Diaqram 7. Son ildə doğan 15-49 yaşlı qadınlara doğuş
zamanı yardım göstərilməsi (2000)
Mənbə: UNICEF/DSK, 2000: 45.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
2.
Körpələr və 5 yaşdan aşağı uşaqlar arasında ölüm səviyyəsi
Rəsmi məlumatlar 5 yaşdan aşağı uşaqlar arasında ölüm hallarının azalmasını göstərir,
lakin AÖƏ-da olduğu kimi, burada da alternativ qiymətləndirmələr və evlərdə aparılan
sorğulardan belə bir nəticəyə gəlmək olar ki, bu yaxşılaşma səhiyyənin əsil vəziyyətinin
yaxşılaşmasının sübutu deyil, məsələ hesabatlarda rəqəmlərin azaldılmasında və eləcə də
diri doğulan uşaqların müəyyən edilməsində yol verilən fərqlənmələrdədir. Məsələn, 1991-
2000-ci illər ərzində rəsmi məlumatlarda hər 1000 nəfər diri doğulan uşaq üçün ölüm həddi
orta hesabla 4,2 rəqəmi göstərilirdisə, Azərbaycan RSM (2001) bu rəqəmin orta hesabla
hər 1000 nəfər diri doğulan üşaq üçün 38,1 olduğunu müəyyənləşdirmişdi (ABŞBİA/XNM/
BMTƏF və b. 2003: 103). Doğuşdan sonra ölüm və körpə ölümü hallarını müqayisə edərkən
də belə uyğunsuzluqlara rast gəlinmişdi (Cədvəl 6). Təəssüf ki, nə rəsmi statistika, nə də
RSM cinslər üzrə ayrıca heç bir məlumat vermir.
Erkən doğuş zamanı ölüm hallarına əlavə olaraq, kəskin respirator infeksiyalar
(xüsusilə də sətəlcəm), bağırsaq pozuntuları və digər yoluxucu xəstəliklər körpə və uşaq
ölümünün əsas səbələrindəndir. Pis qidalanma infeksiyaları daha da ağırlaşdırır və buna
görə də uşaq ölümlərinin əsas səbəblərindən hesab edilir, o mənada ki, əgər bu uşaqlar pis
qidalanmasaydılar, ölüm hadisələri baş verməyə bilərdi. ÜST müəyyən edib ki, dünyada baş
verən uşaq ölümlərinin yarıdan çoxu pis qidalanma ilə bağlıdır (AİB 2005b: 6).
Cədvəl 6. Körpə, doğuş zamanı və doğuşdan sonra ölüm əmsalı (hər 1000 diri doğulan uşağa
görə) rəsmi göstəricilər və Azərbaycanın Reproduktiv Sağlamlığının Müayinəsi arasında
müqayisə, 2001
İl
Ölüm hallarının rəsmi göstəriciləri
Azərbaycanda Reproduktiv sağlamlığın
müayinəsi
Yeni
doğulmuş
uşaqlarda
Doğuşdan
sonra
Körpələr
arasında
Yeni
doğulmuş
uşaqlarda
Doğuşdan
sonra
Körpələr
arasında
1991
5,3
19,6
25,0
1992
4,5
21,5
26,0
1993
4,6
24,0
28,6
41,2
44,7
85,9
1994
4,8
21,4
26,2
1995
4,5
19,8
24,3
1996
3,8
17,0
20,8
1997
3,7
15,0
19,6
1998
3,6
13,0
16,6
34,1
40,3
74,4
1999
4,0
12,6
16,5
000
3,2
9,6
12,8
1991-
2000
4,2
17,3
21,5
38,1
42,7
80,8
Mənbə: ABŞBİA/XNM/BMTƏF və b. 2003: 104.
İnsan inkişafının gender ölçüləri
3.
Kontraseptiv vasitələrin yayılması və məlumatlılıq
Sovet İttifaqı dağılan zaman SSRİ-də kontraseptiv vasitələr 30%, Qafqazda və Orta
Asiya respublikalarında bundan az, Şərqi Avropa Respublikalarında isə daha çox yayılmışdı.
1990-cı ilə qədər SSRİ-nin səhiyyə üzrə statistik məlumatlarında Azərbaycanda kontraseptiv
vasitələrdən keçmiş respublikalara nisbətən ən az (7%) istifadə edildiyi göstərilirdi (ABŞBİA/
XNM/BMTƏF və b. 2003: 135). Müstəqillik əldə edildikdən sonra kontraseptiv vasitələrə
dair yalnız məhdud sayda sorğular keçirilib, və bunların arasında 2001-ci ildə Azərbaycanda
Reproduktiv Sağlamlıq Sorğusu və UNICEF-in sorğusu (2000) daha tipikdir.
2001-ci ilin RSM-na əsasən qadınların təxminən hər dörd nəfərindən biri, o cümlədən
20-24 yaşlıların 85%-i, hamiləliyin qarşısının alınması barədə daha çox məlumat almaq
istədiklərini bildirmişdilər. Bundan əlavə, Azərbaycanda evli qadınlar arasında kontraseptiv
vasitələrdən istifadə edilməsi çox aşağı səviyyədə idi; evli qadınların yalnız 55%-i bildirmişdi
ki, sorğu keçirilməzdən bir ay əvvəl hər hansı bir kontraseptiv üsuldan istifadə etmişdir və
bu qadınların dörddə birindən azı (6%) müasir üsuldan, əsasən, uşaqlıq daxili vasitələrdən
istifadə etmişdi (UDV) (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 137). Əhəmiyyətlidir ki, həmin
qrupa daxil olanların 45%-i hamiləliyi effektiv surətdə məhdudlaşdırmaq üçün ehtiyaclarını
ödəyə bilən vasitələri əldə edə bilmədiklərini bildirmişdilər (ABŞBİA/XNM/BMTƏF və b.
2003: 169).
Hamiləliyə qarşı vasitələrdən istifadə edən qadınların 78%-i yarımçıq cinsi akt kimi
ənənəvi üsula üstünlük veriblər; onların 93%-i bildirib ki, bunun səbəbi kənar effektlərdən
qorxmaları (90%), kontraseptiv vasitələrdən xəbərsiz olmaları (71%), bu vasitələrin qiyməti
(61%), və onları əldə edə bilməmələridir (53%) (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 147).
Onu da qeyd etmək vacibdir ki, hər hansı kontraseptiv üsuldan istifadə edilməsində partnyorun
fikri əsas rol oynayır.Sorğuda iştirak edən qadınların təxminən yarısı (49%) bildiriblər ki,
onlar müasir kontraseptiv vasitələrdən istifadə etmirlər, çünki onların partnyoru ənənəvi
üsullara üstünlük verir (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 147). Lakin sorğuda iştirak
edən qadınların təxminən yarısı (46,8%) deyib ki, onlar özlərinin menstrual dövrlərində
hamiləliyin baş verə biləcəyi vaxtı bilmirlər və bu fakt və yuxarıda adı çəkilən faktorlar
birlikdə nəzərə alınarsa, demək olar ki, qadınların nəsil artırma prosesinə nəzarət edə bilmə
imkanları çox məhduddur.
4.
Abort/Uşağın cinsinə görə seçmə abort
Azərbaycanda, digər keçmiş sovet respublikalarında olduğu kimi, məcburiyyət
qarşısında abort son on ildə uşaq doğumu üzərində yeganə nəzarət forması olub. Rəsmi
statistika abortların sayının əslində azaldığını bildirsə də, alternativ məlumət mənbələri
abort səviyyəsinin hələ də çox yüksək olduğundan xəbər verir, lakin özəl sektorda, eləcə də
xəstəxanadan kənar yerlərdə həyata keçirilən abortlar hesaba alınmır. Rəsmi məlumatlara
görə 1998-ci ilin mayından 2001-ci ilin aprelinə qədər olan müddət ərzində 15-49 yaş
arasında olan hər qadına 0,3 abort düşdüyü göstərilsə də, RSM bu rəqəmin hər qadın üçün
3,2 olduğunu bildirir, yəni hər diri doğulan üşaq müqabilində üç abort edilir. Təəssüf ki, bu
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
iki məlumatı müqayisə etmək üçün məcburiyyət qarşısında abortlar üzrə heç bir nümunə
sorğusu keçirilməyib və reproduktiv sağlamlıq siyasəti və proqramları üçün gələcəkdə
prioritet təşkil edə biləcək bu məsələ barədə məlumat vermək mümkün deyil.
Əhalinin sayına dair son məlumatlarda rast gəlinən böyük uyğunsuzluq uşağın
cinsinə görə seçmə abortların həyata keçirildiyini güman etməyə əsas verir. 2003-cü ilin
RSM-nin məlumatı 0 yaşlılarda (yeni doğulan uşaqlar) qızlar və oğlanların sayı arasında
böyük fərq olduğunu göstərir: 46,0% qız və 54% oğlan, bu fərq 1-4 yaşlılar arasında da
əks olunur ( 46,3% qız və 53,7% oğlan). Uşaq ölümü əmsalı nəzərə alınsa belə (bu sahədə
cinslər üzrə heç bir məlumat əldə etmək mümkün olmayıb) qızlar və oğlanlar nisbətində
belə böyük fərqin olmasının gələcəkdə qiymətləndirilməyə ehtiyacı var. Bu fərq 0-4 yaşlılar
arasında 259 500 qıza nisbətdə 301 400 oğlan, yəni qızların 41 900 nəfər az olduğunu əks
etdirir. Maraqlıdır ki, oğlanlar və qızların sayı arasındakı tarazlıq 10-14 (48,6% qız və 51,4%
oğlan) və 15-19 (48,8% qız və 50,2% oğlan) yaşlarında daha düzdür, və bu da o deməkdir ki,
doğulan oğlan uşaqlarının sayının çox olmasına meyl son vaxtlar baş verir (DSK 2005a: 14).
Son bir neçə il ərzində diri doğulan uşaqlar arasında gender fərqləri də çox əhəmiyyətlidir.
Məsələn, 2004-cü ildə 60 600 qız və 71 009 oğlan uşağı diri doğulmuşdu (45,9%-ə nisbətdə
54,1%) (DSK 2005a: 24).
5.
Zəif qidalanma
Zəif qidalanma Azərbaycanda əsas məsələlərdən biridir. Bu problem yoxsullar
arasında daha kəskin olsa da, get-gedə əhalinin daha imkanlı təbəqələrində də aydın görünür.
Xüsusilə də xroniki enerji çatışmazlığı (və ya aşağı çəki) və anemiya (qanazlığı) azçəkili
uşaqların doğulmasının və ana ölümünün başlıca səbəblərindəndir. Uşaqdoğma yaşında olan
qadınlar arasında anemiya halları Azərbaycanda çox yüksək həddədir, və bu həm ananın,
həm uşağın sağlamlığına, həm də nəsil artımına təsir göstərir. Bir daha qeyd edilməlidir ki,
DSK-nın və RSM-nin gətirdiyi rəqəmlər arasında uyğunsuzluqlar çox böyükdür, lakin hər
iki göstərici bu problemə ciddi diqqət yetirilməsi üçün kifayət qədər yüksəkdir. 2004-cü ildə
DSK müəyyən etmişdi ki, bütün hamilə qadınların 17,3%-də anemiya aşkara çıxarılıb (DSK
2005a: 43). Bunun müqabilində bütün ölkədə uşaqdoğma yaşında olan 1 906 qadını müayinə
edən RSM bu rəqəmin bütövlükdə 40% olduğunu aşkara çıxarmışdı: müayinə edilmiş hamilə
qadınların 38,4%-i, hamilə olmayanların 40,2%-ində anemiya var idi. Ölkənin Mərkəzi
və Cənub bölgələrində bu göstəricilər daha yüksək idi (müvafiq olaraq 54,1% və 49,0%)
(ABŞBİA/XNM/BMTƏF və b. 2003: 119-120). 2001-ci ildə hamilə qadınlarda dəmir
çatışmazlığı anemiyası, rəsmi məlumata görə, 52,5% idi (AİB 2003: 2).
Uşaqların zəif qidalanması xüsusilə böyük narahatlıq doğurur və hazırda cins
baxımından az da olsa ayrı-ayrı məlumat (yəni yalnız dövlət səviyyəsində) əldə etmək
mümkün olsa da, bu məhdud göstəricilər Azərbaycanın bütün bölgələrində təcili tədbirlər
görülməsini tələb edir. 2000-ci ildə UNICEF/DSK ÇGKS aşkara çıxarmışdı ki, 5 yaşdan
aşağı bütün qızların 18,4%-nin və bütün oğlanların 15,3%-nin çəkisi normadan aşağıdır və
beşdə biri (qızların 20,1%-i və oğlanların 19,2%-i) inkişafda geri qalırlar. 5 yaşdan aşağı
bütün uşaqların demək olar ki, 8%-nin çəkisi normadan aşağıdır, ya da öz boylarına görə
İnsan inkişafının gender ölçüləri
çox arıqdırlar və bütün uşaqların 7%-i həddən artıq inkişafdan qalır (UNICEF/DSK 2000:
21) (Diaqram 8).
Sorğu onu da aşkara çıxardı ki,
çəkisi normadan aşağı olan və pis inkişaf
edən uşaqlara kənd yerlərində şəhərlərə
nisbətən daha çox rast gəlinir, lakin
təəssüf ki, gender fərqlərini göstərən
məlumatları əldə etmək mümkün
olmayıb. Bakıda yaşayan uşaqlar
qidalanmanın hər üç göstəricisinə
görə (çəkiazlığı, inkişafda geri qalma,
arıqlama) başqa bölgələrə nisbətən daha
yaxşı qidalanırlar; Naxçıvanın, Qərb
və Cənub-Qərb rayonlarının yoxsul
bölgələrində uşaqların qidalanması
ən pis vəziyyətdədir: burada hər beş
uşaqdan biri çəkiazlığından, hər dörd
uşaqdan biri həddən artıq zəiflikdən
əziyyət çəkir. Daha yoxsul və məcburi
köçkün/qaçqın
ailələrində
uşaqlar
bütövlükdə pis qidalanırsa, orta gəlirli
ailələrdə də pis qidalanma problemi
kifayət qədər yüksək həddədir: 16,4% uşağın çəkisi normadan aşağıdır, 17,8%-i isə çox
zəifdir (UNICEF/DSK 2000:22). Anaların savadlılıq səviyyəsi ilə qidalanmanın vəziyyəti
arasında çox böyük əlaqə olduğu da aşkar edilib. Kollec və ya universitet təhsili görmüş
anaların uşaqları aztəhsilli anaların uşaqlarından fərqli olaraq çəkiazlığından və zəiflikdən
bir o qədər də əziyyət çəkmirlər (UNICEF/DSK 2000: 21-22).
Uşaqlarda anemiyaya dair məlumatların müntəzəm olaraq toplanmamasına
baxmayaraq, UNİCEF/DSK ÇGKS 1-5 yaşlı Azərbaycan uşaqları arasında aşkara çıxardığı
geniş yayılmış 31,8% rəqəmi göstərir ki, bu sahədə yoxlamalar erkən uşaqlıq dövrü səhiyyə
xidməti proqramlarının gündəliyinə daxil edilməlidir. 1-2 yaş qrupuna daxil olan uşaqlar
arasında anemiya ən yüksək həddədir (56,9%), və üst-üstə götürüldükdə, bu rəqəm dövlət
üçün çox ciddi sağlamlıq problemi deməkdir (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 117).
Azərbaycanda yod çatışmazlığına dair məlumatlar xüsusilə azdır, lakin 1999-cu ildə aparılan
sorğu göstərdi ki, yüksək risk rayonlarında YÇP (yod çatışmazlığı pozuntuları) 86%-ə çatır
(AİB 2003b: 2). Bundan əlavə, pis qidalanma və anemiyanın erkən təhsilin həyata keçirilməsi
ilə sıx şəkildə əlaqədar olması göstərir ki, bu sağlamlıq problemi təhsil sektoruna da təsir
edir.
Uşaq ishalı və kəskin respirator infeksiyalar (KRİ) Azərbaycanda uşaq ölümünün
başlıca səbəbləridir. UNICEF/DSK ÇGKS 2000-ci ildə müəyyən etmişdi ki, sorğu
Diaqram 8. Gəlir qruplarına görə çəkidə az,
inkişafdan qalmış və zəifləyən uşaqlar (%-lə)
Mənbə: UNICEF/DSK, 2000: 22.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
keçirilməzdən iki gün qabaq 5 yaşdan aşağı uşaqların 21,7%-i ishala tutulmuşdu; ən çox
xəstəlik Naxçıvanda və məcburi köçkün/qaçqın ailələrində qeydə alınmışdı (26%) (AİB
2003b: 101). Xəstəliyə tutulmağa daha çox meyli olanlar ana südündən yenicə ayrılan
uşaqlar olub; Azərbaycanda təkcə ana südü ilə əmizdirilmə müddəti orta hesabla cəmi 0,4
yaş olduğuna görə, bu, ən çox narahatlıq yaradan problemdir (AİB 2004a: 113). 2004-cü il
üçün
rəsmi statistika (DSK) 1-14 yaş qrupuna daxil olan qızlar və oğlanların başlıca ölüm
səbəblərinin respirator sistemin xəstəlikləri olduğunu göstərir
(DSK 2005a: 20-21).
6.
Kişilərin sağlamlıq məsələləri
Azərbaycanda spirtli içkilər və narkotik maddələrdən asılılıq artır və ümumilikdə
kişilər qadınlara nisbətən spirtli içkilərə və narkotik maddələrə daha çox meyillidirlər. DSK-
nin verdiyi rəsmi məlumatlara görə hər 100 000 nəfər arasında spirtli içkilərdən asılılıq
kişilərdə 16,2, qadınlarda isə 0,2-dir (DSK 2005a: 41). Lakin hamı yaxşı başa düşür ki, bu
göstəricilər Azərbaycanda real vəziyyətdə olduğundan xeyli aşağıdır.Bir çox qadın kişilərin
spirtli içkilərə aludə olmalarını “ailə” problemi hesab edir, çünki kişilərin spirtli içkilərlə
bağlı zorakılığına məhz qadınlar məruz qalırlar. Hazırda Azərbaycanda spirtli içkilərə və
narkotik maddələrə aludə olanlar üçün reabilitasiya və müalicə mərkəzləri məhdud saydadır.
Kişilər həm də çox siqaret çəkirlər. 20-29 yaşlı kişilərin beşdə biri (22,9%-i), 30-39 yaşlı
(55,0%) və 40-49 yaşlı kişilərin (57,2%) yarısı orta hesabla gündə 16 siqaret çəkir (DSK
2005a: 35). Bu problemin həllinə yönəlmiş xüsusi məqsədli tədbirlər görülməsi tələb olunur.
Spirtli içkilər və narkotik maddələrə (o cümlədən, siqaretə) aludəliklə bağlı ictimaiyyətin
maarifləndirilməsindən əlavə, məxfi məsləhət, müdafiə və müalicə mərkəzlərinin yaradılması
əsas prioritetlər olmalıdır.
Azərbaycanda vərəm də kişilər üçün əsas sağlamlıq problemidir; doğrudur, qadınların
da bu xəstəliyə tutulmaq ehtimalı var, lakin həm xəstəliyə yeni tutulanların və həm də davam
edən aktiv vərəm hallarının böyük əksəriyyətini kişilər təşkil edir. Ciddi narahatlığa səbəb
olan odur ki, administrativ məlumatlar xəstəliyin real əhatə dairəsini əks etdirmir. Bütün
aktiv vərəm hallarının 79,6%-i kişilərin payına düşür və vərəmin əhatə dairəsi bütün yaş
qrupları üçün üç dəfə çoxdur (DSK 2005a: 38).
Kişilərin digər mümkün sağlamlıq problemləri, o cümlədən, anemiya, yod çatışmazlığı
pozuntuları, qidalanma səviyyəsi barədə məlumatın olmaması çox ciddi məsələdir və bu,
müvafiq və effektiv proqramların hazırlanmasına əngəl törədir. Bu informasiya çatışmazlığı
aradan götürülməli və səhiyyə xidməti sektorunda gender yönlü məlumatın toplanması və
təhlili məsələlərinin yaxşılaşdırılması həm qadınların, həm də kişilərin məlumat toplularına
və sorğuların hədəf gruplarına daxil olunmalarını təmin etməlidir.
7.
Gender və İİV/QİÇS
2006-cı il iyunun 1-nə olan məlumata görə Azərbaycanda 982 İİV ( Red. qeydi) halı
qeydə alınmışdı. Qeydə alınmış halların 80%-ni kişilər təşkil edirdi və əldə edilən faktlar
göstərir ki, müsbət İİV hallarının 45%-i ölkədən kənarda, başlıca olaraq Azərbaycan kişiləri
İnsan inkişafının gender ölçüləri
üçün iş tapmaq imkanı verən Rusiya və Ukraynada yoluxanlar idi. Bu o deməkdir ki,
mühacirət (o cümlədən, iş tapmaqla əlaqədar müvəqqəti mühacirət) İİV təhlükəsini artırır.
Xüsusi narahatlıq doğuran digər bir problem də son illərdə alver qurbanı olan qadın və
qızların sayının artmasıdır; belə ki, onların çoxu aparıldığı ölkələrdə məcburi olaraq seks
işlərinə cəlb edilir və bunun də nəticəsində İİV və cinsi əlaqələr yolu ilə keçən digər infeksion
xəstəliklərə yoluxma təhlükəsinə məruz qalırlar.
Yoluxmanın ümumi səviyyəsi regionun qalan hissələri ilə müqayisədə az görünsə də,
hamı razılaşır ki, əldə edilə bilən statistik göstəricilər problemin əsil vəziyyətini əks etdirmir,
və əslində qadınlar arasında aktiv İİV hallarının sayı rəsmi göstəricilərdən xeyli çoxdur,
bunun da səbəbi məxfi İİV testlərinin və məsləhət xidmətlərinin keçirilməsi imkanlarının
olmamasıdır (UNAIDS/ÜST 2004: 1-2). UNAIDS/ÜST 2004-cü il göstəricilərinə görə
2800-ə qədər gənc və uşağın İİV-na yoluxduğu ehtimalı var; eyni zamanda qeyd edilir ki,
bu, köhnəlmiş göstəricilərdir (UNAIDS/ÜST 2004: 1-2). ÜST-nın dəstəyi ilə 2003-cü ilin
axırlarında keçirilən sorğuların nəticələri əldə edilmiş statistik rəqəmlərdən xeyli yüksəkdir.
Narkotiklərdən iynə vurmaq yolu ilə istifadə edənlər arasında İİV-na yoluxma halları çox
yüksəkdir (16,5%), o cümlədən paytaxt Bakıda 13%, Lənkəranda 19,5% (UNAIDS/ÜST
2004: 1-2).
İynə vurmaq yolu ilə narkotiklərdən istifadə edilməsi xəstəliyin yayılmasının
başlıca yoludur (bütün halların 63%-i) (UNAIDS/ÜST 2004: 1-2). Azərbaycanda narkotik
maddələrdən istifadə edənlərin sayı kifayət qədər yüksək (müəyyən edilmiş 300 000-400
000; bunların da 50-60%-i heroin vurduqlarına görə) olduğundan (UNAIDS/ÜST 2004: 2),
İİV-nun artması potensialı çox güclüdür. Odur ki, dövlətin bir hədəf qrupu kimi iynə vürmaq
yolu ilə narkotik qəbul edənlərə yönəlmiş preventiv tədbirlərinin gücləndirilməsi prioritet
təşkil etməlidir.
1996-cı ildə Azərbaycan prezidenti “İİV/QİÇS-in yayılmasının qarşısının alınması
haqqında Qanun” adlı Fərman imzaladı və bu fərmana əsasən qan donorları və digər bioloji
məhlulların, orqanların, və bədən hissələrinin donorları məcburi olaraq İİV testindən
keçməlidirlər. Məcburi siyasət qəbul edilsə də, könüllü olaraq testdən keçmək və xüsusilə də
məsləhət almaq imkanları hələ də məhdud olaraq qalır. 2003-cü ildə ölkə əhalisinin yalnız
2,3%-i İİV testindən keçirilib (UNAIDS/ÜST 2004: 2).
Əhalinin İİV/QİÇS barədə məlumatlılığı çox aşağı səviyyədədir və bu məsələ
Azəbaycanda problem olaraq qalır. Şəhərlərdə və rayon mərkəzlərində dəqiq məlumatların
yayılması işində dəstəyə ehtiyac var. 2001-ci ildə keçirilən RSM aşkar etmişdi ki, Azərbaycan
qadınlarının dörddə biri İİV/QİÇS haqqında heç nə eşitməyib və eşidənlərin isə yalnız beşdə
biri bilir ki, bu xəstəlik heç bir simptom aşkara çıxarmadan da mövcud ola bilər. Xəstəlik
haqqında məlumatsızlıq və onun düzgün başa düşülməməsi çox mühüm məsələdir; çünki
xəstəliyin aşkar simptomları olmadan da mövcud ola bilməsindən xəbərsiz olan qadınlar
İİV-na yoluxmuş, lakin tamamilə sağlam görünən adamla cinsi əlaqəyə girməklə özlərini
təhlükə qarşısında qoya bilərlər. Preventiv ölçülərə gəlincə, hər on iki qadından yalnız
biri xəstəliyə yoluxmamaq üçün hamiləlikdən qorunma vasitəsindən (prezervativdən)
0
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
istifadə edilməsinin mümkün olduğunu bildirib, qadınların 3%-dən azı İİV testini preventiv
tədbirlərlə eyniləşdirib, qadınların 72%-i İİV infeksiyasının qarşısının alınması üçün heç bir
təsirli üsulun adını çəkə bilməyib, və 1%-dən azı üç və üçdən çox preventiv tədbir bildiyini
söyləyib (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 282-283).
Sorğunun nəticələrində o da qeyd edilir ki, Azərbaycanda xüsusi bir qrupa daxil
olan qadınlar da var ki (buraya nisbətən gənc qadınlar, kənddə yaşayanlar, az təhsilli və
aşağı sosial-ekonomik səviyyəli, və cinsi məsələlərdə təcrübəsi az olan qadınlar daxildir),
onların İİV/QİÇS yoluxmaları və preventiv tədbirlər haqqında savadı çox azdır. Bu o
deməkdir ki, ümumilikdə dövlətin verdiyi məlumat və şüurluluğun artırılması kampaniyaları
əhəmiyyətli olsa da, onların hədəfi bu spesifik qruplar olmalı və bunun üçün müvafiq
strategiyalar hazırlanmalıdır. Məsələn, nisbətən gənc və cinsi münasibətlər baxımından
təcrübəsiz qadınlarda şüurluluğun az olması göstərir ki, təhsil sistemi məlumatın yayılması
və maarifləndirmə işində böyük rol oynaya bilər.
8.
Genderlə bağlı zorakılıq
Azərbaycanda genderlə bağlı zorakılıq (Qadınlara qarşı zorakılıq - QQZ) hələ də
“şəxsi” məsələ hesab edilir; bu barədə nadir hallarda açıq danışılır, və o çox vaxt gizlədilir.
Xüsusilə də qadınlar və kişilərin çoxu məişət zorakılığını, o cümlədən, psixoloji zorakılığı
və ərlərin zor işlətmələrini elə bir cinayət hesab etmir ki, bunun üçün ictimaiyyətin bu sahədə
şüurluluğunu artırmağa və məsələni ictimaiyyətin diqqət mərkəzinə çıxarmağa ehtiyac
olsun. Beynəlxalq Xilasetmə Komitəsinin (BXK) 2004-cü ildə apardığı araşdırmalar aşkara
çıxarmışdı ki, qadınlara qarşı zorakılıq barədə suallara verilən ilk reaksiya cavab verməkdən
imtina etmək olurdu, bunun da səbəbi həm utancaqlıq hissi, həm də bəzi zorakılıq növlərinin,
xüsusilə də intim partnyorların zorakılığının (məs., vurmaq, döymək) normal hesab edilməsi
fikrinin geniş yayılması idi (BXK 2004: 11).
Bu səbəbdən də məsələ barədə dəqiq məlumatların əldə edilə bilməsi inanılan deyil.
Məsələn, Ədliyyə Nazirliyinin hesabatlarında belə halların sayınnın çox az olması qadınların
zorakılıq halları haqqında məlumat vermək istəməmələrini göstərir. 2002-ci ildə qadınlara
qarşı 317 zorakılıq hadisəsi qeydə alınmışdı, 2003-cü ildə isə bu rəqəm cəmi 289 idi. 2000-ci
ildə Azərbaycanda yalnız 39, 2003-cü ildə isə 46 zorlama hadisəsi qeydə alınmışdı. (BXK
2004: 11). Çoxları bildirir ki, xəcalət çəkməkdən və belə cinayətlər barədə xəbər vermək
qorxusundan əlavə, məlumat vermə prosesi mürəkkəb və üzücüdür, polis, tibb işçiləri və
məhkəmə prosedurlarından bir o qədər də kömək və dəstək yoxdur. Üstəlik də, məxfiliyin
saxlanmaması, xüsusilə də kənd yerlərində, qadınlarda xəcalət hissini və onların cəmiyyətdən
uzaqlaşmalarını daha da artırır.
Rəsmi məlumatların az və etibarsız olduğunu nəzərə alaraq bir sıra beynəlxalq
təşkilatlar problemin miqyasını daha yaxşı qiymətləndirmək və müvafiq proqramlar hazırlamaq
məqsədilə son illərdə bəzi araşdırmalar aparıblar. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyi (ABŞBİA) və BMTƏF/BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının
(BMTQAK) dəstəyi ilə 2001-ci ildə keçirilən RSM aşkar etmişdi ki, sorğuda iştirak edən
İnsan inkişafının gender ölçüləri
7 668 qadın respondentlərin təxminən 30%-i öz partnyorları və ya keçmiş partnyorları
tərəfindən söyüşlərə, 25%-i fiziki təhqirlərə və 10%-i seksual təhqirlərə mərüz qaldıqlarını
bildimişdilər; onların 84%-i isə bir neçə cür (məsələn, həm söyüş, həm də fiziki/seksual)
təhqirə məruz qaldığını söyləmişdi (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 293). Pathfinder
International təşkilatının Azərbaycanın altı rayonunda apardığı araşdırmalar zamanı sorğuda
iştirak edən 178 respondentin 28%-i sorğudan əvvəlki ay ərzindən ya əri ya da partnyoru
tərəfindən fiziki zorakılığa məruz qaldığını, 5%-i isə belə hadisələrin həmin ay ərzində beş
dəfədən də çox baş verdiyini bildirmişdi (BXK 2004:11). Eyni sorğu nəticəsində məlum
olmuşdu ki, evli qadınların 43%-i hazırkı qohumluq əlaqələrində fiziki əziyyətə məruz qalır
(BXK 2004: 4).
Dövlət qadınlara qarşı zorakılıq məsələsinə çox ləng reaksiya verir, və müxtəlif
hökumət sənədlərinin, o cümlədən, “Azərbaycan Respublikasında qadın problemlərinə dair
dövlət proqramının həyata keçirilməsi”nə dair 2000-ci il Prezident fərmanının bu problemi
qaldırmasına və onu həll etmək üçün müvafiq fəaliyyətləri müəyyənləşdirməsinə baxmayaraq,
maliyyə və insan resurslarının kifayət qədər olmaması bu proqramların dövlət səviyyəsində
hələ də həyata keçirilmədiyini göstərir. Hazırda zorakılıq qurbanları üçün hökumət tərəfindən
dəstəklənən məsləhət xidmətləri, qadınların sığınacaq tapa biləcəkləri təhlükəsiz evlər və ya
qadınlara qanun prosedurlarından keçə bilməkdə yardım edəcək pulsuz hüquqi xidmətlər
şəbəkəsi yoxdur. Qanunlara nəzarət edən orqanlar üçün işçilərin hazırlanması çox aşağı
səviyyədədir, və QHT-lər və BMT agentlikləri tərəfindən əlavə treninqlər keçirilsə də, bu,
dövlət polisinin yalnız kiçik bir hissəsini əhatə edə bilmişdir.
Qanunvericilik səviyyəsində əhəmiyyətli dərəcədə gerilik qalmaqdadır.Cinayət
Məcəlləsində (Maddə 109) qadınların zorlanması və ya seksual təhqirə məruz qalmasına
görə 3-7 il həbs cəzası nəzərdə tutulsa da, bu Məcəllədə ər tərəfindən zorlanmaya görə xüsusi
bir maddə yoxdur. Təəssüf ki, polisə xəbər verilən hadisələr və məhkəmədə baxılan hallara
dair statistikanı asanlıqla əldə etmək mümkün deyil və buna görə də məhkəmə proseslərinin
effektivliyini qiymətləndirmək çox çətindir.
QHT-lər öz təşəbbüsləri ilə qadınlara qarşı zorakılıqla əlaqədar fəaliyyət göstərirlər,
lakin onlara hələ də vəsait çatışmır və bu təşəbbüslər yarımçıq xarakter daşıyır. “Simmetriya”,
Miqrantlara Hüquqi
Yardım Mərkəzi, Pathfinder International və Azərbaycan Sosioloji
Assosiasiyası kimi bir sıra təşkilatlar bəzi keyfiyyət tədqiqatları aparsalar da, onların əldə
etdikləri nəticələr çox geniş yayılmayıb. Bəzi geniş əsaslı məlumat və şüurluluğun artırılması
kampaniyaları, o cümlədən Psixoloji Məsləhət Mərkəzinin bir sıra televiziya reklamları
və ABŞBİA-nin dəstəyi ilə World Learning and Internews tərəfindən dövlət xidmətlərinin
elanları həyata keçirilib. Hazırda Gənc Hüquqşünaslar Birliyi və Qadınların Krizis Mərkəzi
qadınları hüquqi yardımla təmin edir, qaynar telefon xətti ilə hüquq məsləhətçiləri qadınlara
öz məsləhətlərini təqdim edirlər.
Dostları ilə paylaş: |