AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı


Cədvəl 2. Milli Fəaliyyət Planı: Strateji sahə və tədbirlər



Yüklə 89.48 Kb.

səhifə6/17
tarix22.04.2017
ölçüsü89.48 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17

Cədvəl 2. Milli Fəaliyyət Planı: Strateji sahə və tədbirlər
Strateji sahə 
Müəyyənləşdirilmiş 
tədbirlərin sayı
Qadın və İqtisadiyyat
5
Qadın və Təhsil
9
Qadın və Səhiyyə
9
Qadın və Zorakılıq
6
Qadın və Hərbi Münaqişə
7
Qaçqın və MK qadınlar
8
Qadınların İnsan Hüquqları
8
Qadın və Media
6
Qadın və Ətraf Mühit
4
Qız uşaqları
9
Qadın Hakimiyyət və Qərar Qəbuletmə Proseslərində 
7
Beynəlxalq Qadın Təşkilatları ilə Əlaqələr
7
Mənbə: AR Qadın Problemləri üzrə Dövlət Komitəsi, 2000. 
MFP fəaliyyət üçün geniş çərçivə təmin edir və həm milli, həm də regional səviyyədə 
həll olunması lazım gələn bəzi əsas gender məsələlərini müəyyən edir, lakin bu plan hələ də 
təkmilləşdirmə və modifikasiya tələb edir ki, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi 
dəqiq zaman ərzində real və nail oluna bilən hədəflər çərçivəsində olsun. Aydın göstəricilərin 
və  nəticələrin  plana  daxil  edilməsi  də  nailiyyətlərin  və  təsirin  qiymətləndirilməsinin 
yaxşılaşmasına imkan verməlidir. 
MFP-nin Pekin Fəaaliyyət Platformasında təqdim olunan tədbirlərə riayət etməsinə 
baxmayaraq, onların Azərbaycanda necə tətbiq olunmasının sonrakı təhlili faydalı olacaq. 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Xüsusilə də, MFP və Milli Gender Bərabərliyi Siyasəti arasında əlaqələr aydın deyil və daha 
diqqətli müəyyənlişdirilməyə ehtiyacı var. Bundan əlavə, MFP-nin Hökumətin Milli Gender 
Bərabərliyi Siyasətinin öhdəliklərini necə dəstəkləməsini aydınlaşdırmaq lazımdır. MFP hər 
iki strateji sahədə olan əsas məsələ və problemlərin təhlili yolu ilə möhkəmləndirilməli və 
beləliklə də, müəyyən olunan fəaliyyətləri strateji sahələrlə əlaqələndirmək üçün çərçivəni 
təmin etməlidir. 
Əlaqələndirmə  Şurasının  əsas  vəzifəsi  QPDK-a  MFP-nin  həyata  keçirilməsinin 
monitorinqində  kömək  etməkdir.  Müntəzəm  görüşlər  keçirilmədiyindən  MFP  üçün  illik 
monitorinq  hesabatları  hazırlanmalı  idi,  lakin  onlar  hazırlanmamışdır.  ÖGQ  keçirildiyi 
müddətdə, aydın oldu ki, az sayda nazirliklər MFP haqqında xəbərdardır; hətta gender üzrə 
məsul şəxslərin də MFP-də öz nazirlik və/və ya sektorlarına aid olan tədbirlər haqqında tam 
anlayışı yoxdur. Şuranın mütəmadi görüşlərinin keçirilməsinə və MFP-nin monitorinqinin 
həyata keçirilməsi məqsədilə lazımi vasitələrlə ilə təmin edilməsinə nail olmaqla yanaşı, 
gələcək  səylər  nazirliklər  və  komitə  strukturları  daxilində  MFP  haqqında  məlumatlılığın 
artırılmasına və öz sektor siyasətləri, strategiyaları və proqramlarına MFP-nin məqsədlərinin 
daxil edilməsinə imkan verən təşəbbüslərə ehtiyac var. MFP-nin effektivliyini məhdudlaşdıran 
son və ən vacib maneə MFP-nin həyata keçirilməsi üçün maliyyənin olmamasıdır. 95 spesifik 
tədbirin hər hansı birinin həyata keçirilməsi üçün heç bir büdcə təyin olunmayıb və müvafiq 
olaraq, maliyyə nəzərdə tutulmayıb. 
Gələn il yeni MFP-nin hazırlanması həm beynəlxalq, həm də milli öhdəliklərlə bağlı 
olan  tədbirlər  üçün  konkret  çərçivənin  yaradılmasına,  aydın  və  ölçülə  bilən  məqsədlərin 
və  daha  effektiv  mütəmadi  monitorinq  prosesi  və  nailiyyətlərin  ölçülməsi  üçün  aydın 
göstəricilərin  müəyyən  edilməsinə  imkan  verəcək.  Planın  milli  kontekstə  uyğun  olacağı 
halda və gender bərabərliyinə nail olmaq üçün vətəndaş cəmiyyətinin əhəmiyyətli və artan 
potensialından istifadə edəcəyi halda QHT və vətəndaş cəmiyyətinin iştirakını təmin etmək 
üçün təkmilləşdirilmiş mexanizmlərin yaradılması vacib ola bilər.
C.  
Tövsiyələr 
Aşağıdakı tövsiyələr Hökumətin gender bərabərliyinə dair öhdəliyini aydınlaşdırmaq, 
bu öhdəliyi təsvir edən əsas siyasət sənədlərini uyğunlaşdırmaq və 2005-ci ilin sonuna qədər 
fəalliyyət planını müəyyənləşdirmək üçündür.

Əsas  milli  siyasət  vasitələri  gender  bərabərliyinin  məqsədləri  ilə 
uyğunlaşdırılmalıdır.  Səylər  mümkün  qədər  siyasət  vasitələrinin  gender 
bərabərliyinin  məqsədlərinə  uyğunlaşdırmağa  yönəlməlidir.  MFP-nin 
fəaliyyət  müddəti  2005-ci  ildə  başa  çatdığı  üçün,  MİM  göstəricilərinin 
müəyyənləşdirilməsi və YADİDP yaradılması prosesi (gender üzrə xüsusi işçi 
qrup ilə) hələ də davam etdiyi üçün uyğunlaşma prosesinin baş verəcəyinə 
imkan  var.  Xüsusilə  də  formalaşma  mərhələlərində  onları  əlaqələndirmək 
üçün effektiv mexanizmlər yaradılacaq. 

Növbəti  MFP-ə  aydın  məqsədlərin  daxil  edilməsi,  effektiv  monitorinq 


Gender bərabərliyini təmin edən milli qanunlar, institutlar və siyasət
və  hesabat  sistemi  vasitəsilə  nəzarət  edilməsi  və  lazımi  səviyyədə 
maliyyələşdirilməsi  təmin  edilməlidir.  Sənəddə  olan  siyasət/proqram 
öhdəlikləri üçün məsuliyyəti təmin etməkdən əlavə, bu, QPDK-nın işi üçün 
aydın çərçivəni təmin edəcək. 

QPDK və gender üzrə məsul şəxslər şəbəkəsinin potensialı yaradılmalıdır. 
QPDK üzvlərinin öz mandatlarını effektiv həyata keçirəcəyi halda, potensialın 
yaradılması  əhəmiyyətli  ola  bilər.  Həm  QPDK-nın,  həm  də  gender  üzrə 
məsul  şəxslər  şəbəkələrinin  öz  vəzifələrini  yerinə  yetirmək  üçün  kifayət 
qədər maliyyə və insan resurslarına ehtiyacı var. Gender üzrə məsul şəxslərə 
heyət daxilində müxtəlif tapşırıqları yerinə yetirmək üçün müvafiq maliyyə 
resursları  ilə  dəstəklənən,  yalnız  genderlə  məşğul  olan  vəzifələr  lazımdır. 
Bundan əlavə, effektiv fəaliyyət üçün mütəmadi treninqlərin keçirilməsinə 
ehtiyac var. 

QPDK-nın rayon səviyyəsində iş proqramı yeni YADİDP iştirak prosesinin 
gender  məsələrini  tam  şəkldə  əks  etdirməsinin  təmin  edilməsi  məqsədilə 
adekvat resursların vasitəsilə inkişaf etdirilə bilər. 

Əlaqələndirmə  Şurasının  bərpası  yeni  MFP-nin  və  həmçinin  YAİİDP 
Katibliyi tərəfindən formalaşan YADİDP və MİM milli hədəf/göstəricilərin 
yaradılmasına  kömək  edəcək.  Şura,  hər  bir  proses  üçün  əhəmiyyətli  ola 
bilər, məqsəd və hədəflərin uyğun, əlaqəli olmasını və ən vacibi - adekvat 
maliyyələşdirməni və dəstəyi təmin edə bilər. Şuraya qərar qəbuletmə hüququ 
olan, yüksək vəzifəli şəxsin rəhbərlik etməsi vacibdir və bu şəxsin hakimiyyət 
daxilində idarəetmə səlahiyyətləri olmalıdır.

4-cü fəsil 
  
İqtisadi inkişaf və artımın gender ölçüləri
A. 
Formal əmək bazarının gender ölcüləri
Azərbaycanda  fəal  işləmə  qabiliyyətinə  malik  yaş  qrupuna  daxil  olan  bir  çox 
qadın  üçün  keçid  dövrü  iş  yerlərinin  itirilməsi,  uzun  müddətli  işsizlik  dövrləri  və  həm 
dövlət sektorunda, həm də özəl sektorda müqavilə bağlamaq yolu ilə işləmək imkanları ilə 
nəticələndi. İş qabiliyyətli qadınların hər altı nəfərindən biri işsiz hesab edilsə də (Cədvəl 
3), çoxları belə düşünür ki, bu rəqəm işsizliyin real miqyasından xeyli aşağıdır, çünki çox 
sayda qadın işsiz kimi qeydiyyata düşmür. 2003-cü ildə İşçi Qüvvəsinin Müayinəsi (İQM) 
aşkar etmişdi ki, iş qabiliyyətli qadınların (16-56 yaş həddi) yalnız 59,5%-i iqtisadi cəhətdən 
fəaldır, müqayisə üçün - kişilərdə bu rəqəm 83,6%-dir (16-61 yaş həddi). 
Cədvəl 3. İşləmək yaşında olan iqtisadi cəhətdən fəal və qeyri-fəal əhali (%)
 
Şəhər və kənd yerlərində
Şəhər yerlərində
Kənd yerlərində
Qadınlar
Kişilər
Qadınlar
Kişilər
Qadınlar
Kişilər
Əhalinin iqtisadi fəallığının 
səviyyəsi
59,5
83,6
53,8
80,6
67,4
87,4
İşsizliyin həddi
12,5
9,8
17,3
12,2
7,2
7,1
Mənbə
:
 Azərbaycan Respublikası, 2005b: 56.
Qadınların “qeyri-fəallıqlarının” yüksək səviyyədə olması qismən onların evdə qalıb 
uşaqlarını böyütmək istəkləri ilə izah edilsə də (DSK 2004c: 36), bu izahat qadınların seçimi 
və  imkanlarının  olmaması  və  daha  çox  kişilərə  iş  imkanı  verən  formal  əmək  bazarında 
qadınların  ciddi  məhdudiyyətlərlə  üzləşmələri  faktını  pərdələyir.  Cədvəldən  göründüyü 
kimi qadınlarla müqayisədə kişilər üçün iqtisadi fəallıq həddi həm kənd yerlərində, həm də 
şəhərlərdə çox da fərqli deyil. Şəhərlərdə isə qadınların iqtisadi fəallıq həddi (53,8%) kənd 
yerlərində olduğundan (67,4%) xeyli aşağıdır, bu da, görünür ki, kəndlərdə qadınların kiçik 
həyətyanı sahələrdə işləmələri ilə əlaqədardır. 
Kişilər və qadınların qeyri-fəallığı bütün yaş qrupları üzrə xeyli fərqlənir (Cədvəl 4). 
Ən böyük fərq 25-39 yaş qrupundadır; burada qadınlar kişilərə nisbətən beş-altı dəfə çox 
“iqtisadı cəhətdən qeyri-fəaldırlar”. Bu yaş qrupunda qadınların daha yüksək qeyri-fəallıq 
həddi Azərbaycanda qadınlar üçün orta evlənmə yaşına (23,7) və, deməli, uşaqların doğulması 
dövrünün başlanmasına uyğun gəlir. Doğrudur, bu yaş həddindən kənar dövrlərdə də qeyri-
fəallığın həddinin öyrənilməsi lazımdır, lakin qadınlara hamiləlik dövrü məzuniyyətlərinin 
və bu dövrə görə əmək haqqlarının verilməsinin iş sahibləri üçün arzuedilməz olması və 
eləcə də, ərlərinin və ailələrinin təzyiqi ilə qadınların evdə qalmaları onların iqtisadi cəhətdən 
qeyri-fəal olmalarının səbəbləridir. 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Cədvəl 4. Yaş qrupları üzrə qadınların/kişilərin qeyri-fəallığı
Yaş
20-24 25-29 30-34 35-39 40-44 45-49 50-54 55-59 60-64 65+
Kişilər
16,4
5,5
4,2
4,8
5,2
7,3
9,7
19,9
57,5
87,9
Qadınlar
36,7
33,1
35,2
33,0
29,6
32,1
47,9
67,1
87,4
95,3
Mənbə: Azərbaycan Respublikası 2005b: 57
Nə qədər ki, işsiz qadınlar iqtisadi cəhətdən qeyri-fəal olmağa daha çox məruzdurlar, 
və qeyri-formal iqtisadiyyatda kişilər qadınlara nisbətən daha çox iş tapa bilirlər (Cədvəl 
5),  “iqtisadi  qeyri-fəallıq”  termini  qadınların  ailəni  dolandırmaqda  oynadığı  başlıca  rolu 
– ailəni qidalandırmaqdan və sağlamlığının qayğısına qalmaqdan başlayaraq çox vaxt qeyri-
sabit olan yoxsulluq vəziyyətlərindən çıxa bilmək üçün lazımi təsərrüfat yaratmağa qədər 
– kölgələyir.
 
Cədvəl 5. 2005-ci ildə qeyri-fəal əhalinin gender tərkibi (%-lə)
Məşğulluq
Cəmi
Kişilər
Qadınlar
Əyani şöbədə oxuyan tələbələr/yuxarı sinif şagirdləri
21,8
33,5
16,4
Yaşa, iş stajına, güzəştə malik təqaüdçülər
36,2
42,1
33,4
Əlil təqaüdçülər 
8,2
15,3 
5,0
Mülkiyyətdən gəlir alanlar
3,6
9,1
1,0
Ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə 
üzvlərinə qulluq edən cavabdeh şəxslər 
30,3
0,0
44,2
Cəmi
100,0
100,0
100,0
Mənbə: DSK 2005
1

Özəl və dövlət sektorlarında get-gedə daha çox təcrid olunma
Özəlləşdirmə  prosesi  çox  sayda  qadınlara  heç  də  xeyir  gətirmədi.  BMT-nin 
İnkişaf  Proqramının Azərbaycan  üzrə  İnsan  İnkişafına  dair  Məruzəsində  qeyd  edilir  ki, 
özəlləşdirmənin ilk dövrü əsasən qadınların işlədiyi (40%) iaşə xidmətləri, ərzaq istehsalı və 
ticarət kimi sahələri əhatə etmişdir. Üstəlik, özəlləşdirilmiş obyektlərdə işləyən qadınların 
74%-i  işini  itirib  və  indi  yeni  qeydə  alınmış  KOM-in  (kiçik  və  orta  müəssisələr)  yalnız 
7%-i  qadınlara  məxsusdur.  Qadınların  və  özəlləşdirmənin  vəziyyətini  qiymətləndirmək 
üçün aparılan araşdırmalara əsasən, özəlləşdirilmiş müəssisələrdə işləyən qadınların 83%-i 
xoşbəxt deyillər (BMTİP 2002).
İşə götürülməkdə və işdə irəli çəkilməkdə qadınlara qarşı mövcud olan ayrı-seçkilik 
haqqında geniş surətdə məlumat verilib və bunlar dövlət və özəl sektorlarında əhəmiyyətli 
dərəcədə gender ayrı-seçkiliyinin olduğınu aşkara çıxaran İQM-nin əldə etdiyi məlumatlarla 
da təsdiq edilib; özəl sektor get-gedə daha çox kişilərin ixtiyarına keçir. Dövlət sektorunda 
işə  götürülən  qadınların  sayı  bütövlükdə  kişilərdən  xeyli  az  olsa  da,  o,  hələ  də  qadınlar 
üçün ən böyük iş sahəsidir – 2005-ci ildə
 
işləyən qadınların ümumi sayının 32,3%-i dövlət 


İqtisadi inkişaf və artımın gender ölçüləri
sektorunun payına düşürdü. Eyni zamanda, qeyri-dövlət müəssisələrində işləyənlərin yalnız 
9%-ini qadınlar təşkil edirdi (DSK 2005a: 90). İşləyən əhali üçün əmək bazarında tələbatı 
müəyyənləşdirmək  və  ona  müvafiq  peşə  bazası  yaratmaqla  yanaşı,  iş  sahibləri  arasında 
sorğular  keçirmək  işə  götürmədə  belə  gender  yanaşmasının  nə  dərəcədə  və  nə  üçün  yer 
almasının qiymətləndirilməsinə imkan verərdi. Əgər qadınlar Azərbaycanın iqtisadi inkişafı 
və artımı proseslərində bərabər hüquqlu partnyor, iştirakçı və sahib olmalıdırlarsa, onların özəl 
sektorda iştirakına qoyulan maneələrin təhlili və onlara müraciət edilməsi çox vacibdir. 
2. 
Əmək bazarında üfüqi və şaquli seqreqasiya
Azərbaycanda bərabər iş üçün bərabər əmək haqqı prinsipi qanunla təmin edilsə də, 
kişilərin və qadınların əmək haqqı normaları xeyli dərəcədə fərqlənir. Bu hal başlıca olaraq, 
əmək meydanında daim mövcud olan şaquli gender ayrı-seçkiliyi üzündən baş verir ki, bu 
da əksər sektorlarda rəhbər vəzifə tutan qadınların sayının az olmasından irəli gəlir. 2002-ci 
ildə DSK nümunə üçün apardığı araşdırmalar (seçmə müayinəsi) aşkara çıxartdı ki, hətta 
qadınların üstünlük təşkil etdikləri sektorlarda (Diaqram1), məsələn, səhiyyə xidməti, sosial 
xidmətlər sahəsində (burada işləyən qadınların sayı kişilərdən 5,6 dəfə çoxdur), qadınların 
maaşları kişilərinkinin yalnız 54,4%-i qədərdir və bu da kişilərin qərarqəbuletmə vəzifələrində 
(həm də yüksək maaşlı vəzifələrdə) çoxluq təşkil etmələrinin nəticəsidir.
5
 
Eyni vəziyyətə 
təhsil  sektorunda  da  rast  gəlmək  olar:  burada  işləyən  qadınların  sayı  kişilərdən  iki  dəfə 
çoxdur, orta əmək haqqları isə kişilərin aldığının yalnız 77,7%-ni təşkil edir (Azərbaycan 
Respublikası 2005a: 57-58). 
Diaqram 1. Məşğulluqda kişi/qadın sektorları
Mənbə: DSK 2005a: 74
 

Bax 7-ci fəsil, Cədvəl 10. Dövlətin qərarqəbuletmə vəzifələrində qadınlar və kişilər, 2004; buradan 
məlum olur ki, hökumətdə qərarqəbuletmə vəzifələrinin yalnız 11,6%-ni qadınlar tutur.


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Təhsil, səhiyyə xidməti, rabitə və sosial xidmətlər sektorlarında formal işçi qüvvəsi 
kimi qadınlar üstünlük təşkil etsələr də, digər sektorların hamısında onlar azlıqdadırlar. Əldə 
olan məhdud məlumatlara əsasən demək olar ki, bu üfüqi ayrı-seçkilik artmağa meyl edir və 
YAİİDP-nın həyata keçirildiyi dövr ərzində bu məsələyə yaxından nəzarət edilməli və təhlil 
aparılmalıdır; çatışmazlıqları aradan götürmək üçün müvafiq düzəlişlər planlaşdırılmalı və 
tətbiq edilməlidir. Əgər məsələ həqiqətən də belədirsə, qadınların “qeyri-ənənəvi” sektorlarda 
iştirakını artırmaq məqsədilə xüsusi siyasət və proqramların hazırlanmasına ehtiyac olacaq 
– özü də yalnız bərabərlik məsələsinə görə deyil, həm də çox böyük əhəmiyyətə malik olan 
qadın işsizliyi problemini həll etmək üçün. Belə siyasət və proqramların hazırlanması zaman 
müəyyən fəaliyyət sektorlarında qadınların üzləşdiyi maneələrin keyfiyyət analizi əsas rol 
oynayacaq.
B. 
Qeyri-formal sektorun gender ölçüləri
Keçmiş Sovet İttifaqının bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadi 
keçid formal məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə azalması və real əmək haqqlarının 
aşağı düşməsi ilə bir vaxta düşdü və bu da hökumətin əhalinin sosial təhlükəsizliyini təmin 
etmək  qabiliyyətinə  xeyli  ziyan  vurdu.  Davamlı  olaraq  çoxalan  işsizlik,  yüksək  təhsil 
qiymətləri,  dövlətin  uşaq  müəssisələrində  şəraitin  olmaması  və  onları  əvəz  edən  özəl 
müəssisələrdə yüksək qiymətlər, kiçik biznes yaratmaq üçün başlanğıc kapitalın yoxluğu, 
biznes  bacarığının  olmaması  və  insanların  bazar  iqtisadiyyatını  bilməmələri,  əzəldən 
“kişilərin” meydanı hesab edilən formal özəl sektora daxil olmaqla əlaqədar çətin və çox 
vaxt təhlükəli prosedurlar qadınları qeyri-formal iş sektoruna müraciət etməyə sövq edib. 
Qeyri-formal əmək bazarının miqyası və strukturu haqqında məlumat çox məhdud 
olsa  da,  sübutlar  göstərir  ki,  qadınlar  bu  bazarın  çox  böyük  hissəsini  təşkil  edir:  bunlar 
şəhərlər/ölkələrarası alverçilər, bazar satıcıları, ev xidmətçiləri və müzdla xəstəyə baxanlardır. 
2004-cü ildə aparılan İşçi Qüvvəsinin Müayinəsinə görə, işlədiklərini söyləyən qadınların 
17%-i özlərinin “hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul 
olduqlarını” bildirirlər ki, bu da qeyri-formal əmək sektorunu nəzərdə tutur (DSK 2004c: 31). 
Qeyri-formal sektorda kiçik şəxsi biznesə başlamaq və ya onu davam etdirmək üçün kredit 
almağa çalışan çox sayda qadın etiraf edir ki, Sovet dövründən fərqli olaraq, indi daha çox 
qadın formal sektordan kənarda fəaliyyət göstərə bilər. Bu ölçüləbilən rəqəmlər və onların 
yoxsulluğun azaldılmasına dair strategiyaların hazırlanması və tətbiq edilməsində istifadə 
edilməsinə  baxmayaraq,  YAİİDP-da  qeyri-formal  sektor  (qadınlar  və  kişilər)  tamamilə 
nəzərə alınmayıb.
Doğrudur,  qadınların  qeyri-formal  sektorda  iş  tapmalarında  maneələr  daha  azdır, 
lakin belə iş uzun iş saatları, aşağı əmək haqqı, çətin şərait və bəzən də şəxsi təhlükəsizliyi 
riskə salan hallar deməkdir (məsələn, küçə alverçiləri üçün). Evlə əlaqədar iş öz uşaqlarına 
baxmaq imkanı olmayan qadınlar üçün çıxış yolu olsa da, bu işlə məşğul olanların əməyinin 
müqabilində çox az mənfəət gətirir, çünki onlar uşağa baxmaqla yanaşı ev işləri ilə də məşğul 
olmalı  olurlar  və  üçqat  iş  görürlər.  Üstəlik  də  hər  hansı  bir  sosial  müdafiənin  olmaması 


İqtisadi inkişaf və artımın gender ölçüləri
(məsələn, xəstəliyə görə işdən azad olma, hamiləliklə əlaqədar məzuniyyət, təqaüd fonduna 
ayırmalar) qeyri-formal sektorun işçilərinin bu gün, eləcə də gələcəkdə yoxsulluğa düçar 
olmaq ehtimallarını çox artırır.
Qadınların məşğul olduqları və yüksək peşəkarlıq tələb etməyən bəzi qeyri-formal 
fəaliyyətlərə  də  pis  baxılır,  xüsusilə  də  iş  statusuna  və  təhsilə  yüksək  qiymət  verilən 
keçmiş Sovet İttifaqında. Ölkə üzrə Gender Qiymətləndirilməsi üçün məlumat toplanması 
prosesində  əldə  edilmiş  maraqlı  sübutlar  göstərir  ki,  qadınların  post-keçid  dövründəki 
şəraitə uyğunlaşmada “daha böyük çeviklik” göstərməsi onların istənilən işə (o cümlədən, 
qeyri-formal sektorda) hazır olmaları ilə bağlıdır; kişilər isə, əksinə, özlərinin keçmiş Sovet 
İttifaqında məşğul olduqları işdən status etibarı ilə aşağı işə razılaşa bilmirlər. Bir çox qadın 
onu da bildirb ki, onların qeyri-formal sektorda işləmələri ərlərinin davam edən işsizlıyi və 
aşağı səviyyəli işlə məşğul olmaq istəməmələrinin, formal sektorda qadınların iş tapmaq 
imkanının olmamasının (xüsusilə də 30 yaşdan yuxarı) və ailələrinin əsas tələbatlarını təcili 
ödəmək ehtiyacının məntiqi nəticəsidir.

Qeyri-formal iqtisadiyyatın gender ölçülərinin tədqiq edilməsi və təhlilinin davam 
etdirilməsinin  əhəmiyyətli  olduğu  aydındır,  özü  də  yalnız  bu  iqtisadiyyatda  məşğul  olan 
qadınların böyük faiz təşkil etdiyini aşkar etmək üçün yox, həm də bunun iqtisadi artıma 
yardım etməsini və onun yoxsulluqla əlaqələrini başa düşməyə imkan yaratmaq üçün. Qadın 
və  kişilərin  kənd  yerlərində  və  şəhərlərdə,  rayonlarda,  eləcə  də,  profillər  üzrə  (məsələn, 
yaş həddi və gəlir qrupları) qeyri-formal sektorda inkişafına dair daha etibarlı məlumatın 
toplanmasından əlavə, qeyri-formal sektora keçənləri, əldə edilən mənfəət və qarşıya çıxan 
çətinlikləri daha yaxşı başa düşmək çox vacibdir. Məsələn, qadınların formal sektora müraciət 
etmələri üçün lazım olan stimul və yardımın müəyyənləşdirilməsi, xüsusilə də özəl sektorun 
(qeyri-neft)  inkişafının  stimullaşdırılması  əsas  inkişaf  strategiyası  olan Azərbaycan  kimi 
ölkələrdə, yoxsulluğun azaldılması strategiyalarına daha böyük əhəmiyyət verə bilərdi.
C. 
Qadın sahibkarlığı və kredit
Azərbaycanda kiçik və orta müəssisələrin (KOM) yaradılması həmişə iqtisadiyyatın 
müxtəlif sahələrini inkişaf etdirmək və məşğulluq proqramları hazırlamaq üçün ən ümidverici 
yollardan biri olub.
7
 
KOM-lər müəyyən dərəcədə ənənəvi olaraq böyük olmuş müəssisələrin 
dağılması  nəticəsində  əmələ  gələn  boşluğu  doldurub,  və  kiçikmiqyaslı  özəl  sektorun 
fəaliyyəti son illərdə artıb, və bu da həm formal, həm də qeyri-formal sektorda çox sayda 
biznesin  yaradılması  ilə  əlaqədardır.  Lakin  administrativ  maneələr,  o  cümlədən,  biznesin 
qeydiyyatdan keçməsi və yaradılması prosesinin mürəkkəb olması, maliyyə çatışmazlığı, 
qeyri-adekvat infrastruktur böyük nəticələrin əldə edilməsini yubandıran amillərdir. 
Keçmiş Sovet İttifaqının digər respublikalarının çoxunda olduğu kimi, Azərbaycanda 

2004-cü ilin oktyabr-noyabr aylarında Ölkə üzrə Gender Qiymətləndirilməsi yerlərdə apardığı iş 
zamanı alınan müsahibələr və qrup müzakirələrində əldə edilmiş məlumat.

AİB, Dünya Bankı, BƏT, UNECE (BMT-nin Avropa üçün İqtisadi Komissiyası) və BMTİP KOM 
sektorunun genişləndirilməsini yoxsulluğun azaldılması işində əsas strategiya hesab edirlər. 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
da keçid dövründə qadın sahibkarlığının miqyası və ona törədilən maneələr çox az təhlil 
edilib. Bundan əlavə, qadınların formal sektorda məşğulluq imkanlarının azalmasına cavab 
olaraq qeri-formal sektorda biznes yaratmalarına (küçə alverindən və bazar satıcılığından 
tutmuş evlə əlaqədar işlərə qədər) dair çox sayda sübutların olmasına baxmayaraq, KOM 
sektorunun genişləndırilməsi potensialının qiymətləndirilməsi “gender baxımından neytral” 
olub və qadınların iştirakının daha fəal surətdə dəstəklənməsi və genişləndirilməsi yolları 
nəzərdən keçirilməyib və bu yollara müraciət edilməyib.
Rəsmi statistikada, diqqət spesifik olaraq qadın sahibkarlığına yönəldilməsə də, qeyd 
edilir ki, çox sayda qadınların öz şəxsi biznesləri ilə məşğul olmaları ilə yanaşı (17,0%), 
həm  də  qadınların  böyük  əksəriyyəti  üçün  bu  biznesdən  əldə  edilən  mənfəət  əsas  gəlir 
mənbəyidir (18,4%) (DSK 2005a: 96). Bu rəqəmlər formal və qeyri-formal sektorları bir-
birindən ayırmır, lakin onlar göstərir ki, bir çox qadın üçün kiçik biznes həyat əhəmiyyətli, 
əvəzsiz məşğulluq və gəlir alternativinə çevrilmişdir. 
Azərbaycanda qadın sahibkarlığının inkişafına dair 2004-cü ildə Beynəlxalq Əmək 
Təşkilatının  (BƏT)  sponsorluğu  ilə  keçirilən  araşdırmalara  əsasən,  orta  səviyyəli  qadın 
sahibkar 35 yaşlı (və 35-dən yuxarı), əvvəllər işləmiş, ali təhsilli (yəni universitet bitirmiş), 
evli və orta hesabla 2-4 uşağı olan adamdır. Cənub rayonlarında, Mingəçevirdə və onun ətraf 
bölgələrində qadınların təhsili aşağı səviyyədədir, lakin 55% qadın tam orta təhsil alıb və 
33%-nin ali təhsili var (BƏT 2004). Daha çox və ətraflı araşdırmalara ehtiyac olsa da, bu o 
deməkdir ki, qadın sahibkarların əksəriyyəti savadlıdır, onların xeyli iş təcrübəsi və peşəkarlığı 
var. Qadınların çoxu qabaqcadan elan ediblər ki, onların KOM açmaq istəmələrinin səbəbi 
ailənin büdcəsinə yardım etmək ehtiyacından irəli gəlib.
Bir çox qadın KOM yaratmaq işində maliyyə mənbələrindən, o cümlədən, kreditdən 
istifadə  etmək  imkanlarının  məhdud  olmasını  başlıca  maneə  hesab  edir.  Əlavə  tələblərin 
öhdəsindən gələ bilməmələri, bank qaydaları və tələblərinin dolanbaclarında özlərinə yol 
açmağın çətinlikləri, habelə, borcverən kişi məmurların həssas olmamaları qadınları formal 
maliyyələşdirmə sektorundan uzaqlaşdırıb; əsas mənbələr ən yaxın ailə üzvləri, qohumlar 
və dostlar və nadir hallarda isə qadınların özlərinin qənaət edib yığdıqları olur. Yuxarıda adı 
çəkilmiş BƏT araşdırmalarında iştirak edənlərin heç biri banklardan, kredit təsisatlarından və 
ya beynəlxalq təşkilatlardan maliyyə yardımı almayıb; əksəriyyət bildirib ki, onlara ərləri və 
ya ailənin digər üzvləri kömək edib. Bu o deməkdir ki, Azərbaycanda qadınların KOM-nin 
maliyyələşdirilməsi üçün müvafiq rəsmi yardım mexanizmi yaratmaq imkanı çox böyükdür; 
bunu həm mərkəzdə (yəni Bakıda), həm də rayon mərkəzlərində əlavə biznes təlim kursları 
və məsləhət xidmətlərinin təşkil edilməsinə də aid etmək olar.
İlk  başlıca  addım  ölkənin  müxtəlif  bölgələrində  qadınların  kredit  ala  bilmələri 
yolunda rast gələn maneələrin təhlil edilməsidir; buraya World Vision, Norveç Qaçqınlar 
Şurası, Oxfam və Beynəlxalq Kənd təsərrüfatı Kooperativ İnkişafı kimi Beynəlxalq QHT-
lər tərəfindən idarə olunan ən fəal mikro-kredit təşkilatlarının borcvermə təcrübəsi haqqında 
xülasə də daxildir. Bundan əlavə, mikro-maliyyələşdirmə daha böyük icraçılar olan FİNCA, 
Shorebank (Amerika Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi [ABŞBİA] tərəfindən 


İqtisadi inkişaf və artımın gender ölçüləri
maliyyələşdirilir),  Azərbaycan  Mikro-maliyyələşdirmə  Bankı  (Avropa  Şurası  tərəfindən 
maliyyələşdirilir) və Bank of Baku (Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə) 
tərəfindən təmin edilir.
Qeyd  edilməlidir  ki,  Azərbaycanda  mikro-kreditin  təchizat  məsələsinə  şübhə  ilə 
yanaşılır və bunun şəhərlərdə və kənd ərazilərində qadınları KOM açmaqdan nə dərəcədə 
uzaqlaşdıra  biləcəyini  qiymətləndirməyin  də  əhəmiyyəti  böyük  ola  bilər.  Üstəlik  də,  nə 
mikromaliyyələşdirmə üçün hər hansı bir qanunverici struktur var, nə də sektorun inkişafı 
üçün ümumi bir siyasət və strategiya xətti. Mikromaliyyələşdirmə İnstitutlarının və kredit 
ittifaqlarının depozit cəlb etmək səlahiyyəti yoxdur və bu da onların öz üzvlərinə müxtəlif 
növ  maliyyə  yardımı  göstərə  bilmək  üçün  maliyyə  imkanlarını  artırma  qabiliyytlərini 
məhdudlaşdırır.  Mikromaliyyələşdirmə  İnstitutları  depozitləri  toplayıb  kənd  yerlərində 
müəssisələrə və ayrı-ayrı şəxslərə borc da verə bilməz (AİB 2003: 2-3). Asiya İnkişaf Bankı 
(AİB) bu və ya digər əlaqədar məsələlərlə məşğul olan, eləcə də imkansız adamların biznes 
imkanlarının və çətinliklərinin qiymətləndirilməsini həyata keçirmək üçün sektora göstərilən 
texniki yardımı daima dəstəkləyir (AİB 2003: 2-3).
Bir çox qadınlar KOM-lərin yaradılması qarşısına çıxan ciddi “mədəni” və “sosial” 
maneələrin də mövcud olduğunu qeyd edirlər, çünki belə bir ümumi fikir var ki, “biznes” 
kişi işidir və qadınların biznesdə iştirakı qəbul edilsə də, və bəzən bu iştirak çox əhəmiyyətli 
olsa da, nə cəmiyyətdə, nə də özəlliklə onları bir mülkiyyətçi və lider kimi görməyə çox da 
həvəs göstərilmir. Qadınlar qeyd edirlər ki, bu fikirlər əsasən kişilərin üstünlük təşkil etdiyi 
bank  sektoruna  da  nüfuz  edir  və  çox  vaxt  ya  ərlərinin,  ya  da  kişi  qohumlarının  köməyi 
olmadan məsləhət və ya borc almaq çox çətin olur. BƏT-nın araşdırmalarında qadınlar kiçik 
biznesin yaradılmasında rüşvətin və korrupsiyanın böyük maneə oluğunu da qeyd edirlər 
(BƏT 2004: 21).
Şərqi Avropada və MDB ölkələrində qadın sahibkarlığını müzakirə edən BMT-nin 
Avropa üçün İqtisadi Komissiyasının (BMTAİK) 2002-ci ildə keçirilən Konfransında da qeyd 
edildi ki, regionda qadınlar arasında yardımçı biznesin və professional şəbəkələrin olmaması 
nəzərə alınarsa, qadın sahibkarlığının genişləndirilməsi üçün strateji imkanlar yaradılmasında 
İKT-nın  böyük  əhəmiyyəti  ola  bilər  (Çərçivə  1).  Qadınların  yeni  texnologiyalardan  və 
bazardan istifadə etmələrinə imkan verməklə bərabər, İKT belə şəbəkələrin yarandılmasına 
kömək edər və bununla da bir sıra əsas sahələrə dair informasiya, o cümlədən, kredit və 
maliyyələşdirilmə imkanları paylaşdırıla bilər (BMTAİK 2002: 77-88).


1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə