
təcrübələrinin həyata keçirilməsi və (iv) analara qayğı (doğuşdan əvvəl, doğuş
zamanı və doğuşdan sonra) təmin edilməsində təcrübələrini artırmaq üçün lazımi
və müvafiq treninq və nəzarətin təmin edilməsi ilə səhiyyə sektorunda işçi qüvvəsi
(o cümlədən, səhiyyə işçilərinin ön cəbhəsi) hazırlanmalıdır.
•
Kontraseptiv vasitələr sahəsində şüurluluğu, bu vasitələrin əldə edilməsi və
maddi cəhətdən alına bilinməsi haqqında məlumat verən ailə planlaşdırılması
İnsan inkişafının gender ölçüləri
xidmətləri genişlənməli, erkən hamiləliklərin sayı və abortdan kontraseptiv üsul
kimi istifadə edilməsinin müntəzəm monitorinqi keçirilməli və bu problemlə
lazımi şəkildə məşğul olmaq üçün proqramlar hazırlanmalıdır.
•
Uşaqların cinsi ilə bağlı abortların həyata keçirilib-keçirilmədiyini müəyyən
etmək üçün qız və oğlan uşaqlarının doğulmasının müntəzəm olaraq monitorinqi
keçirilməli və buna müvafiq tədbirlər hazırlanmalıdır.
•
Uşaqların xəstəlikləri və ölümü və gənclər arasında zəif qidalanma (yod
çatışmazlığı pozuntuları, anemiya) məsələləri ilə məşğul olmaq üçün icmalar
və ailələr arasında həm preventiv, həm də müalicəvi sağlamlıq tədbirləri
görülməlidir.
•
Bütün rayonlarda və bütün gəlir qruplarında (o cümlədən, köçkün/qaçqınlar)
qızlar və oğlanlar arasında uşaq immunlaşdırılmasının qiymətləndirilməsi həyata
keçirilməlidir ki, əsas maneələr və problemlər müəyyən edilsin.
•
Müntəzəm olaraq səhiyyə xidmətlərindən yararlanmaq imkanlarının keyfiyyətinin
ondan istifadə edənlər tərəfindən (qadınlar/kişilər) qiymətləndirilməsi
aparılmalıdır ki, yeni siyasət və proqramlar bu barədə daha yaxşı məlumat əldə
edə bilsin.
•
İİV/QİÇS və CYYX-lara yoluxa bilmə baxımından “yüksək risk” qrupuna
daxil olan kişi və qadınlar müəyyən edilməli və hədəfə götürülməli və bu hədəf
qrupları üçün müvafiq siyasət və proqramlar (məs., müvafiq tədris və informasiya
proqramları, xüsusi təyinatlı işçilər və müalicə xidmətləri) hazırlanmalıdır.
•
Bakıda və bölgələrdə pulsuz və məxfi İİV/QİÇS testlərinin keçirilməsi imkanları
yaxşılaşdırılmalı və qadınların xüsusi ehtiyaclarını nəzərə alan şərait (məs., qadın
həkimlər/tibbi heyət) təmin edilməlidir.
•
Gender zəminində zorakılığa (o cümlədən, insan alverinə) qarşı dövlətin
maarifləndirmə kampaniyaları dəstəklənməli (məs., məktəblərdə, universitetlərdə,
hökumət idarələrində) və zorakılıq qurbanları üçün müvafiq effektiv müdafiə
sistemi, o cümlədən, krizis mərkəzləri, təhlükəsiz evlər, məsləhət xidmətləri və
xüsusi təyinatlı xidmətlər yaradılmalıdır.
•
Qadınlara qarşı zorakılığa və qadın alverinə dair qanunların effektiv surətdə
işləməsi təmin edilməlidir.
•
Məhkəmə, hüquq, tibbi, sosial, təhsil, polis və miqrasiya heyətlərinin müntəzəm
olaraq qadınlara qarşı zorakılığa gətirə bilən qüvvədən sui-istifadə hallarının
qarşısını almağa dair treninq proqramları ilə təmin olunması müdafiə edilməli,
bu heyətlərin diqqəti gender xarakterli zorakılığın təbiətinə yönəldilməlidir.
•
Qadınlar və kişilər üçün müxtəlif səviyyələrdə, habelə müəssisələrdə, mərkəzi
və yerli hökumət idarələrində, təhlükəsizlik qüvvələri daxilində, o cümlədən,
polisdə, silahlı qüvvələrdə və mühacirət orqanlarında, təhsil müəssisələrində, kənd
və şəhər qadınları arasında hüquq sahəsində savadlılıq üzrə treninq proqramları
hazırlanmalı və dəstəklənməlidir.
6-cı fəsil
Gender, Siyasi İştirak və Vətəndaş Cəmiyyəti
A.
Gender və idarəetmə məsələləri
Azərbaycanda qadınların siyasətdə və idarəetmə strukturlarında iştirakı hüquqi
cəhətdən heç yerdə məhdudlaşdırılmasa da, keçid dövründə bu iştirak kəskin şəkildə aşağı
düşüb. Doğrudur, belə bir fikir var ki, Sovet dövründə siyasi vəzifələrə çox sayda qadınların
təyin olunması, xüsusilə də idarəetmənin yüksək eşelonlarında, onların nüfuzunun nisbətən
aşağı səviyyədə olduğunu gizlədirdi, lakin bununla belə, 1989-cu ildə qadın təmsilçiliyi
üçün 33% minimum müəyyən edən kvota sisteminə görə Azərbaycan Respublikasının Ali
Sovetində deputatların 40%-ni qadınlar təşkil edirdilər. Müstəqilliyin 1-ci ilində, qadınların
təmsilçiliyi aşağı endi və yalnız 6% təşkil etdi (Diaqram 9). 2004-cü ildə Milli Məclisin
125 üzvündən yalnız 13-ü qadın idi. Bələdiyyə səviyyəsində (burada da Sovet dövründə
Zəhmətkeş Xalq Deputatlarının Rayon Şuralarında
qadınlar üçün 33% kvota müəyyən
edilmişdi) qadınların zəif təmsilçiliyi daha aşkar idi. 2004-cü ilin dekabrında keçirilmiş son
bələdiyyə seçkilərində seçilmiş üzvlərin yalnız 4%-i qadınlar idi (Qadın Problemləri üzrə
Dövlət Komitəsi: məlumat sorğu ilə əldə olunmuşdur).
Partiya siyasətində qadınların
iştirakı son dərəcədə aşağıdır. Hal-
hazırda qadın təmsilçiliyinin faiz
nisbətini təmin edən kvota sistemi
mövcud deyil. Partiya strukturlarında
qərarqəbuletmə vəzifələrində qadınların
belə az olması qadınların partiya
siyahılarına daxil edilməsi və nəticədə
Parlamentə seçilməsini şübhə altına
alır. İki partiyada – Musavat Partiyası
və Azərbaycan Milli İstiqlaliyyət
Partiyasında
–
qadınlar
qərar
qəbuletmə orqanlarında vəzifələrin
20%-ni tuturlar; Azərbaycan Xalq
Cəbhəsi Partiyasında bu rəqəm 15% və
Azərbaycan Demokratik Partiyasında
9% təşkil edir (Qadın Problemləri üzrə
Dövlət Komitəsi: məlumat sorğu ilə
əldə edilib). Seçicilərin təqribən 50%-ni qadınların təşkil etməsinə baxmayaraq, əksər siyasi
partiyaların platformalarında gender məsələləri sistematik olaraq əks olunmur və “əsas”
seçki məsələsi kimi dərk olunmur.
Qadınlar aşkar olaraq partiyanın siyasi arenasına daxil olmaqda çətinlik çəkirlər,
bunun səbəbləri məlum deyil və gələcəkdə araşdırmaların aparılmasını tələb edir. Bəzi
Diaqram 9. Parlamentin gender strukturu,
1975-2004
z
Mənbə: DSK 2005: 222.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
qadınlar siyasət meydanının “kişi” təbiətini və qadınların “öz səslərini” eşitdirmək üçün
məkanın, eləcə də “qadın məsələləri” kimi qəbul edilən məsələlərin partiya daxilində
dəstəklənməsinin məhdud olmasını qeyd edirlər. Digərləri qadınların siyasi proseslər
haqqında bilik və məlumatlarının çatışmadığını bildirir və qadınların siyasətlə məşğul ola
bilmələri üçün ixtisaslaşmış dəstək və təlimlərin keçirilməsini təklif edirlər. Bununla belə,
bəziləri “ictimai” sahədə qadınların fəaliyyətini və xüsusilə axşamlar qadınların partiya
iclaslarında iştirak etmək imkanlarını məhdudlaşdıran ənənə və adətlərin ortaya çıxmasını
narahatlıqla qeyd edirlər; bundan əlavə həm ödənişli, həm də ödənişsiz (o cümlədən ev işləri)
işlə məşğul olduqları üçün siyasətdə iştirak etməyə onların əlavə vaxtları olmur. Nəyahət
qeydiyyatdan keçmək və seçki kampaniyası keçirmək üçün böyük məbləğ pul tələb olunur
və bu da orta ailə gəliri yalnız minimal ehtiyaclarını ödəyən bir çox qadınların imkanlarından
yüksəkdir.
Hakimiyyətin yüksək səviyyələrində işləyən qadınların nisbəti kişilərlə müqayisədə
çox aşağıdır; qadınların əksəriyyəti daha aşağı və ya inzibati (o cümlədən qərar qəbuletmədə
olmayan) vəzifələri tuturlar. Cədvəl 7-də göstərildiyi kimi əhəmiyyətli dərəcədə gender
disbalansı bütün nazirliklərdə mövcuddur: 636 yüksək idarəetmə vəzifələrindən 562-si və ya
88,4%-i kişilər tərəfindən tutulmuşdur. Hal-hazırda dövlət nazirliklərinin və komitələrinin 29
rəhbərindən yalnız biri qadındır: Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (Qadın
Problemləri üzrə Dövlət Komitəsi: məlumat sorğu ilə əldə edilib). Bundan əlavə, sektorlar
səviyyəsində əhəmiyyətli seqreqasiya mövcuddur, belə ki, idarəetmə vəzifələrində olan
qadınların az hissəsi Səhiyyə, Mədəniyyət və Sosial Müdafiə nazirlikləri ilə məhdudlaşırlar
və bu sahələr Maliyyə, Vergilər və ya Daxili işlər sektorlarından fərqli olaraq “qadın”
sektorları kimi qəbul olunur. Qadınların dövlət sektorunun idarəetmə vəzifələrinə qəbulu
və ya idarəetmə potensialını nümayiş etdirmiş qadınların karyerasının sürətləndirilməsi
fəal siyasətin gündəmində deyil, güman edilir ki, dövlət xidmətində idarəetmənin müasir
piramidal strukturu yaxın gələcəkdə də mövcud olacaq.
Böyük disbalansların mövcud olduğunu etiraf edən Qadın Problemləri üzrə MFP
(2000-2005) qadınların hakimiyyətdə iştirakını və təmsilçiliyini artırmaq məqsədilə
qadınların hakimiyyətdə və qərar qəbuletmə prosesində iştiraklarının artırılması üzrə
strateji məqsədi, qadınların hökumətin qərar qəbuletmə proseslərində bərabər iştirakının və
qadınların bələdiyyə seçkilərində və siyasi partiyalarda fəal iştirakının təmin edilməsi kimi
bir neçə tədbirləri daxil edir (QPDK 2000). Lakin hökumətin yüksək səviyyələrində və siyasi
proseslərdə qadınların təmsilçiliyinin aşağı olmasını göstərən məlumatlara əsasən əvvəlcə
bu məqsədlərə nail olmaq lazımdır və onları tətbiq etmək üçün daha konkret tədbirlər tələb
ediləcək. Xüsusilə də MFP-nin fəaliyyəti üçün büdcənin olmaması QPDK-nın özünün əsas
funksiyalarından kənar hər hansı bir fəaliyyət həyata keçirməsinə ciddi maneçilik törədir.
Qadınların siyasətdə artan iştirakının və qərar qəbuletmə səviyyəsində təmsilçiliyinin təmin
edilməsi hələ də donor dəstəyi üçün əsas məsələ deyil və indiyə kimi həyata keçirilmiş
minimal fəaliyyət məhdud təsirə malik olmuşdur.
Bu məlumat 2004-cü ilin oktyabrında ÖGQ kənd və şəhər ərazilərində aparılan iş zamanı qadınlarla
fərdi müsahibələrə və qrup müzakirələrinə əsaslanır.
Gender, Siyasi İştirak və Vətəndaş Cəmiyyəti
Cədvəl 7. Hökumətdə qərar qəbuletmə vəzifələrində qadınlar və kişilər, 2004
Nazirlik
Ümumi
Qadınların sayı Qadınların kişilərə
nisbəti, %-lə
Səhiyyə Nazirliyi
14
6
43
Dövlət Statistika Komitəsi
40
6
40
Mədəniyyət Nazirliyi
7
32
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi
5
6
24
İqtisadi İnkişaf Nazirliyi
17
4
23,5
Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi
9
Yanacaq və Energetika Nazirliyi
0
4
0
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
31
4
13
Maliyyə Nazirliyi
63
8
12,5
Xarici İşlər Nazirliyi
43
3
7
Gənclər, İdman və Turizm
Nazirliyi
27
7,5
Vergilər Nazirliyi
30
6,5
Kənd Təsərrüfatı Nazirliyi
56
3,5
Daxili İşlər Nazirliyi
239
6
2,5
Ümumi
636
74
11,6
Qeyd:
a
Yalnız məlumat almaq mümkün olan nazirliklər daxil edilib.
Mənbə: Qadın Problemləri üzrə Dövlət Komitəsi: məlumat sorğu ilə əldə edilib.
B.
Gender məsələləri üzrə vətəndaş cəmiyyəti təşkilatları
Azərbaycanda qeydiyyatdan keçən QHT-lərin sayının qiymətləndirilmələri fərqlidir.
2002-ci ildə Ədliyyə Nazirliyi 1400 təşkilatı (onlardan 50-si özünü qadın QHT-ləri kimi
təqdim etmişdir) qeydə alıb, lakin məlumdur ki, onların cüzi hissəsi fəaldır (ATƏT, 2002:
1). Bu təşkilatlar müxtəlif sektorlarda, o cümlədən ətraf mühit, humanitar yardım, MK və
qaçqınlara yardım, küçə uşaqları və əlillərlə iş kimi geniş fəaliyyət spektrinə cəlb olunmuşdur.
Bu yaxınlarda (2005-ci ilin sentyabrı) QHT-lərin sorğu kitabçası tərtib olunmuşdur və
kitabçaya Azərbaycanda qeydiyyatdan keçmiş bütün QHT-lərin adları, ünvanları və iş
sahələri daxil edilib. Qadın QHT-ləri bütün QHT sektorunun nisbətən az hissəsini təşkil
edir və onlarən da fəaliyyəti QQZ, insan alveri və MK/qaçqınlar kimi müəyyən məsələlərdə
cəmləşir.
Hökumət başa düşür ki, yoxsulluğun azaldılması və Azərbaycanda insan inkişafının
göstəricilərinin yaxşılaşdırılması QHT-lər və vətəndaş cəmiyyəti qrupları ilə məsləhətləşmələr
və əməkdaşlığın artırılmasını tələb edir. Hökumət icmaların və QHT-lərin nümayəndələrinin
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
2003-2005 YAİİDP-in hazırlanmasına cəlb edilməsi işində böyük səy göstərib və növbəti
YADİDP-nin hazırlanmasında iştirak prosesinin daha da artırılacağı gözlənilir. Qadın QHT-
lərin və ayrı-ayrı qadınların regional və icma səviyyəsində iştirakının artması daha böyük
əhəmiyyət kəsb edəcək. AİB QHT Forumunun milli səviyyədə keçirdiyi məlumatlılığın
artırılması sahəsində fəaliyyətini dəstəkləməklə YAİİDP-in Katibliyi vasitəsilə bu prosesə
yardım edir.
QPDK tərəfindən hazırlanmış və gender məsələləri sahəsində hökumət üçün fəaliyyət
çərçivəsi təmin edən Qadın Problemləri üzrə MFP inkişaf prosesində qadın QHT-lərin
vacib rolunu təsdiq edir və onları inkişaf təşəbbüslərində daha geniş iştirak etməyə, eyni
zamanda beynəlxalq qadın şəbəkələri ilə daha möhkəm əlaqələr qurmağa çağırır. QPDK
həmçinin gender üzrə dövlət siyasətinin monitorinqi üçün həm hökumət, həm də QHT
nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası da yaratmışdır.
Azərbaycanda qadın QHT-lərin sayının və fəaliyyət dairəsinin artmasına baxmayaraq,
onlar böyük maneələrlə rastlaşırlar. Müvafiq maliyyə ehtiyatının çatışmazlığı əsas məsələdir.
Bir çox qadın QHT-ləri hələ də onları maliyyələşdirə biləcək beynəlxalq və regional şəbəkələr
yaratmalıdırlar. Qadın QHT-lərin fəaliyyətinə icmaların maliyyə dəstəyi yox dərəcəsindədir,
və bu da yüksək səviyyəli donor dəstəyi olmadığı təqdirdə onların mövqelərini sarsıdır.
Donor asılılığı həm də o deməkdir ki, QHT-lər öz fəaliyyətlərində icmanın xüsusi ehtiyacları
ilə yanaşı, donor prioritetlərini də nəzərə almalı olurlar.. Ümumiyyətlə, maliyyə çatışmazlığı
QHT-lər arasında olan böyük rəqabəti daha da artırır. Lakin qadın QHT-lərinin əksəriyyəti
çox məhdud büdcə əsasında işləyirlər və yalnız könüllülərin dəstəyi ilə fəaliyyət göstərə
bilirlər. İxtisasın artırılması proqramlarına böyük ehtiyac olsa da, həm maliyyə, həm də insan
resurslarının çatışmazlığı bu təşkilatların daha geniş miqyaslı treninq və potensial yaradılması
proqramlarının planlaşdırılması və həyata keçirilməsi imkanlarını məhdudlaşdırır.
Qadın QHT-lərin rolu və potensialı haqqında cəmiyyətdə və hökumətdə məlumat
adətən məhduddur və bu da seçiclərlə əlaqələrin zəifləməsi ilə nəticələnir. Əsas işi QHT-
lərin ictimai imicinin qiymətləndirilməsi olan ABŞBİA-nın 2003-cü il Azərbaycanda QHT-
lərin Davamlılıq İndeksi üzrə apardığı icma sorğuları aşkar etdi ki, Azərbaycanda QHT-lər
və onların fəaliyyəti haqqında ictimaiyyətin məlumatlılığı aşağı olaraq qalır. Əhalinin yalnız
22%-i onların icmasında QHT-lərin fəaliyyət göstərdiyindən xəbərdar olduqlarını bildiriblər.
Bir çox QHT-lərin nümayəndələri bildiriblər ki, QHT-lərin və onların fəaliyyətini dəstəkləmək
sahəsində kifayət qədər iş görülməmişdir və bəzi QHT-lərin veb-saytının olması, təbliğat
broşüralarının dərc olunması və mətbuatın vasitələrinin müxtəlif növlərindən istifadə edərək
təşkilatları haqqında məlumatları yaymasına baxmayaraq, belə mexanizmlərin effektivliyi
və ictimaiyyətə çatdırılması məhduddur. Çətinliyin bir qismi də ondan ibarətdir ki, belə
dəstəyin qorunub saxlanılması üçün tələb olunan rayon filialları və ya şəbəkələri yalnız
bir neçə qadın QHT-lərdə var; onların əksəriyyəti Bakıda və böyük şəhər mərkəzlərində
yerləşirlər. Regionlarda davamlı təmsilçilik, öz növbəsində maliyyə resursları tələb edir, bu
da, qeyd olunduğu kimi, artıq dərəcədə məhduddur.
QHT-lərin fəaliyyəti üçün mühit yaxşılaşır, lakin qeydiyyat prosedurları uzun və
Gender, Siyasi İştirak və Vətəndaş Cəmiyyəti
mürəkkəb ola bilər, vergi və xəzinə güzəştlərini təmin edən müvafiq hüquq strukturları
məhduddur. QHT-lərin təşkilati potensialı geniş şəkildə fərqlənir və bu potensial beynəlxalq
əlaqələri və şəbəkələri, tam ştat personalı, idarəetməni və məsuliyyəti əsas tutan aşkar
liderlik strukturları və şəffaf maliyyə məsuliyyəti mexanizmləri olan Soros və Uşaqların
Xilası Fondu kimi QHT-lərdə daha çox inkişaf etmişdir.
Bu yaxınlarda QHT-lər və xüsusilə də qadın QHT-ləri arasında əməkdaşlığın
yaxşılaşdırılması sahəsində müəyyən səylər göstərilmişdir. Bir neçə müxtəlif QHT
koalisiyaları, o cümlədən, qadın QHT-ləri daxil olmaqla 200-dən çox QHT üçün himayə
təşkilatı və məsul orqan kimi fəaliyyət göstərən və beş rayonda bölməsi olan Milli QHT
Forumu mövcuddur. Azərbaycan Gender İnformasiya Mərkəzi həmçinin seçilmiş ərazilərdə
treninq proqramları keçirir və tədqiqatlar aparır. Lakin hal-hazırda nə hökumət/donor/QHT
məşvərət mexanizmi, nə də genderlə bağlı fəaliyyət və məsələləri daha da məqsədyönlü
əlaqələndirən və nəzərdə saxlaya bilən xüsusi forum və ya mexanizm yoxdur. Belə “gender
məşvərət forumu” yalnız sektor səviyyəsində gender proqramı və siyasət məsələləri üzrə
məlumat mübadiləsinin yaxşılaşdırılmasını deyil, həmçinin təcrübə mübadiləsi aparılması,
fəaliyyətlərin təkrarlanmasının qarşısının alınması və beləliklə də proqram və layihələrin
effektivliyinin yaxşılaşdırılmasını təmin edə bilər. O, həmçının qadın QHT-ləri arasında
məlumat və əlaqələrin yaxşılaşdırılmasını əsas prioritet kimi müəyyən edən Hökumətin
Qadın Problemləri üzrə MFP-ni dəstəkləyə bilər.
C.
Beynəlxalq inkişaf partnyorlarının töhfələri
On il ərzində müxtəlif beynəlxalq təşkilatlar gender bərabərliyi və genderin
ümumi siyasətə daxil edilməsi təşəbbüslərini çox dəstəkləyiblər.
Birləşmiş Millətlər
ailəsi çərçivəsində BMTİP, UNİFEM, UNİCEF, BMTƏF, ÜST, BMTQAK və Dünya
Ərzaq Proqramı (DƏP) kimi genderin ümumi siyasətə daxil edilməsi təşəbbüslərini həyata
keçirən əsas təşkilatlar müxtəlif rayonlarda, o cümlədən Bakıda QPDK-nın və qadın
QHT-ləri potensialının yaradılmasını müdafiə ediblər. 2004-cü ildə BMTİP və Norveç
Hökuməti Azərbaycanda Gender Münasibətlərinə dair İnsan İnkişafı üzrə Milli Hesabatın
hazırlanmasını dəstəklədiklərini elan ediblər. Hesabat gender münasibətləri üzrə ilk milli
tədqiqatın nəticələrini müəyyən edəcək və MDB məkanında aparılan ilk belə tədqiqat olacaq.
Bu tədqiqat Azərbaycanda genderin rolu və gender münasibətlərinin təbiətini araşdıracaq,
gender dəyərləri və münasibətləri üzrə milli müzakirələrin stimullaşdırılması üçün vasitə
kimi istifadə ediləcək və gələcək siyasət və proqramların formalaşması prosesini informasiya
ilə təmin edəcək. UNİFEM-in Azərbaycana yardımı əsasən onların “Qadınlar Cənubi
Qafqazda münaqişələrin qarşısının alınması və sülh quruculuğu uğrunda” layihəsi ətrafında
cəmləşir. 2001-ci ildə başlayan layihənin məqsədi Azərbaycan, Ermənistan və Gürcüstanda
münaqişələrin transformasiyası və sülh quruculuğunda qadınların səylərinin dəstəklənməsinə
yönəlib. Bu layihəyə əlavə olaraq, UNİFEM Pekin+10 prosesində müxtəlif konfrans və
görüşləri dəstəkləmiş və həmçinin qadınlar üçün bərabər imkanların təmin edilməsinə və
QPDK üçün potensialın yaradılmasına müəyyən dərəcədə yardım göstərmişdir.
Bütün proqramları sadalamaq mümkün olmadığına görə, burda yalnız bir neçəsi qeyd olunacaq.
0
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
UNİCEF-in azyaşlı uşaqların qidalanması və təhsili üzrə bir neçə proqramı var,
onların da bir hissəsi qadınlara və qız uşaqlarına yönəlib. Buraya vitamin çatışmazlığı
nəticəsində baş verən pozuntular zamanı A vitamininin əlavələrinin təmin edilməsi; yod
çatışmazlığının aradan qaldırılması üçün Ümumi Duz Yodlaşdırılması kampaniyaları; hamilə
qadınların və yeni doğulanların şəraitlərinin yaxşılaşdırılması və xəstəxana sistemində
islahatların həyata keçirilməsi məqsədilə Körpələrə Dostluq Xəstəxana Təşəbbüsü daxildir.
UNİCEF həmçinin ölkə üzrə tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması üçün Aktiv
Təhsil proqramını tədris planına daxil etmək məqsədilə Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq
edir. Cari proqramda BMTƏF yardımının 80%-dən çoxu reproduktiv sağlamlıq sektorunun
dəstəklənməsinə yönəlmişdir. Əsas sahələr aşağıdakılar ətrafında cəmləşir: Azərbaycanda
ailə planlaşdırılması sahəsində klinikaları şəbəkəsinin kontraseptiv materiallarla və
avadanlıqla təchiz edilməsi, reproduktiv sağlamlıq xidmətləri və bu xidmətləri təmin edənlər
üçün treninq imkanlarının gücləndirilməsi, milli QİÇS proqramının dəstəklənməsi, icma-
əsaslı xidmətlərin çatdırılması proqramlarının genişləndirilməsində qadın QHT-lərə yardım
göstərilməsi, ailə planlaşdırılması xidmətlərinin ilkin səhiyyə sisteminə daxil edilməsi və
treninq xidmətləri göstərənlərə kontrasepsiyanın müasir metodlarnın öyrədilməsi.
BMTQAK Azərbaycanda 1990-cı illərin əvvəlindən işləyir və onun səyləri başlıca
olaraq Dağlıq Qarabağ probleminə görə Ermənistanla Azərbaycan arasında həll olunmamış
münaqişə nəticəsində meydana gəlmiş yarım milyon məcburi köçkünə yönəlib. Bundan
əlavə, agentlik yeni yaradılmış sığınacaq sisteminin inkişaf etdirilməsi və həssas şəhər MK-
ların, o cümlədən cox sayda qadınların şəraitinin yaxşılaşdırılması məqsədilə yerli hökumət
orqanları ilə əməkdaşlıq edir. Bakıda savadlılıq proqramları və bir sıra digər xidmətləri, o
cümlədən qadınlar üçün ayrıca proqramları təmin edən icma mərkəzi yaradılmışdır. 2006-cı il
üçün BMTQAK-ın Ölkə Əməliyyat Planının əsas məqsədlərindən biri şüurlulğun artırılması
proqramları vasitəsilə insan alveri təhlükəsi altında olan qadınlar da daxil olmaqla, qaçqın və
sığınacaq axtaran əhali arasında seksual və gender-əsaslı zorakılıq hallarının azaldılmasını və
effektiv müraciət mexanizmini təmin etməkdir. MK/qaçqın icmalarının bir sıra qida əlavələri
ilə, işin müqabilində ərzaq, və digər reabilitasiya proqramları ilə təchiz edilməsi
DƏP-in
Azərbaycana yardımı çərçivəsində əsas diqqət obyektində olan məsələdir; gender yanaşması
DƏP-in Azərbaycandakı Ofisinin Hökumətlə və QHT-lərlə olan bütün razılaşmalarında əks
olunur.
Bir sıra inkişaf partnyoru, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT)
və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) səylərini miqrasiya və
insan alveri məsələlərində cəmləşdirirlər. BMqT, bir sıra donorların dəstəyi ilə miqrasiya
siyasətinin qurulması sahəsində Hökumətin potensial imkanlarının artırılmasını nəzərdə
tutan bir neçə layihə hazırlayıb; buraya yerli QHT-lərin miqrasiya məsələləri üzrə bacarıq və
bilgilərini inkişaf etdirmək, miqrasiyanın hərəkət monitorinqini keçirmək, qeyri-müntəzəm
miqrasiyanın, xüsusilə qaçaqmalçılıq, insan alverinə qarşı mübarizə, geri qayıtma və
reinteqrasiya təhlükəsi və bütün bunların nəticələri haqqında potensial miqrantlar arasında
şüurluluğun artırılması daxildir. Gender məsələləri BMqT-nin fəaliyyətində mərkəzi yer
tutur və o, genderin bütün səviyyələrdə ümumi siyasətə daxil edilməsini yaxşılaşdırmaq
üçün hökumət və QHT partnyorları ilə əməkdaşlığı artırır. ATƏT-in mandatı (səlahiyyət
Gender, Siyasi İştirak və Vətəndaş Cəmiyyəti
dairəsi) seçkilər, KİV və vətəndaş cəmiyyəti sahələrində qanunverici islahatları, hökumətin
QHT-lərlə partnyorluğunun qurulması, polis və cəza müəssisələri zabitləri üçün treninqlər
keçirilməsini nəzərdə tutmaqla həm gender, həm də gənclər məsələlərini kəsişən mövzular
kimi öz fəaliyyətinə daxil edir. Qadın Problemləri üzrə MFP vasitəsilə gender bərabərliyi
mexanizmlərinin təmin edilməsini müdafiə etməklə bərabər, ATƏT məişət zorakılığına dair
qanunvericiliyin təqdim edilməsində və ölkədə qadın məsləhət mərkəzlərinin yaradılmasında
QPDK-nın səylərinə dəstək verir. Ofis həmçinin Azərbaycanda DTİHB-in qadın şəbəkəsini
dəstəkləyir. ATƏT 2004-cü ildə qəbul olunmuş İnsan Alverinə qarşı mübarizəyə dair Milli
Fəaliyyət Planının hazırlanmasında hökumətə kömək edir, və insan alveri əleyhinə bir
neçə təşəbbüsü, o cümlədən, ölkədə pulsuz qaynar xətt yardımı və insan alveri qurbanları
üçün ölkənin ilk təhlükəsiz sığınacağında fəaliyyət göstərən iki QHT-nin yaradılmasını
dəstəkləməyə davam edir.
2004-cü ilin əvvəlində, ABŞBİA sektor səviyyəsində və əməliyyat prosedurlarında
gender problemlərini ümumi siyasətə daxil etmək üçün növbəti başlanğıç müddəaların
müəyyənləşdirilməsini nəzərdə tutan Azərbaycan üzrə Gender Qiymətləndirilməsini
yekunlaşdırdı (ABŞBİA 2004). ABŞBİA mikrokredit institutlarının və xidmətlərin
genişləndirilməsi üçün KOM-ların inkişafı və həmçinin səhiyyə və reproduktiv sağlamlıq
proqramlarının dəstəklənməsi sahələrində xüsusilə fəal olub. Səhiyyə Nazirliyi və UNİCEF,
ABŞBİA-nın dəstəyi ilə sağlamlıq göstəricilərinin (o cümlədən qidalanma) geniş spektri,
həmçinin səhiyyə xidmətlərindən yararlana bilmək imkanlarına dair cinslər üzrə bölünmüş
statistikanı təmin edən 2005-2006-cı illərin Milli Demoqrafiya və Sağlamlıq Sorğusunu
keçirəcək. Bu çox lazımlı göstəticilər qadın və kişilər üçün sağlamlıq (o cümlədən
reproduktiv sağlamlıq) sektorunda daha səmərəli və mümkün qədər ünvanlı müdaxilə
proqramı hazırlanması prosesini geniş məlumatla təmin etməlidir. Dünya Bankı layihələrin
tərtib edilməsində gender və sosial qiymətləndirmə aparır və yaxın gələcəkdə milli gender
qiymətləndirilməsinin həyata keçirilməsini nəzərdə tutur. Kənd təsərrüfatının İnkişafı üçün
Beynəlxalq Fond Qəbələ rayonunda həyata keçirilən Dağ və Dağlıq Ərazilər üçün Kənd
İnkişafı Proqramına gender komponentinin daxil edilməsi təşəbbüsünü dəstəkləyir. Bu,
layihəyə gender sahəsində mütəxəssisin təyin olunmasını və layihənin həyata keçirildiyi
yerlərdə ən yoxsul qadınlara ünvanlı yardımın göstərilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |