AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı


  YAİİDP-də strateji istiqamətlər



Yüklə 89.48 Kb.

səhifə4/17
tarix22.04.2017
ölçüsü89.48 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17

1. 
YAİİDP-də strateji istiqamətlər
2003-2005-ci  il  YAİİDP  bu  əməkdaşlıq  prosesinin  məhsuludur.  Bu  proqram 
Azərbaycanda yoxsulluğun ölçülərini təhlil etməklə başlayan və özündə demoqrafik vəziyyəti; 
yoxsulluq hallarının təhlilini, onun kənd/şəhər ölçüləri və sağlamlıq, təhsil, məşğulluq kimi 
müxtəlif sektorlarda yoxsulluğun özünü biruzə verməsi yolları; və gender və yoxsulluğa dair 
yarımbəndləri birləşdirən yaxşı tərtib edilmiş bir sənəddir. Daha sonra o, keçid prosesinin 
zamana  göstərdiyi  təsirləri,  bu  günə  kimi  əldə  edilmiş  nailiyyətləri  və  gələcəkdə  ortaya 
çıxacaq əsas çətinlikləri tədqiq edən iqtisadi təhlillə də təmin edilib. 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Bu  təhlillərə  müvafiq  olaraq,  proqramın  əsas  məqsədinə  -  ümumi  yoxsulluğun 
azaldılmasına və iqtisadi inkişafa nail olmaq üçün YAİİDP çərçivəsində altı strateji istiqamət 
müəyyənləşdirilmişdir:
 

gəlir əldə etmək imkanlarının artırılması üçün əlverişli mühitin yaradılmasına kömək 
edilməsi;

makroiqtisadi sabitliyin saxlanılması;

əsas  səhiyyə  və  təhsil  xidmətlərinin  keyfiyyətinin  və  onlardan  ədalətli  şəkildə 
yararlana bilmək imkanlarının yaxşılaşdırılması;

infrastrukturun (o cümlədən, yolların, kommunal xidmətlərin, kommunikasiyaların 
və irriqasiya sisteminin) yaxşılaşdırılması; 

həssas  qrupların  daha  effektiv  müdafiəsini  təmin  etmək  üçün  cari  sosial  müdafiə 
sistemində islahatlar aparılması; və

Dağlıq  Qarabağ  münaqişəsi  ilə  əlaqədar  1  milyon  MK/qaçqınlar  üçün  yaşayış 
şəraitlərinin və imkanların yaxşılaşdırılması.
Bu  strateji  məqsədlərə  nail  olmaq  üçün  faktiki  tədbirlərin  detalları  növbəti  fəsillərdə 
təsvir edilmişdir; bu tədbirlər yoxsulluğun azaldılması üçün tələb edilən sosial və iqtisadi 
siyasətləri, eləcə də dövlət idarəçiliyi, hüquqi islahatlar və əks mərkəzləşdirməni göstərən 
müvafiq institusional çərçivə yaradılmasını və korrupsiya ilə mübarizənin vacibliyini əks 
etdirir.  Gender  məsələləri  sosial  siyasətdən  bəhs  edən  fəsilə  daxil  edilmişdir. YAİİDP-in 
əsas, lakin bir qədər haşiyəyə çıxardılmış hissəsi bu ÖGQ-nin Əlavə 1-də təqdim olunmuş 
və hər bir strateji məqsədə nail olmaq üçün hər bir detalı dəqiq müəyyənləşdirilmiş tədbir 
və  fəaliyyətləri,  tətbiq  edilmə  cədvəli,  işə  məsul  olan  orqanları,  nailiyyətləri  ölçmək 
üçün  göstəriciləri  və  maliyyələşdirməni  təsvir  edən  “Siyasət  Matrisi”dır.  Göstəricilərin 
müəyyənləşdirilməsi ilə bağlı bir neçə boşluq və çatışmazlıqlara və miqyasına görə həddən 
artıq iddialı olmasına baxmayaraq, Siyasət Matrisi YAİİDP-in icra müddəti üçün Hökumətin 
təklif etdiyi fəaliyyətlərin ən geniş icmalını təqdim edir.
2. 
Gender və 2003-2005-ci illər üçün YAİİDP
Gender  məsələləri  YAİİDP  sənədinin  əsasən  iki  ayrıca  bölməsində  əks  olunur: 
Azərbaycanda yoxsulluğun diaqnostikası bölməsində (“Gender və Yoxsulluq” bölməsində 
bir səhifə - Bölmə 1.6) və “Yoxsulluğun Azaldılmasına yönəlmiş Sosial Siyasətlər”dən bəhs 
edən bölməyə daxil edilmiş “Gender Siyasəti” bölməsində (Bölmə 3.8). Sənədin əvvəlində 
“matrisdə qeyd edilən bütün fəaliyyət və siyasətlərdə gender amillərinin nəzərə alındığı” 
bəyan olunsa da , “Siyasət Matrisi” gender məsələlərini heç də xüsusi olaraq əks etdirmir 
(Azərbaycan Respublikası 2003: 159).
Lakin  bütün  2003-2005  YAİİDP  sənədinin  təhlili  aşkar  edir  ki,  nə  yoxsulluğun 
müxtəlif ölçülərinin təhlili və diaqnostikasından bəhs edən birinci hissədə, nə də yoxsulluq 
probleminin həll edilməsi məsələlərini əks etdirən ikinci hissədə gender yanaşması effektiv 
tətbiq  edilməyib.  Nəticədə,  gender  fəslindən  kənarda  gender  problemləri  parçalanmış  və 
qırıq-qırıq şəkildə ortaya çıxır.


Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
Belə ki, 2003-2005 YAİİDP-in diaqnostika hissəsində yalnız əmək bazarı seqreqasiyası 
və qadın işsizliyinin yüksək səviyyələri kimi məşğulluq məsələləri əks olunur, lakin qeyri-
formal sektorun gender və yoxsulluq ölçüləri və zəifləmiş sosial müdafiə sisteminin qadınlara 
təsiri kimi çox əhəmiyyətli, lakin indiyə kimi tədqiq olunmamış məsələlər tamamilə kənarda 
qalır. Eyni zamanda, “gender siyasəti” bölməsi məşğulluq, təhsil, sağlamlıq kimi sektorlarda 
əsas gender məsələlərini vurğulamağa cəhd göstərsə də, bu bölmə sənədin başqa hissələri 
ilə bağlı deyil, xüsusi fəaliyyətin həyata keçirilməsi üçün icra müddəti göstərilməyib, məsul 
agentliklər  müəyyən  edilməyib,  onların  həyata  keçirilməsi  üçün  büdcə  əlavə  edilməyib 
və  nailiyyətləri  qiymətləndirmək  üçün  göstəricilər  müəyyənləşdirilməyib.  Əlavə  1-də  də 
YAİİDP-in hər fəsil və bölməsində gender məsələlərinin əks olunmasının miqyası göstərilir və 
qeyd edilir ki, gender məsələlərindən yalnız “gender bərabərliyi”ndən bəhs edən bölmələrdə 
və həm də 43 bölmədən yalnız 7-də qısaca danışılır.
Yoxsulluğun Monitorinqi Bölməsində Gender üzrə məsul şəxsin təyin olunmasına 
baxmayaraq, bu yalnız bir sahəyə aid təyinat deyil, bu şəxs gender məsələlərindən əlavə, 
YAİİDP-də  digər  sahələrin  icrasına  da  məsuldur.  Bu  işin  ağırlığı  məsul  şəxsin  gender 
yanaşmasının effektiv surətdə həyata keçirilməsinin əhatə dairəsini xeyli məhdudlaşdırır və 
üstəlik də, məsul şəxsin öz vəzifələrini (məsələn, genderlə bağlı təşəbbüslərin monitorinqi) 
həyata  keçirməsi  üçün  əlavə  maliyyə  və  insan  resurslarının  məhdud  olması  da  problemi 
çətinləşdirir.
B. 
Gender yanaşmasının tətbiq edilməsi və YADİDP
2006-2015 YADİDP-ın hazırlanması 2003-2005 YAİİDP-nı məlumatla təmin edən 
proseslərdə qadınların iştirakı əsasında qurulmalı və onu təkmilləşdirməli və yoxsulluğun 
(sektor) ölçüləri haqqında məlumatlı təhlili və eləcə də müəyyən edilmiş fəaliyyətləri həyata 
keçirmək üçün tələb olunan maliyyələşdirmə mənbələrinin ətraflı surətdə qiymətləndirilməsini 
təmin  etməlidir.  Bu  hazırlıq  prosesi  gender  yanaşmasının  tətbiq  edilməsi  proseslərində 
qadınların  iştirakının  (eləcə  də  YADİDP  sənədinin  özündə)  nəzərə  alınmasına  vaxtında 
təminat yaradır. 2003-2005 YAİİDP-də gender yanaşmasının tətbiq edilməsi effektivliyinin 
və  təsirinin  qiymətləndirilməsi  həm  siyasət,  həm  də  proqram  hazırlığı  səviyyəsində  əldə 
edilmiş  dərslərin  və  düzəlişlərin  müəyyənləşdirilməsinə  imkan  verən  bu  proses  üçün 
başlanğıc olmalıdır. YAİİDP-də və YADİDP üçün gender yanaşmasının tətbiq edilməsi üzrə 
əsas müddəalar Əlavə 2-də verilib.
YADİDP-də  gender  yanaşmasının  tətbiq  edilməsinin  yaxşılaşdırılması  üçün  əsas 
məsələ qadınların prioritetləri və onları narahat edən problemlər, həmçinin ən təxirəsalınmaz 
məsələlərin  həll  edilməsi  üçün  təklif  olunan  strategiyalar  barədə  onların  özləri  ilə 
məsləhətləşməkdir.  2003-2005  YAİİDP-də  əməkdaşlıq  prosesi  YASS  yaradılması  üçün 
nümunə kimi qəbul edilsə də, Hökumət etiraf etmişdi ki, qadınların bu işdə iştirak səviyyələri 
adekvat  olmayıb.  Sorğuların  ilk  iki  raundunda  respondentlərin  38%-i  qadın  idi  və  fokus 
qrup müzakirələrində yalnız 10% qadın iştirak etmişdi. Beləliklə, 2006-2015 YADİDP-in 
hazırlanması  prosesində  gender  balansının  yaxşılaşdırılması  əsas  prioritet  olmalıdır.  Bu 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
iş  alternativ  iştirak  mexanizmlərinin  (məsələn,  yalnız  qadınlardan  ibarət  fokus  qrupları, 
qadın QHT-ləri ilə görüşlər, icmalarda qadınlar üçün münasib olan vaxtda görüşlər) inkişaf 
etdirilməsini və qadın auditoriyalarını effektiv surətdə cəlb edə bilmək üçün informasiya 
kampaniyalarının genişləndirilməsini tələb edə bilər. (Red. qeydi: 2004-cü ildə keçirilmiş 
regional ictimai görüşlərdə iştirakçılarının 29%-i qadı idi, 2005-ci ildə isə 37%).
Bundan  əlavə,  QPDK-nın  2003-2005  YAİİDP  işçi  qrup  prosesinə  daxil  edilməsi 
və  bir  neçə  SİQ-də  fəal  iştirak  etməsinə  baxmayaraq,  heyət  üzvlərinin  sayının  məhdud 
olması  onun  potensialının  SİQ-ə  tam  şəkildə  cəlb  edilməsini,  və  gender  məsələlərinin 
bütün SSQ-a effektiv daxil edilməsinin təmin edilməsini məhdudlaşdırmışdı. YADİDP-in 
hazırlanma prosesində Gender üzrə ayrıca SİQ yaradılması irəliyə doğru müsbət addımdır, 
lakin QPDK-nın hazırlanma prosesinin bütün aspektlərində, o cümlədən bütün SİQ-lərdə və 
SSQ-lərin hazırlanmasında (yaxud onların ekvivalentində) tam iştirak etməsi üçün xüsusi 
mexanizm yaradılmasına ehtiyac var. Bununla yanaşı, YADİDP-də müəyyən edilmiş gender 
təşəbbüsləri Qadın Problemləri üzrə Milli Fəaliyyət Planına (MFP) uyğun gəlməli və onu 
tamamlamalıdır. Aydın şəkildə ifadə edilmiş və müvafiq büdcə ilə təmin olunmuş məqsədlər, 
hədəflər,  tədbirlər  və  göstəriciləri  özündə  əks  etdirən  bu  Fəaliyyət  Planına  2005-ci  ildə 
yenidən baxılması nəzərdə tutulub.
Bu tapşırıqlar üçün QPDK və YAİİDP Katibliyi tərəfindən bu işə sadiq insanların 
təyin  olunması  və  həm  strateji,  həm  də  sektor  prioritetlərinin  yaradılması  səviyyələrində 
onların sıx əməkdaşlıq prosedurlarının yaradılmasının təmin edilməsi çox vacibdir. YAİİDP 
Katibliyində bütövlüklə gender məsələlərinə məsul bir nəfərin olması tələb edilir ki, o, əsas 
gender məsələlərinin və YADİDP daxilində əsas strateji müddəaların müəyyənləşdirilməsi 
və onların həll edilməsində QPDK, Gender üzrə məsul şəxslər, Əlaqələndirmə Şurası və 
vətəndaş cəmiyyəti qrupları arasında əlaqələndirici kimi fəaliyyət göstərsin.
C. 
Minilliyin İnkişaf Məqsədləri: milli məqsəd və hədəflərin inteqrasiyası
MİM-lər  üçün  müvafiq  milli  hədəf  və  göstəricilərin  yaradılmasına  və 
əlaqələndirilməsinə YAİİDP Katibliyi rəhbərlik edir və o, MİM prosesinin koordinasiyası 
üçün  Hökumət  daxilində  mərkəzi  məsul  orqan  olaraq  qalır.  Son  12  ay  ərzində  Katiblik 
bu  işi  davam  etdirir.  Hədəf  və  göstəricilərin  siyahısının  layihəsinin  2005-ci  ilin  axırında 
tamamlanması gözlənilir.
 
(Red. qeydi: Milli məqsəd və hədəflərinin müəyyənləşdirilməsi üzrə 
iş hal-hazırda başa çatıb və onların Hökumət tərəfindən təsdiqlənməsi gözlənilir). BMT-nin 
agentlikləri də MİM-lərin hədəf və göstəriciləri üzrə milli səviyyədə müzakirələrin təmin 
edilməsində aktiv rol oynayır. BMTƏF MİM #3 və #5 üçün, UNİCEF MİM #2, #4 və #6 və 
BMTİP MİM #1, #7, #8 üçün rəhbərliyi öz üzərinə götürüb. 3-cü Əlavə Azərbaycan üçün 
beynəlxalq və milli MİM-lərin xülasəsini təqdim edir. 
Bu milli hədəflər ətrafında ümumi razılaşmanın əldə olunmasına baxmayaraq, milli 
səviyyədə  müvafiq  göstəricilərin  yaradılması  işi  çətin  məsələdir  və  statistik  çətinliklərlə, 
o  cümlədən,  müvafiq  etalon  məlumatın  çatışmazlığı,  cari  statistik  məlumat  toplularının 
zəifliyi  (o  cümlədən,  cinslərə  bölünmüş  məlumatda  əhəmiyyətli  boşluqların  olması)  və 


Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
ənənəvi rəsmi statistika ilə müstəqil müayinələrin, xüsusilə də əsas sağlamlıq statistikasının 
arasında olan fərqlərlə daha da mürəkkəbləşir. (Xüsusilə 2001-ci ilin Çoxgöstəricili Klaster 
Sorğusu [ÇGKS] [UNİCEF/DSK 2000] və körpə, 5 yaşdan aşağı üşaq və ana ölümü kimi 
əsas  göstəriciləri  ilə  hökumətin  statistik  məlumatları  arasında  fərqlər  çox  böyükdür). 
Hökumət  MİM-lər  və  daha  geniş YAİİDP  monitorinqi  üçün  milli  statistika  potensialının 
gücləndirilməsi ehtiyacını dərk edir. 
Əlavə 3 bunları aşağıda verilən müzakirələrdə qısa şəkildə qeyd edilən milli hədəf 
və göstəricilərin gender ölçülərini işıqlandırmaqla nəzərdən keçirir. MİM-lərin, hədəflərin 
və göstəricilərin dövlət səviyyəsində sonrakı müzakirələri prosesində Azərbaycan bir çox 
MİM-lər və hədəflər üçün əlavə göstəricilər hazırlayır. Çalışmaq lazımdır ki, bu göstəricilər 
gender  ölçülərini  mümkün  qədər  geniş  əhatə  etsin  və  müvafiq  məlumatın  toplanmasına 
imkan yaratmaq üçün lazım olan dəstək (maliyyə və inzibati) təmin edilsin. 
1.     MİM #1. İfrat yoxsulluq və aclığın kökünün kəsilməsi
1-ci fəsildə qeyd edildiyi kimi, mütləq yoxsulluq 44,7%-ə qədər azalmış, nisbi və 
ifrat  yoxsulluq  müvafiq  olaraq  12%  və  10%  artmışdır  (Red.  qeydi:  2005-ci  ilin  ETBM-ə 
əsasən mütləq yoxsulluq 29,3%-ə qədər aşağı enib, nisbi və ifrat yoxsulluq müvafiq olaraq 
6,1%  və  2,2%  təşkil  etmişdir).  Bundan  əlavə,  şəhər  yoxsulluq  səviyyəsi  3,7  %-ə  qədər 
azalmış,  kənd  səviyyəsi  yalnız  cüzi  şəkildə  azalmışdır.  Ümumi  yoxsulluq  dərəcəsi  hal-
hazırda  kəndə  ərazilərində  (45,3%)  şəhər  ərazilərinə  (44,1%)  nisbətən  daha  yüksəkdir. 
Azərbaycan  qeyd  etmişdir  ki,  neft  gəlirlərinin  səmərəli  istifadə  olunacağı,  qeyri-neft 
sektorunun təkmilləşdirilmiş sərmayə və biznes mühitin vasitəsilə inkişaf edəcəyi və iqtisadi 
artımın gəlirlərinin ədalətli paylanması təmin edildiyi halda MİM-ə nail olmaq üçün əksər 
Müstəqil Dövlətlər Birliyinin (MDB) ölkələrinə nisbətən daha çox imkanları olacaq. Mütləq 
yoxsulluq səviyyəsinə nəzarətə əlavə olaraq, Azərbaycan üçün ölkə daxilində daimi gəlir 
bərabərsizliyinin  miqyasına  nəzarət  etmək,  iqtisadi  artım  gəlirlərinin  ədalətli  paylanması 
üçün müvafiq tədbirlərin görülməsi vacibdir. 
Beynəlxalq  MİM-lərə  Məqsəd  #1  üçün  5  yaşdan  aşağı  uşaqlar  arasında  azçəkili 
uşaqların  çox  olması  və  istehlak  səviyyəsi  minimumdan  aşağı  olan  əhalinin  nisbəti  üzrə 
bir neçə göstəricilər daxil edilib. Əvvəldə göstərildiyi kimi, 2000-ci ildə UNİCEF ÇGKS 
Azərbaycanda bu yaş həddi arasında boyu və çəkisi az olanların sayının yüksək səviyyədə 
olduğunu aşkar etmişdi. Bu problemin həll edilməsi geniş həcmli yanaşma, o cümlədən ilkin 
səhiyyə xidməti (İSX) sisteminin gücləndirilməsi, və bu xidmətlərin çatdırılması və eləcə 
də icma üzvlərini səfərbər etməklə gənclər arasında sağlam həyat tərzini və uşaqların yaxşı 
inkişaf etməsi sahəsində effektiv təbliğat proqramlarının həyata keçrilməsini tələb edir.
2.     MİM #2. Ümumi ibtidai təhsilə nail olunması
Azərbaycanda  əsas  təhsilə  (1-9  siniflər)  cəlb  olunma  səviyyəsi  100%-ə  yaxındır, 
lakin buna baxmayaraq məktəbi tərk edənlərin səviyyəsi yoxsullar arasında qeyri-yoxsullara 
nisbətən yüksəkdir. Bu sektorun problemləri daha çox keyfiyyətlə, o cümlədən, iqtisadiyyatın 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
get-gedə  artan  qloballaşması  şəraitində  meydana  çıxan  çətinliklərin  öhdəsindən  gələ 
bilmək  üçün  lazım  olan  bilik  və  bacarıqların  artırılmasına  olan  ehtiyacla  bağlıdır.  Odur 
ki,  bu  milli  MİM-ə  nail  olunması  diqqətin  təhsilin  keyfiyyətinin  yaxşılaşdırılmasına,  o 
cümlədən təhsilin nəticələrinə yönəldilməsini tələb edir. Cinslər üzrə ayrı-ayrı məlumatın 
yığılmasının təkmilləşdirilməsi də vacibdir. Xüsusilə də, məktəbə cəlb olunmanın ümumi 
sayının hesablanması, həmçinin qızların və oğlanların dərslərə davamiyyəti üzrə mütəmadi 
araşdırmaların keçirilməsi böyük əhəmiyyət daşıyır. Tədris materialları da gender məsələlərinə 
həssas olmalıdır və hazırda işçi qüvvəsində əhəmiyyətli dərəcədə seqreqasiyanın mövcud 
olduğunu nəzərə alaraq, bu materiallar qadınları müxtəlif sahələrdə təsvir etməklə, qızların 
təhsil və peşə arzularını daha da artırmalıdır.
3.   MİM #3. Gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının  
     genişləndirilməsi
Yuxarıda  qeyd  edildiyi  kimi,  ibtidai  təhsil  mərhələsində  məktəbə  cəlb  olunmanın 
dərəcəsi ümumi təhsilə yaxındır və bu mərhələdə o qədər də böyük gender fərqləri yoxdur, lakin 
buna baxmayaraq, orta təhsil mərhələsində qadınların davamiyyəti, xüsusilə də yoxsul kənd 
qızları arasında, narahatlıq doğurur. Peşə təhsili sektorunda da böyük fərqlər var. Peşə təhsili 
müəssisələrində qadınların sayı (30,5%) kişilərə nisbətən iki dəfə (69,5%) azdır. qadınların 
üstünlük verdiyi az ödənişli təhsil, səhiyyə və təbii elmlər və kişilərin daha çox müraciət etdiyi 
geologiya, mühəndislik və iqtisadiyyat kimi yüksək ödənişli təhsil sahələrində əhəmiyyətli 
dərəcədə gender seqreqasiyasına baş rast gəlinir. Bu MİM-ə nail olmaq üçün qadınların ali 
təhsil sektoruna daha çox cəlb edilməsi və onların ixtisas seçimlərini genişləndirmək üçün 
müdaxilə  tədbirləri  hhazırlanmalıdır.  Qadınları  yiyələndikləri  peşə  üzrə  işlələyə  bilmək 
imkanları ilə təmin etmək üçün əmək bazarının da uyğunlaşması tələb ediləcək. Beləliklə, 
bu MİM-ə nail olmaq üçün qadınlar arasında qeyri-fəallığının və işsizliyin kişilərə nisbətən 
daha yüksək səviyyədə olmasını nəzərə almaq çox vacibdir.
 
4.    MİM #4. Uşaq ölümü hallarının azalması 
Məlumatların  qeyri-müəyyənliyi  və  uyğunsuzluğu  üzündən  bu  MİM  üzrə  inkişaf 
monitorinqini keçurmək çətindir. Məsələn, DSK-nın 2001-ci il üçün baza göstəricisinə görə 
1000 diri doğulan uşağa 24,8 ölüm və 2003-cü ildə 19,9 ölüm müəyyən edilsə də, Azərbaycan 
RSM (1996-2000) bu rəqəmin daha yüksək -- 1000 diri doğulanlana 88,4 ölüm göstərir. 
Baza göstəricilərinin rəqəmləri qəbul edilsə də, rəsmi məlumatların RSM kimi müntəzəm 
və oxşar müayinə nəticələri ilə tamamlanması vacibdir. Əldə edilə bilən məlumatlarla bağlı 
əsas çətinlik ölüm hallarının gender ölçülərinə effektiv surətdə nəzarət etməyə imkan verən 
cinslər üzlər ayrı-ayrı məlumatın az olmasıdır. 
Buna  baxmayaraq,  əldə  edilən  rəqəmlərdən  aydın  olur  ki,  uşaq  (ana)  ölümü 
Azərbaycanda xəstələrə qayğı göstərənlərin xəstəlik və infeksiyaların təhlükəli əlamətləri 
haqqında  biliklərinin  çatışmaması  və  bu  təhlükəni  erkən  aşkarlaya  bilməmələri  ilə 
əlaqədardır və deməli, xəstələrə qulluğun keyfiyyəti yaxşılaşdırılarsa, bu problemin qarşısı 
alına bilər. Məsələn, ÇGKS (UNİCEF 2000) göstərdi ki, qayğı göstərənlərin yalnız 34%-i 


Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
üşaq xəstəliklərinin heç olmasa iki təhlükəli əlamətini bilirlər, lakin Mercy Corps təşkilatının 
tədqiqatına əsasən (2002) ailələrin 5%-dən azı təhlükəli əlamətlərdən xəbərdardır. Bundan 
əlavə,  Azərbaycanda  erkən  (20  yaşa  qədər)  hamiləliyin  artması

  da  narahatlıq  doğuran 
problemdir, çünki belə hamiləliklər həm ana, həm də uşaq üçün uşaqların az çəki ilə doğulması, 
vaxtından əvvəl doğuşlar, ölü doğulma, neonatal hallar (serebral zədələnmə), infeksiyalar, 
qanaxmalar, anemiya və ölüm kimi təhlükələr törədir. Beləliklə, bu MİM-ə nail olmaq üçün 
əsas uşaq xəstəlikləri və uşaq ölümü problemlərinə müraciət edərkən icmalarda və ailələrdə 
preventiv (önləyici) və müalicəvi sağlamlıq tədbirlərinin həyata keçirilməsi təmin edilməli, 
həmçinin keyfiyyətli pre- və postnatal qayğıdan yararlanma imkanları yaxşılaşdırılmalıdır.
5.     MİM #5. Anaların sağlamlığının yaxşılaşdırılması 
Bu  MİM-in  nailiyyətlərinə  nəzarət  etmək  məlumatların  qeyri-müəyyənliyi  və 
uyğunsuzluğuna görə çətindir. Hal-hazırda əldə edilə bilən yeganə sorğu məlumatı ÇGKS 
UNİCEF 2000-ci il araşdırmalarının nəticələridir. Bu nəticələrə əsasən1988-ci ildə ana hər 
100 000 doğuşa 79 ana ölümü düşürdü. 2000-ci ildə rəsmi ana ölümü əmsalı (AÖƏ) 100 
000 doğuş üçün 37,6 idi, 2004-cü ildə isə DSK 100 000 doğuş üçün 25,8 rəqəmi göstərirdi. 
2003/2004 YAİİDP İcra Hesabatında qeyd edildiyi kimi, “ana ölümünün real səviyyəsi üzrə 
rəsmi göstəricilər araşdırma qiymətləndirilməri ilə, güman ki, uyğun gəlmir” (Azərbaycan 
Respublikası  2005b:  43).  Bu  rəqəmlər  müntəzəm  və  oxşar  müayinə  məlumatları  ilə 
tamamlanmalıdır. Xüsusilə də həm rəsmi dövlət, həm də tədqiqat məlumatları AÖƏ haqqında 
gəlir qrupları, ərazi (yəni, kənd/şəhər və regional) üzrə və ümumi əhali ilə MK/qaçqın əhali 
arasında fərqlərə dair məlumatlarla təmin edilməlidirlər. 
2015-ci  ilə  qədər  Azərbaycan  səhiyyə  xərclərinin  artırılması,  xüsusilə  kənd 
ərazilərində İSX-nin və ana və uşaq sağlamlığının qayğısı proqramlarının gücləndirilməsi 
yolu ilə AÖƏ-nı dörddə üç qədər azalda bilərdi (yəni, 100 000 diri doğulan üçün 9,3). Həm 
rəsmi dövlət, həm də tədqiqat məlumatlarının müəyyənləşdirilməsi diqqətin xüsusilə həssas 
qruplara (yəni yoxsul kənd qadınları, MK/qaçqın qadınlar) cəlb olunmasına imkan yaradardı. 
Bundan əlavə, yoxsul və qaçqın qadınlar arasında doğuşa yardım edilməsi sahəsində yüksək 
səviyyəli təlimlərin keçirilməsi də bu qrupda AÖƏ-nin azalmasına müsbət təsir edə bilərdi. 
 
 
6. 
MİM #6. İİV/QİÇS, malyariya və digər xəstəliklərlə mübarizə
İİV-ə  yoluxan  Azərbaycan  vətəndaşlarının  sayının  regional  standartlara  əsasən 
az olması ehtimal olunur, lakin xəstəliyin faktiki yayılma səviyyəsi məlum deyil, belə ki, 
xəstəliyin qeyri-fəal vəziyyəti haqqında dəqiq tədqiqatlar məhduddur və xəstəliyin özünü 
büruzə  verməsi  barədə  məlumat  çatışmır.  UNAİDS/ÜST  2004-cü  ildə  2800-ə  yaxın 
böyüklərin və uşaqların İİV-ə yoluxmuş olduğu ehtimalını irəli sürmüşdü, lakin bu rəqəm 
kiçildilmiş də ola bilər (UNAİDS/ÜST 2004). 

RSM 2001, ilk dəfə 20 yaşından əvvəl doğan qadınların nisbətinin, hazırda 40-44 yaşda olan  
 
qadınlar arasında 12%-dən 20-24 yaş arasında olan qadınlarda 22%-ə qədər artmasını qeyd etmişdir. 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Dərc olunmuş məlumat az olsa da, əldə edilmiş sübutlar təsdiq edir ki, miqrasiya (o 
cümlədən müvəqqəti əmək miqrasiyası) İİV-ə yoluxma təhlükəsini artırır. Yaxın illərdə alverə 
məruz qalmış qadın və qızların sayının artması xüsusilə narahatlıq doğurur, çünki onların 
çoxu təyinat ölkələrində seks işi ilə məşğul olmağa məcbur edilirlər və bu da onları İİV və 
CYYX-ə yüksək dərəcədə həssas edir. Qadınların İİV/QİÇS haqqında məlumatlarının çox 
az olması da problemdir. 2001-ci ilin RSM nəticəsində müəyyən edilmişdi ki, azərbaycanlı 
qadınların  dörddə  biri  heç  vaxt  İİV/QİÇS  haqqında  eşitməyib  və  qadınların  72%  İİV 
infeksiysınadan  qorunmaq  üçün  heç  bir  əsas  üsulun  adını  çəkə  bilmir  (ABŞBİA/XNM/
BMTƏF və b. 2003: 282-283).
 
Azərbaycan bu MİM-i uğurla həll etmək üçün əhalinin İİV/
QİÇS haqqında məlumatlılığını artırmalı, o cümlədən preventiv tədbirlər görməli, əsas həssas 
qrupları (məsələn, müvəqqəti əmək miqrantları, seks işçiləri, iynə vurmaqla narkotiklər qəbul 
edənlər) müəyyənləşdirməli və onlarla iş aparmalı, və habelə məxfi yoxlama imkanlarını 
artırmalıdır. 
ÜST-nın Vərəmə Nəzarət Qlobal Proqramına əsasən, Azərbaycan Bilavasitə Müşahidə 
edilən Qısa-kurslu Müalicə üzrə 2-ci Kateqoriyalı, ilkin fazada və 10%-dən az əhatə dairəsi 
olan ölkə kimi müəyyən olunub. Yoluxmanın qarşısının alınmasına dair MİM-ə nail olmaq 
məqsədilə, əhatə dairəsini hazırki 4%-dən 100%-ə qədər artırmaq üçün siyasi öhdəlik və 
əlavə resurslara ehtiyac var.


1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə