Cədvəl 2. Milli Fəaliyyət Planı: Strateji sahə və tədbirlər
Strateji sahə
Müəyyənləşdirilmiş
tədbirlərin sayı
Qadın və İqtisadiyyat
5
Qadın və Təhsil
9
Qadın və Səhiyyə
9
Qadın və Zorakılıq
6
Qadın və Hərbi Münaqişə
7
Qaçqın və MK qadınlar
8
Qadınların İnsan Hüquqları
8
Qadın və Media
6
Qadın və Ətraf Mühit
4
Qız uşaqları
9
Qadın Hakimiyyət və Qərar Qəbuletmə Proseslərində
7
Beynəlxalq Qadın Təşkilatları ilə Əlaqələr
7
Mənbə: AR Qadın Problemləri üzrə Dövlət Komitəsi, 2000.
MFP fəaliyyət üçün geniş çərçivə təmin edir və həm milli, həm də regional səviyyədə
həll olunması lazım gələn bəzi əsas gender məsələlərini müəyyən edir, lakin bu plan hələ də
təkmilləşdirmə və modifikasiya tələb edir ki, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi
dəqiq zaman ərzində real və nail oluna bilən hədəflər çərçivəsində olsun. Aydın göstəricilərin
və nəticələrin plana daxil edilməsi də nailiyyətlərin və təsirin qiymətləndirilməsinin
yaxşılaşmasına imkan verməlidir.
MFP-nin Pekin Fəaaliyyət Platformasında təqdim olunan tədbirlərə riayət etməsinə
baxmayaraq, onların Azərbaycanda necə tətbiq olunmasının sonrakı təhlili faydalı olacaq.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Xüsusilə də, MFP və Milli Gender Bərabərliyi Siyasəti arasında əlaqələr aydın deyil və daha
diqqətli müəyyənlişdirilməyə ehtiyacı var. Bundan əlavə, MFP-nin Hökumətin Milli Gender
Bərabərliyi Siyasətinin öhdəliklərini necə dəstəkləməsini aydınlaşdırmaq lazımdır. MFP hər
iki strateji sahədə olan əsas məsələ və problemlərin təhlili yolu ilə möhkəmləndirilməli və
beləliklə də, müəyyən olunan fəaliyyətləri strateji sahələrlə əlaqələndirmək üçün çərçivəni
təmin etməlidir.
Əlaqələndirmə Şurasının əsas vəzifəsi QPDK-a MFP-nin həyata keçirilməsinin
monitorinqində kömək etməkdir. Müntəzəm görüşlər keçirilmədiyindən MFP üçün illik
monitorinq hesabatları hazırlanmalı idi, lakin onlar hazırlanmamışdır. ÖGQ keçirildiyi
müddətdə, aydın oldu ki, az sayda nazirliklər MFP haqqında xəbərdardır; hətta gender üzrə
məsul şəxslərin də MFP-də öz nazirlik və/və ya sektorlarına aid olan tədbirlər haqqında tam
anlayışı yoxdur. Şuranın mütəmadi görüşlərinin keçirilməsinə və MFP-nin monitorinqinin
həyata keçirilməsi məqsədilə lazımi vasitələrlə ilə təmin edilməsinə nail olmaqla yanaşı,
gələcək səylər nazirliklər və komitə strukturları daxilində MFP haqqında məlumatlılığın
artırılmasına və öz sektor siyasətləri, strategiyaları və proqramlarına MFP-nin məqsədlərinin
daxil edilməsinə imkan verən təşəbbüslərə ehtiyac var. MFP-nin effektivliyini məhdudlaşdıran
son və ən vacib maneə MFP-nin həyata keçirilməsi üçün maliyyənin olmamasıdır. 95 spesifik
tədbirin hər hansı birinin həyata keçirilməsi üçün heç bir büdcə təyin olunmayıb və müvafiq
olaraq, maliyyə nəzərdə tutulmayıb.
Gələn il yeni MFP-nin hazırlanması həm beynəlxalq, həm də milli öhdəliklərlə bağlı
olan tədbirlər üçün konkret çərçivənin yaradılmasına, aydın və ölçülə bilən məqsədlərin
və daha effektiv mütəmadi monitorinq prosesi və nailiyyətlərin ölçülməsi üçün aydın
göstəricilərin müəyyən edilməsinə imkan verəcək. Planın milli kontekstə uyğun olacağı
halda və gender bərabərliyinə nail olmaq üçün vətəndaş cəmiyyətinin əhəmiyyətli və artan
potensialından istifadə edəcəyi halda QHT və vətəndaş cəmiyyətinin iştirakını təmin etmək
üçün təkmilləşdirilmiş mexanizmlərin yaradılması vacib ola bilər.
C.
Tövsiyələr
Aşağıdakı tövsiyələr Hökumətin gender bərabərliyinə dair öhdəliyini aydınlaşdırmaq,
bu öhdəliyi təsvir edən əsas siyasət sənədlərini uyğunlaşdırmaq və 2005-ci ilin sonuna qədər
fəalliyyət planını müəyyənləşdirmək üçündür.
•
Əsas milli siyasət vasitələri gender bərabərliyinin məqsədləri ilə
uyğunlaşdırılmalıdır. Səylər mümkün qədər siyasət vasitələrinin gender
bərabərliyinin məqsədlərinə uyğunlaşdırmağa yönəlməlidir. MFP-nin
fəaliyyət müddəti 2005-ci ildə başa çatdığı üçün, MİM göstəricilərinin
müəyyənləşdirilməsi və YADİDP yaradılması prosesi (gender üzrə xüsusi işçi
qrup ilə) hələ də davam etdiyi üçün uyğunlaşma prosesinin baş verəcəyinə
imkan var. Xüsusilə də formalaşma mərhələlərində onları əlaqələndirmək
üçün effektiv mexanizmlər yaradılacaq.
•
Növbəti MFP-ə aydın məqsədlərin daxil edilməsi, effektiv monitorinq
Gender bərabərliyini təmin edən milli qanunlar, institutlar və siyasət
və hesabat sistemi vasitəsilə nəzarət edilməsi və lazımi səviyyədə
maliyyələşdirilməsi təmin edilməlidir. Sənəddə olan siyasət/proqram
öhdəlikləri üçün məsuliyyəti təmin etməkdən əlavə, bu, QPDK-nın işi üçün
aydın çərçivəni təmin edəcək.
•
QPDK və gender üzrə məsul şəxslər şəbəkəsinin potensialı yaradılmalıdır.
QPDK üzvlərinin öz mandatlarını effektiv həyata keçirəcəyi halda, potensialın
yaradılması əhəmiyyətli ola bilər. Həm QPDK-nın, həm də gender üzrə
məsul şəxslər şəbəkələrinin öz vəzifələrini yerinə yetirmək üçün kifayət
qədər maliyyə və insan resurslarına ehtiyacı var. Gender üzrə məsul şəxslərə
heyət daxilində müxtəlif tapşırıqları yerinə yetirmək üçün müvafiq maliyyə
resursları ilə dəstəklənən, yalnız genderlə məşğul olan vəzifələr lazımdır.
Bundan əlavə, effektiv fəaliyyət üçün mütəmadi treninqlərin keçirilməsinə
ehtiyac var.
•
QPDK-nın rayon səviyyəsində iş proqramı yeni YADİDP iştirak prosesinin
gender məsələrini tam şəkldə əks etdirməsinin təmin edilməsi məqsədilə
adekvat resursların vasitəsilə inkişaf etdirilə bilər.
•
Əlaqələndirmə Şurasının bərpası yeni MFP-nin və həmçinin YAİİDP
Katibliyi tərəfindən formalaşan YADİDP və MİM milli hədəf/göstəricilərin
yaradılmasına kömək edəcək. Şura, hər bir proses üçün əhəmiyyətli ola
bilər, məqsəd və hədəflərin uyğun, əlaqəli olmasını və ən vacibi - adekvat
maliyyələşdirməni və dəstəyi təmin edə bilər. Şuraya qərar qəbuletmə hüququ
olan, yüksək vəzifəli şəxsin rəhbərlik etməsi vacibdir və bu şəxsin hakimiyyət
daxilində idarəetmə səlahiyyətləri olmalıdır.
4-cü fəsil
İqtisadi inkişaf və artımın gender ölçüləri
A.
Formal əmək bazarının gender ölcüləri
Azərbaycanda fəal işləmə qabiliyyətinə malik yaş qrupuna daxil olan bir çox
qadın üçün keçid dövrü iş yerlərinin itirilməsi, uzun müddətli işsizlik dövrləri və həm
dövlət sektorunda, həm də özəl sektorda müqavilə bağlamaq yolu ilə işləmək imkanları ilə
nəticələndi. İş qabiliyyətli qadınların hər altı nəfərindən biri işsiz hesab edilsə də (Cədvəl
3), çoxları belə düşünür ki, bu rəqəm işsizliyin real miqyasından xeyli aşağıdır, çünki çox
sayda qadın işsiz kimi qeydiyyata düşmür. 2003-cü ildə İşçi Qüvvəsinin Müayinəsi (İQM)
aşkar etmişdi ki, iş qabiliyyətli qadınların (16-56 yaş həddi) yalnız 59,5%-i iqtisadi cəhətdən
fəaldır, müqayisə üçün - kişilərdə bu rəqəm 83,6%-dir (16-61 yaş həddi).
Cədvəl 3. İşləmək yaşında olan iqtisadi cəhətdən fəal və qeyri-fəal əhali (%)
Şəhər və kənd yerlərində
Şəhər yerlərində
Kənd yerlərində
Qadınlar
Kişilər
Qadınlar
Kişilər
Qadınlar
Kişilər
Əhalinin iqtisadi fəallığının
səviyyəsi
59,5
83,6
53,8
80,6
67,4
87,4
İşsizliyin həddi
12,5
9,8
17,3
12,2
7,2
7,1
Mənbə
:
Azərbaycan Respublikası, 2005b: 56.
Qadınların “qeyri-fəallıqlarının” yüksək səviyyədə olması qismən onların evdə qalıb
uşaqlarını böyütmək istəkləri ilə izah edilsə də (DSK 2004c: 36), bu izahat qadınların seçimi
və imkanlarının olmaması və daha çox kişilərə iş imkanı verən formal əmək bazarında
qadınların ciddi məhdudiyyətlərlə üzləşmələri faktını pərdələyir. Cədvəldən göründüyü
kimi qadınlarla müqayisədə kişilər üçün iqtisadi fəallıq həddi həm kənd yerlərində, həm də
şəhərlərdə çox da fərqli deyil. Şəhərlərdə isə qadınların iqtisadi fəallıq həddi (53,8%) kənd
yerlərində olduğundan (67,4%) xeyli aşağıdır, bu da, görünür ki, kəndlərdə qadınların kiçik
həyətyanı sahələrdə işləmələri ilə əlaqədardır.
Kişilər və qadınların qeyri-fəallığı bütün yaş qrupları üzrə xeyli fərqlənir (Cədvəl 4).
Ən böyük fərq 25-39 yaş qrupundadır; burada qadınlar kişilərə nisbətən beş-altı dəfə çox
“iqtisadı cəhətdən qeyri-fəaldırlar”. Bu yaş qrupunda qadınların daha yüksək qeyri-fəallıq
həddi Azərbaycanda qadınlar üçün orta evlənmə yaşına (23,7) və, deməli, uşaqların doğulması
dövrünün başlanmasına uyğun gəlir. Doğrudur, bu yaş həddindən kənar dövrlərdə də qeyri-
fəallığın həddinin öyrənilməsi lazımdır, lakin qadınlara hamiləlik dövrü məzuniyyətlərinin
və bu dövrə görə əmək haqqlarının verilməsinin iş sahibləri üçün arzuedilməz olması və
eləcə də, ərlərinin və ailələrinin təzyiqi ilə qadınların evdə qalmaları onların iqtisadi cəhətdən
qeyri-fəal olmalarının səbəbləridir.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Cədvəl 4. Yaş qrupları üzrə qadınların/kişilərin qeyri-fəallığı
Yaş
20-24 25-29 30-34 35-39 40-44 45-49 50-54 55-59 60-64 65+
Kişilər
16,4
5,5
4,2
4,8
5,2
7,3
9,7
19,9
57,5
87,9
Qadınlar
36,7
33,1
35,2
33,0
29,6
32,1
47,9
67,1
87,4
95,3
Mənbə: Azərbaycan Respublikası 2005b: 57
Nə qədər ki, işsiz qadınlar iqtisadi cəhətdən qeyri-fəal olmağa daha çox məruzdurlar,
və qeyri-formal iqtisadiyyatda kişilər qadınlara nisbətən daha çox iş tapa bilirlər (Cədvəl
5), “iqtisadi qeyri-fəallıq” termini qadınların ailəni dolandırmaqda oynadığı başlıca rolu
– ailəni qidalandırmaqdan və sağlamlığının qayğısına qalmaqdan başlayaraq çox vaxt qeyri-
sabit olan yoxsulluq vəziyyətlərindən çıxa bilmək üçün lazımi təsərrüfat yaratmağa qədər
– kölgələyir.
Cədvəl 5. 2005-ci ildə qeyri-fəal əhalinin gender tərkibi (%-lə)
Məşğulluq
Cəmi
Kişilər
Qadınlar
Əyani şöbədə oxuyan tələbələr/yuxarı sinif şagirdləri
21,8
33,5
16,4
Yaşa, iş stajına, güzəştə malik təqaüdçülər
36,2
42,1
33,4
Əlil təqaüdçülər
8,2
15,3
5,0
Mülkiyyətdən gəlir alanlar
3,6
9,1
1,0
Ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə
üzvlərinə qulluq edən cavabdeh şəxslər
30,3
0,0
44,2
Cəmi
100,0
100,0
100,0
Mənbə: DSK 2005
1
.
Özəl və dövlət sektorlarında get-gedə daha çox təcrid olunma
Özəlləşdirmə prosesi çox sayda qadınlara heç də xeyir gətirmədi. BMT-nin
İnkişaf Proqramının Azərbaycan üzrə İnsan İnkişafına dair Məruzəsində qeyd edilir ki,
özəlləşdirmənin ilk dövrü əsasən qadınların işlədiyi (40%) iaşə xidmətləri, ərzaq istehsalı və
ticarət kimi sahələri əhatə etmişdir. Üstəlik, özəlləşdirilmiş obyektlərdə işləyən qadınların
74%-i işini itirib və indi yeni qeydə alınmış KOM-in (kiçik və orta müəssisələr) yalnız
7%-i qadınlara məxsusdur. Qadınların və özəlləşdirmənin vəziyyətini qiymətləndirmək
üçün aparılan araşdırmalara əsasən, özəlləşdirilmiş müəssisələrdə işləyən qadınların 83%-i
xoşbəxt deyillər (BMTİP 2002).
İşə götürülməkdə və işdə irəli çəkilməkdə qadınlara qarşı mövcud olan ayrı-seçkilik
haqqında geniş surətdə məlumat verilib və bunlar dövlət və özəl sektorlarında əhəmiyyətli
dərəcədə gender ayrı-seçkiliyinin olduğınu aşkara çıxaran İQM-nin əldə etdiyi məlumatlarla
da təsdiq edilib; özəl sektor get-gedə daha çox kişilərin ixtiyarına keçir. Dövlət sektorunda
işə götürülən qadınların sayı bütövlükdə kişilərdən xeyli az olsa da, o, hələ də qadınlar
üçün ən böyük iş sahəsidir – 2005-ci ildə
işləyən qadınların ümumi sayının 32,3%-i dövlət
İqtisadi inkişaf və artımın gender ölçüləri
sektorunun payına düşürdü. Eyni zamanda, qeyri-dövlət müəssisələrində işləyənlərin yalnız
9%-ini qadınlar təşkil edirdi (DSK 2005a: 90). İşləyən əhali üçün əmək bazarında tələbatı
müəyyənləşdirmək və ona müvafiq peşə bazası yaratmaqla yanaşı, iş sahibləri arasında
sorğular keçirmək işə götürmədə belə gender yanaşmasının nə dərəcədə və nə üçün yer
almasının qiymətləndirilməsinə imkan verərdi. Əgər qadınlar Azərbaycanın iqtisadi inkişafı
və artımı proseslərində bərabər hüquqlu partnyor, iştirakçı və sahib olmalıdırlarsa, onların özəl
sektorda iştirakına qoyulan maneələrin təhlili və onlara müraciət edilməsi çox vacibdir.
2.
Əmək bazarında üfüqi və şaquli seqreqasiya
Azərbaycanda bərabər iş üçün bərabər əmək haqqı prinsipi qanunla təmin edilsə də,
kişilərin və qadınların əmək haqqı normaları xeyli dərəcədə fərqlənir. Bu hal başlıca olaraq,
əmək meydanında daim mövcud olan şaquli gender ayrı-seçkiliyi üzündən baş verir ki, bu
da əksər sektorlarda rəhbər vəzifə tutan qadınların sayının az olmasından irəli gəlir. 2002-ci
ildə DSK nümunə üçün apardığı araşdırmalar (seçmə müayinəsi) aşkara çıxartdı ki, hətta
qadınların üstünlük təşkil etdikləri sektorlarda (Diaqram1), məsələn, səhiyyə xidməti, sosial
xidmətlər sahəsində (burada işləyən qadınların sayı kişilərdən 5,6 dəfə çoxdur), qadınların
maaşları kişilərinkinin yalnız 54,4%-i qədərdir və bu da kişilərin qərarqəbuletmə vəzifələrində
(həm də yüksək maaşlı vəzifələrdə) çoxluq təşkil etmələrinin nəticəsidir.
5
Eyni vəziyyətə
təhsil sektorunda da rast gəlmək olar: burada işləyən qadınların sayı kişilərdən iki dəfə
çoxdur, orta əmək haqqları isə kişilərin aldığının yalnız 77,7%-ni təşkil edir (Azərbaycan
Respublikası 2005a: 57-58).
Diaqram 1. Məşğulluqda kişi/qadın sektorları
Mənbə: DSK 2005a: 74
Bax 7-ci fəsil, Cədvəl 10. Dövlətin qərarqəbuletmə vəzifələrində qadınlar və kişilər, 2004; buradan
məlum olur ki, hökumətdə qərarqəbuletmə vəzifələrinin yalnız 11,6%-ni qadınlar tutur.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Təhsil, səhiyyə xidməti, rabitə və sosial xidmətlər sektorlarında formal işçi qüvvəsi
kimi qadınlar üstünlük təşkil etsələr də, digər sektorların hamısında onlar azlıqdadırlar. Əldə
olan məhdud məlumatlara əsasən demək olar ki, bu üfüqi ayrı-seçkilik artmağa meyl edir və
YAİİDP-nın həyata keçirildiyi dövr ərzində bu məsələyə yaxından nəzarət edilməli və təhlil
aparılmalıdır; çatışmazlıqları aradan götürmək üçün müvafiq düzəlişlər planlaşdırılmalı və
tətbiq edilməlidir. Əgər məsələ həqiqətən də belədirsə, qadınların “qeyri-ənənəvi” sektorlarda
iştirakını artırmaq məqsədilə xüsusi siyasət və proqramların hazırlanmasına ehtiyac olacaq
– özü də yalnız bərabərlik məsələsinə görə deyil, həm də çox böyük əhəmiyyətə malik olan
qadın işsizliyi problemini həll etmək üçün. Belə siyasət və proqramların hazırlanması zaman
müəyyən fəaliyyət sektorlarında qadınların üzləşdiyi maneələrin keyfiyyət analizi əsas rol
oynayacaq.
B.
Qeyri-formal sektorun gender ölçüləri
Keçmiş Sovet İttifaqının bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadi
keçid formal məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə azalması və real əmək haqqlarının
aşağı düşməsi ilə bir vaxta düşdü və bu da hökumətin əhalinin sosial təhlükəsizliyini təmin
etmək qabiliyyətinə xeyli ziyan vurdu. Davamlı olaraq çoxalan işsizlik, yüksək təhsil
qiymətləri, dövlətin uşaq müəssisələrində şəraitin olmaması və onları əvəz edən özəl
müəssisələrdə yüksək qiymətlər, kiçik biznes yaratmaq üçün başlanğıc kapitalın yoxluğu,
biznes bacarığının olmaması və insanların bazar iqtisadiyyatını bilməmələri, əzəldən
“kişilərin” meydanı hesab edilən formal özəl sektora daxil olmaqla əlaqədar çətin və çox
vaxt təhlükəli prosedurlar qadınları qeyri-formal iş sektoruna müraciət etməyə sövq edib.
Qeyri-formal əmək bazarının miqyası və strukturu haqqında məlumat çox məhdud
olsa da, sübutlar göstərir ki, qadınlar bu bazarın çox böyük hissəsini təşkil edir: bunlar
şəhərlər/ölkələrarası alverçilər, bazar satıcıları, ev xidmətçiləri və müzdla xəstəyə baxanlardır.
2004-cü ildə aparılan İşçi Qüvvəsinin Müayinəsinə görə, işlədiklərini söyləyən qadınların
17%-i özlərinin “hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul
olduqlarını” bildirirlər ki, bu da qeyri-formal əmək sektorunu nəzərdə tutur (DSK 2004c: 31).
Qeyri-formal sektorda kiçik şəxsi biznesə başlamaq və ya onu davam etdirmək üçün kredit
almağa çalışan çox sayda qadın etiraf edir ki, Sovet dövründən fərqli olaraq, indi daha çox
qadın formal sektordan kənarda fəaliyyət göstərə bilər. Bu ölçüləbilən rəqəmlər və onların
yoxsulluğun azaldılmasına dair strategiyaların hazırlanması və tətbiq edilməsində istifadə
edilməsinə baxmayaraq, YAİİDP-da qeyri-formal sektor (qadınlar və kişilər) tamamilə
nəzərə alınmayıb.
Doğrudur, qadınların qeyri-formal sektorda iş tapmalarında maneələr daha azdır,
lakin belə iş uzun iş saatları, aşağı əmək haqqı, çətin şərait və bəzən də şəxsi təhlükəsizliyi
riskə salan hallar deməkdir (məsələn, küçə alverçiləri üçün). Evlə əlaqədar iş öz uşaqlarına
baxmaq imkanı olmayan qadınlar üçün çıxış yolu olsa da, bu işlə məşğul olanların əməyinin
müqabilində çox az mənfəət gətirir, çünki onlar uşağa baxmaqla yanaşı ev işləri ilə də məşğul
olmalı olurlar və üçqat iş görürlər. Üstəlik də hər hansı bir sosial müdafiənin olmaması
İqtisadi inkişaf və artımın gender ölçüləri
(məsələn, xəstəliyə görə işdən azad olma, hamiləliklə əlaqədar məzuniyyət, təqaüd fonduna
ayırmalar) qeyri-formal sektorun işçilərinin bu gün, eləcə də gələcəkdə yoxsulluğa düçar
olmaq ehtimallarını çox artırır.
Qadınların məşğul olduqları və yüksək peşəkarlıq tələb etməyən bəzi qeyri-formal
fəaliyyətlərə də pis baxılır, xüsusilə də iş statusuna və təhsilə yüksək qiymət verilən
keçmiş Sovet İttifaqında. Ölkə üzrə Gender Qiymətləndirilməsi üçün məlumat toplanması
prosesində əldə edilmiş maraqlı sübutlar göstərir ki, qadınların post-keçid dövründəki
şəraitə uyğunlaşmada “daha böyük çeviklik” göstərməsi onların istənilən işə (o cümlədən,
qeyri-formal sektorda) hazır olmaları ilə bağlıdır; kişilər isə, əksinə, özlərinin keçmiş Sovet
İttifaqında məşğul olduqları işdən status etibarı ilə aşağı işə razılaşa bilmirlər. Bir çox qadın
onu da bildirb ki, onların qeyri-formal sektorda işləmələri ərlərinin davam edən işsizlıyi və
aşağı səviyyəli işlə məşğul olmaq istəməmələrinin, formal sektorda qadınların iş tapmaq
imkanının olmamasının (xüsusilə də 30 yaşdan yuxarı) və ailələrinin əsas tələbatlarını təcili
ödəmək ehtiyacının məntiqi nəticəsidir.
Qeyri-formal iqtisadiyyatın gender ölçülərinin tədqiq edilməsi və təhlilinin davam
etdirilməsinin əhəmiyyətli olduğu aydındır, özü də yalnız bu iqtisadiyyatda məşğul olan
qadınların böyük faiz təşkil etdiyini aşkar etmək üçün yox, həm də bunun iqtisadi artıma
yardım etməsini və onun yoxsulluqla əlaqələrini başa düşməyə imkan yaratmaq üçün. Qadın
və kişilərin kənd yerlərində və şəhərlərdə, rayonlarda, eləcə də, profillər üzrə (məsələn,
yaş həddi və gəlir qrupları) qeyri-formal sektorda inkişafına dair daha etibarlı məlumatın
toplanmasından əlavə, qeyri-formal sektora keçənləri, əldə edilən mənfəət və qarşıya çıxan
çətinlikləri daha yaxşı başa düşmək çox vacibdir. Məsələn, qadınların formal sektora müraciət
etmələri üçün lazım olan stimul və yardımın müəyyənləşdirilməsi, xüsusilə də özəl sektorun
(qeyri-neft) inkişafının stimullaşdırılması əsas inkişaf strategiyası olan Azərbaycan kimi
ölkələrdə, yoxsulluğun azaldılması strategiyalarına daha böyük əhəmiyyət verə bilərdi.
C.
Qadın sahibkarlığı və kredit
Azərbaycanda kiçik və orta müəssisələrin (KOM) yaradılması həmişə iqtisadiyyatın
müxtəlif sahələrini inkişaf etdirmək və məşğulluq proqramları hazırlamaq üçün ən ümidverici
yollardan biri olub.
7
KOM-lər müəyyən dərəcədə ənənəvi olaraq böyük olmuş müəssisələrin
dağılması nəticəsində əmələ gələn boşluğu doldurub, və kiçikmiqyaslı özəl sektorun
fəaliyyəti son illərdə artıb, və bu da həm formal, həm də qeyri-formal sektorda çox sayda
biznesin yaradılması ilə əlaqədardır. Lakin administrativ maneələr, o cümlədən, biznesin
qeydiyyatdan keçməsi və yaradılması prosesinin mürəkkəb olması, maliyyə çatışmazlığı,
qeyri-adekvat infrastruktur böyük nəticələrin əldə edilməsini yubandıran amillərdir.
Keçmiş Sovet İttifaqının digər respublikalarının çoxunda olduğu kimi, Azərbaycanda
2004-cü ilin oktyabr-noyabr aylarında Ölkə üzrə Gender Qiymətləndirilməsi yerlərdə apardığı iş
zamanı alınan müsahibələr və qrup müzakirələrində əldə edilmiş məlumat.
AİB, Dünya Bankı, BƏT, UNECE (BMT-nin Avropa üçün İqtisadi Komissiyası) və BMTİP KOM
sektorunun genişləndirilməsini yoxsulluğun azaldılması işində əsas strategiya hesab edirlər.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
da keçid dövründə qadın sahibkarlığının miqyası və ona törədilən maneələr çox az təhlil
edilib. Bundan əlavə, qadınların formal sektorda məşğulluq imkanlarının azalmasına cavab
olaraq qeri-formal sektorda biznes yaratmalarına (küçə alverindən və bazar satıcılığından
tutmuş evlə əlaqədar işlərə qədər) dair çox sayda sübutların olmasına baxmayaraq, KOM
sektorunun genişləndırilməsi potensialının qiymətləndirilməsi “gender baxımından neytral”
olub və qadınların iştirakının daha fəal surətdə dəstəklənməsi və genişləndirilməsi yolları
nəzərdən keçirilməyib və bu yollara müraciət edilməyib.
Rəsmi statistikada, diqqət spesifik olaraq qadın sahibkarlığına yönəldilməsə də, qeyd
edilir ki, çox sayda qadınların öz şəxsi biznesləri ilə məşğul olmaları ilə yanaşı (17,0%),
həm də qadınların böyük əksəriyyəti üçün bu biznesdən əldə edilən mənfəət əsas gəlir
mənbəyidir (18,4%) (DSK 2005a: 96). Bu rəqəmlər formal və qeyri-formal sektorları bir-
birindən ayırmır, lakin onlar göstərir ki, bir çox qadın üçün kiçik biznes həyat əhəmiyyətli,
əvəzsiz məşğulluq və gəlir alternativinə çevrilmişdir.
Azərbaycanda qadın sahibkarlığının inkişafına dair 2004-cü ildə Beynəlxalq Əmək
Təşkilatının (BƏT) sponsorluğu ilə keçirilən araşdırmalara əsasən, orta səviyyəli qadın
sahibkar 35 yaşlı (və 35-dən yuxarı), əvvəllər işləmiş, ali təhsilli (yəni universitet bitirmiş),
evli və orta hesabla 2-4 uşağı olan adamdır. Cənub rayonlarında, Mingəçevirdə və onun ətraf
bölgələrində qadınların təhsili aşağı səviyyədədir, lakin 55% qadın tam orta təhsil alıb və
33%-nin ali təhsili var (BƏT 2004). Daha çox və ətraflı araşdırmalara ehtiyac olsa da, bu o
deməkdir ki, qadın sahibkarların əksəriyyəti savadlıdır, onların xeyli iş təcrübəsi və peşəkarlığı
var. Qadınların çoxu qabaqcadan elan ediblər ki, onların KOM açmaq istəmələrinin səbəbi
ailənin büdcəsinə yardım etmək ehtiyacından irəli gəlib.
Bir çox qadın KOM yaratmaq işində maliyyə mənbələrindən, o cümlədən, kreditdən
istifadə etmək imkanlarının məhdud olmasını başlıca maneə hesab edir. Əlavə tələblərin
öhdəsindən gələ bilməmələri, bank qaydaları və tələblərinin dolanbaclarında özlərinə yol
açmağın çətinlikləri, habelə, borcverən kişi məmurların həssas olmamaları qadınları formal
maliyyələşdirmə sektorundan uzaqlaşdırıb; əsas mənbələr ən yaxın ailə üzvləri, qohumlar
və dostlar və nadir hallarda isə qadınların özlərinin qənaət edib yığdıqları olur. Yuxarıda adı
çəkilmiş BƏT araşdırmalarında iştirak edənlərin heç biri banklardan, kredit təsisatlarından və
ya beynəlxalq təşkilatlardan maliyyə yardımı almayıb; əksəriyyət bildirib ki, onlara ərləri və
ya ailənin digər üzvləri kömək edib. Bu o deməkdir ki, Azərbaycanda qadınların KOM-nin
maliyyələşdirilməsi üçün müvafiq rəsmi yardım mexanizmi yaratmaq imkanı çox böyükdür;
bunu həm mərkəzdə (yəni Bakıda), həm də rayon mərkəzlərində əlavə biznes təlim kursları
və məsləhət xidmətlərinin təşkil edilməsinə də aid etmək olar.
İlk başlıca addım ölkənin müxtəlif bölgələrində qadınların kredit ala bilmələri
yolunda rast gələn maneələrin təhlil edilməsidir; buraya World Vision, Norveç Qaçqınlar
Şurası, Oxfam və Beynəlxalq Kənd təsərrüfatı Kooperativ İnkişafı kimi Beynəlxalq QHT-
lər tərəfindən idarə olunan ən fəal mikro-kredit təşkilatlarının borcvermə təcrübəsi haqqında
xülasə də daxildir. Bundan əlavə, mikro-maliyyələşdirmə daha böyük icraçılar olan FİNCA,
Shorebank (Amerika Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi [ABŞBİA] tərəfindən
İqtisadi inkişaf və artımın gender ölçüləri
maliyyələşdirilir), Azərbaycan Mikro-maliyyələşdirmə Bankı (Avropa Şurası tərəfindən
maliyyələşdirilir) və Bank of Baku (Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə)
tərəfindən təmin edilir.
Qeyd edilməlidir ki, Azərbaycanda mikro-kreditin təchizat məsələsinə şübhə ilə
yanaşılır və bunun şəhərlərdə və kənd ərazilərində qadınları KOM açmaqdan nə dərəcədə
uzaqlaşdıra biləcəyini qiymətləndirməyin də əhəmiyyəti böyük ola bilər. Üstəlik də, nə
mikromaliyyələşdirmə üçün hər hansı bir qanunverici struktur var, nə də sektorun inkişafı
üçün ümumi bir siyasət və strategiya xətti. Mikromaliyyələşdirmə İnstitutlarının və kredit
ittifaqlarının depozit cəlb etmək səlahiyyəti yoxdur və bu da onların öz üzvlərinə müxtəlif
növ maliyyə yardımı göstərə bilmək üçün maliyyə imkanlarını artırma qabiliyytlərini
məhdudlaşdırır. Mikromaliyyələşdirmə İnstitutları depozitləri toplayıb kənd yerlərində
müəssisələrə və ayrı-ayrı şəxslərə borc da verə bilməz (AİB 2003: 2-3). Asiya İnkişaf Bankı
(AİB) bu və ya digər əlaqədar məsələlərlə məşğul olan, eləcə də imkansız adamların biznes
imkanlarının və çətinliklərinin qiymətləndirilməsini həyata keçirmək üçün sektora göstərilən
texniki yardımı daima dəstəkləyir (AİB 2003: 2-3).
Bir çox qadınlar KOM-lərin yaradılması qarşısına çıxan ciddi “mədəni” və “sosial”
maneələrin də mövcud olduğunu qeyd edirlər, çünki belə bir ümumi fikir var ki, “biznes”
kişi işidir və qadınların biznesdə iştirakı qəbul edilsə də, və bəzən bu iştirak çox əhəmiyyətli
olsa da, nə cəmiyyətdə, nə də özəlliklə onları bir mülkiyyətçi və lider kimi görməyə çox da
həvəs göstərilmir. Qadınlar qeyd edirlər ki, bu fikirlər əsasən kişilərin üstünlük təşkil etdiyi
bank sektoruna da nüfuz edir və çox vaxt ya ərlərinin, ya da kişi qohumlarının köməyi
olmadan məsləhət və ya borc almaq çox çətin olur. BƏT-nın araşdırmalarında qadınlar kiçik
biznesin yaradılmasında rüşvətin və korrupsiyanın böyük maneə oluğunu da qeyd edirlər
(BƏT 2004: 21).
Şərqi Avropada və MDB ölkələrində qadın sahibkarlığını müzakirə edən BMT-nin
Avropa üçün İqtisadi Komissiyasının (BMTAİK) 2002-ci ildə keçirilən Konfransında da qeyd
edildi ki, regionda qadınlar arasında yardımçı biznesin və professional şəbəkələrin olmaması
nəzərə alınarsa, qadın sahibkarlığının genişləndirilməsi üçün strateji imkanlar yaradılmasında
İKT-nın böyük əhəmiyyəti ola bilər (Çərçivə 1). Qadınların yeni texnologiyalardan və
bazardan istifadə etmələrinə imkan verməklə bərabər, İKT belə şəbəkələrin yarandılmasına
kömək edər və bununla da bir sıra əsas sahələrə dair informasiya, o cümlədən, kredit və
maliyyələşdirilmə imkanları paylaşdırıla bilər (BMTAİK 2002: 77-88).
Dostları ilə paylaş: |