Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
uşaq neonatal ölümü narahatlıq doğurur; pis qidalanmanın (xüsusilə də qadınlar və uşaqlar
arasında) səviyyəsi; və orta təhsil mərhələsində məktəbə cəlb olunmanın azalması bu qrupa
daxil olan MK/qaçqın əhalini xarakterizə edən faktorlardır. Bütün bu faktorlar onları xüsusilə
həssas edir. Bunları nəzərə alaraq, bir çox inkişaf partnyorları MK/qaçqın icmaları üçün
yoxsulluğun azaldılmasına dair ünvanlı proqramları dəstəkləyirlər, lakin son vaxtlar qaçqın
olmayan yoxsul əhalinin artan narazılığı yoxsulluğun azaldılması sahəsində vahid fəaliyyət
göstərilməsi məsələsini ortaya qoyub.
Yoxsulluğun bütün bu aspektlərinin təsirini öz üzərində hiss edən yoxsulların çoxu,
YAİİDP hazırlanması prosesində iştirak edərkən keçid dövrünün onların həyatına təsiri
haqqında öz fikirlərini bildirmiş, xüsusilə də məşğulluq imkanlarının, münasib və keyfiyyətli
səhiyyə xidmətlərinin azalmasını, həmçinin təmiz su və sanitariya şəraitinin pisləşməsini
qeyd etmişdilər. Çox sayda yoxsul, xüsusilə də kənd yerlərində yaşayanlar, ümidsizlik və
apatiya hissləri keçirdiklərini və yaxın gələcəkdə onların həyatında hər hansı bir yaxşılaşma
olacağı perspektivlərinə inanmadıqlarını söyləmişdi. Məşğulluq şəbəkələrinin itirilməsi
və miqrasiya nəticəsi kimi cəmiyyətdə təcrid olunma faktı da qeyd edilmişdi (Azərbaycan
Respublikası, 2005a: 143).
B.
Azərbaycanda yoxsulluğun gender ölçüləri
Keçid dövrü Azərbaycanda kişilər kimi, bir cox qadınlara da baha başa gəlmişdir.
Çoxları hələ də yoxsulluğun artmasına, yüksək işsizlik səviyyəsinə, keyfiyyətli vacib
xidmətlərin əldə edilə bilməsi imkanlarının azalmasına və onların şəxsi, sosial, iqtisadi və
siyasi azadlıqlarını məhdudlaşdıran konservativ gender stereotiplərinin yenidən meydana
çıxmasına qarşı mübarizəni davam etdirirlər. Bu gender qiymətləndirilməsi Azərbaycanda
yoxsulluğun gender ölçülərini (i) qadınların imkanlarının azalması, (ii) qadınların
qabiliyyətlərinin məhdudlaşdırılması, (iii) müdafiəsizliyin səviyyəsinin artması və (iv)
qadınların səlahiyyətlərinin məhdudlaşdırılmasının artması faktorlarını analitik və konseptual
çərçivə daxilində əhatə edir. Aşağıda hesabatda bütün təfsilatı ilə müzakirə olunan bu ölçüləri
cəmləşdirən xülasə verilir.
1.
Qadınların imkanlarının azalması
Azərbaycanda, keçmiş Sovet İttifaqının bir çox ölkələrində olduğu kimi, qadınlar
üçün imkanların azalması iş yerlərinin itirilməsi və davamlı işsizlik; həm dövlət, həm də özəl
formal işçi qüvvəsi sektorunda artan təcrid olunma; yüksək qərar qəbul etmə vəzifələrinə
kişilərə nisbətən qadınların daha az təyin olunması ilə əmək bazarında şaquli və üfüqi
seqreqasiya; qeyri-bərabər əmək haqqı və uşaqlara qayğı göstərmə, ev işləri və ödənişli
(formal və qeyri-formal) işlər kimi üçqat ağırlıq altında vaxtın itirilməsinin artan səviyyəsi
deməkdir. Bundan əlavə, kiçik və ortahəcmli müəssisələrin inkişafına kredit verilməsinin
və texniki yardımın məhdud olması, keçid dövründə qadınların öz müəssisələrini yaratmaq
və idarə etmək sahəsində nümayiş etdirdikləri güclü potensiallarını həyata keçirməklərinə
mane olub.
Azərbaycanda gender və yoxsulluq
a.
İş yerlərinin itirilməsi və davamlı işsizlik
Keçid dövrü Azərbaycanda qadınların və kişilərin iş yerlərinin itirilməsi ilə
nəticələndi. 1990-cı ildə qadınlar Azərbaycanda rəsmi işçi qüvvəsinin təqribən yarısını
təşkil edirdi, 2004-cü ildə vəziyyət dramatik şəkildə dəyişdi, işləmək qabiliyyəti olan hər 6
qadından biri şəhər yerlərində işsiz qalmışdı. 2003-cü ildə İşçi Qüvvəsinin Müayinəsi (İQM)
aşkar etmişdi ki, işləmək qabiliyyətində olan kişilərin (yəni 16-61 yaş arasında olan) 83,6%-i
ilə müqayisədə işləmək qabiliyyətində olan qadınların (yəni 16-56 yaş arasında olan) yalnız
59,5%-i iqtisadi cəhətdən fəal olmuşdur.
b.
Vəzifə seqreqasiyası və əmək haqqı fərqi
Yeni bazar iqtisadiyyatı genişləndiyi üçün qadınlar daha çox aşağı ödənişli
sektorlarda (məsələn, təhsil) işləməyə başlayıblar. Bundan əlavə, qadınların həm özəl, həm
də dövlət sektorunda idarəetmənin yüksək səviyyələrində təmsilçiliyi məhdudlaşıb. 2004-cü
ildə hökumətdəki yüksək qərar qəbul etmə vəzifələrinin yalnız 11,4%-i qadınlar tərəfindən
tutulmuşdu (QPDK: məlumat sorğu ilə əldə edilib). Qadınlar kişilərdən fərqli olaraq, aşağı
ödənişli, “qeyri-standart” işlərdə (yəni yarım günlük, müvəqqəti, ev xidmətləri) çalışır,
qeyri-formal iş sektorunda onların hüquqları qorunmur, iş şəraiti çox pis və əmək haqqları
aşağıdır. 2003-cü ilin İşçi Qüvvəsin Müayinəsinə əsasən, özlərini işlə təmin olunmuş hesab
edən qadınların 17%-i qeyri-rəsmi iş sektorunda, “hüquqi şəxs yaratmadan fiziki şəxs kimi
sahibkarlıq fəaliyyəti” ilə məşğul olduqlarını bildiriblər (DSK 2004b: 31). Azərbaycanda
bərabər iş üçün bərabər əmək haqqı prinsipinin qanunla təmin olunmasına baxmayaraq,
qadınların dövlət və özəl sektorlarda aşağı səviyyəli vəzifələrdə (eyni zamanda az ödənişli)
çalışması bir çox sektorlarda əmək haqqının əhmiyyətli dərəcədə qeyri-bərabərliyinə səbəb
olur. Hətta səhiyyə və sosial xidmətlər kimi qadınların üstünlük təşkil etdikləri sektorlarda
(burada qadınların sayı kişilərdən 5,6 dəfə çoxdur) 2003-cü ildə qadınların əmək haqqları
kişilərin əmək haqqlarının 54,4%-ni təşkil edirdi, bu isə başlıca olaraq onların çox az
hissəsinin yaxşı ödənilən vəzifələri tutması ilə əlaqədar idi (Azərbaycan Respublikası 2005a:
57-58).
c.
Vaxt çatışmazlığı üzündən yoxsulluq
Azərbaycanda qadınlar üçün “vaxt çatışmazlığı üzündən yoxsulluq” konkret reallıqdır,
belə ki, onlar haqqı ödənilməyən uşaqlara qayğı, ev işləri və çox vaxt formal və qeyri-formal
sektorlarda gəlir gətirən işləri yerinə yetirmək üçün üçqat işləməli olurlar. Bundan əlavə,
əhalinin daha həssas hissəsinə, xüsusilə də yaşlılara dövlət tərəfindən dəstəklənən xidmətlərin
azalması, uzun müddətli müalicə üçün tələb edilən qeyi-rəsmi xərclərin artması ona gətirir
ki, bir çox qadınlar öz adi qayğılarından əlavə yaşlıların və xəstələrin qayğısına qalmağa
da məcbur olurlar. Əksər qadınlar üçün, xüsusilə də kənd yerlərində, bu vaxt çatışmazlığı
gündəlik istifadə üçün təmiz su tapmaq, daşımaq və su ehtiytı yığmaq problemləri ilə bir
az da mürəkkəbləşir. Azərbaycanda qadınların və kişilərin hər gün sərf etdikləri vaxtın
sonrakı təhlili vaxt çatışmazlığının ölçülərinin miqyasını müəyyənləşdirməyə kömək edər
və qadınların çoxsaylı öhdəliklərini tanıyan, nəzərə alan milli siyasətin yaradılmsına imkan
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
verə bilərdi.
d.
Qadın sahibkarlığının genişləndirilməsi sahəsində maneələr
Azərbaycanda kiçik və ortahəcmli müəssisələrin yaradılması iqtisadiyyatın fərqli
sahələrinin inkişafı və məşğulluq proqramlarının yaranması üçün ən yaxşı üsullardan biri
kimi müəyyən olunmuşdur.
Rəsmi statistika qadın sahibkarlara xüsusi diqqət yetirməsə də,
təkcə çox sayda qadının şəxsi bizneslə məşğul olmasını (17,0%) (DSK 2005a: 90) deyil,
eləcə də bu işdən əldə olunan gəlirin qadınların çox böyük hissəsi üçün əsas gəlir mənbəyi
olduğunu da müəyyən etmişdi (18,4%) (DSK 2005a: 96).
Son illər kredit mənbələrinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq,
institusional və mədəni maneələr hələ də mövcuddur və onlar qadınlara kredit və xüsusilə
də rəsmi bank sektorunda əmanət, pul köçürmələri kimi digər maliyyə xidmətlərindən
istifadə etməyə əngəl törədir. Qadınlar əlavə tələblərin öhdəsindən gələ bilməmələrini və
danışıqlar vasitəsilə bank qaydaları və tələblərini həll etmək sahəsində çətinlikləri, eləcə də
kreditvermə sahəsində çalışan kişi məmurların cox da həvəslə razılığa gəlmək istəməmələrini
Azərbaycanda qadınların KOM-in yaradılmasına əngəl törədən faktorlar hesab edirlər.
Bunun əvəzində onlar həmin maliyyə yardımını yaxın ailə üzvlərində, qohumlarında və
dostlarında axtarmalı olurlar (BƏT 2004). Bu o deməkdir ki, Azərbaycanda qadın KOM-
larınıın maliyyələşdirilməsinə dəstək göstərmək üçün müvafiq rəsmi mexanizm yaratmaq və
həm mərkəzdə (yəni Bakıda), həm də regional mərkəzlərdə onları əlavə biznes treninqləri və
məsləhət xidmətləri ilə təmin etmək lazımdır.
2.
Qadınların qabiliyyətlərinin məhdudlaşdırılması
Qiymətləndirmədə həmçinin qeyd olunur ki, qadınların qabiliyyətləri müxtəlif
yollarla məhdudlaşdırılır. Qidalanma ilə bağlı pozuntuların yüksək dərəcəsi, o cümlədən ana
və uşaqlarda anemiya və yod çatışmazlığının çox yüksək həddə olması qadının reproduktiv
imkanlarına əhəmiyyətli dərəcədə zərər vurur və xroniki xəstələnmələr nəticəsində ev
təssərrüfatları əlavə bilavasitə və dolayı xərclərlə üzləşir. Kontraseptiv vasitələrdən və İİV/
QİÇS və CYYX-ə qarşı mübarizə üsullarından xəbərsiz olmaları qadınları öz sağlamlıqlarına
nəzarət etmək imkanından məhrum edir və üstəlik də, hamiləliyin qarşısını almaq məqsədilə
aborta müraciət etmələri qadınların reproduktiv sağlamlığına ciddi təsir göstərir. Təhsil
sahəsində orta məktəbin yuxarı siniflərində qızların davamiyyətinin azalması və peşə təhsili
və ixtisasın artırılması səviyyəsində kurslarda gender seqreqasiyasının artması əlamətləri
müşahidə olunur.
a.
Zəif qidalanma
Zəif qidalanma Azərbaycanda ən ciddi sağlamlıq problemlərindən biridir, qadın və
Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Avropa üçün İqtisadi Komissiyası və
BMTİP KOM sektorunun genişləndirilməsini yoxsulluğun azaldılmasının əsas strategiyası kimi
müəyyənləşdirmişlər.
Azərbaycanda gender və yoxsulluq
uşaqlar bu sahədə daha həssasdırlar. Dövlət Statistika Komitəsi (DSK) müəyyən etmişdir ki,
2003-cü ildə bütün hamilə qadınların 16,4%-i anemiyadan əziyyət çəkirdi (BƏT 2004: 155).
Bunun əksi olaraq ölkə üzrə uşaq doğma yaşında olan 1906 qadın arasında keçirilən 2001-
ci ilin Reproduktiv Sağlamlığın Müayinəsi (RSM) 40% ümumi: 38,4% hamilə qadınlarda
və 40,2% hamilə olmayan qadınlarda anemiya aşkar etmişdi. Ölkənin Mərkəzi və Cənub
regionlarında bu göstərici daha yüksəkdir (müvafiq olaraq 54,1% və 49%) (ABŞBİA/XNM/
BMTƏF və b. 2003: 119-120). Hamilə qadınlar arasında dəmir çatışmazlığı anemiyası dövlət
məlumatlarına əsasən 2001-ci ildə 52,5% olmuşdur (AİB 2003b: 2-ə əsasən).
b.
İİV/QİÇS-ə yoluxma təhlükəsinin artması və cinsi yolu ilə keçən
xəstəliklərin yüksək səviyyəsi
Azərbaycanda İİV/QİÇS-in səviyyəsinin aşağı olmasına baxmayaraq (yalnız 596
hal
qeydə alınıb və bunların 80%-ni kişilər təşkil edir)¹
(Red. qeydi: 1 iyul 2006-cı ilin
məlumatına görə Azərbaycanda 982 QİÇS xəstəsi var; onların 79%-ni kişilər, 18,8%-ni
qadınlar və 2,2%-ni anonimlik saxlamaq istəyən insanlar təşkil edir), preventiv tədbirlər
həyata keçirilməzsə, bu halların sürətlə arta biləcəyi təhlükəsi mövcuddur. Bundan əlavə,
ehtimal olunur ki, məxfi testlərin, məsləhət və dəstək xidmətlərinin catışmazlığı üzündən
qadınlar arasında aktiv halların sayı statistikanın təqdim etdiyindən daha çox ola bilər.
Rusiya və Türkiyəyə miqrasiyanın yüksək olması (xüsusilə də kişilər), preventiv tədbirlərdən
qadınların (həmçinin kişilərin) xəbərdar olmaması qadınları risk altında qoyur. Reproduktiv
Sağlamlığın Müayinəsi zamanı müəyyən olunmuşdu ki, qadınların 72%-i İİV infeksiyasından
qorunmağın hər hansı bir üsulunu bilmir və qadınların 1%-dən azı üç və daha artıq preventiv
üsulun adını qeyd edir (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 282-283). Qadın və qızların
alverinin artması da narahatlıq doğurur, belə ki, onların bir çoxu seks işi ilə məşğul olmağa
məcbur edilirlər və bu, onları İİV və CYYX-ə daha həssas edir.
c.
Peşə və ali təhsil səviyyələrində gender fərqləri
Çox əhəmiyyətli gender fərqləri peşə və ali təhsili sektorunda da nəzərə çarpır. Qızlarla
müqayisədə daha çox oğlan ali məktəblərdə ixtisas əldə etməyə meyl edirlər. Ali məktəbə
qəbul olunanlar arasında oğlanlar qızlarla (47,7%) müqayisədə 52,3% təşkil edirlər (DSK
2005b: 60). Peşə məktəblərinə kişilər qadınlara nisbətən iki dəfə çox qəbul olunur (69,6%
və 30,4%) (DSK 2005a: 54). Qeyri-dövlət ali təhsil müəssislərində oğlanların təhsil alması
da daha yüksəkdir (57% və 43%), bu da oğlanların bu ödənişli təhsil müəssisələrinə daxil
olmaq imkanlarının daha çox olmasını göstərir. Ali təhsil səviyyəsində qızlar və oğlanların
keçdikləri kurslarda da yüksək dərəcədə gender seqreqasiyası müşahidə olunur, belə ki,
qızlar daha aşağı ödənişli sahələri, məsələn, təhsil, səhiyyə, və sosial elmləri, oğlanlar isə
geologiya, inşaat, iqtisadiyyat və menecment sahələrini seçirlər.
3.
Müdafiəsizliyin səviyyəsinin artması
Qadınların öz üzərlərində hiss etdikləri müdafiəsizliyin səviyyəsinin artması gəlirsiz
yoxsulluğun ən az tədqiq edilmiş aspektlərindən biri olsa da, o, qadınların imkan və
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
bacarıqlarına köklü surətdə təsir göstərən faktordur. Üstəlik də, artan iqtisadi müdafiəsizlik
ağır nəticələr də verir. Qadınlar azmaaşlı qeyri-formal sektora müraciət etməyə məcbur olur,
ailələrdə gərginlik yaranır, gündəlik xərclərin öhdəsindən gələ bilmək üçün ailənin yığıb
topladığı pullar xərclənir, evin əmlakı satılır. İnsan alveri hallarının çoxalması da qadınların
müdafiəsizlik səviyyəsinin artması ilə əlaqədardır. Qadınların əksəriyyəti buna yoxsulluq
üzündən vadar olurlar. Bundan əlavə, Azərbaycanda ailədaxili zorakılığın narahatlıq
doğuran səviyyəsi də qadınların və uşaqların fiziki və emosional təhlükəsizliyinə, rifahına
və sağlamlığına birbaşa təhlükə yaradır.
a.
İqtisadi həssaslığın artması
Azərbaycan əhalisinin 40%-dən çoxu mütləq yoxsulluq içində və hər 10 nəfərdən
birinin ifrat dərəcə yoxsulluq içində (Azərbaycan Respublikası 2005a: 27) yaşadığı bir
vaxtda yoxsulluq və iqtisadi həssaslıq bir çox kişi, qadın və uşaqların gündəlik həyatını
müəyyən edir. Yoxsulların az bir hissəsi, o cümlədən qadınlar, öz gəlirlərinə dəyən azacıq
“zərbələrə” davam gətirmək iqtidarındadır, və hətta yoxsul hesab edilməyən ailələr də
müvəqqəti yoxsulluğun artmasını hiss edir, çünki onların kifayət qədər əmlakı və pulu yoxdur
ki, iş yerlərini itirmələri və ya ailəyə heç olmasa təqaüdlə yardım edən yaşlı ailə üzvünün
vəfat etməsi nəticəsində əmələ gələn çətinlikdən çıxa bilsinlər. Bundan əlavə, ailə və icma
qohumluğu öhdəliklərinin pozulması və ənənəvi sosial şəbəkələrin zəifləməsi bir çox yoxsul
qadın və kişilərin etibar etdiyi sosial təhlükəsizlik şəbəkəsini zəiflətmişdir.
b.
Zəif və qeyri-adekvat sosial müdafiə
Keçmiş Sovet İttifaqının süqutu dövlət tərəfindən təmin olunan bir çox sosial müdafiə
proqramlarının – xüsusilə də səhiyyə xidmətlərinin, hamiləliklə əlaqədar məzuniyyətin təmin
olunmasının, uşaq bağçaları və təqaüd sisteminin dağılması demək idi. Bir çox qadın üçün
bu müdafiə sistemlərinin məhv olması yalnız onların real gəlirlərinə təsir göstərən sosial
mühafiənin itirilməsi demək deyildi, bu vəziyyət keçmiş dövlət öhdəliklərinin bir çoxunu
ailələrin öz üzərinə qoyur və burada da ortaya çıxan işlərin böyük bir hissəsi qadınların
öhdəsinə düşürdü. Dünya Bankının 2003-cü ildə apardığı qiymətləndirmə belə bir nəticəyə
gəlmişdi ki, qarşıya müəyyən bir hədəfin qoyulmaması üzündən, ümumi sosial müdafiə
xərcləri yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilmir (Dünya
Bankı 2003: 107).
c.
İnsan alveri hallarının çoxalması
Qadınların və qızların alveri getdikcə artan problemdir. Azərbaycan alver qurbanları
üçün mənbə, tranzit və təyinat ölkəsi kimi tanınır. Rayonlardan Bakıya ölkədaxili insan alveri
də mövcuddur, xüsusilə də seksual istismar məqsədilə. Beynəlxalq Miqrasiya Təşkilatının
insan alverinin qurbanları ilə apardığı müsahibələr zamanı müəyyən olmuşdur ki, yoxsulluq
və gələcəyə ümidsizlik bu sahədə başlıca vadar edən amillərdir.
Azərbaycanda gender və yoxsulluq
d.
Qadınlara qarşı zorakılığın artması
Keçid dövrü qadınlara qarşı zorakılığın (QQZ) bütün formaları, həmçinin iş yerlərində
cins zəminində narahatlıq törədilməsi, təhqir, zorlama, və ailədaxili zorakılığın (fiziki və
emosional) artması ilə xarakterizə olunurdu. Bir çox halların qeydə alınmamasına görə
bu problemin əhatə dairəsini müəyyən etmək üçün kifayət qədər məlumatın olmamasına
baxmayaraq, mövcud məlumatlar heç də ürəkaçan deyil. Dəqiq rəqəmlərin əldə olunmasının
çətinliyinə görə 2001-ci ilin Reproduktiv Sağlamlıq Müayinəsi aşkar etmişdi ki, hər
4 qadından biri sorğudan bir ay əvvəl fiziki zorakılığa məruz qalıbmış (ABŞBİA/XNM/
BMTƏF və b. 2003: 293). Beynəlxalq Xilasetmə Komitəsinin yerli sakinlər və MK/qaçqın
icmaları arasında keçirdiyi sorğu aşkar etmişdi ki, sorğuda iştirak edən evli qadınların 43%-i
öz hazırki qohumluq əlaqələrində zorakılığa məruz qalırlar (BXK 2004: 11).
4.
Qadınların səlahiyyətlərinin məhdudlaşdırılmasının artması
Bir çox keçmiş Sovet Respublikalarında olduğu kimi Azərbaycanda da keçid dövrü
qadınların səlahiyyətlərinin məhdudlaşdırılması ilə xarakterizə olunmuşdur, belə ki, onların
dövlət səviyyəsində və yerli səviyyələrdə siyasi strukturlarda təmsilçiliyi çətinləşmiş və
onların yüksək qərarqəbuletmə vəzifələrinə təyin olunması dramatik şəkildə azalmışdır. Bir
çox qadın onu da qeyd edir ki, onların öz ailələri və icmaları daxilində də səlahiyyətləri
məhdudlaşıb, belə ki, keçmiş gender stereotipləri və münasibətləri yenidən baş qaldırması
və iş tapmaq imkanlarının azalması ilə yanaşı qadının bir həyat yoldaşı, ana və hamının
qayğısına qalan bir adam kimi rolunu daha da gücləndirmişdir.
a.
Siyasi liderlik vəzifələrində azalma
Keçid dövründə Azərbaycanda bütün səviyyələrdə qadınlar üçün siyasi liderlik
vəzifələrinin əhəmiyyətli dərəcədə azalmışdı. 2004-cü ildə Milli Məclisin üzvlərinin yalnız
10,4%-i (125 nəfərdən 13-ü) qadınlar olmuşdur (Red. qeydi: 2005-ci il noyabr ayında
keçirilmiş parlament seçkilərində 15 qadın seçilmişdir), 1989-cu ildə isə Ali Sovetdə
qadınların təmsilçiliyi 40% idi (Qadın Problemləri üzrə Dövlət Komitəsi: məlumat sorğu
ilə əldə olunub). Yerli hökumət səviyyələrində qadınların nisbəti daha aşağıdır. 2004-cü
ilin dekabrında keçirilən bələdiyyə seçkilərində seçilənlərin yalnız 4%-i qadınlar idi. Siyasi
partiyalarda da qadınların iştirak səviyyəsi həddindən artıq aşağıdır; gender məsələləri əsas
siyasi partiyaların platformalarında sistematik olaraq əks olunmur və səs verənlərin 50%-nin
qadın olmasına baxmayaraq, “əsas” seçki məsələsi kimi dərk olunmur.
b.
Hökumətdə qərar qəbuletmə səviyyələrində qadınların az olması
Azərbaycanda hökumət vəzifələrində, xüsusilə yüksək səviyyələrdə işləyən
qadınların sayı da kişilərlə müqayisədə çox aşağıdır. 2004-cü ildə hökumətdə bütün yüksək
qərar qəbuletmə vəzifələrinin 88,4%-i kişilər tərəfindən tutulmuşdu. Hətta Kənd Təsərrüfatı
Nazirliyi kimi “qadın” müştəri qrupları olan Nazirliklərdə də qərar qəbul etmə vəzifələrinin
0
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
96%-də kişilər çalışır (QPDK: məlumat sorğu ilə əldə olunub). Bundan əlavə, 29 nazirlik və
dövlət komitələrinin rəhbərlərinin yalnız biri qadındır və bu da QPDK-nın sədridir. Qadınlar
özləri də Vergilər, Daxili İşlər və Maliyyə Nazirliklərindən daha çox, Səhiyyə, Mədəniyyət
və Sosial Müdafiə Nazirlikləri kimi əsasən “qadın” sektorları hesab edilən nazirliklərdə
qərarqəbuletmə səviyyəsində rəhbər vəzifələrə təyin edilməyə üstünlük verirlər.
c.
Geniş yayılmış gender stereotipləri və patriarxal münasibətlər
Geniş yayılmış gender stereotipləri və patriarxal münasibətlər Azərbaycanda
üstünlük təşkil edir və qadınların səlahiyyətlərinin məhdudlaşdırılması hissini daha da artırır.
Müstəqilliyi yenicə əldə etmiş ölkələrin əksəriyyəti, o cümlədən Azərbaycan, ailədə gender
bərabərsizliyini aradan qaldıra bilməmiş, onların ictimai həyatda bir fərd və müstəqil fəaliyyət
göstərə bilən bir işçi kimi deyil, bir ana və ailəyə qayğı göstərən şəxs kimi qəbul edilmələri
fikirlərini gücləndirmişdi. Belə baxışlar Azərbaycanda de yure və de fakto bərabərlik arasında
böyük fərqlərin mərkəzindədir. Bir çox qadın gənc yaşlarında ailə qurmaq, uşaq böyütmək və
ailə üzvlərinin qayğısına qalmaq üçün onlara təzyiq göstərilməsini və karyera qurmaq üçün
heç bir dəstəyin olmamasını qeyd edirlər. Azərbaycanda keçirilən 2001-ci ilin Reproduktiv
Sağlamlıq Müayinəsi zamanı hər 10 qadından 9-u işləmək üçün həyat yoldaşlarından icazə
almalı olduqlarını və ailə məsələlərində son söz demək hüququnun kişilərə məxsus olduğunu
söyləyirlər (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 205).
2-ci fəsil Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
Azərbaycan Respublikasının yoxsulluğun azaldılması probleminə yanaşmasını
göstərən əsas siyasət sənədi Azərbaycanda Yoxsulluğun Azaldılması Strategiyası Sənədi
(YASS), yəni YAİİDP kimi tanınan Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət
Proqramıdır. İlk YAİİDP (2003-2005) 2003-cü ilin fevralında təsdiq edilmişdir və indiyə
qədər 2003 və 2004-cü illəri əhatə edən iki İnkişaf Hesabatı hazırlanmışdır. 2005-ci il üçün
yekun İnkişaf Hesabatı 2006-cı ildə hazırlanacaq. YADİDP 2006-2015 kimi tanınan növbəti
YAİİDP-in hazırlanması prosesi gedir və proqramın 10-illik müddətə əsas strateji istiqamət
və məqsədlərinin hazırlanması üçün məlumat verən geniş əməkdaşlıq prosesini nəzərdə tutur.
Bundan əlavə, Hökumət 2005-ci ilin sonunda bitirilməsi nəzərdə tutulan Minilliyin İnkişaf
Məqsədləri (MİM-lər) üçün milli məqsəd və hədəflərin müəyyənləşdirilməsi sahəsində
genişmiqyaslı prosesə başlayıb.
(Red. qeydi: Artıq bu proses başa çatıb).
A.
2003-2005-ci illər üçün YAİİDP
2003-2005 YAİİDP həm hökumətin rəsmi şəxslərinin, həm də vətəndaş cəmiyyətinin
nümayəndələrinin geniş əməkdaşlıq prosesinə cəlb edilməsinin nəticəsində yaradılmışdı.
Bu proses İqtisadi İnkişaf Nazirliyinin nəzdində olan YAİİDP strateji planlaşdırma, inkişaf,
monitorinq və hesabat vermək üçün məsul orqan kimi fəaliyyət göstərmək mandatına
malik olan YAİİDP Katibliyi tərəfindən əlaqələndirilirdi. Rəsmi səviyyədə on beş Sektor
İşçi Qrupu (SİQ) məsləhət üçün əsas mexanizm təşkil edib və Sektor Siyasəti üzrə Qeydlər
(SSQ) ilkin müzakirələrin və ölkə üzrə ardıcıl məşvərət prosesinin əsasını təşkil etmişdilər.
Sektor prioritetlərini tədqiq etmək və YAİİDP-in milli strateji çərçivəsini yaratmaq üçün
Hökumət və Parlamentin üzvləri ilə inkişaf partnyorları (beynəlxalq təşkilatlar və qeyri-
hökumət təşkilatları daxil olmaqla) arasında bir neçə ay ərzində dəyirmi masa müzakirələri
keçirilmişdi (Azərbaycan Respublikası 2003: 272-279). Yoxsulluğun təhlili üçün potensialın
yaradılmasına ehtiyac olduğunu qəbul edərək, YAİİDP Katibliyində Yoxsulluğun Monitorinq
Bölməsi (YMB) yaradıldı və hazırda bu qrup ölkənin hər yerində yoxsulluq tendensiyalarının
təhlili və monitorinqində başlıca rol oynamaqda davam edir, eləcə də məlumatların qənaətbəxş
olub-olmamasını və boşluqları müəyyən edir.
Dostları ilə paylaş: |