AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı



Yüklə 89,48 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix22.04.2017
ölçüsü89,48 Kb.
#15612
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

C. 
Tövsiyələr
Aşağıda təhsil və səhiyyə xidmətlərinə dair tövsiyələr verilir.


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
1. 
Təhsil

Kişilərin/Qadınların təhsilə cəlb edilməsi, davamiyyəti və ibtidai və orta məktəb 
səviyyəsində  aldıqları  bilikləri  müntəzəm  olaraq  qiymətləndirmək  və  ortaya 
çıxan  boşluqları  və  problemləri  həll  etmək  üçün  lazımi  siyasət  və  proqramlar 
hazırlanmalıdır.

Qadınların ali təhsilə az cəlb olunmalarının səbəbləri qiymətləndirilməli və bu 
problemlə məşğul olmaq üçün müvafiq strategiyalar hazırlanmalıdır.

Azyaşlı uşaqlara qayğı müəssisələrinin, o cümlədən məktəbəqədər müəssisələrin 
genişləndirilməsini təmin etmək üçün əlavə ehtiyatlar (insan və maliyyə) cəlb 
edilməlidir.

Gender üzrə şüurluluğun artırılması məsələsi müəllim hazırlığı proqramlarının 
hamısına (erkən uşaq, ibtidai, orta və ali təhsil) vacib bir komponent kimi daxil 
edilməlidir.

Qadınlar  və  kişilərin  rolu  haqqında  yaranmış  stereotip  fikirləri  məktəb 
proqramlarından  və  dərsliklərdən  çıxarmaq  məqsədi  ilə  onlar  təftiş  edilməli 
və elə rəftar normaları aşılanmalıdır ki, gender bərabərsizliyi və genderlə bağlı 
zorakılıq bağışlanmaz və yolverilməz bir hal kimi qəbul edilsin.

Peşə təhsili və digər ali təhsil proqramlarının əmək bazarındakı tələbata uyğun 
gəlməsi üçün əmək cəbhəsində tələbat (o cümlədən, gender maneələri) müntəzəm 
olaraq öyrənilməlidir.

Təhsil sektorunun idarə edilməsi üçün məsuliyyət daşıyan mərkəzi və bələdiyyə 
idarələrinin  bütün  səviyyələrində  gender  baxımından  ayrı-ayrı  məlumatların 
toplanması,  təhlili  və  təqdim  edilməsi  üçün  institutlaşdırma  potensialı  (məs., 
müntəzəm treninqlər yolu ilə) hazırlanmalıdır.
2. 
Səhiyyə xidməti

Hamilə  qadınlara,  gənc  analara  və  onların  ailələrinə  doğuşdan  əvvəl  və 
sonrakı  qayğı,  eləcə  də,  döşlə  əmizdirmə  və  pəhriz,  müvafiq  mikro-qidalı 
əlavələr,  doğuşlararası  interval,  immunlandırma  və  yeni  doğulmuş  körpələrə 
əsas  qayğı  barədə  məlumat  verə  biləcək  İlkin  Səhiyyə  Xidməti  proqramları 
gücləndirilməlidir.

(i)  ishal  və  kəskin  respirator  xəstəliklər  kimi  geniş  yayılmış  halların  aradan 
qaldırılması,  (ii)  immunlandırma  və  mikro-qida  çatışmazlığının  qarşısının 
alınması və ona nəzarət kimi preventiv səhiyyə xidmətlərinin təqdim edilməsi, 
(iii) körpələrin və kiçik uşaqların yedizdirilmə, o cümlədən, döşlə əmizdirilmə 
təcrübələrinin həyata keçirilməsi və (iv) analara qayğı (doğuşdan əvvəl, doğuş 
zamanı və doğuşdan sonra) təmin edilməsində təcrübələrini artırmaq üçün lazımi 
və müvafiq treninq və nəzarətin təmin edilməsi ilə səhiyyə sektorunda işçi qüvvəsi 
(o cümlədən, səhiyyə işçilərinin ön cəbhəsi) hazırlanmalıdır.

Kontraseptiv  vasitələr  sahəsində  şüurluluğu,  bu  vasitələrin  əldə  edilməsi  və 
maddi  cəhətdən  alına  bilinməsi  haqqında  məlumat  verən  ailə  planlaşdırılması 


İnsan inkişafının gender ölçüləri
xidmətləri genişlənməli, erkən hamiləliklərin sayı və abortdan kontraseptiv üsul 
kimi  istifadə  edilməsinin  müntəzəm  monitorinqi  keçirilməli  və  bu  problemlə 
lazımi şəkildə məşğul olmaq üçün proqramlar hazırlanmalıdır.

Uşaqların  cinsi  ilə  bağlı  abortların  həyata  keçirilib-keçirilmədiyini  müəyyən 
etmək üçün qız və oğlan uşaqlarının doğulmasının müntəzəm olaraq monitorinqi 
keçirilməli və buna müvafiq tədbirlər hazırlanmalıdır.

Uşaqların  xəstəlikləri  və  ölümü  və  gənclər  arasında  zəif  qidalanma  (yod 
çatışmazlığı  pozuntuları,  anemiya)  məsələləri  ilə  məşğul  olmaq  üçün  icmalar 
və  ailələr  arasında  həm  preventiv,  həm  də  müalicəvi  sağlamlıq  tədbirləri 
görülməlidir.

Bütün  rayonlarda  və  bütün  gəlir  qruplarında  (o  cümlədən,  köçkün/qaçqınlar) 
qızlar və oğlanlar arasında uşaq immunlaşdırılmasının qiymətləndirilməsi həyata 
keçirilməlidir ki, əsas maneələr və problemlər müəyyən edilsin.

Müntəzəm olaraq səhiyyə xidmətlərindən yararlanmaq imkanlarının keyfiyyətinin 
ondan  istifadə  edənlər  tərəfindən  (qadınlar/kişilər)  qiymətləndirilməsi 
aparılmalıdır ki, yeni siyasət və proqramlar bu barədə daha yaxşı məlumat əldə 
edə bilsin.

İİV/QİÇS  və  CYYX-lara  yoluxa  bilmə  baxımından  “yüksək  risk”  qrupuna 
daxil olan kişi və qadınlar müəyyən edilməli və hədəfə götürülməli və bu hədəf 
qrupları üçün müvafiq siyasət və proqramlar (məs., müvafiq tədris və informasiya 
proqramları, xüsusi təyinatlı işçilər və müalicə xidmətləri) hazırlanmalıdır.

Bakıda və bölgələrdə pulsuz və məxfi İİV/QİÇS testlərinin keçirilməsi imkanları 
yaxşılaşdırılmalı və qadınların xüsusi ehtiyaclarını nəzərə alan şərait (məs., qadın 
həkimlər/tibbi heyət) təmin edilməlidir.

Gender  zəminində  zorakılığa  (o  cümlədən,  insan  alverinə)  qarşı  dövlətin 
maarifləndirmə kampaniyaları dəstəklənməli (məs., məktəblərdə, universitetlərdə, 
hökumət  idarələrində)  və  zorakılıq  qurbanları  üçün  müvafiq  effektiv  müdafiə 
sistemi, o cümlədən, krizis mərkəzləri, təhlükəsiz evlər, məsləhət xidmətləri və 
xüsusi təyinatlı xidmətlər yaradılmalıdır.

Qadınlara  qarşı  zorakılığa  və  qadın  alverinə  dair  qanunların  effektiv  surətdə 
işləməsi təmin edilməlidir.

Məhkəmə, hüquq, tibbi, sosial, təhsil, polis və miqrasiya heyətlərinin müntəzəm 
olaraq  qadınlara  qarşı  zorakılığa  gətirə  bilən  qüvvədən  sui-istifadə  hallarının 
qarşısını almağa dair treninq proqramları ilə təmin olunması müdafiə edilməli, 
bu heyətlərin diqqəti gender xarakterli zorakılığın təbiətinə yönəldilməlidir.

Qadınlar və kişilər üçün müxtəlif səviyyələrdə, habelə müəssisələrdə, mərkəzi 
və  yerli  hökumət  idarələrində,  təhlükəsizlik  qüvvələri  daxilində,  o  cümlədən, 
polisdə, silahlı qüvvələrdə və mühacirət orqanlarında, təhsil müəssisələrində, kənd 
və şəhər qadınları arasında hüquq sahəsində savadlılıq üzrə treninq proqramları 
hazırlanmalı və dəstəklənməlidir.

6-cı fəsil 
 
Gender, Siyasi İştirak və Vətəndaş Cəmiyyəti
A. 
Gender və idarəetmə məsələləri
Azərbaycanda  qadınların  siyasətdə  və  idarəetmə  strukturlarında  iştirakı  hüquqi 
cəhətdən heç yerdə məhdudlaşdırılmasa da, keçid dövründə bu iştirak kəskin şəkildə aşağı 
düşüb. Doğrudur, belə bir fikir var ki, Sovet dövründə siyasi vəzifələrə çox sayda qadınların 
təyin olunması, xüsusilə də idarəetmənin yüksək eşelonlarında, onların nüfuzunun nisbətən 
aşağı  səviyyədə  olduğunu  gizlədirdi,  lakin  bununla  belə,  1989-cu  ildə  qadın  təmsilçiliyi 
üçün 33% minimum müəyyən edən kvota sisteminə görə Azərbaycan Respublikasının Ali 
Sovetində deputatların 40%-ni qadınlar təşkil edirdilər. Müstəqilliyin 1-ci ilində, qadınların 
təmsilçiliyi aşağı endi və yalnız 6% təşkil etdi (Diaqram 9). 2004-cü ildə Milli Məclisin 
125 üzvündən yalnız 13-ü qadın idi. Bələdiyyə səviyyəsində (burada da Sovet dövründə 
Zəhmətkeş  Xalq  Deputatlarının  Rayon  Şuralarında
 
qadınlar  üçün  33%  kvota  müəyyən 
edilmişdi) qadınların zəif təmsilçiliyi daha aşkar idi. 2004-cü ilin dekabrında keçirilmiş son 
bələdiyyə seçkilərində seçilmiş üzvlərin yalnız 4%-i qadınlar idi (Qadın Problemləri üzrə 
Dövlət Komitəsi: məlumat sorğu ilə əldə olunmuşdur).
Partiya  siyasətində  qadınların 
iştirakı  son  dərəcədə  aşağıdır.  Hal-
hazırda  qadın  təmsilçiliyinin  faiz 
nisbətini  təmin  edən  kvota  sistemi 
mövcud  deyil.  Partiya  strukturlarında 
qərarqəbuletmə vəzifələrində qadınların 
belə  az  olması  qadınların  partiya 
siyahılarına daxil edilməsi və nəticədə 
Parlamentə  seçilməsini  şübhə  altına 
alır. İki partiyada – Musavat Partiyası 
və  Azərbaycan  Milli  İstiqlaliyyət 
Partiyasında 
– 
qadınlar 
qərar 
qəbuletmə  orqanlarında  vəzifələrin 
20%-ni  tuturlar;  Azərbaycan  Xalq 
Cəbhəsi Partiyasında bu rəqəm 15% və 
Azərbaycan  Demokratik  Partiyasında 
9% təşkil edir (Qadın Problemləri üzrə 
Dövlət  Komitəsi:  məlumat  sorğu  ilə 
əldə edilib). Seçicilərin təqribən 50%-ni qadınların təşkil etməsinə baxmayaraq, əksər siyasi 
partiyaların  platformalarında  gender  məsələləri  sistematik  olaraq  əks  olunmur  və  “əsas” 
seçki məsələsi kimi dərk olunmur.
Qadınlar  aşkar  olaraq  partiyanın  siyasi  arenasına  daxil  olmaqda  çətinlik  çəkirlər, 
bunun  səbəbləri  məlum  deyil  və  gələcəkdə  araşdırmaların  aparılmasını  tələb  edir.  Bəzi 
Diaqram 9. Parlamentin gender strukturu,  
1975-2004
z
Mənbə: DSK 2005: 222. 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
qadınlar  siyasət  meydanının  “kişi”  təbiətini  və  qadınların  “öz  səslərini”  eşitdirmək  üçün 
məkanın,  eləcə  də  “qadın  məsələləri”  kimi  qəbul  edilən  məsələlərin  partiya  daxilində 
dəstəklənməsinin  məhdud  olmasını  qeyd  edirlər.  Digərləri  qadınların  siyasi  proseslər 
haqqında bilik və məlumatlarının çatışmadığını bildirir və qadınların siyasətlə məşğul ola 
bilmələri üçün ixtisaslaşmış dəstək və təlimlərin keçirilməsini təklif edirlər. Bununla belə, 
bəziləri  “ictimai”  sahədə  qadınların  fəaliyyətini  və  xüsusilə  axşamlar  qadınların  partiya 
iclaslarında iştirak etmək imkanlarını məhdudlaşdıran ənənə və adətlərin ortaya çıxmasını 
narahatlıqla qeyd edirlər; bundan əlavə həm ödənişli, həm də ödənişsiz (o cümlədən ev işləri) 
işlə məşğul olduqları üçün siyasətdə iştirak etməyə onların əlavə vaxtları olmur. Nəyahət 
qeydiyyatdan keçmək və seçki kampaniyası keçirmək üçün böyük məbləğ pul tələb olunur 
və bu da orta ailə gəliri yalnız minimal ehtiyaclarını ödəyən bir çox qadınların imkanlarından 
yüksəkdir.

Hakimiyyətin yüksək səviyyələrində işləyən qadınların nisbəti kişilərlə müqayisədə 
çox aşağıdır; qadınların əksəriyyəti daha aşağı və ya inzibati (o cümlədən qərar qəbuletmədə 
olmayan)  vəzifələri  tuturlar.  Cədvəl  7-də  göstərildiyi  kimi  əhəmiyyətli  dərəcədə  gender 
disbalansı bütün nazirliklərdə mövcuddur: 636 yüksək idarəetmə vəzifələrindən 562-si və ya 
88,4%-i kişilər tərəfindən tutulmuşdur. Hal-hazırda dövlət nazirliklərinin və komitələrinin 29 
rəhbərindən yalnız biri qadındır: Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (Qadın 
Problemləri üzrə Dövlət Komitəsi: məlumat sorğu ilə əldə edilib). Bundan əlavə, sektorlar 
səviyyəsində  əhəmiyyətli  seqreqasiya  mövcuddur,  belə  ki,  idarəetmə  vəzifələrində  olan 
qadınların az hissəsi Səhiyyə, Mədəniyyət və Sosial Müdafiə nazirlikləri ilə məhdudlaşırlar 
və  bu  sahələr  Maliyyə,  Vergilər  və  ya  Daxili  işlər  sektorlarından  fərqli  olaraq  “qadın” 
sektorları kimi qəbul olunur. Qadınların dövlət sektorunun idarəetmə vəzifələrinə qəbulu 
və  ya  idarəetmə  potensialını  nümayiş  etdirmiş  qadınların  karyerasının  sürətləndirilməsi 
fəal siyasətin gündəmində deyil, güman edilir ki, dövlət xidmətində idarəetmənin müasir 
piramidal strukturu yaxın gələcəkdə də mövcud olacaq. 
Böyük  disbalansların  mövcud  olduğunu  etiraf  edən  Qadın  Problemləri  üzrə  MFP 
(2000-2005)  qadınların  hakimiyyətdə  iştirakını  və  təmsilçiliyini  artırmaq  məqsədilə 
qadınların  hakimiyyətdə  və  qərar  qəbuletmə  prosesində  iştiraklarının  artırılması  üzrə 
strateji məqsədi, qadınların hökumətin qərar qəbuletmə proseslərində bərabər iştirakının və 
qadınların bələdiyyə seçkilərində və siyasi partiyalarda fəal iştirakının təmin edilməsi kimi 
bir neçə tədbirləri daxil edir (QPDK 2000). Lakin hökumətin yüksək səviyyələrində və siyasi 
proseslərdə qadınların təmsilçiliyinin aşağı olmasını göstərən məlumatlara əsasən əvvəlcə 
bu məqsədlərə nail olmaq lazımdır və onları tətbiq etmək üçün daha konkret tədbirlər tələb 
ediləcək. Xüsusilə də MFP-nin fəaliyyəti üçün büdcənin olmaması QPDK-nın özünün əsas 
funksiyalarından kənar hər hansı bir fəaliyyət həyata keçirməsinə ciddi maneçilik törədir. 
Qadınların siyasətdə artan iştirakının və qərar qəbuletmə səviyyəsində təmsilçiliyinin təmin 
edilməsi  hələ  də  donor  dəstəyi  üçün  əsas  məsələ  deyil  və  indiyə  kimi  həyata  keçirilmiş 
minimal fəaliyyət məhdud təsirə malik olmuşdur. 

Bu məlumat 2004-cü ilin oktyabrında ÖGQ kənd və şəhər ərazilərində aparılan iş zamanı qadınlarla 
fərdi müsahibələrə və qrup müzakirələrinə əsaslanır.


Gender, Siyasi İştirak və Vətəndaş Cəmiyyəti
Cədvəl 7. Hökumətdə qərar qəbuletmə vəzifələrində qadınlar və kişilər, 2004
Nazirlik
Ümumi
Qadınların sayı Qadınların kişilərə 
nisbəti, %-lə
Səhiyyə Nazirliyi
14
6
43
Dövlət Statistika Komitəsi
40
6
40
Mədəniyyət Nazirliyi

7
32
Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyi
5
6
24
İqtisadi İnkişaf Nazirliyi
17
4
23,5
Qaçqın və Məcburi Köçkünlərin 
İşləri üzrə Dövlət Komitəsi
9


Yanacaq və Energetika Nazirliyi
0
4
0
Ekologiya və Təbii Sərvətlər 
Nazirliyi
31
4
13
Maliyyə Nazirliyi
63
8
12,5
Xarici İşlər Nazirliyi
43
3
7
Gənclər, İdman və Turizm 
Nazirliyi
27

7,5
Vergilər Nazirliyi
30

6,5
Kənd Təsərrüfatı Nazirliyi
56

3,5
Daxili İşlər Nazirliyi
239
6
2,5
Ümumi
636
74
11,6
Qeyd: 
a
 Yalnız məlumat almaq mümkün olan nazirliklər daxil edilib.
Mənbə: Qadın Problemləri üzrə Dövlət Komitəsi: məlumat sorğu ilə əldə edilib.
B. 
Gender məsələləri üzrə vətəndaş cəmiyyəti təşkilatları
Azərbaycanda qeydiyyatdan keçən QHT-lərin sayının qiymətləndirilmələri fərqlidir. 
2002-ci ildə Ədliyyə Nazirliyi 1400 təşkilatı (onlardan 50-si özünü qadın QHT-ləri kimi 
təqdim etmişdir) qeydə alıb, lakin məlumdur ki, onların cüzi hissəsi fəaldır (ATƏT, 2002: 
1). Bu təşkilatlar müxtəlif sektorlarda, o cümlədən ətraf mühit, humanitar yardım, MK və 
qaçqınlara yardım, küçə uşaqları və əlillərlə iş kimi geniş fəaliyyət spektrinə cəlb olunmuşdur. 
Bu  yaxınlarda  (2005-ci  ilin  sentyabrı)  QHT-lərin  sorğu  kitabçası  tərtib  olunmuşdur  və 
kitabçaya  Azərbaycanda  qeydiyyatdan  keçmiş  bütün  QHT-lərin  adları,  ünvanları  və  iş 
sahələri  daxil  edilib.  Qadın  QHT-ləri  bütün  QHT  sektorunun  nisbətən  az  hissəsini  təşkil 
edir və onlarən da fəaliyyəti QQZ, insan alveri və MK/qaçqınlar kimi müəyyən məsələlərdə 
cəmləşir. 
Hökumət başa düşür ki, yoxsulluğun azaldılması və Azərbaycanda insan inkişafının 
göstəricilərinin yaxşılaşdırılması QHT-lər və vətəndaş cəmiyyəti qrupları ilə məsləhətləşmələr 
və əməkdaşlığın artırılmasını tələb edir. Hökumət icmaların və QHT-lərin nümayəndələrinin 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
2003-2005 YAİİDP-in hazırlanmasına cəlb edilməsi işində böyük səy göstərib və növbəti 
YADİDP-nin hazırlanmasında iştirak prosesinin daha da artırılacağı gözlənilir. Qadın QHT-
lərin və ayrı-ayrı qadınların regional və icma səviyyəsində iştirakının artması daha böyük 
əhəmiyyət  kəsb  edəcək. AİB  QHT  Forumunun  milli  səviyyədə  keçirdiyi  məlumatlılığın 
artırılması sahəsində fəaliyyətini dəstəkləməklə YAİİDP-in Katibliyi vasitəsilə bu prosesə 
yardım edir. 
 
QPDK tərəfindən hazırlanmış və gender məsələləri sahəsində hökumət üçün fəaliyyət 
çərçivəsi  təmin  edən  Qadın  Problemləri  üzrə  MFP  inkişaf  prosesində  qadın  QHT-lərin 
vacib rolunu təsdiq edir və onları inkişaf təşəbbüslərində daha geniş iştirak etməyə, eyni 
zamanda beynəlxalq qadın  şəbəkələri ilə  daha  möhkəm  əlaqələr qurmağa  çağırır.  QPDK 
həmçinin  gender  üzrə  dövlət  siyasətinin  monitorinqi  üçün  həm  hökumət,  həm  də  QHT 
nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası da yaratmışdır.
Azərbaycanda qadın QHT-lərin sayının və fəaliyyət dairəsinin artmasına baxmayaraq, 
onlar böyük maneələrlə rastlaşırlar. Müvafiq maliyyə ehtiyatının çatışmazlığı əsas məsələdir. 
Bir çox qadın QHT-ləri hələ də onları maliyyələşdirə biləcək beynəlxalq və regional şəbəkələr 
yaratmalıdırlar. Qadın QHT-lərin fəaliyyətinə icmaların maliyyə dəstəyi yox dərəcəsindədir, 
və  bu  da  yüksək  səviyyəli  donor  dəstəyi  olmadığı  təqdirdə  onların  mövqelərini  sarsıdır. 
Donor asılılığı həm də o deməkdir ki, QHT-lər öz fəaliyyətlərində icmanın xüsusi ehtiyacları 
ilə yanaşı, donor prioritetlərini də nəzərə almalı olurlar.. Ümumiyyətlə, maliyyə çatışmazlığı 
QHT-lər arasında olan böyük rəqabəti daha da artırır. Lakin qadın QHT-lərinin əksəriyyəti 
çox məhdud büdcə əsasında işləyirlər və yalnız könüllülərin dəstəyi ilə fəaliyyət göstərə 
bilirlər. İxtisasın artırılması proqramlarına böyük ehtiyac olsa da, həm maliyyə, həm də insan 
resurslarının çatışmazlığı bu təşkilatların daha geniş miqyaslı treninq və potensial yaradılması 
proqramlarının planlaşdırılması və həyata keçirilməsi imkanlarını məhdudlaşdırır.
Qadın  QHT-lərin  rolu  və  potensialı  haqqında  cəmiyyətdə  və  hökumətdə  məlumat 
adətən məhduddur və bu da seçiclərlə əlaqələrin zəifləməsi ilə nəticələnir. Əsas işi QHT-
lərin ictimai imicinin qiymətləndirilməsi olan ABŞBİA-nın 2003-cü il Azərbaycanda QHT-
lərin Davamlılıq İndeksi üzrə apardığı icma sorğuları aşkar etdi ki, Azərbaycanda QHT-lər 
və onların fəaliyyəti haqqında ictimaiyyətin məlumatlılığı aşağı olaraq qalır. Əhalinin yalnız 
22%-i onların icmasında QHT-lərin fəaliyyət göstərdiyindən xəbərdar olduqlarını bildiriblər. 
Bir çox QHT-lərin nümayəndələri bildiriblər ki, QHT-lərin və onların fəaliyyətini dəstəkləmək 
sahəsində kifayət qədər iş görülməmişdir və bəzi QHT-lərin veb-saytının olması, təbliğat 
broşüralarının dərc olunması və mətbuatın vasitələrinin müxtəlif növlərindən istifadə edərək 
təşkilatları haqqında məlumatları yaymasına baxmayaraq, belə mexanizmlərin effektivliyi 
və  ictimaiyyətə  çatdırılması  məhduddur.  Çətinliyin  bir  qismi  də  ondan  ibarətdir  ki,  belə 
dəstəyin  qorunub  saxlanılması  üçün  tələb  olunan  rayon  filialları  və  ya  şəbəkələri  yalnız 
bir  neçə  qadın  QHT-lərdə  var;  onların  əksəriyyəti  Bakıda  və  böyük  şəhər  mərkəzlərində 
yerləşirlər. Regionlarda davamlı təmsilçilik, öz növbəsində maliyyə resursları tələb edir, bu 
da, qeyd olunduğu kimi, artıq dərəcədə məhduddur. 
QHT-lərin  fəaliyyəti  üçün  mühit  yaxşılaşır,  lakin  qeydiyyat  prosedurları  uzun  və 


Gender, Siyasi İştirak və Vətəndaş Cəmiyyəti
mürəkkəb  ola  bilər,  vergi  və  xəzinə  güzəştlərini  təmin  edən  müvafiq  hüquq  strukturları 
məhduddur. QHT-lərin təşkilati potensialı geniş şəkildə fərqlənir və bu potensial beynəlxalq 
əlaqələri  və  şəbəkələri,  tam  ştat  personalı,  idarəetməni  və  məsuliyyəti  əsas  tutan  aşkar 
liderlik  strukturları  və  şəffaf  maliyyə  məsuliyyəti  mexanizmləri  olan  Soros  və  Uşaqların 
Xilası Fondu kimi QHT-lərdə daha çox inkişaf etmişdir. 
Bu  yaxınlarda  QHT-lər  və  xüsusilə  də  qadın  QHT-ləri  arasında  əməkdaşlığın 
yaxşılaşdırılması  sahəsində  müəyyən  səylər  göstərilmişdir.  Bir  neçə  müxtəlif  QHT 
koalisiyaları, o cümlədən, qadın QHT-ləri daxil olmaqla 200-dən çox QHT üçün himayə 
təşkilatı və məsul orqan kimi fəaliyyət göstərən və beş rayonda bölməsi olan Milli QHT 
Forumu mövcuddur. Azərbaycan Gender İnformasiya Mərkəzi həmçinin seçilmiş ərazilərdə 
treninq proqramları keçirir və tədqiqatlar aparır. Lakin hal-hazırda nə hökumət/donor/QHT 
məşvərət  mexanizmi,  nə  də  genderlə  bağlı  fəaliyyət  və  məsələləri  daha  da  məqsədyönlü 
əlaqələndirən və nəzərdə saxlaya bilən xüsusi forum və ya mexanizm yoxdur. Belə “gender 
məşvərət forumu” yalnız sektor səviyyəsində gender proqramı və siyasət məsələləri üzrə 
məlumat mübadiləsinin yaxşılaşdırılmasını deyil, həmçinin təcrübə mübadiləsi aparılması, 
fəaliyyətlərin təkrarlanmasının qarşısının alınması və beləliklə də proqram və layihələrin 
effektivliyinin  yaxşılaşdırılmasını  təmin  edə  bilər.  O,  həmçının  qadın  QHT-ləri  arasında 
məlumat  və  əlaqələrin  yaxşılaşdırılmasını  əsas  prioritet  kimi  müəyyən  edən  Hökumətin 
Qadın Problemləri üzrə MFP-ni dəstəkləyə bilər.
C. 
Beynəlxalq inkişaf partnyorlarının töhfələri
On  il  ərzində  müxtəlif  beynəlxalq  təşkilatlar  gender  bərabərliyi  və  genderin 
ümumi  siyasətə  daxil  edilməsi  təşəbbüslərini  çox  dəstəkləyiblər.

 
Birləşmiş  Millətlər 
ailəsi  çərçivəsində  BMTİP,  UNİFEM,  UNİCEF,  BMTƏF,  ÜST,  BMTQAK  və  Dünya 
Ərzaq Proqramı (DƏP) kimi genderin ümumi siyasətə daxil edilməsi təşəbbüslərini həyata 
keçirən  əsas  təşkilatlar  müxtəlif  rayonlarda,  o  cümlədən  Bakıda  QPDK-nın  və  qadın 
QHT-ləri  potensialının  yaradılmasını  müdafiə  ediblər.  2004-cü  ildə  BMTİP  və  Norveç 
Hökuməti Azərbaycanda Gender Münasibətlərinə dair İnsan İnkişafı üzrə Milli Hesabatın 
hazırlanmasını dəstəklədiklərini elan ediblər. Hesabat gender münasibətləri üzrə ilk milli 
tədqiqatın nəticələrini müəyyən edəcək və MDB məkanında aparılan ilk belə tədqiqat olacaq. 
Bu tədqiqat Azərbaycanda genderin rolu və gender münasibətlərinin təbiətini araşdıracaq, 
gender dəyərləri və münasibətləri üzrə milli müzakirələrin stimullaşdırılması üçün vasitə 
kimi istifadə ediləcək və gələcək siyasət və proqramların formalaşması prosesini informasiya 
ilə  təmin  edəcək.  UNİFEM-in  Azərbaycana  yardımı  əsasən  onların  “Qadınlar  Cənubi 
Qafqazda münaqişələrin qarşısının alınması və sülh quruculuğu uğrunda” layihəsi ətrafında 
cəmləşir. 2001-ci ildə başlayan layihənin məqsədi Azərbaycan, Ermənistan və Gürcüstanda 
münaqişələrin transformasiyası və sülh quruculuğunda qadınların səylərinin dəstəklənməsinə 
yönəlib.  Bu  layihəyə  əlavə  olaraq,  UNİFEM  Pekin+10  prosesində  müxtəlif  konfrans  və 
görüşləri dəstəkləmiş və həmçinin qadınlar üçün bərabər imkanların təmin edilməsinə və 
QPDK üçün potensialın yaradılmasına müəyyən dərəcədə yardım göstərmişdir.

Bütün proqramları sadalamaq mümkün olmadığına görə, burda yalnız bir neçəsi qeyd olunacaq.

0
 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
UNİCEF-in  azyaşlı  uşaqların  qidalanması  və  təhsili  üzrə  bir  neçə  proqramı  var, 
onların  da  bir  hissəsi  qadınlara  və  qız  uşaqlarına  yönəlib.  Buraya  vitamin  çatışmazlığı 
nəticəsində  baş  verən  pozuntular  zamanı A  vitamininin  əlavələrinin  təmin  edilməsi;  yod 
çatışmazlığının aradan qaldırılması üçün Ümumi Duz Yodlaşdırılması kampaniyaları; hamilə 
qadınların  və  yeni  doğulanların  şəraitlərinin  yaxşılaşdırılması  və  xəstəxana  sistemində 
islahatların həyata keçirilməsi məqsədilə Körpələrə Dostluq Xəstəxana Təşəbbüsü daxildir. 
UNİCEF həmçinin ölkə üzrə tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması üçün Aktiv 
Təhsil proqramını tədris planına daxil etmək məqsədilə Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq 
edir. Cari proqramda BMTƏF yardımının 80%-dən çoxu reproduktiv sağlamlıq sektorunun 
dəstəklənməsinə yönəlmişdir. Əsas sahələr aşağıdakılar ətrafında cəmləşir: Azərbaycanda 
ailə  planlaşdırılması  sahəsində  klinikaları  şəbəkəsinin  kontraseptiv  materiallarla  və 
avadanlıqla təchiz edilməsi, reproduktiv sağlamlıq xidmətləri və bu xidmətləri təmin edənlər 
üçün treninq imkanlarının gücləndirilməsi, milli QİÇS proqramının dəstəklənməsi, icma-
əsaslı xidmətlərin çatdırılması proqramlarının genişləndirilməsində qadın QHT-lərə yardım 
göstərilməsi, ailə planlaşdırılması xidmətlərinin ilkin səhiyyə sisteminə daxil edilməsi və 
treninq xidmətləri göstərənlərə kontrasepsiyanın müasir metodlarnın öyrədilməsi.
BMTQAK Azərbaycanda 1990-cı illərin əvvəlindən işləyir və onun səyləri başlıca 
olaraq Dağlıq Qarabağ probleminə görə Ermənistanla Azərbaycan arasında həll olunmamış 
münaqişə  nəticəsində  meydana  gəlmiş  yarım  milyon  məcburi  köçkünə  yönəlib.  Bundan 
əlavə, agentlik yeni yaradılmış sığınacaq sisteminin inkişaf etdirilməsi və həssas şəhər MK-
ların, o cümlədən cox sayda qadınların şəraitinin yaxşılaşdırılması məqsədilə yerli hökumət 
orqanları ilə əməkdaşlıq edir. Bakıda savadlılıq proqramları və bir sıra digər xidmətləri, o 
cümlədən qadınlar üçün ayrıca proqramları təmin edən icma mərkəzi yaradılmışdır. 2006-cı il 
üçün BMTQAK-ın Ölkə Əməliyyat Planının əsas məqsədlərindən biri şüurlulğun artırılması 
proqramları vasitəsilə insan alveri təhlükəsi altında olan qadınlar da daxil olmaqla, qaçqın və 
sığınacaq axtaran əhali arasında seksual və gender-əsaslı zorakılıq hallarının azaldılmasını və 
effektiv müraciət mexanizmini təmin etməkdir. MK/qaçqın icmalarının bir sıra qida əlavələri 
ilə, işin müqabilində ərzaq, və digər reabilitasiya proqramları ilə təchiz edilməsi
 
DƏP-in 
Azərbaycana yardımı çərçivəsində əsas diqqət obyektində olan məsələdir; gender yanaşması 
DƏP-in Azərbaycandakı Ofisinin Hökumətlə və QHT-lərlə olan bütün razılaşmalarında əks 
olunur. 
Bir  sıra  inkişaf  partnyoru,  o  cümlədən  Beynəlxalq  Miqrasiya  Təşkilatı  (BMqT) 
və  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  (ATƏT)  səylərini  miqrasiya  və 
insan alveri məsələlərində cəmləşdirirlər. BMqT, bir sıra donorların dəstəyi ilə miqrasiya 
siyasətinin  qurulması  sahəsində  Hökumətin  potensial  imkanlarının  artırılmasını  nəzərdə 
tutan bir neçə layihə hazırlayıb; buraya yerli QHT-lərin miqrasiya məsələləri üzrə bacarıq və 
bilgilərini inkişaf etdirmək, miqrasiyanın hərəkət monitorinqini keçirmək, qeyri-müntəzəm 
miqrasiyanın,  xüsusilə  qaçaqmalçılıq,  insan  alverinə  qarşı  mübarizə,  geri  qayıtma  və 
reinteqrasiya təhlükəsi və bütün bunların nəticələri haqqında potensial miqrantlar arasında 
şüurluluğun  artırılması  daxildir.  Gender  məsələləri  BMqT-nin  fəaliyyətində  mərkəzi  yer 
tutur  və  o,  genderin  bütün  səviyyələrdə  ümumi  siyasətə  daxil  edilməsini  yaxşılaşdırmaq 
üçün  hökumət  və  QHT  partnyorları  ilə  əməkdaşlığı  artırır. ATƏT-in  mandatı  (səlahiyyət 


Gender, Siyasi İştirak və Vətəndaş Cəmiyyəti
dairəsi) seçkilər, KİV və vətəndaş cəmiyyəti sahələrində qanunverici islahatları, hökumətin 
QHT-lərlə partnyorluğunun qurulması, polis və cəza müəssisələri zabitləri üçün treninqlər 
keçirilməsini nəzərdə tutmaqla həm gender, həm də gənclər məsələlərini kəsişən mövzular 
kimi öz fəaliyyətinə daxil edir. Qadın Problemləri üzrə MFP vasitəsilə gender bərabərliyi 
mexanizmlərinin təmin edilməsini müdafiə etməklə bərabər, ATƏT məişət zorakılığına dair 
qanunvericiliyin təqdim edilməsində və ölkədə qadın məsləhət mərkəzlərinin yaradılmasında 
QPDK-nın səylərinə dəstək verir. Ofis həmçinin Azərbaycanda DTİHB-in qadın şəbəkəsini 
dəstəkləyir. ATƏT 2004-cü ildə qəbul olunmuş İnsan Alverinə qarşı mübarizəyə dair Milli 
Fəaliyyət  Planının  hazırlanmasında  hökumətə  kömək  edir,  və  insan  alveri  əleyhinə  bir 
neçə təşəbbüsü, o cümlədən, ölkədə pulsuz qaynar xətt yardımı və insan alveri qurbanları 
üçün  ölkənin  ilk  təhlükəsiz  sığınacağında  fəaliyyət  göstərən  iki  QHT-nin  yaradılmasını 
dəstəkləməyə davam edir.
2004-cü ilin əvvəlində, ABŞBİA sektor səviyyəsində və əməliyyat prosedurlarında 
gender  problemlərini  ümumi  siyasətə  daxil  etmək  üçün  növbəti  başlanğıç  müddəaların 
müəyyənləşdirilməsini  nəzərdə  tutan  Azərbaycan  üzrə  Gender  Qiymətləndirilməsini 
yekunlaşdırdı  (ABŞBİA  2004).  ABŞBİA  mikrokredit  institutlarının  və  xidmətlərin 
genişləndirilməsi üçün KOM-ların inkişafı və həmçinin səhiyyə və reproduktiv sağlamlıq 
proqramlarının dəstəklənməsi sahələrində xüsusilə fəal olub. Səhiyyə Nazirliyi və UNİCEF, 
ABŞBİA-nın dəstəyi ilə sağlamlıq göstəricilərinin (o cümlədən qidalanma) geniş spektri, 
həmçinin səhiyyə xidmətlərindən yararlana bilmək imkanlarına dair cinslər üzrə bölünmüş 
statistikanı  təmin  edən  2005-2006-cı  illərin  Milli  Demoqrafiya  və  Sağlamlıq  Sorğusunu 
keçirəcək.  Bu  çox  lazımlı  göstəticilər  qadın  və  kişilər  üçün  sağlamlıq  (o  cümlədən 
reproduktiv  sağlamlıq)  sektorunda  daha  səmərəli  və  mümkün  qədər  ünvanlı  müdaxilə 
proqramı hazırlanması prosesini geniş məlumatla təmin etməlidir. Dünya Bankı layihələrin 
tərtib edilməsində gender və sosial qiymətləndirmə aparır və yaxın gələcəkdə milli gender 
qiymətləndirilməsinin həyata keçirilməsini nəzərdə tutur. Kənd təsərrüfatının İnkişafı üçün 
Beynəlxalq Fond Qəbələ rayonunda həyata keçirilən Dağ və Dağlıq Ərazilər üçün Kənd 
İnkişafı  Proqramına  gender  komponentinin  daxil  edilməsi  təşəbbüsünü  dəstəkləyir.  Bu, 
layihəyə  gender  sahəsində  mütəxəssisin  təyin  olunmasını  və  layihənin  həyata  keçirildiyi 
yerlərdə ən yoxsul qadınlara ünvanlı yardımın göstərilməsini nəzərdə tutur. 
Yüklə 89,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin