AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı


  MİM #7. Ətraf mühitin davamlılığını təmin etmək



Yüklə 89,48 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix22.04.2017
ölçüsü89,48 Kb.
#15612
1   2   3   4   5   6   7   8   9   ...   17

7.
 
MİM #7. Ətraf mühitin davamlılığını təmin etmək
Azərbaycanda  su  ehtiyatları  baxımından  zəifdir.  2003-cü  ilin  ETBM-dən
 
əldə 
edilən  qiymətləndirmələr  göstərir  ki,  son  illər  ərzində  bu  sahədə  aparılan  yaxşılaşdırma 
ilərinə  baxmayaraq,  əhalinin  31%-nin  mərkəzləşdirilmiş  su  təchizatına  ehtiyacı  var. 
Mərkəzləşdirilmiş  su  təchizatı  şəhər  ərazilərində  (67,9%)  kənd  ərazilərindən  (14,2%) 
təqribən 5 dəfə artıqdır, və kənd əhalisinin 60,8%-nin ümumiyyətlə su ilə təmin olunmur 
(Azərbaycan Respublikası 2005b: 51-52). UNİCEF-in 2000-ci il ÇGKS sorğusu əhalinin 
içməli  su  ilə  təchiz  edilmələrində  müxtəlif  bölgələr  və  gəlir  qrupları  arasında  yüksək 
dərəcədə  fərqlənmələr  aşkar  etdi  (UNİCEF/DSK  2005
:
  20).  İçməli  suyun  əsas  keyfiyyət 
standartlarına cavab verməsi və təchizatı problem olaraq qalır; hələ də rayon və şəhərlərin 
hamısında müntəzəm qiymətləndirilmələr keçirilməmişdir.
İçməli  suyun  çatışmazlığı  yoxsullara,  xüsusilə  də  yoxsul  qadınlara  ciddi  təsir 
göstərir, çünki qadınların üzərinə su üçün növbəyə durmaq, su ehtiyatı toplamaq və onu 
emal  etməklə  (yəni  qaynatmaq)  bağlı  əlavə  iş  də  düşür.  Suyu  alverçilərdən  daha  yüksək 
qiymətlərlə almaq və ya ictimai su mənbələrinə getmək məcburiyyəti, ərzaq, nəqliyyat və 
uşaqların təhsilinə lazım olan vəsaitlərin xərclənməsinə səbəb ola bilər. Qadınların və onların 
ailələrinin sağlamlığını yaxşılaşdırmaq üçün bu MİM-ə nail olmaq lazımdır; su toplamaq və 
xəstələrə baxmaq üçün sərf edilən vaxtın azaldılması qadınların digər produktiv işlə məşğul 
olmaq imkanlarını artıra bilər. Lakin bu müsbət fikirlərin həyata keçməsi üçün içməli su və 
yaxşılaşdırılmış sanitariya şəraitinin təmin edilməsi işində diqqətin gender məsələlərinə cəlb 
edilməsi, o  cümlədən qadınların layihələrin tərtib edilməsi və  həyata keçirilməsində tam 


Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
iştirakını təmin edən mexanizmlər hazırlanması lazım olacaq.
8.
 
MİM #8. İnkişaf üçün qlobal partnyorluğun yaradılması
Azərbaycanın MİM #8 əsas hədəfləri birbaşa xarici sərmayələrin (BXS) artırılmasına, 
qeyri-neft sektorunda ixrac və xarici borcların saxlanması problemlərinə, və habelə baza 
göstəricilərinin  və  dəqiq  hədəflərin  müəyyənləşdirilməsinə  yönəlib.  Bundan  əlavə,  geniş 
ictimaiyyətin  informasiya  və  kommunikasiya  texnologiyalarının  (İKT)  nailiyyətlərindən 
istifadə edə bilmək imkanlarının genişləndirilməsi də bu MİM üçün hədəf kimi müəyyən 
edilib.
Azərbaycanın  neft  sektoruna  BXS-in  uğurla  cəlb  edilməsinə  baxmayaraq,  bu 
sektor daha çox sərmayə tələb edir və ümumi işçi qüvvəsinin yalnız kiçik bir hissəsini işlə 
təmin edir. Ona görə də qeyri-neft sektoruna BXS-in artırılması Azərbaycanın məşğulluğu 
stimullaşdırmaq,  işsizliyi  azaltmaq  və  gəlir  yoxsulluğunun  səviyyəsini  aşağı  salmaq 
sahəsində  atdığı  addımlar  üçün  çox  böyük  əhəmiyyət  daşıyır.  Lakin  bu  səylər  gender 
məsələlərinə  həssas  olmalı  və  qadınların  işsizliyinin  kişilərə  nisbətən  yüksək  səviyyəsi, 
iqtisadi cəhətdən qeyri-fəal olmaları və qadınların özəl sektorda (həm işəgötürən, həm də 
işçi kimi) get-gedə daha çox kənarda qalmalarını nəzərə almaqla əmək bazarında mövcud 
olan gender bərabərsizliyi problemlərini həll etməlidir. Əmək bazarında mövcud olan gender 
bərabərsizliyini effektiv surətdə aradan qaldırmaq üçün qadınların məşğulluq imkanlarının 
artırılması  məqsədilə  hədəflərin  daxilində  spesifik  strategiyaların  hazırlanması,  qadın 
sahibkarlığının həvəsləndirilməsi və dəstəklənməsi və bərabər iş üçün bərabər əmək haqqı 
prinsipinin  gücləndirilməsi  və  buna  nəzarət  edilməsi  vacibdir.  Bundan  əlavə,  qeyri-neft 
sektorunda  qadınlar  üçün  məşğulluq  imkanlarının  miqyasının  genişləndirilməsi  qadınları 
ixtisas seçimlərini artırmağa həvəsləndirəcək və beləliklə də MİM #3-ə nail olmağa kömək 
edəcək.
Nəhayət,  İKT-nın  ictimaiyyətə  çatdırılması  səyləri  qadınların  həm  rayon,  həm  də 
kənd  yerlərində  spesifik  ehtiyaclarını  nəzərə  almalı,  İKT  üçün  imkanlar  təmin  etməli  və 
ilkin treninq və ixtisasların artırılması dəstəkləməlidir. Xüsusilə də, 2004-cü ildə hazırlanmış 
Milli  İnformasiya  və  Kommunikasiya  Strategiyasında  gender  məsələlərinin  həll  edilməsi 
yollarının qiymətləndirilməsi gələcək müdaxilələr üçün əsas ola bilərdi.
D. 
 Tövsiyələr
Aşağıdakı tövsiyələr MİM-ləri və milli məqsəd və hədəfləri daxil etmək üçündür:

Sektor, makro- və mikroiqtisadi siyasətlərdə və maliyyə ehtiyatlarının müvafiq surətdə 
istifadə edilməsində birmənalı şəkildə ifadə edilmiş və ya nəzərdə tutulan gender 
məsələlərini  müəyyən  edən  gender  məlumatlılığı  siyasətinin  qiymətlindirilməsi 
aparılmalı; siyasətdə mövcud olan qadın və kişi bərabərsizliyinin və gender münasibət 
modellərinin davam etdiriləcəyi və ya dəyişdiriləcəyi ehtimalları qiymətləndirilməli 
müvafiq olaraq, gender bərabərliyini təmin edən düzəlişlər edilməlidir.

0
 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan

YADİDP-ə
 
daxil  ediləcək  tədbirlərin  və  gender  yanaşması  mexanizmlərinin 
müəyyən  olunmasından  və  yaradılmasından  əvvəl  2003-2005  YAİİDP-də  gender 
təşəbbüslərinin həyata keçirilməsinin və təsirlərinin qiymətləndirilməsi aparılmalıdır. 
Bu,  YADİDP  sənədində  müvafiq  və  effektiv  gender  yanaşması  təşəbbüslərinin 
hazırlanması üçün strateji çərçivə təmin edə bilər. Belə qiymətləndirmə YADİDP-nın 
formalaşma prosesini istiqamətləndirmək məqsədilə yaradılan hər SİQ üçün mühüm 
əhəmiyyət kəsb edəcək.

Gender məsələləri YADİDP-ə daxil edilməlidir. YADİDP-in hazırki formalaşması, 
əsas  problem  və  məsələlərin  müəyyən  olunmasından,  hazırlıq  proseslərində 
qadınların  iştirakından  tutmuş,  nailiyyətlərə  nəzarət  etmək  üçün  gender  həssas 
göstəricilərin yaradılması və strateji siyasət məqsədlərinin formalaşdırılmasına qədər, 
YADİDP-in bütün bəndlərinə genderin effektiv daxil edilməsini təmin etmək üçün 
imkanlar yaradır. Bütün bəndlərdə - problemin müəyyən olunması və analizindən, 
siyasət və proqramın formalaşmasına qədər - yoxsulluğun gender ölçüləri təyin və 
təhlil olunmalıdır və müvafiq, lazım gələrsə, fərqli siyasət və proqramlar nəzərdən 
keçirilməlidir. 

Bu qiymətləndirmə tövsiyə edir ki, prosesin formalaşmasının bütün mərhələlərinə 
genderin daxil edilməsi üçün QPDK ilə birgə çalışan YAİİDP Katibliyinin daxilində 
gender məsələləri ilə məşğul olan vəzifə yaradılsın. YAİİDP-ə genderin daxil edilməsi 
müəyyənləşdirilmiş  proqram  məqsədlərinə  nail  olmaq  üçün  nazirlik  səviyyəsində 
kifayət qədər büdcə vəsaitlərinin bölüşdürülməsini nəzərdə tutur. YADİDP həmçinin, 
gender  büdcələşdirilməsi  yanaşmalarının  daxil  edilməsini  nəzərdə  tutmağa  imkan 
verir (mümkün olduqca, əvvəlcə bələdiyyə səviyyəsində).

Bütün  sektorlarda  cinslərə  aid  informasiya  tələblərinin  təhlilində  olan  boşluqlar 
ləğv  edilməli  və  cinslər  üzrə  ayrı-ayrı  statistika  və  göstəricilərin  toplanması  işi 
təkmilləşdirilməlidir.  Effektiv  gender  yanaşması  sektor  siyasətlərinin  cinslərə 
bölünmüş məlumatla təmin edilməsindən və siyasi qərarların qadınların və kişilərin 
həyatına müxtəlif şəkildə təsiri barədə məlumatlılıqla başlayır. ETBM cinslər üzrə 
keyfiyyətli  məlumat  toplamasını  əhəmiyyətli  dərəcədə  təkmilləşdirsə  də,  hələ  də 
böyük informasiya boşluğu qalır və növbəti MFP və YADİDP-da müəyyən olunmuş 
istiqamət və proqramlara prioritet sahə kimi diqqət yetirmək lazımdır. İnformasiyadakı 
boşluqların təhlili və bu boşluqları aradan qaldırmaq üçün əlavə tədqiqat/sorğuların 
aparılması ETBM nəticələrini əhəmiyyətli dərəcədə genişləndirəcək və gücləndirəcək. 
Bundan əlavə, Azərbaycanda cinslər üzrə məlumatın toplanması təkmilləşsə də, hələ 
kifayət  qədər  deyil.  Azərbaycanda  qadınlar  və  kişilər  adlı  illik  məcmuənin  nəşri 
məşğulluq, səhiyyə, təhsil və miqrasiya kimi əsas sahələrdə daha çox cinslər üzrə 
məlumatların daxil edilməsi ilə gücləndirilməlidir. 

MİM hədəf və göstəriciləri YADİDP və MFP-a ilə inteqrasiya edilməli və onlara 
uyğunlaşdırılmalıdır. Daha sonra digər MİM məqsəd və hədəflərinin də inteqrasiyası 
və  YADİDP  prosesinə  uyğunlaşdırılması  məsələlələri  nəzərdən  keçirilməlidir. 
Qalan MİM-lərin inteqrasiyası və əsas göstəricilərin, eləcə də, müvafiq siyasət və 
proqramların  əsas  məqamlarının  müəyyənləşdirilməsi  prosesi  bütün  nazirliklərin, 


Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
QHT-in,  vətəndaş  cəmiyyəti  təşkilatlarının  və  inkişaf  partnyorlarının  tam  iştirakı 
ilə QPDK və YAİİDP Katibliyinin rəhbərliyi altında həyata keçirilməlidir. Bundan 
əlavə, müəyyənləşmiş hər milli hədəfə nail olmaq üçün aydın və ölçülə bilən nailiyyət 
göstəriciləri müəyyən edilməlidir və YADİDP-dakı göstəricilərlə uyğun gəlməlidir. 

3-cü fəsil 
Gender bərabərliyini təmin edən milli 
qanunlar, institutlar və siyasət
Bu  bölmədə  Azərbaycanda  gender  məsələləri  üzrə  məsul  olan  aparıcı  təşkilat  – 
QPDK,  onun  təşkilati  strukturu,  başlıca  fəaliyyəti  və  əsas  maneələrindən  danışılır.  Daha 
sonra bu bölmədə Hökumətin gender bərabərliyi üzrə öhdəliyindən bəhs edən əsas siyasət 
sənədi olan 2000-2005-ci il Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı nəzərdən keçirilir, 
2005-ci ilin axırına qədər fəaliyyət proqramı müəyyənləşdirilir.
A. 
Beynəlxalq öhdəliklər və hüquqi çərçivə
Müstəqillik  əldə  etdikdən  sonra,  Azərbaycan  Respublikası  qadın  hüquqlarının 
müdafiəsi  üzrə  demək  olar  ki,  bütün  əsas  beynəlxalq  sənədləri  ratifikasiya  etmişdir. 
1992-ci  ilin  avqustunda Azərbaycan  Respublikası  BMT-nin  Qadınların  Siyasi  Hüquqları 
üzrə  Konvensiyasını  (QALK)  imzaladı  və  1995-ci  ildə  BMT-nin  Qadınlara  qarşı  Ayrı-
seçkiliyin  bütün  formalarının  Ləğv  olunması  haqqında  Konvensiyasına,  2001-ci  ildə  isə 
bu  Konvensiyanın  Əlavə  Protokoluna  qoşuldu.  2004-cü  ildə Azərbaycan  Qadınlara  qarşı 
Ayrı-seçkiliyin  bütün  Formalarının  Ləğv  olunması  üzrə  Komitəsinə  QALK-ın  ölkədə 
icrasına dair 2-ci və 3-cü dövri hesabatını təqdim etdi. 2000-ci ilin mart ayında Azərbaycan 
Respublikasının Prezidenti “Azərbaycan Respublikasında Dövlətin qadın siyasətinin həyata 
keçirilməsi  haqqında”  Fərman  imzaladırğ.  Bu  Fərman  həyata  keçiriləcək  siyasətin  qısa 
bəyanatıdır və bütün dövlət orqanlarında qərar qəbuletmə səviyyəsində qadın və kişilərin 
bərabər təmsilçiyinin təmin edilməsinə əlavə olaraq, Nazirlər Kabinəsinin iqtisadi islahatların 
həyata keçirilməsində gender bərabərliyi müddəalarının nəzərə alınmasının təmin edilməsini 
həvəsləndirir və beynəlxalq standartlara uyğun cinslərə bölünmüş məlumatın yığılmasının 
vacibliyini təsdiq edir.
Konstitusiyanın  25-ci  maddəsi  bərabərlik  hüququnu  təsbit  edir,  cinsindən  asılı 
olmayaraq hüquq və azadlıqların bərabərliyini təmin edir və cins əsasında insan və vətəndaş 
hüquq  və  azadlıqlarının  məhdudlaşdırılmasını  qadağan  edir.  Məşğulluq  haqqında  qanun 
əmək hüququnun istifadəsində və məşğulluğun azad seçimində qadınlar və kişilər arasında 
bərabərlik  prinsipini  əks  etdirir.  2004-cü  ildə  QPDK  Bərabər  İmkanlar  haqqında  qanun 
layihəsinin  təşəbbüskarı  olub.  Bu  qanun  qüvvəyə  minəndən  sonra  respublikanın  dövlət 
orqanları  qarşısında  qadınlara  dövlət  qulluğunda  və  özəl  sektor  məşğulluğunda,  əmək 
haqqında və sahibkarlıqda bərabər hüquq və bərabər imkanlar, həmçinin mülkiyyət və təhsilə 
bərabər hüquq təmin edilməsi öhdəliyi qoyur və şikayət prosesinin rolu və həyata keçirilməsi 
şərtlərini müəyyənləşdirir.
4
 (Red. qeydi: 2006-cı ilin mayında bu qanun 2-ci oxunuşda qəbul 
olunub).
Cinayət Məcəlləsinin 131-ci maddəsinə əsasən ictimai, sosial və mədəni fəaliyyətlərdə  
 

Bu qanun hazırda müzakirədədir və 2005-ci ildə tamamlanması gözlənilir.


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
qadınların tam iştirakının qarşısını alan tədbirlər və, xüsusilə də, bu tədbirlər zor işlətmə və 
ya hədə gəlmə yolu ilə müşaiyət olunursa, qadın hüquqlarının çox ciddi surətdə pozulması 
hesab  edilir  və  cinayət  əməli  kimi  cəzalandırılır.  Hal-hazırda  qadınlara  qarşı  zorakılıqla 
bağlı hər hansı bir qanun yoxdur, lakin zorakılığa məruz qalmış qadınların müdafiəsi üçün 
ayrıca  tədbirlər Azərbaycan  Resbublikası  Cinayət  Məcəlləsinin  109,  110,  116,  və  128-ci 
maddələrində nəzərdə tutulmuşdur. Lakin Məcəllənin özündə “məişət zorakılığı” anlayışı və 
ya tərifi yoxdur. Tərkibində 16 yaşdan aşağı uşaqlar olan böyük ailələr daxil olmaqla, ailənin 
sosial  müdafiəsi  ilə  bağlı  tədbirlər  Əmək  Məcəlləsində,  Ödənişli  məzuniyyət  haqqında 
Qanun, Vətəndaşların Pensiya Təminatı haqqında Qanun, Əhalinin Məşğulluğu haqqında 
Qanun, Dövlət Gənclər Siyasəti haqqında Qanunda və digər qanunlarda nəzərdə tutulur.
B. 
Gender bərabərliyini təmin edən institut və siyasətlər
1.   Qadın Problemləri üzrə Dövlət Komitəsi (Red. qeydi: 6 fevral 2006-cı il tarixdə 
AR Prezidentinin Fərmanı ilə QPDK ləğv olundu və onun əsasında AR Ailə, Qadın və 
Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandı)
Qadın  Problemləri  üzrə  Dövlət  Komitəsi  1998-ci  ildə  Prezidentin  Fərmanı  ilə 
yaradılmışdır. QPDK-nın geniş mandatı var, o cümlədən dövlət gender siyasətinin həyata 
keçirilməsinə nəzarət (Qadın Problemləri üzrə MFP – aşağıda bax); gender məsələlərinin 
qanunvericiliyə, ictimai siyasət, dövlətin proqram və layihələrinə daxil edilməsi; və cinslərə 
bölünmüş  statistika  və  məlumatların  hazırlanması  və  yayılmasına  kömək  göstərilməsi. 
Bundan əlavə, QPDK öz məqsədlərini mmüəyyən edib. Bunlara qadın məşğulluğu sahəsində 
müvafiq  milli  siyasətin  hazırlanması,  dövlət  strukturları,  milli  və  beynəlxalq  təşkilatları 
arasında  əməkdaşlığın  yaxşılaşdırılması;  qadın  hüquqları  qanunvericiliyi  haqqında 
məlumatın qiymətləndirilməsi və yayılması, lazım olduqda islahatlar daxil edilməsi; MK/
qaçqın  və  aztəminatlı  ailələrdən  olan  qadınlara  yardımın  təmin  edilməsi  aiddir.  QPDK 
gender məsələlərinə dair illik məruzələrin hazırlanmasına, həmçinin QALK və digər BMT-
nin  Komitələrinə  hesabatların  verilməsinə  məsuldur.  Hal-hazırda  QPDK  21  işçidən  və  4 
şöbədən ibarətdir.
QPDK-nın sədri Prezident tərəfindən təyin olunur və ona sədrin birinci müavini və 
iki sədr müavinləri kömək edirlər. Komitəni dörd şöbəsi – Qadın hüquqları və sosial müdafiə 
(3 nəfər), Beynəlxalq əlaqələr (3 nəfər), Ümumi şöbə (2 nəfər), Maliyyə-təsərrüfat (3 nəfər) 
şöbələsi və yeddi nəfər texniki və köməkçi heyəti var. Heyət işçiləri və proqramlar eyni illik 
büdcədən maliyyələşir və 2003-cü ildə ümumi maliyyə 568,5 milyon AZM təşkil edirdi, bu 
da ümumi hökumət xərclərinin 0,38%-ni təşkil edirdi.
QPDK-nın  Hökumətin  icra  strukturunun  bir  hissəsi  olmasına  və  genderin  ümumi 
siyasətə daxil edilməsi səlahiyyətinin olmasına baxmayaraq, bu səlahiyyətin necə həyata 
keçirilməli olduğu aydın deyil və bunu dəstəkləmək üçün ayrılmış resurslar da çox məhduddur. 
Komitənin (MFP) səlahiyyətində olan məqsədlərə uyğun aydın uzun-müddətli (məsələn, 5-
illik) və illik iş planının müəyyənləşdirilməsi və bu Planın həyata keçirilməsi üçün tələb 


Gender bərabərliyini təmin edən milli qanunlar, institutlar və siyasət
olunan resursların (insan və maliyyə) dəqiqləşdirilməsi fəaliyyət göstərmək üçün çərçivə, 
həmçinin əldə edilən nailiyyətləri və bunların təsirinin monitorinqi və qiymətləndirilməsi 
üçün bir vasitə olacaq.
Son illərdə QPDK gender bərabərliyi məqsədlərini həyata keçirmək, Komitənin bu 
məqsədlərə nail olmağa yönəlmiş fəaliyyətini dəstəkləmək və Hökumət və vətəndaş cəmiyyəti 
arasında gender məsələləri üzrə aktiv əməkdaşlığa kömək etmək məqsədilə qadın QHT-ləri 
və vətəndaş cəmiyyətinin qrupları ilə daha möhkəm əlaqələrin qurulması vacibliyini təsdiq 
etdi. Komitə həm Bakı, həm də rayonlarda möhkəm əlaqələrin yaradılması üçün çalışıb. 
Bu səylərin davam etdirilməsi və daha da genişləndirilməsi çox vacibdir, xüsusilə də ona 
görə  ki,  Hökumət  YADİDP-nin  hazırlanmasında  qadınların  iştirak  səviyyəsini  artırmağı 
öhdəsinə  götürüb.  Bundan  əlavə,  Komitənin  iş  proqramının  məhdud  maliyyələşdirilməsi 
onun MFP-lərdə əks olunmuş bugünkü və gələcək siyasət və proqram məqsədlərinin həyata 
keçirilməsinə imkan verən strateji və işçi partnyorluq qurulmasını tələb edəcək.
2002-ci  ildən  etibarən  QPDK  Avropa  Şurasının  Qadınlar  və  Kişilər  arasında 
Bərabərlik  üzrə  Rəhbər  Komitəsi  ilə  əməkdaşlıqda  demokratikləşmə,  qadın  hüquqları 
və  siyasi  və  dövlət  səviyyəsində  qərar  qəbuletmədə  qadın  və  kişilərin  balanslaşdırılmış 
iştirakına nail olunması mövzularında bir neçə birgə seminar keçirmişdir. Komitə həmçinin 
Avropa Şurasının Nazirlər Komitəsinin Qadınların zorakılıqdan müdafiəsi, Seksual istismar 
məqsədilə insan alveri və Siyasi və dövlət səviyyəsində qərar qəbuletmədə qadın və kişilərin 
balanslaşdırılmış iştirakı tövsiyələrini Azərbaycan dilinə tərcümə edib və hökumət və qeyri-
hökumət təşkilatları arasında yaymışdır. 1998-ci və 2003-cü ildə iki Milli Qadınlar Qurultayı 
keçirilmişdir.  Bundan  əlavə  Komitə  BMTİP  və  Norveç  Hökuməti  tərəfindən  dəstəklənən 
Gender Münasibətlərinə dair Milli İnsan İnkişafı Məruzəsi üzrə işə başlamışdır. Bu, MDB 
məkanında  ilk  belə  tədqiqat  olacaq  və  vətəndaş  cəmiyyətində  gender  münasibətləri  və 
dəyərlərini araşdıracaq; nəticələr isə Azərbaycan üçün BMTİP-nin 2005-ci ilin İnsan İnkişafı 
Məruzəsinin əsasını təşkil edəcək. 
Son  il  yarım  ərzində  QPDK  üçün  əsas  fəaliyyətlərdən  biri  gender  bərabərliyinin 
məqsəd  və  vəzifələrinin  təmin  edilməsi  məqsədilə  qanunvericiliyin  yenidən  nəzərdən 
keçirilməsi idi. Komitə 5 fəsil, 20 maddədən ibarət (ailə məsələləri istisna olmaqla) ictimai 
həyatın bütün sahələrini əhatə edən Bərabər İmkanlar qanun layihəsini hazırlayıb. Bu qanun 
Azərbaycan Respublikasının dövlət orqanlarının siyasi, ictimai, iqtisadi, sosial, mədəni və 
digər sahələrində qadın və kişilərin hüquq bərabərliyinə zəmanət verəcək; məşğulluq daxil 
olmaqla, bütün səviyyələrdə qadınlara bərabər imkanlar təmin edəcək; və cins zəminində 
ayrı-seçkiliyin qarşısını alan konkret tədbirləri həyata keçirəcək. Bu qanun hal-hazırda milli 
Parlament ofisi ekspertləri tərəfindən yenidən nəzərdən keçirilir; yeni baxılmış layihəyə, çox 
güman ki, “ayrı-seçkilik” tərifi daxil ediləcək və bunun da əsasında qanunverici müddəalar 
hazırlanacaq. 
QPDK  YADİDP  üzrə  Dövlət  Komissiyasının  üzvüdür;  o,  SİQ-lərin  proqramlar 
üçün  prioritet  sahələrin  müəyyənləşdirilməsinə  yönəlmiş  müzakirələrində  fəal  iştirak 
edir.  Lakin,  resurslar  məhduddur  və  bu  YAİİDP-in  prioritetlərinin  müəyyənləşməsi  və 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
hazırlanması prosesi zamanı Komitənin gender məsələlərinin daxil edilməsini təmin etmək 
imkanlarına əngəl törədə bilər. Bu prosesə töhfə kimi Komitə Azərbaycanda yoxsulluğun 
gender ölçülərinin müəyyənləşdirilməsi prosesinə başlayıb və müvafiq fəaliyyət, həmçinin 
nailiyyətlərin  monitorinqi  üçün  göstəricilərin  müəyyənləşdirilməsini  başlayıb.  QPDK 
həmçinin, YADİDP-də gender məsələləri üzrə ayrıca sənədin hazırlanmasına məsul olacaq, 
bu da gələcək MFP çərçivəsini təmin edəcək və onun sələfindən fərqli olaraq, MFP YAİİDP-
də müəyyənləşmiş yoxsulluq prioritetləri ilə uyğun olacaq.
 
 
a. 
Gender üzrə məsul şəxslər
Həm siyasət həm proqram səviyyəsində genderin ümumi siyasətə daxil edilməsini 
təkmilləşdirmək,  o  cümlədən  Qadın  Problemləri  üzrə  MFP-nın  müvafiq  müddəalarının 
həyata keçirmək məqsədilə 2000-ci ildə hökumətin bütün mərkəzi icra orqanlarına və rayon 
icra hakimiyyəti orqanlarına gender üzrə məsul şəxslər təyin olunublar. Gender üzrə məsul 
şəxslər geniş anlaşan mandatı var, lakin onlar işləri üçün aydın, yazılı texniki vəzifələr və 
çox hallarda onlara aydın deyil; onların spesifik rolu nədən ibarətdir və onu necə icra etmək 
lazımdır. Bundan əlavə böyük problem var, onlar heç bir maliyyə və digər resurslardan dəstək 
olmadan, onların normal iş yükünə əlavə olan tələb olunan tapşırıqları yerinə yetirməlidirlər. 
Bundan əlavə, yalnız bir neçə nəfər onların tapşırıqları üçün müvafiq treninqləri ilə təmin 
olunublar. Gender üzrə məsul şəxslər aydın texniki vəzifələrin və onların bu işlə məşğul olmaq 
(xüsusi) vaxtın həmçinin təşəbbüslərin dəstəkləməsi üçün resursların olması, onların gender 
bərabərliyi məqsəd və vəzifələrə uğurla nail olmasına töhfə vermək imkanlarına beləliklə 
əsaslıdır. Geniş-əsaslı gender treninqin təmin edilməsi və spesifik (məsələn, sektoral) gender 
təhlili vərdişlərin inkişaf etdirilməsi şəbəkənin milli və regional səviyyədə genderin daxil 
edilməsinə effektiv kömək edə biləcəyinin təmin edilməsi həmçinin vacibdir.
b.
 
Əlaqələndirmə Şurası
Gender  üzrə  məsul  şəxslər  və  qadın  QHT-lərin  nümayəndələrindən  ibarət 
Əlaqələndirmə  Şurası  QPDK-nın  fəaliyyətini  və  2000-ci  ildə  təsdiq  olunmuş  Qadın 
Problemləri  üzrə  MFP-nı  dəstəkləyir.  Lakin  Əlaqələndirmə  Şurası  müntəzəm  olaraq 
toplaşmır;  2003-2004-cü  illər  ərzində  heç  bir  görüş  keçirilməyib.  QPDK-nın  fəaliyyətini 
istiqamətləndirmək və monitorinq keçirmək sahəsində effektiv bir vasitə olan Şura, lazım 
gələrsə, Komitəni ekspert məsləhəti və ya dəstəklə təmin etmək, həmçinin Hökumətin (və 
onun Komitələrinin) daxilində genderin ümumi siyasətə daxil edilməsini və MFP-nı həyata 
keçirilməsinə  kömək  etmək  və  həvəsləndirmək  üçün  öz  imkanlarının  genişləndirilməsini 
tələb edir.
2. 
Milli gender bərabərliyi siyasəti və Qadın Problemləri üzrə Milli Fəaliyyət 
Planı, 2000-2005
2000-ci  ilin  mart  ayında  Azərbaycan  Respublikasının  Prezidenti  “Azərbaycan 
Respublikasında  Dövlətin  qadın  siyasətinin  həyata  keçirilməsi  haqqında”  Fərman 
imzaladı. Siyasətin qısa bəyanatı olan Fərman qadınların hökumətdə bərabər surətdə təmsil 


Gender bərabərliyini təmin edən milli qanunlar, institutlar və siyasət
olunmalarına imkan yaradır, MK/qaçqın qadınlara işləmək imkanı verir, iqtisadi islahatların 
bütün  proqramlarında  kişilərlə  birlikdə  qadınlar  üçün  bərabər  şərait  yaradılmasını  təmin 
edir, gender bərabərliyi prinsiplərinin siyasətə effektiv daxil edilməsini təmin etmək üçün 
qanunvericiliyə baxılmasını nəzərdə tutur. Qadın Problemləri üzrə MFP (2000-2005), Milli 
Gender Bərabərlik Siyasətinin (fərmanda olan) həyata keçirilməsi üçün daha geniş sənəddir; 
o, QPDK tərəfindən tərtib olunub və 2000-ci ilin mart ayında Nazirlər Kabineti tərəfindən 
təsdiq olunub (QPDK, Azərbaycan 2000). MFP-nin hazırlanması prosesində bütün hökumət 
strukturları - nazirlik və komitələr, həmçini QHT-lərin bir qismi iştirak edirdi. Əlaqələndirmə 
Şurasına (yuxarıdakı paraqrafa bax) MFP-nin həyata keçirilməsinin monitorinqi və lazım 
gələrsə, dəstək və məsləhətlə təmin etməsi tapşırıldı.
MFP-a əsasən 1995-ci il Pekin Fəaliyyət Platformasında müəyyən olunmuş problemli 
sahələr əsasında yaradılmışdır. 12 strateji sahə MFP-nin 5-illik fəaliyyəti müddətində həyata 
keçiriləcək 95 tədbir üçün çərçivəni təmin edir, hər tədbir üçün müvafiq icraçı orqanlar və 
həmçinin  tamamlanması  müddəti  göstərilmişdir.  Srateji  sahələr  və  tədbirlər  Cədvəl  2-də 
göstərilib. 
 
Yüklə 89,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin